Salam, ata! Kefin necədi, nə yenilik var?
Bilirəm, bezmisən məktublarımdan. Sən də rahat yaşamaq istəyirsən. Artıq qışdır, qar yağıb, çovğun düşüb. 13 ildir qışı bu cür qarşılayıram. Sizsiz necə yaşadığımı bu vaxt ərzində göndərdiyim məktublarda yazmışam. Mənə heç bir cavab yoxdur. Məktublarım ya ora çatmır, ya da ki, oxumursan. Bəlkə də belə yaxşıdı. Yoxsa bu 13 ildə canını qoymağa yer tapmazdın. Başa düşürəm ki, bu hal xoşagəlməz və ağırdır.
Məhz, buna görə də özümü heç nə olmamış kimi aparıram. Guya hər şey öz qaydasındadır. Amma vaxt çox şeyi dəyişib. Sən məni təhvil verəndən sonra onların dilində danışmağı öyrəndim. İndi onlar bu dilin mənim ana dilim olduğunu iddia edirlər. Hərdən onların iddialarına inanmağım gəlir. Və sən həmişə bizə başqa dilləri öyrənməyi məsləhət görürdün, xaricilərlə onların dilində danışmağı üstün tuturdun. Düzünü desəm, heç vaxt mən bunu anlamadım. Axı niyə qonaqlar, gəlmələr bizim dildə danışmasın?
Ata, ailədə özümü o birilərindən ayırmadım. Buna baxmayaraq, sən mənim hamıdan gözəl, sevimli, istedadlı olduğumu demisən. Ancaq bu keyfiyyətlər heç də mənə xoşbəxtlik gətirmədi. Hətta, ətrafdakılara da təsirsiz ötüşmədi.
İlk illər çoxluca arıqladım. Sonradan yavaş-yavaş özümə gəldim. Ata, birlikdə olduğumuz illər üçün çox darıxıram! İndi müxtəlif yuxular görürəm. O gün görürəm ki, yanaşı oturub ana dilimizdə danışırıq.
Bilirsən, ata, çoxdandır sənə demirəm. Artıq mənim başqa adım da var, Ars… yox, yaxşısı budu yazmayım. Heç də xoşuna gəlməz. İstəmirəm səni daha da vacib işlərindən ayıram. Boş yerə sənə məktub yazdım, boş yerə vaxtını aldım. Ürəyim sıxılır, ətrafımdakılar hamısı mənə yaddır! Bu yadlar məni dəyişdirir - üzərimdə özlərinə məxsus nişanlar, çapıqlar həkk edirlər! Bütün edilən dəyişikliklər getdikcə mənə doğmalaşır. Qorxuram sənin oğlun olduğumu heç vaxt sübut edə bilməyəsən! Daha mənim onlara müqavimət göstərməyə gücüm qalmayıb. Nə gizlədim, artıq onlara isnişirəm. Qalmışam aralıqda, ata. Bu 13 il kifayət edib ki, mən onlara öyrəşim. Digər tərəfdən, bu 13 il bütün əlaqələri qırmağa kifayət etmir. Deyəsən tezliklə görüşməsək bir-birimizi tanımayacağıq. Belə olan halda qoy sonda bir axmaq sual da verim:
- Məni özünə qaytarmaq fikrin yoxdur?!
Oğlun Qarabağ
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Azer
Fevral 22nd, 2008 at 14:39
Salam! Mektub Chox xoshume geldi…Inshallah Qarabagi atasi tezlikle geri qaytarar!
Oxucu
Fevral 22nd, 2008 at 21:26
eger mektubda danisdirilan Qarabag toragidirsa bu benzetme ela alinib,Ars… da yeqin Arsax di he,Qarabagin ermenice adi.
amma umumiyyetle yazi cox qarisiqdi
deyesen bu yazi filosoflar ucun yazilib,
onlar kimdi,13 il nedi,sohbet Qarabagdan gedir?eledise qarabag13 il yox 15 ildi isgal altindadi .’ilk iller olduqca ariqladim,sonra ozumegeldim’???eger ogul atasina mektub yazibsa(obraz Qarabag torpagi deyilse,adam adidirsa) meni ozune qaytar ne demekdir? nese yaxsi olar ki muellif yazdiqlarini aciqlasin.
Bizimki
Fevral 22nd, 2008 at 22:39
Elə Qarabağı nəzərdə tutub. Sadəcə yzı iki il əvvəl qələmə alınıb.
Chilgin
Fevral 23rd, 2008 at 01:37
Ufak tefek deyiwikliklerle laaap coxdan oxumuwam. Bunu internetde cox yaymiwdilar. Ama men bu gune qeder Gunel Anarqizinin yazisi olaraq bilirdim. Her halda ugurlu addimdir!
savalan MUGANLI
Fevral 23rd, 2008 at 11:43
salam yazar qardash! Bir az diqqetli olaydin gerek! itirilen ogul deyil ki, mektubu da ogul yaza. itirilen anadir (ata da ola biler) Mektubu ana (ata) ogula yazmali idi. Hem de telesik chapa vermisen, mektub daha tutarli, daha dolgun, daha enerjili ve daha aydin olmali idi. yene ugurlar. yaz-yarat, var ol! mugan@box.az
Samedli
Fevral 24th, 2008 at 16:05
Salam!!!Belke mektublari artiq intiqam ruhu ile zefer meydaninda can veren esger adindan yazaq!!!Mence onda her seyin mahiyyetini anlaycayiq!!!
