
Ölümündən sonra Avel Kaini gördü. Səhrada gedirdilər, hündür boyları onları uzaqdan göstərirdi. Yerdə oturdular, ocaq qaladılar və yeməklərini qızdırdılar. Ağır gündən sonra yorulan hər kəs kimi susurdular.
Göy üzündə hələ kimsənin ad vermədiyi ulduz alışdı. Kain qardaşına dedi:
- Bağışla.
- Artıq xatırlamıram. Biz yenə birlikdəyik. Qardaş, kim kimi öldürüb?
- Bax, indi sən məni bağışladın, Avel. Unutmaq- bağışlamaq deməkdir. Mən də xatırlamamağa çalışacam.
- Elədir, qardaş. Nə qədər ki, xatırlayırsan- günahkarsan.
Əks
1952-ci ilin iyul günlərindən birində o, Çakoda, balaca kəndlərdən birində peyda oldu. Hündürboy, arıq, durğun simalı idi. Onun haqda müxtəlif söz-söhbət vardı, hardan gəldiyini, kim olduğunu danışırdılar. Çayın yanında yer seçdi və iki qonşunun köməyilə pillələrə lövhə mıxladı, üstdən isə kürənsaç kuklalı qutu qoydu. Sonra hündür şamdanlarda hərəsi dörd şam yandırdı, ətrafdasa güllər əkdilər. Tezliklə bütün kənd bura gəldi. Hövsələsiz qocalar, təəccüblənmiş uşaqlar, sarı probkalı şlemə hörmətlə baxan kəndlilər qutunun yanından keçərək, kədərlə təkrarlayırdılar: “Başsağlığımı qəbul edin, General”. O isə kədərli halda, başını aşağı salaraq, əllərini qarnının üstündə bir-birinə qoşub durmuşdu; sanki camaatın qarşısındakı qadın idi və cavab verirdi: “Qismət. Mümkün olan hər şey edildi”. Yanında parç qoyulmuşdu, hər kəs ora iki peso atır və yenidən tabuta yaxınlaşırdı.
Məndən soruşula bilər ki, bu kədərli məzhəkəni düşünüb, oynamış adam kimdir? Fanatik, dəli, həyasız? O fikirləşirdi ki, faciəli dul obrazını oynayan Perondur? Bu hadisə inanılmazdır, amma həyatda olub, özü də bir dəfə yox, müxtəlif yerlərdə fərqli dekorasiyalar, aktyorlarla. Bu, həmin qəribə, real olmayan vaxtın ən yaxşı güzgüsüdür, bu, bihuşluqda görülmüş yuxudur, bu, tragediyada dramdır, bu, “Hamlet”də giriş pyesidir. O, Peron deyildi, necə ki, kürən kukla Yeva Duarte deyildi, Peron da Peron deyildi, Yeva da Yeva deyildi, onlar hamısı tanınmamış və unudulmuş (adları vacib olmayan) anonimlərdir ki, sadəlövh əyalət adamlarıyla oynayıblar.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Sima N.
Dekabr 11th, 2007 at 22:16
bəzi ifadələr aydın olmadı:
- durğun simalı - yəni, donuq, hərəkətsiz?
- əllərini qarnının üstündə bir-birinə qoşub… ???
A.Uğur Olgar
Dekabr 11th, 2007 at 22:19
Hörmetli müellif, emeyinize, üreyinize, qaleminize saglık.. Tebriq edirem. Uğurlar..
A.Uğur Olgar
scorpion
Dekabr 16th, 2007 at 01:02
Gülşən xanım tərcümə işinin nə qədər əziyyətli bir iş olduğunu bəlkə də çoxlarımız bilmirik…Bu tərcüməyə görə də sizə təşəkkür eliyirəm… Ancaq yenə də dil məsələsində bir az diqqətli olun… İmzanızı yenidən görməyimə çox sevindim!!! Sizə uğurlar arzulayıram!!!
Savalan Muganli
Dekabr 16th, 2007 at 15:21
ugurlar. edebiyyatimizi zenginleshdirmeye xidmet etmek savab ishdir. daha yuksek mukemmellik arzulayiram.
Gülşən Cəbiyeva
Yanvar 6th, 2008 at 16:12
Salam!
Yeni iliniz mübarək!
Hər birinizə ayırdığınız vaxta, diqqətinizə görə təşəkkür edirəm! Çox sağolun!
Scorpion, dil məsələsi yadımdadır. Məni (açığı) təəccübləndirən dərəcədə xoş münasibətinizə, məsləhətlərinizə görə ayrıca təşəkkür edirəm! Allah ürəyinizcə versin!