Təcnislər

Bəxtiyar HidayətÖlkə çilikləndi, çiçəklənmədi
Açıldı bənizlər ha sarı-sarı
Güllə mənnən keşdi, hasarı deşdi
Hasardan qan gedir, hasarı sarı

Demə daş-qaş tale, üzük ömürdü
Ömrün sökük ömür, üzük ömürdü
Yenə bu ölkənin üzü kömürdü
Yüz osun yol boyu hasarı sarı

Məni qışda vurma, qara qan keçər
Ağ qan, qırmızı qan, qara qan keçər
Yenə ürəyimdən qara qan keçər
Bəxtiyar, yaramı ha sarı, sarı.

***

Ağrı ürəkdədi ağrı candadı
Ürək ağrıyarmı ağrı deyəndə
İşimiz bir az da irəli gedir
Qoşqar dediyini Ağrı deyəndə

Uludur yerlərcə, göycə mahalım
Bəllidi Ağrıma, Göyçəmə halım
Qaldı yad əllərdə Göyçə mahalım
Belə ağrıdan de ağrı deyəndə

Bəxtiyar, dirəyə sarıyaq kimi
Gülüb ələ salaq, sarıyaq kimi
Yayılır canıma sarı yağ kimi
Savalan deyəndə, Ağrı deyəndə

***

Ayaqlar biləni başlar bilmirsə
Kamal da buddadı, ad da buddadı
Millətə ad verib ad yedirdirlər
Bu millət tapıbdır adda bu dadı

Harda qaldı sözü bütün adamlar
Qalıb əlində bir bütün adamlar
Bütə səcdə edir bütün adamlr
Yoxsa hamıdan baş adda Buddadı

Neynirəm nadanla dolan aləmi
Dola fəryadımı, dola naləmi
Əlinə çıraq al,dolan aləmi
Bəxtiyar kimisi adda-buddadı.

30 Comments: Trackback URL | Comments RSS

  1. scorpion Says:

    Sağ ol Bəxtiyar qardaşım!!!
    Sağ olun “Bizimki”nin idarəçiləri!!!
    Doğrudan da ləzzət elədi!!! Azərbaycan dilinin gözəlliyini zənginliyini, imkanlarını təcnis qədər ortaya qoyan və təcnis qədər çətin ikinci bir şeir forması yoxdur!!! Bəzi cinaslar işlədilmiş olsa da nəfəs təzədi, ruh təzədi!!!
    Uğurlar arzulayıram!!!

  2. İltifat Köçəri Says:

    Salam Bəxtiyar. Etiraf edim ki, indiyə qədər bu dərgidə yayımlanan şeirlərinin içərisində məni bu təcnislər qədər qane edəni olmamışdı. Çox gözəldilər, təbrik edirəm. Uğurlar.

  3. uzaqdanoxucu Says:

    Bextiyar muellim axir ki sozunu tutdu, ele hey deyirdi ki hecadaki serleri gonderecek, axir ki gonderdi de :)

    tebrikler Bextiyar muellim, size ugurlar

  4. Məhsəti Musa Says:

    Çox bəyəndim.Ümumiyyətlə,ən çox sevdiyim şeir növüdür təcnis.Cinas qafiyələr yazardan xüsusi məharət tələb edir,oxucuya isə xüsusi zövq verir.Bir oxucunuz olaraq mən də zövq aldım.Məncə,nə qədər sərbəst şeirlərə, formasız,məzmunu insana çətinliklə çatan,sinirləri tarıma çəkən şeirlərə üstünlük verib onları tərifləsək də,fakt budur ki,bizim ədəbiyyatımızın hələ şifahi qoluna məxsus olan bu kimi qəlibli,formalı şeirlər daha gözəl səslənir.(Mən də buraya bir neçə təcnisimi göndərmək istəyirdim.İndi bir az çəkindim.)
    Uğur olsun!

  5. e110365 Says:

    Məni şərh yazmağa vadar edəcək qədər gözəl…

  6. Şahanə Says:

    Bəxtiyar bəy, çox bəyəndim!

