Mənə yalan danış, yalanlar danış,
Sevinərək sözlərindən öpüm mən.
Qoy inanım bu yalana büsbütün,
Məni sevən gözlərindən öpüm mən.
Nə müddətdi dayanmısan qəsdimə,
Alışmadın, mən qızınam istinə,
Qədəmini qoy ürəyim üstünə,
Ləpirindən, izlərindən öpüm mən.
Həsrətindən cavan ömrüm çürüdü,
Saçlarımı bəmbəyaz dən bürüdü.
İzn ver sevgilim, bəlkə əridi,
Ürəyinin buzlarından öpüm mən.
Haçan oldu məni məndən aldığın,
Gözlərimə həkk olaraq qaldığın?
Ürəyimə nə zamandır saldığın
Ocağından, közlərindən öpüm mən.
Sevincimdir gözlərinlə güldüyün,
Göz yaşımı baxışınla sildiyin,
Taleyimdir dərd adında bir düyün,
Qəm-kədərli çözlərindən öpüm mən.
Sənsiz atılacaq oxu neynirəm,
Getməz gözlərimə yuxu, neynirəm,
Bu da bəsdir, axı çoxu neynirəm?
Şükür eyləyib, azlarından öpüm mən.
Günəşimdir köksündəki çırağın,
Yaz sevgini, gözüm olsun varağın,
Gərəkdir ki, sən doğulan torpağın,
Dağlarından, düzlərindən öpüm mən.
Cismindən sevgini qovub, teyləyən,
Bu yazıq könlümü əsir eyləyən,
Hərdən həzin-həzin Sevinc söyləyən,
Dodağının nazlarından öpüm mən.
Şübhən olmasın
Bir gün həyatında olmasam gülüm,
Səni sevdiyimə şübhən olmasın.
Hər gecə yuxuda səni görməyə,
Gizli gəldiyimə şübhən olmasın.
Qıymaram ot basa, itə izlərin,
İnan yixılaram, əssə dizlərin.
Nə vaxt sən sevinsən, gülsə gözlərin,
Mən də güldüyümə şübhən olmasın.
Həsrət neyləyəcək qəlblər yaxınsa,
Dilə nə gərək var gözlər oxunsa.
Haçan ayağına bir daş toxunsa,
Bunu bildiyimə şübhən olmasın.
Qocalıq hökmümü verdin sən indi,
Düşür saçlarıma bəyaz dən indi.
Sevincim, şadlığım bütöv sənindi,
Dərdi böldüyümə şübhən olmasın.
Mənə bəxş etdiyin lal baxışları,
Onları bəzəyən bu naxışları,
Gözümdən süzülür qəm yağışları,
Tənha sildiyimə şübhən olmasın.
Gör harda qırıldı, harda incəldi?!
Gedirəm, bəlkə də könlüm dincəldi.
Əzrayıl donunda həsrətin gəldi,
Daha öldüyümə şübhən olmasın.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
A.Uğur Olgar
Aralık 8th, 2007 at 09:50
Sevinc xanım salam,
Şeirleriniz “hece” vezni ile yazılmış şeirlerin iki gözel misali.. Tebriq edirem. “Sənsiz atılacaq oxu neynirəm” mısrası ise çox xoşuma geldi. Bele şeirlerine devam etmeni arzu edirem, çünkü bu tarzda başarılı ve bacarıqlı olduğunuzu başa düştüm. Uğurlar..
A.Uğur Olgar
Türkiye’nin lap cenubundaki Silifke – Mersin’den
Mavi-yaşıl Akdeniz’den kucak dolusu salam, sevgi ve ehtiramlarımla…
p.s. Şeirlerinize lap yüksek hal olan 5 ses verdim.
İltifat Köçəri
Aralık 8th, 2007 at 13:32
Salam Sevinc xanım, necəsiniz? Sizin əsərlərinizə münasibətmi bilirsiniz, ona görə də uzun-uzadı heç nə yazmaq fikrim yoxdur. Sadəcə sizin əsərlərinizi bu jurnalda oxumağıma çox sevindiyimi bilməyinizi istərdim. Hal-hazırda nəşrə hazırladığınız kitabınızda sizə uğurlar arzulayıram. Kim nə deyir desin, söz yığınlarından ibarət yazıları nəşr etdirməklə özünü şair (şairə) adlandıranların sayının həddən ziyadə çoxaldığı indiki dövrdə nə qədər ki, sizin kimi sənətkarlar var, Azərbaycan poeziyası yaşayıb, yaşayacaq da. Uğurlar.
