Xəbərin olsun

Dilşad İsaqovaMən səni hər yerdə uca tutmuşam,
Qoymuşam qözümlə qaşımın üstdə.
Demişəm sən varsan,dərdi atmışam,
Durmusan cəllad tək başımın üstdə.

Bu eşqin faydası olmayıb sənə,
Demisən gedəcək gəldiyi kimi.
Dərdini çəkmişəm qalmayıb sənə
Ürəyin yaşayıb bildiyi kimi.

Susmuşam içimdə ölüm səs salıb,
Yanımdan keçəndə eşitməmisən.
Deyəsən mənimlə ölüm tək qalıb,
Yaxşı ki,yanına sən getməmisən.

Mən dərdi çəkirəm vallah havayı,
Ağlamaq istəyən yanıma gəlib.
Bir səndən savayı,məndən savayı,
Hamının taleyi üzünə gülüb.

Ürəyim yad kimi biganə deyil,
Sənin də qəlbinin təpəri olsun.
Leylilər Məcnunlar yeganə deyil,
Mən səni sevirəm xəbərin olsun.

Araz dərdimdən dayazdır

Ürəyim dəliqanlıdır,
Sanki Kürdən su içmişəm.
Araz dərdimdən dayazdır,
Axıb Arazdan keçmişəm.

Dil ağlayar söz istəyər,
Bir ölüm məni gözləyər.
Məhəbbətə göz də dəyər,
Ürəklər dilə gəlməsə.

Dəftər qələmlə ağlayar,
Şerim yasımı saxlayar,
Dünya yerindən laxlayar,
Ürəklər sevə bilməsə.

18 Comments: Trackback URL | Comments RSS

  1. A.Uğur Olgar Says:

    “Ürəyim yad kimi biganə deyil,
    Sənin də qəlbinin təpəri olsun.
    Leylilər Məcnunlar yeganə deyil,
    Mən səni sevirəm xəbərin olsun.”

    Hörmetli Dilşad İsaqova xanım, salam. Bu gözel mısraların alıb apardı meni, hara? Azerbaycan’a, odlar ölkesine. Niye? Çünkü men Azerbaycan’ı çok sevirem. Bu Kafkas torpakların mecnunuyam. Xeberin olsun Azerbaycan, eşq olsun.. Geleceyim bir gün torpağının üzünü öpmeye.. Axı, yene duyğulandım, televiziyada mugam da oxunur. Men de imdi dağlara dağlara üzümü çevirip elimde qavalılmla mugam oxumak, çığırmak isteyirem. Dağlar meni eşider mi? Senin Araz’ına ses versem meni Kür’üne, oradan da Hazar’ına qavuşturar mı? Yaxut bulutlara yalvarsam, meni alıb yağış kimi bıraqırlar mı Baki’nin üstüne..

    Nese, gözyaşı bu yaşda bir şaire yaxışmır. Keçek şeirlerine.. Her iki şerini de çox beyenmişem. Şeirlerin çox arı, duru, pak, temiz şeirler. Halq esintileri var mısralarda. Mecaz ve metafor da yüklü bazı yerlerinde. Üreyin deliqanlı olaraq ifade edilmesi, dilin ağlaması, ölümün gözlemesi, defterin qelemle ağlaması, şeirin yasını saxlaması.. Hamısı da original metaforlardır, imgelerdir. Şems Edebi Kadınlar Meclisinin deyerli bir uzvu olaraq da tanıdıyım, hetta Radyo Programında öz sesinden şeirini eşitdiyim eziz Dilşad xanımı bu gözel eserlerine göre tebrik edir, ona şeir edebiyyat heyatında çoxlu çoxlu başarılar, daha gözel neche eserlere imza qoymasını arzulayıram. Uğurlar.

    p.s. Hörmetli Dilşad xanım, lütfen siz ve diyer Şems K.M. uzvları mene öz poçt edreslerinizi olgar33@gmail.com mailime yazınız, bildiriniz ki size şeir kitablarımı hediyye etmeq isteyirem.

    A.Uğur Olgar
    http://azerbaycan994.sitemynet.com
    olgar33@gmail.com

    Mersin / Türkiye

  2. Varis Says:

    salam Dilshad xanim…sherleriniz xoshuma geldi..amma bir yerinde ele bil nese chatmirdi…ehvinize siginaraq bunu yazmaq isteyirem,eger men sehvemse indiden uzr isteyirem…

    yazirsiniz ki:

    Ürəyim yad kimi biganə deyil,
    Sənin də qəlbinin təpəri olsun.
    Leylilər Məcnunlar yeganə deyil,
    Mən səni sevirəm xəbərin olsun.

    mence 2 misrada ve ya 4 cu misrada nese bir sehv var…(qafiyelenmede)

    teperi olsun
    xeberiN olsun

    eger yazsaydiniz ki senin de qelbinde teperin olsun onda bunu yazmaqa ehtiyac duymazdim…

    men bu jurnalda en yashli yazarlardan biriyem,eger sehvim varsa beri bashdan uzrlu hesab edin,,,

    Hormetle

  3. Varis Says:

    uzr isteyirem en az yashli demek istedim :)

  4. Murad Says:

    Sheirler xoshuma geldi.
    Siz oz e-mail adresinizi yaza bilersinizmi?
    Etibariniza gore qabaqcadan teshekkur edirem

  5. Murad Says:

    Ne yaman sukut var. Hec kes bu sheirleri teriflemek istemir.

