Əslən Azərbaycanın Gəncə şəhərindən olan A.Uğur Olgar 1951-ci ildə Türkiyənin Kayseri şəhərində doğulmuşdur. Bir çox ədəbi jurnallarda əsərləri dərc olunan yazarın 2004-cü ildə “Şiire cemre düştü”, 2007-ci ildə isə “Öteki Düşkenar” adlı şeirlər kitabı çap olunub. Hal-hazırda “Andız / Şiir ve Edebiyat Konalgası” adlı seçkinin yayın redaktorluğu ilə məşğul olan şair, eyni zamanda “Ədəbiyyatçılar Dərnəyi” və “Dil Dərnəyi”nin üzvüdür. Sizlərə Aslan Quliyevin tərcüməsi ilə Uğur Olgarın “Nina” adlı əsərini təqdim edirik.
Sovet tanınma nişanlı yük gəmisi yavaş-yavaş limana yanaşırdı. Sabah günəşinin ilk şüaları sakit dənizdə rəqs edərkən bir neçə yüz metr o tərəfdəki qayalıqlarda qağayılar çığırışırdılar, sanki sevinc dolu bi həyəcan içindəydilər. Limanda ağır yük kranının altında yük boşaldanlar, kömrük mühafizə məmurları və gəmi agentliyinin məsul işçiləri nəhəng bir balinaya oxşayan gəmini gözləyirdilər. Gəmi qağayıları ürküdən bir gurultuyla çirkli sulara lövbərini atdığı zaman Zeynəl əlini alnına tutub baxır, Ninanın qaldığı kayutanın pəncərəsini axtarırdı. Bir anlığa Ninanın görən kimi oldu. Sevdiyi qız üçün çox darıxmışdı…
Nina “Tiraspol” adlı bu gəmidə aşpaz köməkçisiydi. Eyni gəmiylə İstanbula ikinci gəlişiydi. Ürəyi şiddətlə vurur, həyəcandan nəfəsi kəsilirdi.. Pəncərədən limanda gözləyən kiçik qələbəliyin arasında Zeynəli gördü. Gəmimnin göyərtəsinə qalxıb ona əl eləmək kimi bir istək keçdi ürəyindən. O da Zeynəli sevirdi. Üç ay öncə gəminin ilk gəlişində tanış olmuşdular. Tiraspol ağır yükünü boşaltmaq üçün bir aya yaxın limanda qalmışdı, necə olmuşdusa, olmuşdu, bir-birlərini çox sevmişdilər. Zeynəli sevməyə başlayandan sonra gəminin zabit heyətindən olanların onu ara bir küncə sıxışdırıb zarafat eləmələrinə artıq icazə vermirdi. Onu tanıyandan gəmiyə gələn vəzifəli və vəzifəsiz kişilərin hədiyyələr müqabilində onlarla birlikdə olmaq təkliflərinə də yox deyirdi. Tiraspolun arxadan yanaşdığı limandakı körpü zəncirlərlə möhkəmcə bağlanmışdı. Gəminin arxa tərəfində yuxarıda kiril əlifbasıyla yazılmış olan “Tiraspol” və “Odessa” adları sabah günəşinin şəfəqləri altında işım-işım işıldayırdı.
Zeynəl gəmiyə çıxmaq üçün nərdivanın endirilməsini gözləyirdi, növbə onundu. Bir an öncə Ninanı görmək, aldığı zərif bluzi və mavi krujevalı alt paltar dəstini ona vermək istəyirdi. Gəminin ilk gəlişində onun kayutasında keçirdiyi qızğın saatları xatırladı.