Hörmət və ehtiramla.
Aslan
Aralık 8th, 2007 at 14:04
Salam, Sevinc xanim! Şeirlərinizi oxudum, dəyərli qardaşımız A.Ugur Olgarla həmfikirəm, qeydlərim də var. Klassik üslubda yazılmış ovqat şeirləridir, sözü düzgün, yerində işlətməyin sayəsində, əsl sözə dəyər verdiyinizə görə istədiyinizə nail ola bilibsiniz. “Əzrayıl donunda həsrətin gəldi” gözəl deyimdir! Düşünürəm, iradlarımı da yazsam, hər halda Sizin üçün faydalı olar. Şeiri nə qədər çox yükləsən, bir o qədər itirir. İnformasiya çoxluğu oxucunu yorur, mətləb uzandıqca təkrarlara, fikir dağınıqlığına getməyə məcbursan, eyni sözlər müxtəlif uğursuz mənalarda səslənir. Həm ürəyinin buzlarından öpüm, həm də ocağının gözlərindən öpüm, birbirini itələyən deyimlərdir, əks qütblərdir, getmir. Böyük məmuniyyətlə 1-ci şeirdəki 4, 5, 6-cı bəndləri silmək və ya başqa şeirdə işlətmək olardı. Heca xatirinə yazılmış bəzi misralarınız şeirlərə xələl gətirir. “Azlarından öpüm” nə deməkdir? Kişi qəhrəmana, – şeiri xanım yazdığına görə, – “dodağının nazlarından öpüm” yazmaq olmaz. “Mən də güldüyümə” və sair bu kimi yerində olmayan deyimlər də var. Qısa, yığcam şeirlər yazın, istedadınız var, mövzunu duyur, süjeti tuta bilirsiz, böyük uğur qazanarsız! Uğurlar!
Dərviş
Aralık 8th, 2007 at 16:11
Yalan şeirindən çox xoşum gəldi . Lirik bir şeirdir . Yalanın gözəlləşdirilməsi …. Dərin mənalı sözlər var . Afərn , təbrik edirəm .
Oxucu
Aralık 9th, 2007 at 00:53
Aslan muellimle tam raziyam…cox uzatmisan,bir de ki azlarindan,cozlerinden,daglarindan-duzlerinden opum))))elaqesizdir.
“dodagin nazi” ifadesini de deyesen edebiyyata sen getirdin.
Izin ver sevgilim belke eridi
ureyinin buzlarindan opum men….bax bu eladi.
Savalan MUGANLI
Aralık 10th, 2007 at 17:47
salam Sevinc xanim! Istedadin var. Buna shubhem yoxdur. Ancaq bezi iradlarim var-qalsin gorushene,inshallah
Vüqar
Aralık 10th, 2007 at 20:21
Salam, Sevinc xanım. Şeirlərinizi çox bəyəndim. Sizə uğurlar arzulayıram.
Sima N.
Aralık 10th, 2007 at 22:13
- Qədəmini qoy ürəyim üstünə, – bu nə mazoxizm?
- Sənsiz atılacaq oxu neynirəm,
Getməz gözlərimə yuxu, neynirəm,
Bu da bəsdir, axı çoxu neynirəm?
Şükür eyləyib, azlarından öpüm mən. – qafiyə xatirinə yazılmış yersiz bənd
- Gərəkdir ki, sən doğulan torpağın,
Dağlarından, düzlərindən öpüm mən. – sevgilin yanında ikən, dağı-daşı öpmək?
bu boyda mübaliğələrə nə ehtiyac var? Nədən XXI əsrin şairəsi duyğularını şit ibarələrsiz ifadə edə bilmir?
Gülşən
Aralık 11th, 2007 at 01:44
Əla, təbrik edirəm. Xoşuma gəldi.
