Reallığın acı hayqırtısı qulağını deşirdi. «Heç bir möcüzə, sehrbazlıq mövcud deyil»
Sərin payız mehi tellərini sığallayır, axmaq düşüncələri başından qovurdu.
Amma beyninin dərinliklərinə hopub gizlənmiş, özünə də aydın olmayan qaranlıq fikirləri yox etməkdə hətta meh də aciz idi.
Romantika yoxsa Reallıq? İçindən «eşidilən» səssiz siqnal bu gün məğlubun təyin ediləcəyini bildirirdi. Necə?!..
Pəncərədən boylanan bir cüt göz ətrafı nəzərdən keçirməyə başladı. Gözünə sataşan ilk əşya kağız parçası oldu. Möcüzə kimi az qala müqəddəs və mücərrəd varlığın bu əzik-üzük kağız parçasına nə dəxli? Yenə beyninin həmən qaranlıq guşəsinə baş çəkdi. İndicə o kağız parçasını göyə qaldıracaq. Nə?! İndicə o, kağız parçasını göyün yeddinci qatına qaldıracaq?! Özü öz qətiyyətindən qorxub diksindi. Bunu o demişdi?! Kağız parçasını göyün yeddinci qatına qaldırmaq. Bu ki, axmaqlıqdır. Adi uşaq axmaqlığı. Düz üç il bundan öncə, Yeni ilə bir saat qalmış təkcə öz otağında oturub Şaxta babanın gəlişini gözləyəndə… Yox…gəlişinə əmin olanda, heç nə olmadı. Ya da dörd il bundan əvvəl adi, sınmış stul ayağını sehrli çubuq bilib, dirijor kimi yellədərkən, hamının gülüş hədəfinə çevrilməsindən başqa heç bir möcüzə baş vermədi.
İndi niyə bu kağız parçası göyə qalxmalıdı? … Yenə də səsini eşitmədiyi «möcüzəli» siqnalın «səsi» beynini silkələdi.Yenə bu nə əminlik idi? Yaxşı, sonuncu dəfə. Özünü sonuncu dəfə sınayacaqdı.Gözlərini kağız parçasına zilləyib, bütün enerjisi və inamı ilə onun üzərinə «hücuma keçdi». Bircə anın içində kağız parçası asta-asta göyə qalxdı…
Reallıq qalib gəlmişdi. Zəif payız mehinin gücü onu aldada bilməzdi…
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Oxucu
Noyabr 9th, 2007 at 16:26
“Romantika yoxsa Realliq?”-
“Realliq qalib gelmisdi”.
realliq , heqiqet her seyden ustundu.HER SEYDEN !
Dunyada en boyuk heqiqet ALLAH dir.
Hec bir halda heqiqetleri gozardi etmek olmaz.Ve arzulara da heqiqetleri ayaqlayaraq chatmaq olmaz.bunun sonu bir omur vicdan ezabidir.
Romantika , hissler tebiidir,qeyri-iradidir.Amma heqiqetler hisslere qurban verilmemelidir!
A.Uğur Olgar
Noyabr 10th, 2007 at 00:52
Menim öz fikrime göre dunyadaki en boyük heqiqet “ölüm”dü.. Feqat, ölümün bile romantika bir terafı mevcuttur. Misal olarak, men Azerbaycan hesreti ile Türkiye’de yaşayıram, ölmeden evvel Odlar Ölkesini görebilmeyi arzu edirem, ki Azerbaycan’a gelip döndükten sonra artık rahatça ölebilerem. O menimchun çox romantika olar.. Hörmetli Günay gız, yazın gözel olup, seni çox tebrik edirem. Uğurlar..Salamatla…
A.Uğur Olgar
Mersin - Türkiye
olgar33@gmail.com
scorpion
Noyabr 10th, 2007 at 23:36
Günay xanım!!! Sən istedadlı qızsan!!! Sənə uğurlar arzulayıram!!!
Aslan
Noyabr 11th, 2007 at 20:41
Əziz Günay! Bütünlükdə götürəndə gözəl, saf, təmiz yazıdı. Təbii ki, yaşına görə azacıq təcrübəsizlik özünü biruzə verir. Yəni, “reallığın acı” - niyə acı? - “tellərini” yox “saçını” və s. “Möcüzəli”, “səsi”, - niyə bunları dırnaq işarəsi ilə verirsən, ehtiyac yoxdu, sən özünü inandır və yaz, oxucu özü başa düşəcək. Sonrası da kağız parçası göyə qalxırsa, reallıq qalib gəlmir, uduzur. Nə qədər öz üslubunu, ədəbiyyatda yerini tapmayıbsan daha adi, sadə mövzularda qələmini sına. Gündəlik gördüyün, rastlaşdığın, səni düşündürən adi mövzularda. Bir anlığa düşün ki, üzü günəşə doğru gedirsən, günəş üz-gözünü nura boyayır, qəlbini işıqlandırır, birdən-birə dünya səslərlə dolur, sən bu səsləri eşidir, o işığı görürsən. Nə isə… Düşünürəm fikrimi çatdıra bilmədim, növbəti yazılarını oxuyanda bu haqda yenidən danışarıq. Uğurlar!
Sima N.
Noyabr 11th, 2007 at 20:59
əsil məharət reallıqda romantikanı görməkdir. Əks halda insan həyat çarpışmalarında aciz qalar, məncə…
savalan MUGANLI
Noyabr 12th, 2007 at 16:40
bu defa yazini beyendim. yaz, yarat . ugurlar
eqo
Noyabr 13th, 2007 at 20:40
romantika reallıq olanda bax bu təsadüf olur…siz cox romantiksiz, hec vaxt realliga can atmayin..yoxsa…..özünüz bilirsiz…uğurlar
arifsulu
Dekabr 11th, 2007 at 21:24
Əziz Günay xanım!Yazınız gözəl,şirin və incə olub.Bəli,siz deyən kimireallıq qalib gəlib sonda!
-Bircə anın içində kağız parçası asta-asta göyə qalxdı…
Reallıq qalib gəlmişdi. Zəif payız mehinin gücü onu aldada bilməzdi…
Axı kağız parçasını qaldıran payız mehiydi…
Allah da Quranında buyurur ki:”Biz yaratdıqlarımızı haqq olaraq yaratdıq!”-yəni varlıqlar həqiqətdir,istər maddə,istər ruh.
Qələminizə qüvvət!
gunay
Dekabr 12th, 2007 at 12:31
eqonun sherhini hech basha dushmedim.Yazida setiralti mena var idi?