“O gecə gəmidə növbətçiydi. Ninanın kayutasında ilk dəfə görüşmüşdülər. Yanaşı oturub əl-ələ tutaraq araq içmişdilər. Ninanın ona zorla yedizdirdiyi ləzzətli şokaladların dadı hələ də damağındaydı. Onun çiyinlərinə tökülən saçlarında günəşi və qızılı rəngləri, diqqətlə baxan gözlərində dənizi və ulduzları daha çox sevmişdi. Gecə yarısı Zeynəl sevgilisinin yanından ayrılaraq gəminin girəcəyindəki kiçik kayutanı açdırmış, bir az yorğunluğunu almaq, dincəlmək istəmişdi. Limanda gecələr çoyuq olurdu, içdiyi arağa rəğmən yenə də üşüyürdü. Qapını açarla bağlayıb rəsmi paltarlarını və ayaqqabılarını çıxarmadan taxta uzanmış, şapkasını da başının altına yastıq kimi qoymuşdu. “Bir qədəh də içsəydim belə üşüməzdim” deyə heyfisləndi. Rahat ola bilmirdi, ətrafında üstünə örtmək üçün bir şey axtardı. Otağın solğun işığında küncdəki şkafı görcək, çəkməcəsini çəkdi, içərisində qatlanmış böyük bir örtük var idi. Örtüyü açıb tələsik üstünə örtdü. Bir az qızındı, ürəyi sakitləşdi. İllimünatora sərt zərbələrlə vuran sovet gəmiçisinin qəzəbli səsinə oyananda səhər açılmışdı. Gəmiçi öz dilində nəsə deyir, söylənir, bağırıb çığırırdı. Niyə bağırdığına bir anlam verə bilməyən Zeynəl yuxulu halda qapını açanda hirslə içəri girən gəmiçi taxtın üzərindəki örtüyü götürüb öpdü. Sən demə gecə üstünə örtdüyü örtük oraqlı çəkicli qocaman sovet bayrağı imiş. Gəmiçinin dilini bilməsə də, onun belə elərlərmi, bir ölkənin rəmzi olan bayraqdan yatacaq kimi istifadə olunarmı, dediklərini sanki anlamış, ona haqq vermişdi.
Gəminin keçiş nəzarəti bitmiş, paylanan araqlar içilmiş, kömrük, sahil səhiyyə və polis işçiləri gəmidən ayrılmışdılar. Bir tək Zeynəl qalmışdı gəmidə, növbətçi olaraq. “Bir stəkan da çay içərmisən?” deyə Nina ondan soruşdu. “Net, spasibo” deyə Zeynəl təşəkkür elədi. Rusca qatmaqarışıq danışmaq, ən çox da “ya tebya lyubluyu” deməkdən çox xoşu gəlirdi. Bütün sovet gəmilərində olduğu kimi “Tiraspol”da da aramsız klassik qərb musiqisi çalınırdı, Zeynəl qulaq verərək, bilmirmiş kimi “Prokofyev” ədayla dedi. Nina gülümsədi. Gəminin köhnə əşyalarla dolu, amma tərtəmiz salonunda qarşı-qarşıya oturmuşdular, sevgi ilə bir-birlərini süzürdülər. Bəzən danışmağa söz tapa bilmir, susurdular. O zaman yalnız ürək çırpıntıları danışırdı. Səssizliyi Ninanın rus ləhcəsi ilə ingilis dilində dedikləri pozdu. “Türkiyədən sığınacaq almaq istəyirəm. Şəhərə gəzməyə çıxdığım gün qaçmağa çalışaram, alınmasa, gəmi limandan ayrılarkən dənizə atılar, üzüb sahilə çıxar, polisə sığınaram. Nə olar, evlənək. Artıq Rusiyaya dönmək istəmirəm”.
Bu sözləri eşidən Zeynəl diksindi, Ninayla evlənməyi heç ağlına da gətirməmişdi. Bəli, sevirdi, xoşbəxtdi, amma… Bu necə ola bilərdi? Lap sığınacaq istəsə belə, türk vətəndaşlığına qəbul edilməsi asan olmayacaqdı. Çoxlu sorunlar çıxacağını indidən hşiss edirdi. Ailəsi nə deyərdi? Nina haqqında onlara heç nə deməmişdi. Bütün rus qızları onların gözündə bir Nataşaydı. Ayrıca onunla evlənə bilməsi üçün vəzifəsindən də istefa verməliydi. “Yaxşıca düşünək, - Zeynəl dedi. – Yanlış bir iş görməyək. Qərarımı bir neçə gündən sonra bildirərəm” deyərək dalğın bir halda salondan çıxdı, gəminin nərdivandlarından iti addımlarla aşağı endi.