PS: Sima N, heç olmasa öz yazdıqlarınıza baxın, sonra nəsə deməyə haqqınız olub olmadığı haqqında düşünün.
bextiyar hidayet
Aralık 11th, 2007 at 11:55
salam sevinc.evvela indi qazaxda yashayan shairler bu sheirlere gore seni tenqid toplarina tutarlar.amma menim tenqidim de var ve men onlar kimi ”qiz bele achiq sachiq yazmamalidir” deyib durmaram.sevinc bu sheirlerdeki ceserete gore qazax shairlerinden uzaqlasha bilmisen.beli,qadin qadin hisslerinden yazmalidi.yoxsa -ala gozlum senden ayri gceler-bilmirsen qadin kishiye yazib ya kishi qadina.
amma hele de qafiye esiri olmagin gor ne qeder menasiz qafiyeyexidmetler yaradir.
sen istedadlisan,bunu hele choxdan gormushem men
amma movzularin ve movzuya baxishlarin kohnedi
baratin mektebini kechmeyimiz bizi chox geri saldi.
ozunu tesdiq etmek uchun hele xeyli mutaliyeye ehtiyacin var
sene ugurlar
Sevinc Şəhrazqızı
Aralık 11th, 2007 at 12:57
Salam, bütün oxuculara minnətdaram. A.Uğur Olgar bəy, fikirləriniz mənim üçün çox dəyərlidir, çox sağ olun.
İltifat bəy, sizin kimi Azərbaycan ədəbiyyatında öz sözünü deməkdə olan şair tərəfindən bu qədər yüksək qiymətləndirilmək məni çox sevindirdi.
Aslan müəllim, xoş sözləriniz kimi, iradlarınız da mənim üçün qiymətlidir. Amma bunları da qeyd etməsəm olmaz. Şeiri daha diqqətli oxumağınızı istərdim. Birinci şeirin üçüncü bəndindəki “buzlarından öpüm” ifadəsi sevilənə, dördüncü bənddəki “közlərindən öpüm” ifadəsi isə sevənin özünə ünvanladığı ifadələrdir. Şeirdəki artıq hesab etdiyiniz bəndlərə gəldikdə isə Aslan müəllim, şeir nəsr əsəri deyil ki, sadəcə düşüncələrdən ibarət olsun, cilovlayıb qəlibə salasan və istədiyin istiqamətə yönəldəsən. Əminəm ki, məni düzgün başa düşəcəksiniz.
Dərviş, Oxucu, Savalan Muğanlı, Vüqar, Gülşən xanım hər birinizə ayrı-ayrılıqda minnətdaram.
Sima N, sizin şeir, ümumiyyətlə bədii deyimlər haqqında anlayışınız yoxdursa bu mənim problemim deyil. Hər kəsin danışıq tərzi onun mədəni səviyyəsinin göstəricisidir. Bu şeirləri ki, Nəriman Həsənzadə, Bilal Qoca kimi şairlər bəyənibsə siz bəyənməsəniz də olar.
Hörmətli Bizimki idarə heyəti, siz ki, axır vaxtlar yazılan şərhlərə çox ciddi yanaşırdınız, bu nədi? Sima N-in şərhindəki ikinci cümlə etik normalara tamamilə ziddir. Mən bir müəllif və bir oxucu kimi bu cümlənin silinməsini sizdən xahiş və tələb edirəm. Təşəkkürlər.
seyyid
Aralık 11th, 2007 at 17:24
Ocağından, közlərindən öpüm mən;Şükür eyləyib, azlarından öpüm mən; Dodağının nazlarından öpüm mən.
köz, az və naz sözləri heç vaxt cəm şəklində işlənmir. naz, köz və az kimi işlənir. Çoxdu bu şeirdə çatışmazlıqlar. cox zəif və primitiv şeirdir.
Aslan
Aralık 11th, 2007 at 19:10
Sevinc xanim! Şərhiniz hər halda münasibət bildirməyi tələb edir. Mən şeiri diqqətlə oxumuşam, o lfadələrin kimə ünvanlandığının fərqindəyəm, elə buna görə də fikrimdə qalıram, “buzlarından öpüm”lə kifayətlənsəydiniz, şeir daha çox qazanardı. Şeirdə yazdıqlarınız aydındır, şərhdə isə qarışdırıbsınız. “şeir nəsr əsəri deyil ki, sadəcə düşüncələrdən ibarət olsun, cilovlayıb qəlibə salasan və istədiyin istiqamətə yönəldəsən”, nə deməkdir? Şeirlə nəsr arasındakı bu bölgünü kim aparıb? Ona qalarsa şeir nəsrdən daha çox düşüncələrin tərənnümüdür, cilovlanıb qəlibə salınmalıdır və şair, yazıçı yerindədirsə yazdığını, – həm də nə yazmasından asılı olmayaraq, cilovlaya da, istədiyi istiqamətə də yönəldə bilər. Yerində deyilsə bu ayrı söhbətdir. Sevinc xanım, o bəndlər doğrudan da artıqdır, bunu hiss eləmək sıravi oxucu üçün də elə bir çətinlik törətməz.
