Səni gözləyirəm yenə bu axşam!
Bu axşam yolları sel-su dağıtsa,
bütün yer kürəsi dənizə batsa,
ALLAH insan olub dünyanı satsa,
Səni gözləyəcəm yenə bu axşam,
Səni gözləyəcəm, qarşımda da şam…
Bu axşam yağış da tökülsə hərdən,
Damlalar saçımda qaçışsa birdən,
Şamımın işığı sönmək istəsə,
əlimdən onunçün düzəldəcəm dam,
səni gözləyəcəm yenə bu axşam…
Yağış da danlayır məni elə bil,
damlalar danışır mənimlə dil-dil,
sən ALLAH gecikmə, bir az da tez gəl,
həsrətdən deyəsən dəli olmuşam,
səni gözləyirəm yenə bu axşam…
***
Hər şairin şair adlı mələyi var….
Hər şairin şair adlı küləyi var…
Bir vərəqi, bir qələmi, bir də özü—
Soruş ondan, sən ALLAH, daha nəyi var…
***
Günü gündən ucalır,
uca-uca binalar
alçaq şəhərimizdə…
Qorxuram ki, bir gecə,
bütün gözəlliklər tək
o binalardan tutub
göyə doğru dırmana
bizim şəhərimiz də…
***
Çayın yatağı da özünə məhbəs,
Bu çayın daşları belə bərkdisə,
Aramsız axması- adicə həvəs,
Bu çayın suyu da belə ləngdisə,
Neylirəm bu boyda yer kürəsini,
Neylirəm bu boyda yer kürəsində…
Ağacın kökləri bir zəncir kimi,
Bağlayırsa onu öz daxmasına,
Yarpaqlar ağlayır çəkir içini,
Saralıb-tökülür özgə yasına,..
Neylirəm bu boyda yer kürəsini,
Neylirəm bu boyda yer kürəsində?..
Insanın əcdadı bir meymundursa,
De nə törəyəcək insdandan daha?
Bir gün əcdadımız borcun istəsə–
Bilmirsiz meymundan bananı baha?
Neylirəm bu boyda yer kürəsini,
Neylirəm bu boyda yer kürəsində?
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Məhsəti Musa
Oktyabr 9th, 2007 at 10:32
Digər şeirlərə oxucu kimi də nə isə deyə bilməyəcəyəm.Amma axırıncı şeirinizdən lap “Darvinizm” iyi gəlir.Belə şeylərdə bir az diqqətli olun.Bu fikri İNSAN dediyin böyük varlığa təhqir kimi də qəbul etmək olar.
Uğurlar!
Şahanə
Oktyabr 9th, 2007 at 13:13
…şam-axşam…yaxşı qafiyədir…
Bu “neylirəm” hansı ləhcədədir?
“Allah” sözü niyə belə formada xüsusiləşdirilib?
Nə bilim vallah…))))
Qismet
Oktyabr 9th, 2007 at 16:15
men lezzet aldim gozel seirlerdi.ugurlar.
Firangiz
Oktyabr 9th, 2007 at 17:12
Diger sheirlere sherh vermek istemirem ,amma son sheirde tehqire yol vermisiniz………..Insan Insan Insan meymunla beraber adini cekmek??? ne ise… bir az diqqetli olun cunki oxucular insandi…………………………..
scorpion
Oktyabr 10th, 2007 at 01:39
Zərdüşt, əzizim əgər sən bu yazıları o vaxt lit.az-da gedənlərdən sonra yazıbsansa onda ciddi fikirləşməlisən öz yaradıcılığın haqqında. Oxudum doğrusu gözlərimə inana bilmədim…Çox zəifdi, çox…Sənin imkanlarının heç onda biri də deyil…
Elvin Cabay
Oktyabr 10th, 2007 at 02:18
… Men son şeirde “Darvinizm”in tehqirini gördüm, terifini yox. Şerhlere göre bunu qeyd etme ehtiyacı duydum.
… Eger heveskarsansa ve ya şairliyin başlanğıcındasansa bu şeirler eladır. Yox, dahisensen, özünü kamil bir şair kimi hiss edirsense, bu şeirler çox zeifdir. Eger senin kim ve “yaradıcılıq” baxımından harada olduğun diqqete alınmazsa normal şeirlerdir. Ve eger, bu şeirlerin müellifi üzerinde biraz daha hessas çalışarsa, daha deyerli şeirler yazar. Uğurlar.
Qəşəm Nəcəfzadə
Oktyabr 10th, 2007 at 09:46
Əzizim, bunlar şeir deyil.
savalan muganli
Oktyabr 10th, 2007 at 21:49
ALLAH insan olub dunyani satsa ne demek? bele sayiqlamalardan uzaq ol bir de cheynenmish soz ve ifadelerden qach
BAXTIYAR ELCAN
Oktyabr 11th, 2007 at 14:25
DILINI, MENTIQINI, MUTALIENI ZENGINLESHDIRMELISEN, QARDASHIM.
NAMIQ HACIHEYDERLI
Oktyabr 11th, 2007 at 20:35
ZERDUSHT BEY SIZI TANIYIRAM DEYERLI OQLANSIZ ANCAQ SHERLERINIZ GERCHEKDEN ZEIFDIR
Deniz_Z
Oktyabr 21st, 2007 at 18:57
edebiyyatdan o qederde basim cixmir.yasim cox azdir yeqin ona gore.amma xosuma geldi. qesengdir.
Yazdi 16 yasli qiz
Deniz_Z
Oktyabr 21st, 2007 at 19:00
ela saytdir edebiyyatcilar ucun men dilciyem amma.xarici dil uzre.ne ise…sag olun bura menim yerim deyil
artyazar
Oktyabr 23rd, 2007 at 21:06
Zerdusht bey!
Mence shami kitayski el fenerine deyishseniz? bir qeder de sherinize duz qatsanish? ela sham poeziyasi alinar…
sahin
Dekabr 16th, 2007 at 11:04
Xususile 1-ci seirin 1-ci bendini cox beyendim… Mence siz bu istiqametde davam edin. Tebrikler ve ugurlar
Serxan
May 30th, 2008 at 12:17
ikinci seir yaxsidi,insafen.