Boş şeydir

Leyla MətinSəni sevdiyini söyləyən
saysız adamların içində
dost axtarmaq qədər mənasız,
Qulağını oxşayan,
bəzəkli cümlələrin içində
səmimiyyət tapmaq qədər çətindir yaşamaq.
Zənn edərsən ki, var olduğuna dəlildir,
Və anlarsan ki, dayandırmaq istədiyin,
ən gözəl anlara qənimdir.
Boş şeydir!
Sadəcə və sadəcə ölməyə zəmindir
yaşamaq.

Xoşbəxt insan şəkli

Həyatin kiçik şəklidir dəniz limanı…
Hər kəs səfər halında,
izdiham içində.
Hər kəs ayrı biçimdə:
cılız,
cüssəli,
qayğısız,
qüssəli…
Kimi uçun görüş yeridi bura,
Kimini isə ömürluk itirər kimi…
Gələnə gülə-gülə qucaq açanlar,
Gedənə ağlaya-ağlaya əl sallayanlar…
Ağlaya-ağlaya ürək açib,
Gülə-gülə yola salanlar da var mənim kimi…

Nə qarşılayanam bu gün,
Nə yola salanam.
Bu qədər adamin içində tənha adamam.
Gözümdən bu yana ötə bilməyənlər
yanımdan ötürlər.
Boylanıram sağa-sola,
Öpüşən səvgililərə baxıram gözlərim dola-dola…
Başımı aşağı dikirəm,
Dənizdən qəmli əksimi silirəm,
Nəmli gözlərimin altına bir təbəssüm atıram
imza kimi:
xoşbəxt olmağa dəniz yətməzmi ki?!

Tənha oyunu

Hərdən yatmazdan qabaq
Tanıyıb-tanımadığım bütün nömrələrə
Mesaj atmaq keçir könlümdən…
…gülmə…!
Səhər mənə gələn saysız mesajları görüb
sevinim deyə.
Sən bunun nə olduğunu nə biləsən?
Bu – tənhaların ən böyük sevinci,
ən sevimli oyunu…
…ağlama…nə olar?!

19 Comments: Trackback URL | Comments RSS

  1. Sadece_serh_yazar Says:

    Qeribe dir, sonuncu ser mene yaman cox tesir eledi.
    Sanki bunu men yazmisam, cunki men de bu anlari yasayiram, sadece tanidiqima gondermek isteyirem, tanimadiq(lari)ma yox. Birinci ser de cox xosuma geldi.
    Amma deyesen, son zamanlar serbest vezine kecmisen, ne deyim, yaxsi da alinir.

  2. Hafiz Hacxalıl Says:

    Leyla xanım, mətin addımlarla uğura doğru. Sonuncu şeir məni tutdu. Təbriklər!!!

  3. Şahanə Says:

    “xoşbəxt olmağa dəniz yətməzmi ki?!” – burda ki mənə artıq göründü.

    Amma şeirləri bəyəndim, çox xoşuma gəldi, Leyla xanım!

    Lütfən, qafiyəyə qayıtmayın. Sanki qafiyədə daha çox əziyyət çəkirsiz, həm də bəhrəsiz. Belə sizdə daha yaxşı alınır. Səmimidilər.

    Uğurlar!

  4. A.Uğur Olgar Says:

    Hörmetli Leyla Metin, şeirlerinizi çhox begenmishem. Chosku, hiss, mesaj, mena mevcut, yalnız biraz bizim Türkiye’de imge diye tabir eyledigimiz benzetmeler kullanmalı, istiareler (igretilemeler) yapmalısın. Men, Türkiye’de Andız Edebiyyat Jurnalının editörüyem, Azerbaycan şairlerinin de şeirlerine bundan bele sayflarımızda yer veremeyi fikirleşirik. Bizimki.org’un forum sayfasına men de bir şeirimi yüklemişem, oxursanız sevinirem. “Eserleriniz” bölümünde, “A.Ugur Olgar” şeirleri alt menüsünde. Bundan bele orada olacagam. Salamat galın..

    A.Uğur Olgar

  5. Namiq Haciheyderli Says:

    ,,tenha adamam,, deyirsen. shairler hemishe tenhadir. Size ugurlar arzu edirem.ruhdan dushmeyin! yazin yaradin!

  6. scorpion Says:

    Leyla xanım məni doğrudan da yaxşı mənada təəccübləndirdi…Təbrik eliyirəm, daha gözəl şeirlərini gözləyirəm…
    Ancaq bir şey mənə xoş gəlmədi…
    “Gedənə ağlaya-ağlaya əl sallayanlar…” – “əl sallamaq”…vallah azərbaycan türkcəsində bu ifadə daha gözəl, daha mənalı və çoxqatlı səslənir-”…əl eləyənlər…”
    Uğurlar arzulayıram!!!

  7. Qismet Says:

    Leyla gözəl şeirlərdir.uğurlar

  8. Leyla Mətin Says:

    Bütün şərh yazanlara təşəkkürümü bildirirəm. İradlarınız, fikirləriniz mənimçün əhəmiyyətlidir.
    A. Uğur Olqar bəy, xoş sözləriniz üçün təşəkkür edirəm. Şeirlərinizi oxudum. Bəzi ifadələri başa düşməsəm də, anladıqlarımı bəyəndim. Uğurlar!