Bir daha uğurlar!
arifsulu
Aralık 11th, 2007 at 19:50
İndiki dördə dədbiyyatçılarımızda çatışmayan cəhət az oxumaq,dilimizin incəliklərinə vaqif olmamaq və ortaya nə isə bir şey çıxan kimi özünü püxtələşmiş zənn etməkdir…
Sima N.
Aralık 11th, 2007 at 22:03
Sevinc Şəhrazqızına: mənim şərhimdə nəsə qeyri-etik fikir görmək üçün, doğrudan da, qeyri-adi fantaziyaya malik olmaq lazımdır. Çox təəssüf ki, fikrimi əndrabadi şəkildə anlamısız.
Sima N.
Aralık 11th, 2007 at 22:08
Gülşənə: xanım, mən öz yazdıqlarıma da, Sizin və digərlərinin yazdıqlarına da baxıram. Və bu saytın modern, demokratik ruhuna güvənərək, öz fikirlərimi qeyd edirəm. Ümidvaram ki, bu haqqımı mənim əlimdən almaq niyyətində deyilsiz.
bextiyar hidayet
Aralık 13th, 2007 at 13:57
sevinc,sen onda ozunu tesdiq edeceksen ki bilal qoca barat neriman kimi shairler sheirlerini beyenmeyecek.axi onlar kohnelmishlerdir.
butun muqeddeslere and olsun ki bilalin edebiyyata dexli yoxdu,baratin da hemchinin.bu sherhchiler bilal qoca adli shair taniyirmi.halbuki o choxdan pensiyaya chixib.sevinc vaxt gelecek ozun de bilalin senin sheirini beyenmesine sevinmeyine guleceksen.men buna inaniram
ugurlar sene.
yazdiqlarima gore incime,ozun de bileceksen ki duzgun yazmisham
Afaq
Aralık 14th, 2007 at 04:36
Hormetli Sevinc xanim.She’riniz eladi.Icinde sevgi hesret olan birinin duygularini ifade etmeyi ucun cox ela inci kimi secilmis qelb oxsayan bir numunedi.Yaradiciliginizda ve cixarmaqda oldugun kitabin neshrinde ugurlar arzulayiram.
Afiq Ağdami
Aralık 15th, 2007 at 17:06
Təbriklər.Mən hər iki şeiri çox bəyəndim…
Başqa şeirlərinizi də oxumaq çox xoş olardı.
Sizə uğurlar arzulayıram
Hörmətlə: Afiq A.
Asiman
Aralık 15th, 2007 at 18:36
Salam. Gözəl şeirlərdir, fərqli və gözəl deyimləriniz var. Uğurlar.
Lale
Aralık 15th, 2007 at 21:55
Salam, Sevinc xanim. Men sizi bu ugurunuzla tebrik edirem. Şerleriniz hemişeki kimi çox gözel ve derin menalidir. Inşallah, kitabiniz da poeziya oxucularinin sevimlisine çevriler. Size ugurlar arzulayiram.
