Bəkir Qaradəniz 1957-ci ildə Türkiyənin Artvin şəhərində Yuxarı Hod (İndiki adı Yuxarı Mədən) kəndində doğulub. İlk təhsilini Artvində, ali təhsilini Ankarada alıb. Ədəbiyyatla bərabər musiqi və fotoqraflıqla məşğul olur. Şeirləri, öyküləri, tərcümələri və digər yazıları müxtəlif ölkələrdə çap olunub. Müxtəlif “Şeir gecələri”ndə birinciliklər qazanıb. .”Yeddi ilin Şeirləri”, “Gecikmiş şeirlər”, “Karvan oldum” vəbir çoxkitabların müəllifidir.
1
axşamın hüznü,
və tənhalığın kədərində anmışam səni
duyasan
duyasan deyə
çarəsizlik deyil ki,
yoxluğun can alıcı
sən ki, baharda uzaqsan gözümdən
dərd eləmişəm özümə
çox düşünmüşəm
düşünmüşəm
və sarılmışam sevdana.
2
sudakı ay işığı
baharda düşən yağmur
bənövşənin üstündəki damla kimi
sevmişəm səni bitanəm
sevmişəm səni
3
günəş çiçəyim,sevdiyim
dönərəm.
hardasan o yana.
itirincə gecə səni
sabah olsun deyə gözləyərəm.
sabah olsun deyə.
4
dünyanin dəyəri gülüşündür
saçında mor bir çiçək,
və səndə çiçəkdən gözəl.
gülüşün sarılmış boynuma,
gülüşün kor bir güllə,
qoyma,
qoyma məni sənsiz.
uzat əllərini bir anlığa.
vurğunam sənə
və sənin gülüşünə.
5
sevdani yaşama bağladım,
canımı canına,
yaşamağı necə sevirəmsə,
sən bilki,
səni də elə sevirəm.
6
suzuz
yorğun
və amansız yoxuşun sonunda,
bir ağaca kürəyini söykəyib
dincəlməyin xoşbəxtliyi kimidir
Xəyallarımın dönüşü.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Sima N.
Kasım 11th, 2007 at 21:13
çox romantik şeirlərdir, fəqət onlar nədənsə mənə şairələrin yazı üslubunu xatırlatdı, sanki bunları kişi deyil, qadın yazıb. Bir də şeirlərdə yapon poeziyasının (hayku) təsiri var.
savalan MUGANLI
Kasım 12th, 2007 at 16:57
azerbaycan edebiyyatinda daha tutarli sherler oldugu halda diger edebiyyatdan ornekler vermeyin ne menasi var. edebiyyatimizda ortabab shairler Bekirden daha yaxshi yazir-ferqindemisin?
cholchu_gence
Kasım 13th, 2007 at 13:59
tebrikler celil!
eladir! sima xanim siz ise deyesen cox agillisiniz. niye dedim? cunki qadin poeziyasi – kisi poeziyasi yerine buna hissiyyat deseydiniz daha mentiqli olardi
etcebala
Kasım 13th, 2007 at 14:01
hardan tapirsan bu ucuncu sinif sairleri, celil?
sen hele de deyesen reklam azarindan xilas olmamisan
Celil
Kasım 14th, 2007 at 09:48
saygili oxucular. her kesin bir cur yanashmasi var tebii ki.
Bekir Qaradenizin sheirleri kiminse uchun xosh olmaya biler.
ancaq dyshunurem ki, kifayet qeder maraqli sheirlerdir.
Sayin etcebala men hech vaxt reklam azarinda olmamisham bunu bilmish ol. oxudugunuza ve sherh yazdiginiza gore teshekkurler
Hafiz Hacxalil
Kasım 23rd, 2007 at 12:09
Salam. Sözün düzü mən bu şeirlərdə yeni bir fikir görmədim. Adi yaşanmış hisslərin cox zəif şəkildə yazıya alınmasıdır. Ancaq bir şeyə cox təəssüf edirəm ki, biz hələ də belə şeirlərin təsiri altından çıxa bilmir, hələ üstəlik onlara bənzəyən şeirlər yazmağı özümüzə yedirtməyə çalışırıq. Dostlar yəqin ki, mənimlə həmfikir olar. Cox zəif!
əla
Mart 10th, 2008 at 21:21
maraqli şeirlərdi əsas odu ki tərcümən uğurlu alınıb erix fromdan olan tercumələrini də gözləyirik