Monthly Archives: Ocak 2008

Xəbərin olsun

Mən səni hər yerdə uca tutmuşam,
Qoymuşam qözümlə qaşımın üstdə.
Demişəm sən varsan,dərdi atmışam,
Durmusan cəllad tək başımın üstdə.
Bu eşqin faydası olmayıb sənə,
Demisən gedəcək gəldiyi kimi.
Dərdini çəkmişəm qalmayıb sənə
Ürəyin yaşayıb bildiyi kimi.

Nina

Əslən Azərbaycanın Gəncə şəhərindən olan A.Uğur Olgar 1951-ci ildə Türkiyənin Kayseri şəhərində doğulmuşdur. Bir çox ədəbi jurnallarda əsərləri dərc olunan yazarın 2004-cü ildə “Şiire cemre düştü”, 2007-ci ildə isə “Öteki Düşkenar” adlı şeirlər kitabı çap olunub. Hal-hazırda “Andız / Şiir ve Edebiyat Konalgası” adlı seçkinin yayın redaktorluğu ilə məşğul olan şair, eyni zamanda “Ədəbiyyatçılar Dərnəyi” [...]