scorpion
Aralık 16th, 2007 at 01:17
Bu şeirlər indiyə qədər Azərbaycan ədəbiyyatında cövlan eliyən primitivizmin çox zəif şəkildə imitasiyasıdır… Hətta bəzi fikirlər, misralar ordan- burdan çırpışdırılıb.(Bəlkə bir az sərt deyirəm ancaq bu belədir) Bircə misal:
“Qədəmini qoy ürəyim üstünə,
Ləpirindən, izlərindən öpüm mən.”-
“Qədəmlərin dəyən yerdən öpürəm,
Ayağının tozu deyir:- sev məni.” Ümumiyyətlə bütün şeir Əlibala Hacızadənin “Əfsanəsiz illər”-indəki o şeirin üzərində qurulub… Və s. və ilaxir…
Sevinc Şəhrazqızı
Aralık 17th, 2007 at 08:33
Salam. Hamınıza dəyərli fikirlərinizə görə təşəkkür edirəm. Bəxtiyar, Barat Vüsal və Bilal Qoca haqqında dedikləriniz məndə çox təəssüf hissi doğurdu. Barat məktəbini keçmişik deməyini başa düşmədim, çünki mən o məktəbi keçməmişəm. Seyyid, hər kəsin bir mövzuya özünəməxsus baxışı var, bu da sizin baxışınızdır, sağ olun. Afaq, Afiq Ağdami, Asiman, Lalə- təşəkkürlər. Scorpion, dəqiq bilmədiyiniz bir şey haqqında bu qədər dəqiq fikir yürütmək sadəcə təəccüblüdür. Əmin ola bilərsiz ki, bu siz düşündüyünüz kimi deyil. Hər kəsə təşəkkürlər.
Hörmətli bizimki, xahişimi nəzərə aldığınız üçün minnətdaram.
Savalan MUGANLI
Aralık 19th, 2007 at 22:52
Salam Sevinc xanim! Deyim ki, indi ruhumu oxshayan sherlere az-az rast gelirem. Demirem ki senin sherlerinde her shey yaxshidir. Sadece olaraq senden yaxshi ve ugurlu sherler gozlemek olar. Yaradiciliginizi izleyecem ve olsun ki bu haqda metbuatda chixish da edecem. Sene ugurlar Yaz-yarat!
Maral
Aralık 20th, 2007 at 15:08
Salam Sevinc xanım, şeirləriniz xoşuma gəldi. Uğurlar
Sevinc Şəhrazqızı
Aralık 21st, 2007 at 16:02
Salam. Savalan Muğanlı və Maral xanım diqqətinizə görə minnətdaram. Çox sağ olun. Bütün oxuculara təşəkkürlər.
Savalan Muganli
Aralık 22nd, 2007 at 18:46
Salam Sevinc xanim! Sizin kitabiniz chap olunubdumu? bu haqda mugan@box.az unvanina yazmanizi isterdim.
Divane
Ocak 12th, 2008 at 09:00
salam…….1ci ser xosuma gelmedi cunki uygunsuzlug var
2ci ser uygun oldugu ucun yaxsidi…..birdeki bu serde yaxsi olan oduki adi sozlerden meiset cihazlari sozlerinden mehebbet serlerinde istifade olunmayib bu varsa qalani duzeltmek olar…ugurlar qeleminize quvvet
AYSEL
Ocak 14th, 2008 at 11:57
Sevinc xanim serleriniz çox ürəyə yatımlıdır.UĞURLAR OLSUN! davamını gözleyirik.
Sevinc Şəhrazqızı
Ocak 17th, 2008 at 14:18
Salam. Savalan Muğanlı, kitabım nəşrə hazırlanır. Divanə, Aysel xanım, fikirləriniz üçün minnətdaram. Hamıya təşəkkürlər.
Savalan Muganli
Ocak 20th, 2008 at 18:45
Salm Sevinc xanim! kitabiniz tezlikle ishiq uzu gorsun. gozleyirik.
Anar_Xirdalanli
Ocak 26th, 2008 at 01:18
salam xanim.duzdu eladi.amma bezi kupletlerde sinigliq var .pis basadusmeyin ha men de meyxana ustadiyam.kimse menim sehfimi uzume dyen de cox xosum gelir
Elshen-Əmioğlu
Şubat 17th, 2008 at 00:45
Salam Emiqızı! Şeirlərinin ikisi də xoşuma gəldi. Sənin şeirlərinə 5 səs verdim. Səsvermə çoxballıq sistemlə verilsəydi,en yüksək balı verərdim. Sənə uğurlar! Hərdən əmioğlunu da yada sal. Mail ünvanimı yazmışam. Sağ ol1
royal
Şubat 18th, 2008 at 02:54
salam sevinc xanim dozel serleriniz var. menim de sevdiyim qizin adi sevincdi men onu cox sevirem
afag
Şubat 19th, 2008 at 19:32
cox gozel serlerdir.aferin size kitabinizi da oxumag isterdim
Oxucu
Şubat 22nd, 2008 at 21:51
Sevinc xanim tebrik edirem, lit.az-daki seirleriniz cox xosuma geldi. xususen son seirin son bendi
halal olsun
ugurlar.