  7. mugan Says:

    klassik tecnisleri oxuyun zeifdir eleskeri qurbanini abbasi xanmusani oxumayanlar bu tecnise gozel deye biler

  8. Dərviş Says:

    Aldı qazan qapağını əlinə görək baba Dərviş şairə və şərh yazanlara nə dedi …

    Ədəbiyyat imarətdir əzəldən ,
    Nəzəriyyə , qayda – qanun hasarı .
    Öz rəngindən özgə irəng götürməz ,
    Ha irənglə , ha çəhrayı , ha sarı .

    Yetişdirər sahibini söz ünə ,
    Cahillərin özü nə ki sözü nə ?!
    Söz deyəndə diqqət elə sözünə ;
    Ha təriflə ha tərlanı , ha sarı .

    Şözün meyli şair adlı yaradır ,
    Şözü şair – şairi söz yaradır .
    Söz özü bir sağalmayan yaradır ,
    Yaraladın ; ha sığalla , ha sarı .

  9. Məhsəti Musa Says:

    Dərvişə

    Hörmət eylə insanların fikrinə,
    Neyləyirsən,başqasının fikri nə.
    “Cahil” dedin,söyləsənə fikrin nə?
    Zövqlərə də hörmət gərək,qardaşım.

  10. muellif muellim Says:

    haminiza teshekkur edirem.bu tecnislerle dilimizin ne qeder gozel oldugunu gostermek istemishem ve deyesen nail olmusham bir az
    dervish ve mehsetinin yazdiqlari tecnissherhleri ise beyenmedim.dili daha da chetilnleshdirir.
    gelecek nomrelere yeni tecnisler gondermek umidi ile-b.h.
    p.s.1 defe 1 moderinist shair mene demishdi ki sen sheiri xeshil etmisen ya serbest yaz,ya tecnis ya qezel,oz uslubunu tap
    mende ise deyesen alinir uslubsuzluq.taqoru dekonstruksiya etmek olmasin-menim uslubum ele uslubsuzlugumdu
    deyesen ozumu yaman terifledim

  11. Məhsəti Musa Says:

    Bu,təcnis deyildi,qadası.Sadəcə bir bənd elə-belə ürəyimə gəldi,yazdım.

  12. Dərviş Says:

    Məhsətiyə

    ” Cahil ” fikri bir az qaldı yarıda ,
    Deyəmmədim mətləbimi yarıda .
    Haqq naminə hədəf allam yarı da ,
    Yeri gəlsə daş – qarımdı , qar – daşım .

    A Məhsəti sənət evdir , söz oda ,
    Səhv deyəndə buza dönür bil o da .
    Şer oddur , tutulmuşam bu oda ,
    Odum sönsə buz bağlayım , qar daşım .

    İndi keçək ” cahil ” sözünü işlətməyimə . Əvvəla cahili misra xətrinə işlətdim , ikinci də məqsəd təcnisdən anlayanın da anlamayanın da bir ucdan əladır , yaxşıdır deməsi oldu . ( qısa zamanda şərh əvəzi yazdığım üçün uyğun söz tapa bilmədim ) .
    Deməyim odur ki müəllif bu təriflərə aldanmasın . Bəli təcnis pis alınmayıb . amma qüsurlar çoxdur . Tərif yazmaq əvəzinə tənqid etsək , buraxılan səhvlərdən danışsaq ? Sizcə bu ona daha xeyirli olmazmı ? Sizi inandırıram ki sabah müəllif bu şerləri bu üslubda öz dəsti – xətti ilə tanınmış şairlərimizə göstərsə təriflə deyil tənqidlə qarşılaşacaq . Bəxtiyar bəy yazır :

    Ölkə çilikləndi, çiçəklənmədi
    Açıldı bənizlər ha sarı-sarı —- Ölkə çiliklənəndə bənizlər açılmır , SARALIR . Bunu ironik mənada işlədibdisə o zaman yenə , əksinə bənizdən QAN DAMIR . Sarı qırmızı ilə əvəz olunur . Söz , rəng yox məna xətrinə .

