Üç şeir
Lalların toyu.
Dünyanın ən sakit toyu.
Hərəkətlərin sözləri üstələdiyi an
Və bir səs və bir söz
Hamı bir ağızdan.
A-a a-a …
beləcə,
Xoşbəxtlik dilənir Allahdan.
Lalların toyu.
Dünyanın ən sakit toyu.
Hərəkətlərin sözləri üstələdiyi an
Və bir səs və bir söz
Hamı bir ağızdan.
A-a a-a …
beləcə,
Xoşbəxtlik dilənir Allahdan.
Günahkar qadındı
Ay işığı…
Üzünün qarasından qopar
Pəncərəni qırıb tökər
Gecələr…
Bakirədir
Ay işığı…
Ağ kətanın sinəsi bulanıb. Sahibsiz əl günəş çəkib ona. Baxan həris gözlərin atəşini söndürə biləcək qızıl damlaları süzülür sanki ovuclara günəşin şəfəqlərindən. Ancaq günəş də səxavətli deyil. Yəqin ona görədir ki, ona baxanın gözləri qamaşır. Günəş hamıya bəxş olunan hədsiz xəzinədir.
Ağ kətanın sinəsi bulanıb. Sahibsiz əl səma çəkib ona. Tozlu, palçıqlı dünyanın çirkli yollarıyla gedərkən [...]
Hələ yaşamağım möcüzədir lap,
İnana bilmirəm mən həyatdayam.
Həyat bir oyundur, mənsə oyunçu,
Hələ bu oyunda ehtiyatdayam.
Bir gün çin çıxacaq yuxum ölümlə,
Vaxt gələr olaram qohum ölümlə,
Qaç-tutdu oynayır ruhum ölümlə,
Əzrayıl əmiylə zarafatdayam.
Salam, ata! Kefin necədi, nə yenilik var?
Bilirəm, bezmisən məktublarımdan. Sən də rahat yaşamaq istəyirsən. Artıq qışdır, qar yağıb, çovğun düşüb. 13 ildir qışı bu cür qarşılayıram. Sizsiz necə yaşadığımı bu vaxt ərzində göndərdiyim məktublarda yazmışam. Mənə heç bir cavab yoxdur. Məktublarım ya ora çatmır, ya da ki, oxumursan. Bəlkə də belə yaxşıdı. Yoxsa [...]
O dağın ətəyindəki kəndi görürsənmi
sakit və xoşbəxt həyatıyla
qibtə hissi doğurur adamda
evləri biri-birinin sobasına
qızınacaq qədər yaxın
ağacları baş-başa verib pıçıldaşır
küləklərin eşqinə