Sevinc Şəhrazqızı
Şubat 27th, 2008 at 15:06
Bütün oxucularıma minnətdarlığımı bildirirəm. Çox sağ olun.
Yazar
Şubat 27th, 2008 at 17:59
Sevinc xanım, üzərinizdə (yəni, yaradıcılıq baxımından) işləyin. Şeirlərinizdə qüsurlar çoxdur. Uğurlar.
Rəbiqə
Şubat 27th, 2008 at 19:24
Ay bacı, vallah, sevmək də olar, kiminsə dərdindən nə bilim ölmək də olar, amma yalan sözlərin öpmək istəyəcək qədər alşalan qadını bircə dəfə görürəm! Bilirsiz, nə yadıma düşdü, birinci kursda oxuyurduq, ədəbiyyatşünaslıq dərsiydi, müəllim “Sevil”dəki baş qəhrəmanın dilindən söylənən şeirə münasibət bildirirdi – Sənə nə olub, zalım yar,
Qadan-balan alım yar…
Belə qadını hansı axmaq sevər? Bir az realist olun. Şeirə gəlincə, bu qədər qəribə tərzdə sevən qadın elə şeir yazmasa, yaxşıdır. O qədər qeyri-səmimi şeir eşidirik ki, bəsimizdi. Sima xanım haqlıdır, bu qədər mazoxizm də olmaz. Şeiriyyət məsələsinə gəlincə, scorpion hər şeyi deyib də…
leyla
Ağustos 7th, 2008 at 11:03
sevinc xanim mence mehz bu sherinizde qeyri adilik yox idi,kohne terz ,oxshar,ishlenmekden kohnelmish sozler.
amma yenede yaradiciliq isteyinizi yuksek qiymetlendirirem.
size ugurlar
məmməd savalan
Ağustos 9th, 2008 at 22:09
Mən Sevinc xanımın bir-iki şeiri haqqında öz fikirlərimi bildirmişdim. “Bizimki” saytından yaxınlarda xəbər tutduğumdan bu şeirlərini indi oxudum və o biri qeydlərimin də əsasən obyektivliyinə bir daha inandım.
Əvvəlla, bəzilərinin dediyi kimi deyil, Sevinc xanımın şeirlərində heç bir açıq-saçıqlıq yoxdur. Bu onun çox uğurlu cəhətidir. Ədəb-ərkan baxımından çox gözəl şeirlərdir, bəzilərinin başa düşdüyü kimi dodaqdan yox, “dodağın nazından” öpülür və N.Aatəş kimi açıq-saçıq şairələrinin şeirlərinin üsütünə su töküb bir az sakitləşdirən şeirlərdir. Çox gözəl poetik ifadələr var, başqqalarının da qeyd etdiyi kimi, “Ürəyinin buzlarından öpüm mən”, “Məni sevən gözlərindən öpüm mən” ifadələri kimi. Xalq arasında gözlərindən öpmək sevənlərin ayrılıq vidası mənasında işlədilir. Şübhəsiz ki, bu şeirlər indiki qadın şairrələr arsında, (elə kişiləri də qatmaq olar) sentinimental məhəbbət şeirlərinin ən uğurlularındandır. Və əksər oxucular şeir haqqında obyetiv hesab olunacaq fikirlər yürüdə bilirlər, istər tərifləyənlər, istərsə də tənqid edənlər. Razılaşıb razılaşmamaq əlbəttə ki, Sevinc xanımın öz işidir. Ancaq bu belə bir obyektiv gerçəklikdir ki, şair şeiri təkcə özü üçün yazmır, (onda niyə çap etdiridi ki?!), o həm də oxucu, özü də gücü çatdığı qədər yüksək səviyyəli oxucu üçün nəzərdə tutmalıdır. Əks halda beş-altı ildən sonra, hələ əsrlər o yana qalsın, heç kim onu oxumazdı. Necə ki indi Stalinıə, leninə, yaxud L.Brejnevə yazılanları heç kim oxumur, tək-tük adamlardan başqa. Və Sevincin razılaşmadığı Sima N. sözlərində də bir həqiqət var ki, bayırda XX1- ci əsrdir, şeir yazmaqdan ya əvvəl, ya da sonra bir heç olmasa pəncərədən həyət-bacaya baxıb gerçək həyatı, özündən və sevdiyindən qeyri insanları görmək, duymaq, sevməsən də münasibət bildirmək lazımdır. Sevgilisnin gəzdiyi daşı-torpağı öpmək məncə çox şairanə bir ifadədi. Be3lə bir populyar rus mahnısı da var: “Mən sənin gəzdiyin qumluğun üstünsəki ayaq izlərini ğpməyə hazıram” – deyən müğənni əlbəttə mübüliğöğə edir, sanitariya-gigieniya anlayışı buna yol verməz. Digər tərəfdən, bizim o torpaqlar bəlkə indi erməni tapdağında qalıb. Görəsən, şairəmiz onu necə öpəcək, Abıyevin əsgərləri onu tutub geri qaytarmayacaqmı?! Axı bizə heç gedib Qarabağda vuruşub ölməyə də icazə verilmir! Şükür, hələ sevgini qadağan etməyiblər!
