Monthly Archives: Kasım 2007

Səndən sonra

səndən sonra,
bir sənsizlik doğulacaq.
sənsizliyim
bir yaşına,
üç yaşına,
yüz yaşına,
dolacaq.
həyatda
sənsizlik əlimdən tutacaq,
gözümə baxacaq.

Qonşu qız – 1 hissə

Dəstəkdən cingiltili, ürəyə yatan qız səsi gəlirdi, bu səsdə nəsə bir qəribəlik var idi. Mən sizinlə üzbəüz binada oluram, qız deyirdi, aşağıda, ağacların arasındakı çəmənlikdə uçan kəpənəyi mənim üçün tuta bilərsənmi?
Heyrətdən özünü itirmiş halda ayağa qalxıb pəncərə qabağına gəldi, aşağı, qızın dediyi çəmənliyə baxdı. Doğrudan da otların, [...]

Barışma

Niyə əsdi sərt küləklər qəlbinə,
Həsrət qaldı kam, diləklər qəlbinə,
Kimlə girdi o kələklər qəlbinə,
Səbəb sənsən, məndən həç nə soruşma!
Niyə qopdu ləcəkləri güllərin,
Sən qopardın nəcə gəldi əllərın?!
Sevdi məni yalan diyən dillərin,
Dinləmərəm mənə yalan danışma!

Bəkir Qaradənizdən şeirlər

Bəkir Qaradəniz 1957-ci ildə Türkiyənin Artvin şəhərində Yuxarı Hod (İndiki adı Yuxarı Mədən) kəndində doğulub. İlk təhsilini Artvində, ali təhsilini Ankarada alıb. Ədəbiyyatla bərabər musiqi və fotoqraflıqla məşğul olur. Şeirləri, öyküləri, tərcümələri və digər yazıları müxtəlif ölkələrdə çap olunub. Müxtəlif “Şeir gecələri”ndə birinciliklər qazanıb. .”Yeddi ilin Şeirləri”, “Gecikmiş şeirlər”, “Karvan oldum” vəbir çoxkitabların [...]

Təsadüf

Reallığın acı hayqırtısı qulağını deşirdi. «Heç bir möcüzə, sehrbazlıq mövcud deyil»
Sərin payız mehi tellərini sığallayır, axmaq düşüncələri başından qovurdu.
Amma beyninin dərinliklərinə hopub gizlənmiş, özünə də aydın olmayan qaranlıq fikirləri yox etməkdə hətta meh də aciz idi.
Romantika yoxsa Reallıq? İçindən «eşidilən» səssiz siqnal bu gün məğlubun təyin ediləcəyini bildirirdi. Necə?!..