Ərəstun SahilNiyə əsdi sərt küləklər qəlbinə,
Həsrət qaldı kam, diləklər qəlbinə,
Kimlə girdi o kələklər qəlbinə,
Səbəb sənsən, məndən həç nə soruşma!

Niyə qopdu ləcəkləri güllərin,
Sən qopardın nəcə gəldi əllərın?!
Sevdi məni yalan diyən dillərin,
Dinləmərəm mənə yalan danışma!

Öz əhdinə həmişə sadiq qalan mən,
Həsrət çəkib xəyallara dalan mən,
Soyuq qəlbi alovlara salan mən,
Söylə mənə daha yanma, alışma!

Sevgin oldu gözlərində nifrətin,
Unudmuşam nəcə idi surətin,
Dəyişmisən daha qayıtmaq çətin,
O günləri axtarmağa calışma,

Zalım fələk ayağımı qazsa da,
Sevgim artıq öz yolunu azsa da,
Tale mənə alın yazı yazsa da,
Ey Ərəstun, bu yazıyla barışma!

Yandı könül

Bəsdı sənin həsrətinə usanmadan yandı könül,
Sevdi o, sevilmədi, seviləcək sandı könül.

Sevən aşiq yalan nədi, böhtan nədi heç anlamaz,
Sənlə ötən bu sevgıdə yalan nədi qandı könül.

Elə bildim göydən enən bır qanadsız mələkdir o,
Mələk nədi, buynuzu yox lənətli şeytandı, könül.

Kim sevdisə öz yarını bənzədərdi qızıl gülə,
Mənim yarım qoxusu yox, bir quru tikandı, könül.

Ərəstunam, həc bır zaman ağlamaram, bu sevgidən
Nə olsun ki, bır az solğun, bır az pərışandı könül.