Yəni, sevgi şeirləri də sırf intimlikdən bir az da olsa kənara çıxıb dərin və dəruni hissləri tərənnüm etməlidir. Yoxsa, kim kimi sevir, kimə evlənir, camata bir isti-soyuğu yoxdur. Ya da ki, yenə də taxt-tacımızı atıb bir haxçığın dalına düşəcəyik. hədsiz sevginin də çiçəkləndiyi, alovlandığı çəmənin, ocağın hüdudu, sərhəddi olmalıdır. Çünki, plçüsüzlük yalnız Tanrıya məxsusdur.
Və Sevinc xanım arqument gətirir ki, onun şeirlərini N.Həsənzadə və Bilal Qoca kimi şairlər bəyənibsə, daha heç kimə ehtiyacı yoxdur. Elə deyil, şairə xanım, elə olsaydı siz gərək şeirlərinizi elə onlara göndərədiniz, sayta yox. Bu hələ sizin tənqidi qavramaq səviyyınizin olmadığını göstərir və oxucuların bəziləri bir az sərt, nahamar da desələr, əslində sizi sevdiklərindən, oxuduqlarından irəli gəlir və buna görə də onlara bu oxucuların çox qıt vaxtı çox böyük təşəkkürlər düşür, heş olmasa şəxsən məndən. İkincisi də, vallahi, mən özüm N.Həsənzadəni, F.Qocanı, lap olsun Takuboki İsakavanı tanısam da, təəssüf ki o hörmətli Bilal Qocanı tanımıram. Ola bilsin ki, Azərbaycan ədəbiyyatında görkəmli bir şəxsdir, təssüf ki, dünya onları tanımır və çətin ki, tanıya da. Söhbət hamımızın can atdığı bir zirvədən, əsl ədəbiyyatdan gedirsə.
Dünyada hər axar suyun bir çuxuru var, hər paslı mismarın da bir yeri var. Bulaq suyu kimi saflığa, qızıl kimi parlaqlığa can atmaq lazımdır. Cizə əsl yaradıcılıq uğurları arzu edirəm. Şeirləriniz bir oxucu kimi mənə zövq verdi. Siz ondan da gözəl şeirlər yaza bilərsiniz. Biz də onu istəyrik.
fuzuli
Eylül 29th, 2008 at 14:37
Halaldi sene
əfqan
Ekim 21st, 2008 at 08:58
Sevinc xanım, şeirləriniz oxudum. Çox yaxşıdır. Əsas odur ki, gündəlik rastlaşdığımız rədiflər seçməmisiniz. Xüsusilə, “Öpürəm mən” şeirinin birinci və ikinci bəndləri çox uğurludu. Siz, Sima N. kimilərin sözünü oxuyub həvəsdən düşməyin. Sizə mübariz olmağınızı və tutduğunuz yolu davam etdirməyi arzulayıram.
Cesaret Qasımov
Aralık 10th, 2008 at 18:08
Gozel seirlerdir. Cox sadam ki, sizin kitabinizi men islemisem.