Növbəsini gecə vaxtına gələn iş yoldaşına təhvil verən Zeynəl paraxodla qarşı tərəfə keçərkən sürətlə yarılan qaranlıq sulara baxırdı. Öz-özünə «görəsən eləyər, eləməz?» deyə mızıldandı. Suların arasından Ninanın batıb çıxan başını görür kimi oldu. Qorxdu.
Bir neçə gündən sonra da gəlmədi, sanki dəniz yarılmış, Zeynəl içinə girmişdi Gəminin yük boşaltmaq işi də bitmək üzrəydi və limandan ayrılmaq anı yaxınlaşmışdı. Amma Zeynəl heç yerdə yox idi, görünmürdü. Nina maraq içindəydi, kimsədən soruşa, buna bir anlam verə bilmirdi.
Sonda yükünü boşaldan gəmi limandan ayrıldı. Uzun-uzadı çalan fit sanki Ninanın Zeynələ bir çağırışı, incik vidasıydı. Gəmi limandan ayrılarkən o gun başqa gəmidə növbətçi olan Zeynəl gedən sevgilisinin arxasınca “Nina, bağışla məni” qüssəylə deyib, əl elədi. Fit onun üçün vida nəğməsiydi və ona elə gəlirdi ki, ömrünün sonuna kimi bu nəğməni eşidəcək.
Bir neçə gündən sonra sabah növbəsini təhvil almağa gələn Zeynəl hər zamankı kimi qəzeti açıb oxumağa başlayanda ikinci səhifədə gözünə kiçik bir xəbər sataşdı, sanki beynində şimşək çaxdı. “Dünən İstanbul Axırkapıda dalğaların quruya vurduğu şişmiş bir qadın cəsədi tapıldı. Rus qadınına aid olduğu güman edilir”
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Aslan
Yanvar 4th, 2008 at 21:34
İlk öncə Bizimki idarə heyətinə təşəkkür edirəm! Mümkünsə, bir xahişim var, giriş yazısında hekayəni mənim tərcümə elədiyimi yazılıb, yaxşı olardı kı yuxarıda müəllifin A.Ugur Olgar olduğu göstəriləydi. Oxucuların nəzərinə çatdırım ki, əslən Azərbaycandan olan Ugur Olgarla ilk tanışlığım “Bizimki”də, Elnarə Şəmsin səhifəsində olub. Sonradan bu adamı tanımışam. Hazırda Türkiyədə ədəbiyyatımızı, musiqimizi , mədəniyyətimizi Ugur Olgar qədər təbliğ edən ikinci bir şəxs tanımıram. Onun bu sahədə gördüyü işlərlə tanış olmaq üçün Ugur Olgarın öz saytına, azerbaycan994.sitemynet.com saytına baxmaq kifayətdir. “Bizimki”dən nümunə götürüb ədəbiyyatımızı dost ölkədə uğurla təmsil edən həmkarımızı biz də Azərbaycanda tanıtmalı, ədəbiyyatlarımız arasında körpü yaratmalıyıq. Mən bu qəbildən bəzi işlər görmüşəm, görəcəyəm də. Bu sahədə canlanma yaranmasını çox istərdim!