    Güllə mənnən keçdi, hasarı deşdi
    Hasardan qan gedir, hasarı sarı —– Sarı qan rəngi deyil a qadan alım , yara köhnə olanda belə qan öz rəngini itirmir . Hasardan qan getdiyini hansınız görmüsünüz a tərif yazanlar ? Bəlkə bu təzə təşbehdir , təzə metaforadır ??? Yox əgər Bəxtiyar yazsaydı ki :

    Ölkə çilikləndi, çiçəklənmədi
    Saraldı ( və ya soluxdu ) bənizlər ha sarı-sarı
    Güllə mənnən keçdi, hasarı deşdi
    pas atıb iz yeri , hasarı sarı
    —– Ümumiyyətlə sarı hasar da ədəbiyyyatda heç bir anlama gəlmir . Yəni deməyim odur ki ; demirəm ki Bəxtiyar sırf belə yazmalıdır . Əsla . Sadəcə qüsurlar var və çoxdur , istədiyi kimi düzəliş verməlidir .

    Yenə bu ölkənin üzü kömürdü
    Yüz osun yol boyu hasarı sarı — Sarı burda yəqin ki qucaqlamaq anlamına gəlir .( Rəng anlamına gəlsə belə təcnisin şərtlərinə bir mənanın ikinci dəfə işlədilməsi səhvdir … ) Bir oxucu kimi müəllifin nə demək istədiyi mənə qaranlıq qaldı . Yəni divarı qucaqlayanda nə olur ki ? Təskinlik üçün torpağı , daşı qucaqlamaq ifadələrinə rast gəlmişəm ….

    İkinci təcnisdə ” Ağrı ” sözünün dəfələrlə eyni mənada işlədilməsi sizcə səhv deyilmi ?

    Məqsədim müəllifi ruhdan salmaq deyil , sadəcə gələcəkdə belə səhvlərə yol verməməsinə yardım etməkdir . İndisə buyurun kim necə istəyirsə elə də başa düşsün . Məhsəti bəyin ironik mənada yazdığı kimi ” Hər kəsin zövqünə hörmət etmək ” borcumdur . Amma ədəbiyyatın da öz rəngi , öz zövqü var , onları da nəzərə almaq hamımızın borcudur ….

  13. Sima N. Says:

    bu şeirləri zarafat kimi qəbul etdim… Əks halda Bəxtiyar söz güləşdirməklə məşğul olmazdı

  14. muellif muellim Says:

    dervish,sen tecnisleri anlamamisan.1.benizler yeni saraldi sari gul achdi2.yeni hasarda da menim qanim var,hasain sari,yeni yarasini bagla3.ay bashina donum manyak-zad deyilem ki hasar qucaqlayim ,sen yolboyusheher boyu hasarlari sari rengde gormemisenmi .senin ozun de tecnis yazirsan ve sehvi odur ki cinaslari 2-3 hecada ishledirsen ve bu da en asan yoldu/men ozge ne deyim-tecnisler burada 5 hecayla cinaslanib ve agri sozu de elbette ki o boyda menalar kesb etmir.amma -5hecada ve daha chox hecada ishlenende tamam ayri menalar verir.indi yazmaga vaxtim yoxdu ve bu hech borcum da deyil
    umumiyyetle men bu tecniseri 5-6 ildi yazmisham .bu yaradiciligimda bir merhele idi.indi yazmiram.serbest sheire ustunluk verirem.

  15. Məhsəti Musa Says:

    Dərviş bəy,iradınızı bildirmək sizin öz haqqınızdır.Mən sadəcə şərh yazanların fikirlərinə də hörmət istədim.