Faig Yusifoglu
Ocak 14th, 2009 at 14:57
cox gozeldir tebrikler
leyla
Ocak 27th, 2009 at 16:52
Cox teshekkur edirem heyatimin bezi anlarini mene yeniden yashatdiniz bu sherlerinizle Size ugurlar arzu edirem
Sonradan sonra
Şubat 2nd, 2009 at 17:45
Hər kəsə salamlar və sayğılar. İşlərim çox olduğundan xeyli müddət idi ki, BİZİMKİyə baş çəkə bilmirdim. Görürəm ki, dəyişən heç nə yoxdu. Mənasız və səbəbsiz çəpiklərdən, yerli-yersiz təriflərdən adamın qulağı tutulur. Yazar üçün də, oxucu üçün də ən birinci təəssüb SÖZün, SƏNƏTin təəsüübüdür. HANI O TƏƏSSÜB?! NİYƏ HƏLƏ DƏ ŞƏXSİ MÜNASİBƏT AMİLİNİ KƏNARA QOYA BİLMİRİK? NİYƏ GƏLİŞİGÖZƏL, BOĞAZDAN YUXARI SÖZLƏRLƏ, GÖZƏ, QULAĞA XOŞ GƏLƏN İFADƏLƏRLƏ İSTEDADI OLANLARIN DA AYAGININ ALTINI QAZIRIQ?
Keçən şərhlərimin birində vurgulamışdım ki, sigal qapazdan təhlükəlidir. Bu, həqiqətən də belədir. İnsanları pişik xislətli olmağa alışdırmayın… Sığallayıb istedadını əlindən almayın, məhv etməyin …
Hər bir yaradıcı şəxs oxucu mühakiməsinə çıxardığı əsəri haqda həmişə tərəddüddə olur. Görəsən, necə qarşılanacaq,-deyə. Və ilhamının mayasını, qələminin mürəkkəbini də o münasibətdən alır. Mayası yalan, saxta, bayağı olan əsərdən nə gəzləmək olar. Adamın gözlərini təriflə bağlayib meydana buraxmaqla ondan hansısa uğuru gözləmək olarmı? Hara getsin, necə getsin?.. Hə etsin?!
İnsanı yonub, düzəldib, formaya salan şeyin KƏDƏR olduğunu deyirlər. Razıyam. Hesab edirəm ki, insanın içində SEVİNC qədər KƏDƏRə də təlabatı var. Bunsuz xarakterin, mənliyin, kişiliyin tam mənada formalaşması qeyri-mümkündür. Yaradıcılıq da belədir. İçimizdə tənqidə tələbat olmalıdir. Və o təlabat ödənməlidir, o boşluq dolmalıdır, doldurulmalıdir ki, adamın daxilindən çölə dolu bir şey çıxsın.
Burda necədir. Xoş sözə, tərifə görə “sağ ol”, deyilir, “təşəkkür” edilir. Vəssalam. Tərifçilərdən niyə və nəyə görə tərif dedikləri soruşulmur. Maraqlı deyil? Ya bu, soyüddən bar ummaga bənzəyir?..
Adam əyninə geyindiyi təzə paltara görə kənardan nə qədər yaxşıdır desələr də güzgüyə baxmadan qərar verə bilmir. Baxın, edəbiyyatda bu güzgü rolunu şüurlu, elmli tənqid oynayır. Masallah, burada kimə güzgü tutursan daş atıb sındırır. Ya da yas evindeki güzgülərin gününə qoyur… Ola bilər, kiminsə güzgüdəki əksini görməyə gözü olmasın. ƏKSİMİZ DƏ ÖZÜMÜZÜK DA, SOYDAŞLARIM. GÖZÜ YUMMAQLA QARŞIDAKI REALLIĞI YOX ETMƏK OLMAZ!!!
Nə isə hamıya uğurlar arzulayıram. Adam özü özündən uğur arzulamaz ha, tələb edər, bilmiş olaq…
SAYĞILARIMLA…
P.S. Məmməd Savalan, e-jurnaldakı dəyərli fikirlərinizə görə Sizə ayrıca minnətdaram. Ədəbi diskussiya aparmaq uçun rahil_tahirli@box.az ünvanımda Sizi gözləyirəm.
Cabay
Mart 30th, 2009 at 11:02
… Salam. Bu seirlerin bir edebiyyat heveskarinin qelemnden cixmadigi ilk misralardan melum olur. Muellifin sadece oxudugum bu 2 seirine esases guclu senetkar oldugunu eminlikle deye bilerem. Ugurlar.