A.Uğur Olgar
Yanvar 4th, 2008 at 23:20
Hekayemi Azeri lehçesine tercüme eden Eziz Aslan müellime ve bunu teqdim eden Bizimki.org idare heyetine çox teşekkür edirem. Çox sevgili qardaşım Aslan Quliyev’in bu fedakarane ve zehmetli çalışması sebebiyle kendisine minnetdaram, candan-ürexden tebrik edirem. Düzü, bir eser ancaq bu qedar gözel ve başarılı tercüme edilebilerdi. Menim üçün çox böyük bir sürpriz oldu Nina’nın burda yayınlanması.. Ayrıca, onun edebiyyatlarımız arasında körpü yaratılması movzusundaki fikirlerine katılmamaq mümqün deyil. Bu movzuda çox çox müsbet işler yapılması gerektiyine inanıram. İki su damlası kimi birbirine benzeyen bu iki halq arasında her alanda olduyu kimi tebii ki edebiyyat ve sanat alanında da çox gözel işler hayata keçirilmelidir. Bu movzuda her iki ölkenin bütün sanatçılarına vazife düşmektedir. Hörmetli dostum Aslan müellimin, Azerbaycan üçün yaptıklarıma göre bildirdiyi işler movzusunda eslinde çox bir şey bacarabilmiş deyilem, bundan sonra da yapacagam(ız) çox şey var, inşallah ömrümüz kifayet edirse.. Sevgili Azerbaycan ve Türkiye bu mehribanlıyı haq edir. Yene, ayrıca elave etmek istediyim bir husus; menim bir hekaye yazarı olmadıyım, eslinde sadece bir şair olduyumdur. Oxucular, Nina’yı oxurken lütfen bunu ve Nina’nın yazdıyım ilk ve teq hekaye olduyunu bilereq oxurlarsa memnun olaram. Yapılacaq bütün müsbet veya menfi şerhler üçün imdiden teşekkür edirem. Hepinize uğurlar arzulayıram. Helelik.
A.Uğur Olgar
http://azerbaycan994.sitemynet.com
augur_olgar@mail.ru
Elnarə Şəms
Yanvar 6th, 2008 at 19:11
İlk öncə bizimki.org– un əməkdaşlarını,Aslan Quliyevi,: A.Uğur Olgar və bizimki.org daimi və yeni oxucularını bayram münasibətilə təbrik edirəm,Sizlərə can sağlığı və xoşbəxtlik,mehribançılıq arzulayıram.Aslan Quliyevə təşəkkür edirəm ona görə ki,: A.Uğur Olgar-a öz azəri qonaqpərvərliyimizi bir daha göstərib onun yazısını tərcümə edib və etməkdədə davam edəcəyini bildirir.Sizi şəxsən tanımasam da hər dəfə savadlı və ibrət aşılayan yazılarınızı gördükcə Sizə hörmətim artır.
Keçək əsərə….
Hörmətli A.Uğur Olgar,yazınız hansısa və yaxud kiminsə keçirtdiyi adi hisslər üzərində yarandığı hiss olunur.Tərcüməsi gözəl,reallığa söykənən fikirlər,faktlar hamısı yerindədir.Amma mən bu yazını nədənsə əsəbi halda oxudum,sonunu oxuyanda sanki çiyinlərimdən 70 ilin ağır yükün götürdülər.Qardaşım bəlkə Siz bilmirsiniz amma biz bu 70 ildə Ninalardan,Nataşalardan,Sonyalardan çox yazmışıq,bu yazılara tonlarla mürəkkəb işlətmişik.Yetər məncə.Heç kim məni millətçi kimi tanımasını istəməsəm də,bunu yazmağa məcbur oldum.Xahiş edirəm “mürəkkəbinizi”sərf eləmiyin bunlara…..
Hörmətlə Elnarə Şəms
Hörmətlə……
Elnarə Şəms
Yanvar 7th, 2008 at 00:10
Men ümidvaram ki A.Uğur Olgar menim bu iradımdan incimedi,çünki onun Azərbaycanı,bizim musiqimizi,ədəbiyyatımızı nə qədər sevdiyini mən bilirəm.Bütün canıyla,qanıyla bu torpağa bağlı olan birisidir..