    Bir də ki,qadası, bununla ikinci dəfədir bu məzmunda yazmağa məcbur oluram ki,Məhsəti qadın adıdır.Sizdən başqa bir nəfər də mənə “qardaşım” deyə müraciət etmişdi.Və mən də eyni şeyi yazmışdım ki,adm XII əsr Azərbaycan şairəsi Məhsəti Gəncəvinin adından götürülüb.Ədəbiyyatdan,şairlərimzdən xəbəri olmayan bəzi tanışlar,qohumlar qardaşım Nəsimini “Məhsəti” deyə çağıranda və ya məni digər qardaşımın adı ilə “Nəimi” deyə səsləyəndə birtəhər dözürəm (bunu ona görə ədəbiyyatla bağladım ki,hər kəs bilir ki,bu adlar bizim klassik şairlərimizin adlarından götürülüb).Amma sizlər də mənə “bəy”, “qardaş” deyəndə dözə bilmirəm.

    O ki qaldı təcnisdəki-
    Hasardan qan gedir,hasarı sarı.
    misrasındakı “hasarı sarı” qafiyəsinə,bunu müəllif də qeyd edib və mən də eləcə sarımaq kimi başa düşmüşdüm.”Ağrı” sözünün isə dəfələrlə yox,bir dəfə,yəni dağ adı kimi təkrarən qafiyədə işləndiyini gördüm.İkinci bəndin sonundakı “ağrı”nı isə “dərd”kimi,daha doğrusu müəyyən bir dərdin yaratdığı ağrı kimi qəbul etdim.Yəni,fiziki ağrı yox,mənəvi ağrı.Bu da öz növbəsində məncə ayrı-ayrı məna verir.(hər halda müəllif daha yaxşı bilir ki,nə mənada işlədib).

    Şeirinizə də bir bənd əlavə etmək istəyirdim,amma məncə üçüncü bənddən sonra yersiz olacaqdı.Nə isə,hamınıza uğurlar,içi mən qarışıq!

  16. savalan MUGANLI Says:

    edebiyyat namine danishin dostlar zeif yaziya yaxshi demeyin

  17. Savalan MUGANLI Says:

    tecnis yazmaq istemisiniz ancaq buna nail ola bilmemisiniz cinas qafiye ishletmek tecnis yazmaq demek deyil istedadiniz var chalishmaq lazimdir

  18. Dərviş Says:

    Məhsəti xanım bir çox şərhlərdə sizə bəy , qardaş deyə müraciət edildiyi üçün mən də elə xitab etdim . Diqətsizliyim üçün üzr istəyirəm .

    Bəxtiyar müəllim məqsədim şəxsi qərəzlik deyildi …
    Yaradıcılığınızda sözün əsl mənasında uğur arzu edirəm !

  19. MUELLIF MUELLIM Says:

    dervish,derdish men demedim ki sen shexsi qerezchiliye kechmisen.
    savalan,tecnis soz oyunu olmasa da burda soz oyunu teleb olunur.ve her senetkar da soz oyununu bele qura bilmir.
    lap klassik tecnislere baxsaq gorerik ki onlar bashqa dile tercumede menasiz chixacaq.
    dilimizin ustunluyudur ki bele cinaslar yaratmaq olur.TURKUN DILITEK BIR ISTEKLI DIL OLMAZ

  20. Hafiz Hacxalil Says:

    Bextiyar,tecnislerini cox beyendim. Saq ol ,Turkun ruhu qeder omrun olsun!

  21. xankerem Says:

    Açığı mənim ədəbiyyata dəxli olmayan Savalan Muğanlının fikirlərinə gülməyim tutur…uğurlar

  22. Oxucu Says:

    QAFIYE NAMINE YAZILMIS SEIRLERDI;Qafiyeni dusunub yan-yoresine soz hormusen yaxsi alinmayib.DERVIS in cinaslari ise ela alinib.
    Soz ozu bir sagalmayan yaradir
    yaraladin ha sigalla ha sari bunlarda ise qafiyeler seiri tamamlamaga xidmet edir.

    daha yaxsi yazdigina inaniram.

