Sənsiz

Xatirə VaqifBu gün sahilə getdim,
Çünki sonsuz sualların,
Canlı-cansız xəyalların,
Hisslərin, duyğuların,
Yarıgerçək yuxuların,
Arasında itən məndim.

Bu gün sahilə getdim,
Özümü də sənlə birgə tapım deyə.
Bəlkə onda heç olmasa
Mən də, mən də hamı kimi
Şirin yuxu yatım deyə.

Sahilə getdim bu gün,
Könlümdə bağlı bir düyün.
Baxdım o mavi gözlü gəlinə.
Dəniz mənə baxdı lal-dinməz,
Mən isə dənizə.

Getdim bu gün sahilə,
Ayrılığı görə-görə,
Yoxluğunu bilə-bilə.
Qorxduğum gəldi başıma.
Nə bu dəli dalğalar,
Nə dəcəl qağayılar,
Nə bu oynaq ləpələr
Məni tanımadı.
Nə qayalar, nə külək, nə də ki doğma sahil
Məni tanımadı.
Elə bilki üzünü yana çevirdi dəniz.
Küləklər göz yaşımı sildi səssiz-səmirsiz.
O günü dənizin də, küləyin də, sahilin də
Gözlərindən oxudum səssiz-səssiz
Yalnız bircə söz-sənsiz.

Xatirələr çalır qapı zəngini

Əllərim sevərdi qapını bir vaxt,
Qapın da duyardı sənə sevgimi.
Mənim əvəzimə indi hər saat,
“Xatirələr çalır indi zəngini”.

Aldanıb qaçırsan qapıya sarı,
Gözlərində məni görmək ümidi.
Ehtiyatlı yeri yolunu barı,
Ümidlərin sınmış şüşə kimidir.

Batar ayağına, batar əlinə,
Yarandan qan deyil, sevgimiz axar.
Qorxuram ki, salıb eşqin selinə,
Bu məhəbbət səni özündə boğar.

Sən öz otağında tənha kimisən,
Sıxar ürəyini bu lal divarlar.
Qorxma o qədər də yalqız deyilsən,
İndi xatirələr zəngini çalar.

Peşmançılıq fayda gətirən deyil,
Ürəyin həsrəti itirən deyil.
Daha gözlədiyin Xatirə deyil,
Xatirələr çalır qapı zəngini.

8 Comments: Trackback URL | Comments RSS

  1. eyvaz Says:

    slm xatire xanim “sensiz” seriniz superdi.

  2. Qismet Says:

    Xatire xanim “sensiz” seriniz maraqli seirdir.lakin mende bele teessurat yarandi ki bu seri iki bendden sonraki hisselerini daha sonra yazmisiniz.ikinci seirinizde ise ilk bendin son iki misrasindaki “indi” sozleri umumi ahenge ele bil bir balaca agirliq getirir.umidlerin sinmish suseye benzedilmesi ve “ehtiyatli yeri batar ayagina,batar eline” ve elece de “yarandan qan deyil sevgimiz axar” ugurlu obrazli deyimlerdi.tebii ki,fikirlerimle razilasmaya bilersiniz.tebrikler.ugurlar

  3. Şahanə Says:

    Şeirlər çox qarışıqdı…

    Sahilə getməklə sevgilinin yoxluğunun bir əlaqəsini görə bilmədim. Hər zaman ordamı görüşərdilər, oğlanmı və ya qızmı dənizçidir, mənə aydın olmadı. Xatirə xanım bu şeirində bir açar söz qoymalıydı ki, niyə qəhrəman məhz sahilə gəlib. Bir sürü səbəb içində itmək sahilə aparar adamı, düzdür, amma elə 1-ci bənddən qeyri-müəyyənlik diqqət çəkir.

    2-ci şeirdə də vəziyyət elə də yaxşı deyil məncə. Qafiyə düz gəlsin deyə, bir xeyli qusura yol verilib. Səhv etmirəmsə, heca vəznindədir 2-ci şeir və bu vəznin normativləri kifayət qədər pozulub.

    “Sən öz otağında tənha kimisən…”

    Belə də mi olur? Ya tənha olarsan, ya olmazsan…

    Xatirə xanım hər iki şeirdə tələsib. Bunların üzərində əməlli-başlı işləmək lazımdır.

  4. xankerem Says:

    Xatire xanim, seirleriniz cox xosuma geldi. Size uqurlar

  5. Savalan MUGANLI Says:

    zeif yazirsiniz xanim deyilmish sozleri tekrar etmeyin ve shere yad olan sozleri ishletmeyin ancaq deyim ki istedadiniz var

  6. A.Uğur Olgar Says:

    Salam Xatire xanim, Türkiye’den ses verirem size. Şeirlerinizi çox begenmishem. Ürexten tebrik edirem. Men, Türkiye’de Andız Edebiyyat Jurnalının editörüyem. Bundan bele sayfalarımızda Azeri dostların da şeirlerine yer verecegiz. Ümid edirem ki bir gün sen de jurnalımıza şeirler gönderirsen. Şeirlerinizi oxumayı elaqa ile devam ettirecegim. (Daha Azericem pek inkişaf eylemedi, yakında daha yaxşi olacak, ümide edirem fikirlerimi size axtarabilerimdir.) Salamat galın, şeirle, sevgiyle galın..

    Not: Bizimki.org’un forum sayfasında “eserleriniz” bölümünde “A.Ugur Olgar şeirleri” menüsünde iki adet şeirim var, oxursanız memnun olaram…

    A.Uğur Olgar

  7. denizin sesi Says:

    Bu gün sahilə getdim,
    Çünki sonsuz sualların,
    Canlı-cansız xəyalların,
    Hisslərin, duyğuların,
    Yarıgerçək yuxuların,
    Arasında itən məndim.

    “sonsuz sular” olmur.. “canli-cansiz xeyallar” xeyal canli olmur

    Bu gün sahilə getdim,
    Özümü də sənlə birgə tapım deyə.
    Bəlkə onda heç olmasa
    Mən də, mən də hamı kimi
    Şirin yuxu yatım deyə.

    Ikinci misara “xarici not” kimi seslendir..
    “Hami kimi shirin yuxu.” .sehv fikirdir.. hami shirin yuxu gore bilmez.

    Sahilə getdim bu gün,
    Könlümdə bağlı bir düyün.
    Baxdım o mavi gözlü gəlinə.
    Dəniz mənə baxdı lal-dinməz,
    Mən isə dənizə.

    3, 4 , 5-ci misralar: “Baxdim denize, deniz mene baxdi, men ise denize baxdim.. baxmaq sozunden iki defe istifade etmisiniz.,.yeni tekrar var, bir mena ifade olunmur..

    Getdim bu gün sahilə,
    Ayrılığı görə-görə,
    Yoxluğunu bilə-bilə.
    Qorxduğum gəldi başıma.

    Sherin evveli ‘ Bu gun sahile getdim” misrasi ile bashlanir..sonlugda ” Getdim bu gun sahile ” deyirsiniz? niye??

    ugurlar size ..

  8. Oxucu Says:

    ehtiyatli yeri yolunu bari
    umidlerim sinmis suse kimidir
    batar ayagina batar eline
    yarandan qan deyil sevgimiz axar–ela misralardir.
    umumiyyetle quru alinib tekrarciliq coxdur.hecalar qafiyeler uyusmur
    yuxu yata bilmirem ne demekdi?)))

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...