Hörmetle
A.Uğur Olgar
Yanvar 7th, 2008 at 15:27
Eziz Elnare xanım, incimedim, darıxmadım da. Niye darıxayım.? Men senin hisslerini de başa düşürem, Azerbaycan xalqı olaraq 70 ildir çekilenleri de çox iyi bilirem. Rusyayı dövlet olaraq men de heç sevmem. Amma bu neticede sadece bir hekayedir, real bir xedisedir. Türkiye’de yaşanmış, bir kömrük memurunun başından keçen ve sonu hüsranla başa çatan bir eşq hekayesidir. Politiq bir terafı yoxdur. Temamen objektif olma geyreti ve prensibi ile yazılıb. Menim, poltiq düşüncelerim bir tarafa, heçbir xalqın insanına düşmanlığım, kindarlığım, nifretim yoxdur. Bir tavır ve duruş içindeysem bu sadece hükümetlere, dövletlere qarşı olabiler. Qaldı ki, hekayenin qahramanı olan Rus qızı Nina birçox bölümde ucaltılmayıb hetta pis gösterilmişdir. Meselen, Nina’nın oje ve çorap kimi kiçik şeyler qarşılığında gemi zabitleri ile oynaşıp eşq yapması, Zeynel’in Rus bayrağına sarınıb yuxuması, neticede Zeynel’in qızı reddetmesi ve qızın özünü denize salaraq öldürmesi, Zeynel’in ailesinin qızı qebul etmemeleri kimi..
Ne qedar sevmesekde bu dünyada, her yerde ve Azerbaycan’da bir Rus reallığı olmuşdur, bunu silmeq çetindir, uzun iller ister. Rus Edebiyyatı bütün yaqın çağların şeir ve romanına tesir eylemiştir, Azeri tv’lerde hala Rus dilinde xeberler oxunmaqta, insanlar danışırken her zaman Rusçaya başvurarlar. Azeri dilinde temizlenmesi gereqen Rusça kökenli birçox kelime vardır, meselen: Respublika, yanvar, fevral kimi.. Tebii ki bunlar zamanla deyişeceqtir, deyişmelidi. Sadece biraz sabır ve zaman ister. Men de milletçi deyilem, amma yurdseverem. Atatürk milletçisiyem. Irkçı, soycu milletçi deyilem. Bizim şiarımız yurtda sulh cahanda sulhdür. Barış ve qardeşliqten terafım. İnsancılım, yani hümanist. Amma heyran olduyum Azeri-Türk insanına da çox deyer verirem, onları ucaltıb baş köşeye koyaram..
Teqrar yazmaq ve açıklamaq gereği duyan Elnare xanıma teşekkür edir, darıxmadığımı bir kez daha bildirerem. Çünkü men objektif olmuşam, sadece real bir hekaye yazmışam. Günahı ile sövabı ile Rus insanını, sadece Rus deye yox sayamayıq, cızmaqaralamayıq. Edebiyyatın, şeirin, hekayenin de varoluşuna, objektivliyine, evrenselliğine ters düşür bele bir qaralama yaxut yox sayma..Uğurlar
A.Uğur Olgar
A.Uğur Olgar
Yanvar 7th, 2008 at 15:55
Elnare xanım’ın, menim Azerbaycan musiqisini, edebiyyatını ne qedar sevdiyimi, bütün qanımla, canımla bu torpağa bağlı olduyumu bildiyini söylemesi elbetde xoşuma geldi, amma buna gereq yox idi. Hekayesinde bir Rus qızını movzu yapmaq ile bütün bu iltifatlar arasında nece bir irtibat var, Elnare xanım niye meni müdafaa etmeq ihtiyacını duyur. Hekayede Rus qızını movzu yapmaq Azerbaycan’da bir suç veya kabahat mi? Cezalandırılacak bir şey yapdığımı düşünmürem. Tebii ki vetenseverem, herkes kimi.. Amma bu edebiyyat üçün edebiyyat yapmama mani deyildir. Yoxsa edebiyyat kövrelir, inqişaf edebilemez. Önyargılarımızdan (peşin hükümlerimzden) azade olmalıyıq. Bele düşünürem. Herkese demoqratça, objektiv tavır içinde olunmasını arzulayıram. Helelik..