  23. muellif Says:

    neyse ele dervishle ya bir adamsiniz,ya da sen onun sozchususen,eziz oxucu-senin sozlerinin hech ox ucu qeder deyeri yaxdu

  24. Semed Says:

    Men edebiyyatci deyilem. Amma onu deye bilerem ki, Bextiyarin sheirlerini bir nefese oxuya bilmirem. Sozleri ve frazalari shablonlardan cox uzaqdir. Insani dushunmeye vadar edir. Amma bununla yanashi meqsed sadeni murekkebleshdirmek deyil, fikri ve yashadigi hisleri oldugu kimi catdirmaqdir. Onu deye bilerem ki, sheirlerin agirligi var.
    Burada sheir yazanlarin qelemi ana dilimizi eybecerleshdiren, yeri geldi gelmedi Anadolu tukcesinde ve farsca lazimsiz ifadeler ishleden jurnalistlerimize ders olsun.
    Haminiza ugurlar.

  25. Elshen-telebe Says:

    Bextiyar muellim,shairlik istedadim olmasa da gozel sheire heyranligimi gizlede bilmerem. Xoshuma geldi.Xususile,7-ci bend daha cox xoshuma geldi. Size her ishlerinizde ugurlar!!!

  26. ELŞƏN Says:

    UĞURLAR SİZƏ! HƏR YOLDAN EÇƏN DƏRVİŞƏ FİKİR VERMƏYİN!

  27. elxan yurdoglu Says:

    Dervis qaga senin tecnisden basin cixir. amma tecnis yazmaq senlik deyil. Bilmekle bildiyini ifade ede bilmek ayri zadlardi, qadasi. Bextiyar qaga ugurlar.

  28. Elmar Says:

    Qardaşım bu gün ədəbiyyatda təcnis yazmaq nə dərəcədə aktuallıq kəsb edir bunu deyə bilərsiniz? Oturub həyati məsələlərdən hekayə, povest, roman və yaxud bu günlə ayaqlaşan şeirlər niyə yazmırsınız? Yoxsa ki, Aşıq Ələsgər gözəl təcnis yazmaq iddiasındasan? Nese ki, seçdiyin yolda sene uqurlar…

  29. muellif muellim Says:

    elmar bunlar menim kohne sheirlerimdi.ve kohne sheirlerimin en qeddar dushmeni ele ozumem.sadece bunlar ve digerleri yandira bilmediyim kohnelerdendir.heyat meselelerinden hekaye,roman povest yaziram.sadece onlari tez-tez chap etdirmirem-chunki belke onlarin da ichinde yandirilasilar olacaq

  30. HƏSRƏT Says:

    BU DAĞA HƏSRƏT
    (cığalı)
    Qartalalr didərgin, tərlanlar əsir,
    Bayquş tək qonubdu bu dağa həsrət.
    Bu dağ dərdi,
    Çəkilməz bu dağ dərdi,
    Gövdələrə dərd oldu
    Qırılan budaq dədi
    Bircə sevəni yox, seviləni yox,
    Görən necə dözür bu dağa həsrət.

    Bu millət çox görüb qara bağ dadı,
    Bizə dərs olmayıb Qarabağ dadı,
    Qara baxdım,
    Dağlarda qara baxdım,
    Nədən qara geyindi,
    Bənzərdi qara baxtım,
    Dərdin ən böyüyü Qarabağdadı,
    Qonub hər yarpağa, budağa həsrət.

    Qurulub dağılıb bir dəfə bu dağ
    Illərdi həsrətdi budağa budaq,
    Budağam mən,
    Bu aran, bu dağam mən
    Barına həsrət qalan,
    Yiyəsiz budağam mən.
    Təzədən çəkildi sinəmə bu dağ,
    O dağa bənzəmir bu dağ ,a Həsrət.

    Bu da sizin üçün təcnis.
    Bəxtiyarın təcnislərində heç bir təkrar yoxdur.
    Xahiş edirəm diqqətlə oxuyun

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...