  6. Oxucu Says:

    seirin formasi cox yaxsidir.butun bendlerde 1-3,2-4 qafiyelenir.bu sizin seire qarsi mesuliyyetli yanasdiginizi gosterir.
    amma seirlerinizde enerji yoxdu,bu cur seirler o qeder di ki,burda sizin nefesiniz duyulmur.ele bil,coxlu seir oxuyubsuz beyninizde nese formalasib onu da yazmisiz.burda size xas ne var.
    dunya yerinnen laxlayar urekler seve bilmese-bu nedi?bu sizin fikrinizdi.poeziya bu cumlelerden bezib:araz derdimnen dayazdir,leyli mecnun tek deyil,sen varsan derdi atmisam ve.s
    oxuduqlarinizi yox,duyduqlarinizi musahidelerinizi yazin,onda seirlerinizden sizi oxuyacagiq.ugurlar.

  7. SAVALAN MUGANLI Says:

    SALAM DILSHAD XANIM. BELKE DE INSAN KIMI EVEZOLUNMAZSINIZ. SIZI TANIMIRAM. ANCAQ, YAZDIQLARINMIZIN EDEBIYYATA DEXLI YOXDUR. SIZE UGURLAR. MUGAN@BOX.AZ

  8. SEXAVET SAHIL Says:

    SALAM DILSHAD XANIM. Sevgilinizi gozunuzun ustunde yox gozunuzun onunde tutsaniz yaxshi olar.

  9. ayxan Says:

    salam kimliyinizi bilmirem bir onu bilirem ki bu heyat coxlarina daq cekib ve bir soz deyim sizebilin ve agah olun sevgi bir terefli olub bu beledir henmishe qiz oqlani qedersiz deyersiz severse oqlan onu sevmez yaxudoqlan qizi butun varliqi ile severse her sheyden eziz bilerse qiz onu saymaz sizin sheirnizi oxudum mene cox tesir etdi kashki meni sizin kimi seven olsun

  10. Amin Says:

    size ugurlar dilshad xanim, gelecey sherileriz bundanda gozel ve derin olacax inshallah moveffeq olasiz

  11. Elnarə Şəms Says:

    Fikirlərinizi bildirirdiyinizə görə hər birinizə ayrı-ayrılıqda öz minnətdarlığımı bildirirəm.Bəzi məsləhətlərdən nəticə çıxartmağa çalışacağam.Hörmətlə

  12. mutlu Says:

    salam dilshad xanim sherleriniz dogrudan gozeldir /imkani varsa menim de veblogima bash virib onelrleriniz yazasiz
    tebizden – mutlu

  13. araz Says:

    chux guzel shereniz var momkon olsa yeni sherinizi mane gunderesen teshekur araz ardebil guney azerbayjan

  14. Perviz Says:

    Salam Dilsad xanim.Serlrtiniz oxuyanda adama xos gelir ama yoldaslarin da qeyd etdiyi kimi bezi sehfler var.Ama umumi goturdukde cox canayaxin ve semimi szolerden ibaretdi.
    Size yaradiciliginizda daha boyuk muveffeqiyyetler arzulayiram.
    UGURLAR!

  15. Rashad Says:

    Salam Dilshad xanim.Cox beyendim sizin sherlerinizi.Size uqurlar.Isterdim menimhaqqimda gozel sherler yazasiz

  16. Dilshad Araz Says:

    Här birinizä täshäkkürlär.Elbetde ki,qüsurlar var ancaq bezileri kinayäli sözlär yazib .Män heckimä xüsusän $er yazmiram.

  17. NECMEDDIN Says:

    SALAMLAR.VARİS HALALDİ Kİ O XİRDA DETALİ TUTMUSANŞO Kİ QALDİ SER PİS DEYİL AMMA BOLGULƏR YERİNDƏDİŞHALALDIŞUĞURLAR

  18. məmməd savalan Says:

    Şeirlər xoşuma gəlmədi, amma
    xoşum şeirlərə qoşulub getdi:

    İncə-incə dillərində
    Xoşum getdi, xoşum getdi.
    Sancaq oldu tellərində
    huşum getdi, huşum getdi.
    Nə dən gördü əllərində,
    Uçdu candan, quşum getdi.
    Sən bir yazsan, ya baharsan,
    Sən gəldikcə qışım getdi.
    Əridi könlümün buzu,
    Alovunda yaşım getdi.
    Mənim kimi aşiq hanı,
    Aşım bişdi, qaşq hanı,
    İncitmədim qarışqanı,
    Vseravno, başım getdİ.

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...