A.Uğur Olgar
Aslan
Yanvar 9th, 2008 at 00:24
Elnarə xanım, Sizləri də yeni il münasibəti ilə təbrik edirəm, yeni ildə yeni uğurlar qazanın, sevinciniz, fərəhiniz bol olsun! Şərhiniz məni illər öncəsinə apardı. 1987-ci ildə “Bahar küləkləri” adlı ilk kitabım çapdan çıxmışdı. Kitabdakı hekayələrdə qəhrəmanların sevgililəri əksərən rus qızları idi. Uğur Olqar qardaşımızdan tamami ilə fərqli olaraq mənim rus qızlarım sədaqətli, etibarlı, xüsusi ilə də sevgililərini başa düşən idilər. Cubyektiv amillərin də təsiri böyük idi, başımda bir az rus ab-havası qalmışdı, rus kitabları, o illərdə haqsızlıqlarla üz-üzəydim, incikdim, nə isə. Universtitet qızları başıma bir oyun açdılar ki, o hekayələri yazdığım günə lənət oxudum. İllər kecəndən sonra etiraf eləyim ki, qızlar öz arqumentlərində haqlı idilər. Amma özümü də deyilən qədər günahkar hesab eləmirdim, yazıçı mövzunu seçmir axı, sifarişlə yazmır. Elə bu saytda da “Vay nənə…ə!!!” hekayəm gedib, qəhrəmanlarım vicdanlı, gözəl rus qızlarıdır.
Məncə bu hekayədə o sarıdan əndişələnəsi bir halət yoxdu. Ninanın necə verilməsindən asılı olmayaraq bu bir bədii əsərdir, yazıçının öz dediyi kimi hekayəsində bir rus qızını mövzu yapması onun suçu və ya qəbahəti deyil. Hamınıza uğurlar, bol sevinclər!
artyazar
Yanvar 10th, 2008 at 10:57
Aslan bəy, etirazınızı gözləmədən bu çevirmənizi Virtual kitabxanamızda yerləşdiririk…
http://www.xariciedebiyyat.azeriblog.com
P.S. Vallah, əgər bir 50 ildən sonra havayı ədəbi zəhmətlə çarpışan bizlərə bu toplum abidə yoymasa, kişi millət deyilik, zatən…
Aslan
Yanvar 11th, 2008 at 00:37
Əziz artyazar! Yalnız minnətdar olaram! Deyim ki, sayəndə son vaxtlar bu saytdan çox bəhrələnmişəm. Buna görə də təşəkkür edirəm. Gözəl və böyük iş görürsüz! Bir daha minnətdaram!
Asiman
Yanvar 11th, 2008 at 23:53
A.Uğur Olgar bəy, sadə və gözəl yazı üslubunuz var, çox bəyəndim. Təbriklər.
Aslan müəllim, belə gözəl tərcüməyə görə sizə minnətdaram. Çox sağ olun. Uğurlar.
Sadece Gunel
Yanvar 28th, 2008 at 19:13
Cox beyendim UGUR bəy,axirini gözel bitirmisiniz.Menim ruslardan xoşum gelmir,bizim birinci düşmenimiz onlardı,ermeniler onların elinin altında işleyen maşadı
A.Uğur Olgar
Fevral 2nd, 2008 at 12:54
Hörmetli Sadece Günel, salam.
Şerhinize göre çox teşekkür edirem. Sizin düşüncelerinize men de desteq verirem. “Nina” hekayesine gösterdiğiniz elaqa üçün sağolun. Sizi, http://azerbaycan994.sitemynet.com saytına qonaq olaraq gözleyirem. Uğurlar..
A.Uğur Olgar