Sən gəlmədin
Getdiyin yollara baxdım,
Ləpirlərini izlədim…
Sən gəlmədin.
Göylərə yetdi fəryadım,
Dönəsən deyə səslədim…
Sən gəlmədin.
Getdiyin yollara baxdım,
Ləpirlərini izlədim…
Sən gəlmədin.
Göylərə yetdi fəryadım,
Dönəsən deyə səslədim…
Sən gəlmədin.
Ahım içimi tutdu,
Könlüm gözü buluddu.
Məni bir yar unutdu,
Elə ağladım, öldüm.
Ömrünün ilk baharı,
Taptandı etibarı.
Könlüm ondakı yarı,
Bilə, dağladım öldüm.
Üzüm pəncərəyə qısılı,
gözlərimdə intihara hazır
milyonlarla yaş qalmışdı.
Avtobusda bir qız oturdu
səndən sonra sənin yerində.
Amma yerin boş qalmışdı….
Ölümündən sonra Avel Kaini gördü. Səhrada gedirdilər, hündür boyları onları uzaqdan göstərirdi. Yerdə oturdular, ocaq qaladılar və yeməklərini qızdırdılar. Ağır gündən sonra yorulan hər kəs kimi susurdular.
Göy üzündə hələ kimsənin ad vermədiyi ulduz alışdı. Kain qardaşına dedi:
- Bağışla.
- Artıq xatırlamıram. Biz yenə birlikdəyik. Qardaş, kim kimi öldürüb?
- [...]
Mənə yalan danış, yalanlar danış,
Sevinərək sözlərindən öpüm mən.
Qoy inanım bu yalana büsbütün,
Məni sevən gözlərindən öpüm mən.
Nə müddətdi dayanmısan qəsdimə,
Alışmadın, mən qızınam istinə,
Qədəmini qoy ürəyim üstünə,
Ləpirindən, izlərindən öpüm mən.
əvvəli burada
Qapının ağzında atılıb düşür, hirsindən sözünü deyə bilmirdi. Ay qız, qışqırırdı, nədi, mənə ürəyin yanır? Haçandan belə canı yanan olubsan? Əxlaq mənimdi, qoy pozulsun, zay olsun! «Ürəyim yanıb eləmir? – ondan fərqli olaraq qız sakit danışırdı, ancaq gülüşünü güclə boğduğu aydın hiss olunurdu. – Əslində mənim üçün [...]
Mənim adi küçəmdə
Günəş şüaları
Havada uçan tozcuqları
Qızıla boyayır,
Yuxusuz qapılar
Gecələr sızlayır
Evə qayıdan kişilərin xəyanətindən,
Asfalta bürünmüş yolların