  9. A.Uğur Olgar Says:

    Salam Leyla xanım, şeirlerimi beyendiğinize çox sevindim. Çox teşekkür edirem. Ax, mümkün olsa da size şeir kitaplarımı yollyabilsem, ki en son kitabım beynelmilel 8. Altın Safran Şeir müsabakasında 1.mansiyon mükafatını alıptır. Kitabımın adı “Denize Düşen Nehir”.. Editörü olduğum Andız Mecmuası uchun sizden bir şeirinizi isteyirem, ki yanvar 2008′de neşrolunacak.. Salamat galın.. Özünüze yaxshı baxın.. Yeni şeirlerinizi gözlüyrem..

    A.Uğur Olgar
    olgar33@gmail.com
    http://ugurolgar.sitemynet.com

  10. savalan MUGANLI Says:

    poeziyamiz niye bu qeder cilizlashdi, goresenb? chox zeif sherlerdir

  11. Səxavət SAHİL Says:

    Sizin gözəl şeirləriniz var. Xüsusi ilə “sadəcə ölməyə zəmindir
    yaşamaq”. sətirləriniz olduqca qimətlidir. Kim necə düşünür deyə bilmirəm, mənim fikfrimcə gözəldir.

  12. Elvin Cabay Says:

    … Leyla xanim, bu gun nehayet kefimi acan bir hadise ile qarsilasdim: Sizin seirlerinizi oxudum. Her zamanki kimi seirleriniz menimcun niyese cox eziz, dogma… Ele seyler var ki hedsiz derecede hesterin cekirem, onlara qovusanda da terifi namumkun hissler kecirdirem, sizin sheirlerinizi de oxuyarken bele olur.
    … Ilk seiri oxuyanda adini unutdugum ` Doyus Kulubu` eserinin yazarinin yaradiciligini uzerine insa etdiyi fikirlerden birini xatirladim: ` Yasamaq olmeyin biyalojik halidir.`
    … Ilk seir dusundurucu, ikinci dinlendirici, sonuncu ise duygulandiricidir. Amma hec shubhesiz hamisi da gozel, deyerlidir. Uugurlar!

  13. Leyla Mətin Says:

    Səmimi sözlərinizçün təşəkkür edirəm, Elvin bəy. Müəllifini xatirlamiram, fikir özü çox maraqlı fikirdir: “İndiyə kimi elə bilirdim ki, yaşamağı öyrənirəm, sən demə, ölməyi öyrənirəmmiş.”

  14. denizin sesi Says:

    Boş şeydir!
    Sadəcə və sadəcə ölməyə zəmindir
    yaşamaq.

    Insan heyatini bu qeder de menasiz elemiyin!

  15. Leyla Mətin Says:

    Dəniz də bütün gözəlliklər kimi sadəcə təsəllidir.

  16. Ceyhun Says:

    Nehayet, Leyla xanim da serbest vezne kechdi. Hercend ekser “serbest shairler”imizden ferqli olaraq sizin sheirlerinizde aradabir qafiye olmasi meni chox sevindirdi. Amma teessuf ki, “Bele davam edin” soyleye bilmeyeceyem. Chunki sizin esl potensialiniz mene bellidir. Bashkalarindan ferqli olaraq siz esl sheir yaza bilirsiniz. Qafiyede eziyyet chekdiyinizi soyleyenler “cehenneme gederken yoldash axtaranlardir”. Ugurlar.

  17. Savalan Muganli Says:

    ya yaxshi yazin, ya da yazmayin- Bu, Boyuk edebiyyatin telebidir! mugan@box.az

  18. Oxucu Says:

    Men bu seirleri done done oxudum,ve bu seirlerden sizi oxudum.cox xosuma geldi cunki bu seirlede heyat var,siz varsiniz.
    umumiyyetle seir niye oxunur-cunki onda tale var.
    her hansi soz oyunlariyla,yaxud aforizmlerle,deyimlerle zengin seirde heyat yoxdusa o cox yasaya bilmez.
    insan taleleri birbirine cox yaxindi hami oxsar duygulari yasayir,hetta cox insan sairlerden daha hissiyatli,daha diqqetcil ve daha vicdanlidir.Sadece onlarin hissiyatlarini yazacaq istedadlari yoxdu.ve bu insanlar yasayib ifade ede bilmediklerini seirlerde tapirlar.ve belece seir sevilir,sair sevilir..
    elbette,seirde poetiklik,hislerin bedii ifadesi de yerindedirse seir yaddaslardan silinmez.
    Seirlerinizde bediilik o qeder de olmasa da gozel duyum var…
    kitabinizi oxumaq xos olardi,
    ugurlar.

  19. leyla Says:

    axir ki,nehayet ki,azaciqda olsa beyendiyim sherleri oxudum,
    hormetli yazarlar serbest vezne kecin 2008 ci il serbest veznli sherlerin ilidir.
    ve cox shadam ki,beyendiyim sherlerin sahibesinin adida leyladir.
    hormetli adashim sherlerini beyendim.
    sher ruhunu oxucuya cox gozel gosterirsen,
    sadece daha cox inkshaf et yaz yaz yaz,
    beyenenlerinin sayi coxaldiqca yaz.

    senle yaxindan tanish olmaq yazishmaq isterdim,
    salmanova84@yandex.ru

    vaxtin hevesin olsa yaz

    ugurlar

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...