O dağın ətəyindəki kəndi görürsənmi
sakit və xoşbəxt həyatıyla
qibtə hissi doğurur adamda
evləri biri-birinin sobasına
qızınacaq qədər yaxın
ağacları baş-başa verib pıçıldaşır
küləklərin eşqinə
adamları mehriban
qızları gözəl
gəlinləri həyalı
itləri qonağa hürməz heç zaman
azan səsiylə oyanır o kənd
şəhadət kəlməsiylə yuxuya gedir
hücum etməli o kəndə!
kişilərini yerindəcə güllələməli
ağzı dualı qocalarını
ağaclara sarıyıb yandırmalı
uşaqlarını dəmir borulara doldurub
qaynaq etməli
hücum etməli o kəndə
qızlarını zorlamalı
saçından yapışıb sürüməli
hamilə gəlinlərin
şişman qarınlarını
nallı çəkmələrlə təpikləməli
süngüylə yırtıb çıxarmalı
canına yenicə qan hopmuş rüşeymləri
hücum etməli o kəndə
bağdakı itlərə belə aman verməməli
evlərin hamısına od vurmalı
dünyanın gözündən yayınıb
sakit bir guşədə
şad-xürrəm yaşamağın
nə demək olduğunu anlatmalı onlara
darmadağın etməli o kəndi!
bir nəfər belə sağ buraxmamalı
…sağ buraxmamalı bir kimsəni
o kəndin acılarıyla yaşamağına
qıymamalı
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Şahanə
Şubat 21st, 2008 at 12:13
Niyə axı, Şərif bəy?
Oxucu
Şubat 22nd, 2008 at 22:04
agaclari bas-basa verib picildasir kuleklerin esqine-ela,ela.
sagburaxmamali bir kimseni
o kendin acilariyla yasamagina qiymamali-gozeldi.
Serif,yeqin ki Qarabaglisan ,orda olanlari gormusen,ve kendinizin acilariyla seni bas basa qoyduqlariucun bele sonluq la bitirmisen seiri- bu seirin basqa izahi yoxdu
Chilgin
Şubat 23rd, 2008 at 01:23
Ermenilerin himnidir ele bil… Ureyim pis oldu… Heyif!!!
Size ise ugurlar!
Sima N.
Şubat 24th, 2008 at 21:13
poetik, hem de facievi sheirdir. Demek, adi, acilarla dolu heyati yashamaqdansa, olmek ve oldurmek (zorlamaq, yandirmaq) daha yaxsi?
P.S. Admine: bilirsiz ki, UNIkodla AZ srifti yazilmir? EN-le yazdim
Bizimki
Şubat 24th, 2008 at 21:48
Sima xanım anlamadıq, necə yanı yazılmır? Mümkünsə açıqlayardınız. Yeni dizayna keçmişik, texniki nasazlıqları birlikdə aradan qaldıraq. Əvvəlcədən təşəkkürlər!
Ryabina
Şubat 29th, 2008 at 11:20
Bütün “İZM”ləri kişlər uydurub…HumanİZM…- bu da kişi əyləncəsi…
Etibar
Mart 1st, 2008 at 00:38
Şərif Ağayarın NƏ DEMƏK istədiyi məlum olduğundan, onun NECƏ demək problemi yoxdur. NECƏ demək problemi şair üçün NƏ DEMƏK istədiyi məlum olmayanda yaranır.
Qibəte olunucuq dərəcədə uğurlu şerdir.
Novarg
Mart 1st, 2008 at 10:44
Indi deyek ki, bu shair etiraz edir, amma kime qarshi…?
- ermenilere…?
- “humanizm” terminini tez-tez hallandiranlara…?
- 20 ile yaxindir hemin kendi ermenilerden ala bilmeyenlere…?
- doyushmeden qoyub qachanlara o kendi…?
- bes niye sheirin sonunda yuxaridaki veziyyeti yaradanlarin adi, unvani hallandirilmir…?
Netice olaraq, eger shair/ziyali etirazinin konkret unvani yoxdursa, onun yazdigi kime ve neye lazimdir…? Hech kime tebii ki… Bu sheire de 3-5 sherh yazaq, sonra unudaq getsin, bizimki.nin arxivinde itib-batsin… Bu gune qeder yazilan yuzminlerle bele “eitraz” sheirleri kimi…
Unvan gosterin cenablar, unvan…
Savalan Muganli
Mart 1st, 2008 at 17:46
bunlar sher deyil, cizmaqaradir
Rəbiqə
Mart 1st, 2008 at 21:48
Yaxşıdır… Çox yaxşıdır…
Oxucu
Mart 1st, 2008 at 22:36
Novarg, yaxsi daa.senin hec dunyadan xeberin yoxuymus ki)))))
bu etirazin cox konkret unvani var.bir de ki unvani iller deyisdirmirse demeli sair) nese iddia ede biler…
scorpion
Mart 1st, 2008 at 23:31
Məndə belə hiss yarandı ki, bu kənd Şərifgilin öz kəndləridir… Gözəl kənddir… Elə şeiri yaradan da bu gözəl kəndin başına o oyunlar açılan zaman kəndin şəriflərinin onun uğrunda ölə bilməməsinin (ölmək istəməməsinin) yaratdığı utanc hissidir…
Cənab Novarg ünvan elə müəllifin özüdür…
sh.aga
Mart 5th, 2008 at 10:48
bizim kendde zerif adinda bir qadin var idi. qachqinliq vaxti oglu ile muhasireye dushurler. lachinin sert yerlerinde gezib yol axtarmaqdan oglanin ayaqqabilari cirilib ayagindan chixir. anasi bashindaki yayligi cirib oglunun qan tokulen ayaqlarina sariyir. ikinci muhasirede qadini tuturlar. oglan hemin o yayliq da ayaqlarinda anasini qoyub qachir. indi hemin oglan Gencede gomrukde ishleyir. bir defe Gencede tesadufen gordum onu. her qoltugunda bir qarpiz yolun o uzundeki xidmeti mashina teref gedirdi. ne qeder chalishdimsa da gedib onunla gorushmeye ureyim gelmedi.
ramil
Mart 5th, 2008 at 10:53
ela sheirdir. sherif bu movzularda ugurlu numuneler yazir. @Alatoran@ dergisinde neshr olunan hekayeleri de olduqca maraqlidir. amma bilmirem kitabi var ya yox.
ugurlar
Oxucu
Mart 15th, 2008 at 22:44
bu da axiri-Mixaylo demis)))
serh yazmaqdan yoruldum,inaniram ki gereken her seyi yazdim butun cilpaqligiyla…
amma yene kohne hamam kohne tas..
… mayda yene yazmaga baslayacam-amma bu defe serh yox,seir.sorgulayan,yargilayan,irdeleyen seirler silsilesi.
inaniram ki onda mene coxlu serh yazacaqsiniz ) ) )
Kafka
Mart 20th, 2008 at 11:24
Sherifin butun sheirleri cox gozeldir…
SavaLan Talibli
Mayıs 16th, 2008 at 00:08
Sair qabil serlerinin birinde yazirki yardimli dunyanin harasindadi….
indi Serif Agayarin yazdigi o kendin dunyanin harasindadi
yaxsi tesevvur edib kendi,gozel
amma bir seyi basa dusmedim niye o gozelliyi abirli heyali qiz gelini baqli beherli baqcasi olan kende hucum etmek?
Bambili
Nisan 18th, 2009 at 17:01
Hech yeri yoxuydu yazdigin serin
) adimnan da melumdu
) burda yazlinalar hamisi biosh bosh sheylerdi