Getdiyin yollara baxdım,
Ləpirlərini izlədim…
Sən gəlmədin.
Göylərə yetdi fəryadım,
Dönəsən deyə səslədim…
Sən gəlmədin.
Yoldaş oldum gecələrə,
Gəlişini çox gözlədim…
Sən gəlmədin.
Ürəyimə asi oldum,
Həsrətini əzizlədim…
Sən gəlmədin.
Gözlərimdən axan yaşı
Ümidlərimdən gizlədim…
Sən gəlmədin.
Çəmənlərdə, düzənlərdə
Güllər açdı naxış-naxış…
Sən gəlmədin.
Yaşıl paltarını geyib
Gülümsədi eniş, yoxuş…
Sən gəlmədin.
Kədərimə şərik çıxdı,
Həsrətimi yudu yağış…
Sən gəlmədin.
Durnalar da uçub getdi,
Bir mən qaldım bir də bu qış…
Sən gəlmədin.
“Dönməyəcək” söylədilər,
Buza döndü sevən baxış…
Sən gəlmədin.
Sən gəlmədin…
Sən deyən olsun!
“Mənim üçün döyünən” o ürəyi,
Dondurub gedirsən, sən deyən olsun!
Gözyaşımla böyütdüyüm çiçəyi,
Sındırıb gedirsən, sən deyən olsun!
Vəfasızca ayrılmaq istəyirsən,
Çaşqın-çaşqın gözlərini döyürsən.
Ümid verib “Dönəcəyəm” deyirsən,
Qandırıb gedirsən, sən deyən olsun!
Söylə, de ki,”Sevgimizə şərik var”,
Ürəkli ol, yalana nə gərək var?!
Eşqin ilə döyünən bir ürək var,
Yandırıb gedirsən, sən deyən olsun!
Saxta xəyallarda gizləmə məni,
Məndən əlini üz, izləmə məni…
Daha zirvələrdə gözləmə məni,
Endirib gedirsən, sən deyən olsun!
Bəlkə ürək dayanmaz bu həsrətə,
Sanma ki, ömrünü sənə həsr edə…
Eşq quşunu məhəbbətdən nifrətə,
Qondurub gedirsən, sən deyən olsun!
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Oxucu
Dekabr 24th, 2007 at 17:35
gozlerimden axan yasi
umidlerimden gizledim,
sen gelmedin.
-birinci seir bu qeder olsa bes idi.
-ikinci seir yaxsi idi.
A.Uğur Olgar
Yanvar 7th, 2008 at 19:42
Eziz Afiq qardaş, şeirlerin çox gözel, beyenmişem. Birinci şeir çox duyğulu, yaxşi bir şeirdir, sadece “sen gelmedin” teqrarları, yinelemeleri biraz fazla. İkinci şeir ise hece vezninin gözel bir misali. Şeir kimi şeir. Tebrik edir, bele gözel şeirlerin devamını dileyirem. Helelik
A.Uğur Olgar
Qismet
Yanvar 8th, 2008 at 15:47
Salam Afiq ! Dostum şeirlərin haqqında şərh yazmışdım amma “bizimki”nin yenilənməsi zamanı görünür texniki səbəblərdən silinib.ona görə təkrar yazmaq , öz fikirlərimi səninlə bölüşmək istəyirəm.
Biricni şeir məncə də “Oxucu” ləqəbiylə yazan dostumuzun dediyi qədər olsa yaxşı idi.
İkinci şeri də isə bəzi misralarda mənə məntiqi yanlışlıq kimi gələn hissələr oldu.Məsələn,
“….Gözyaşımla böyütdüyüm çiçəyi,
Sındırıb gedirsən, sən deyən olsun!” - məncə çiçəyi sındırmazlar qoparlar,dərərlər.
sonra sonuncu bəndin ikinci misrasında yazırsan :
“…Sanma ki, ömrünü sənə həsr edə…”- bilmirəm bəlkə də yanılıram amma mənə elə gəldi ki bu misranın bəndin ümumi misralarıyla əlaqəsi yoxdur və qafiyə xətrinə yazılıb.
Afiq dostum bunlar mənim acizanə ,subyektiv fikirlərim idi.Təbii ki razılaşmaya bilərsən.Onu da deyim ki, şeirlərin axıcıdır,obrazlıdır və şeir texnikası baxımından bütövdür,tamdır.Sənə uğurlar.Qismət
SAVALAN MUGANLI
Yanvar 19th, 2008 at 16:33
CHOX ZEIF SHERLERDIR. UMUMIYYETLE SHER DEYIL YAXSHI YAZMAQ, YA DA HECH YAZMAMAQ LAZIMDIR.
Vusal
Fevral 2nd, 2008 at 00:05
birinci sheri oxudum eladir.oxumaga deyer mence. ikincini oxumaga sebrim qalmadi. ugurlar sene
Serxan
May 22nd, 2008 at 16:27
birinci seir zeifdir.teze hec ne yoxdu.
ikinci seirde hezinlik ve aheng var,xosuma geldi.