Gülşən Cəbiyeva
Fevral 25th, 2008 at 22:12
Salam!
Məktubdursa, dili qurudur. Xüsusilə nəzərə alınsa ki, oğulun ataya məktubudur, heç uyğunluq olmur. Belə çıxır ki, ata ilə oğul arasında (münasibətlər, doğmalıq baxımından) kilometrlərlə məsafə olub, indi də oğul məktubunu risklə, ürəksiz yazır.
Başqa tərəfdən, bəlkə oğul atanın, ya başqasının kölgəsində sürünməyə son qoyub, özü mübarizə aparmağı, yaşamağı öyrənsin? Əks halda bizim cəmiyyətin ən adi məqbul-imtahanda da qiymət almaqdan ötrü atasını axtaranlarına bənzəyəcək.
Öz mübarizəsini qurmağı, aparmağı bacarmayan ölməyi də bacarmır. Ölmək üçün əvvəlcə yaşamaq lazımdır.
Nə isə.
Uğurlar!
scorpion
Fevral 26th, 2008 at 01:53
İntiqam bəy bircə yazmağı da öyrənsə hər şey yaxşı olacaq…
Ryabina
Fevral 26th, 2008 at 12:05
Deyəsən Qarabağ torpaqlarının üstündə yox, artıq altında başlayacaq müharibə…Bəlkə bizim və onların ölüləri daha ədalətli savaşacaqlar…kim bilir…”Ruhların savaşı” adlı ideya verirəm, vaxtım yoxdu, götürüb biriniz işləyin, nolar…
Novarg
Fevral 26th, 2008 at 16:03
Bu mektub yetishmez…
Asiman
Fevral 26th, 2008 at 19:22
Bu dərəcədə əhəmiyyətli bir mövzu üçün çox primitiv yazıdır, yenə də uğurlar.
shusha
Fevral 26th, 2008 at 20:28
adminnen xahis eliyirem ki bunu oldugu kimi verin
eziz yazar,gelin bir az real olaq.siz ki neyin ne yerde oldugunu bilirsiz.
QARABAG movzusunda longstanding danisiqlar neticesiz qalir.
cunki Qarabagda konkret fikir yoxdur.ehalinin yarisi bele yarisi da basqa cur dusunur.tesevvur edin, mes:Qarabagda hami Azerbaycanin terkibinde yasamaq istese idi,hec Qarabag problemi olardi?
hetta ATET in teklifi var ki,etraf rayonlar qaytarilsin,Qarabag muveqqeti musteqil olsun,20 il sonra da referendum kecirilsin ve ehali ne dese o olsun.yeni ki mesele yene donub durur ehalinin uzerinde.
bir de, kimse kimsenin iradesini ipotek altina qoya bilmez.
bir de ki,
alem cennete donse,
yaddan cixmaz Qarabag!
A.Uğur Olgar
Fevral 27th, 2008 at 09:54
Salam.
Eziz dostlar, inşallah bir gün gelende (ki o gözel gün mütleq çox yaxındı) hamımız birge gedib Qarabağda, Xocalı-da qan çiçeqlerimizi bayraq deye diqeceyiz üzgün ürexlerimize, Laçında, Zengilanda, Ağdamda el-ele qol-qola dilimizde şeirlerimizle dolaşacayıq, kahvelerimizi yuddumlayaraq muğamlarımızı dinleyeceyiz. Dünyada bir cennet mekan varsa o da Qarabağdı, ay qızının, nur danesinin şeheri Zengilandı, diyer rayonlardı. Beqle Qarabağ geliriq, göz yaşımızla, umutlarımızla (ümidlerimizle), geleceye dair inancımızla yüyüre yüyüre geliriq, men de Türkiye-den gelecem Azerbaycan xalqının o görkemli toy-bayramına o vaxt. Her kese uğurlar arzulayıram.
Yasin Türksoy
Mart 2nd, 2008 at 20:17
Ise bir bax?! “Yeni Nefes” Herekatinda bu yaziniz olan vereqeleri paylamisam. Tekmillesdirilmis 14 yasli oqulun mektubu. 2008-in Yanvarinda. Orada “men-sen” deyil, Butov Azerbaycanin menafei ustun tutulur. Amma vereqede muellifin adi yox idi, birce “Imza: senin oqlun Qarabaq” yazilmisdi. Yazini oxudum uzuldum. Muellifin sorusdum bilen olmadi…
Bu azmis kimi tesadufe bax!? Serhi yazmamisdan qabaq Kelbecer sakininin 2007-ci ilde (bundan evvel 1998 ve 2005-de gedib, hetta bayraqimizi da orada dalqalandirib) yeniden Kelbecere gedib gizli cekdiyi goruntulere baxdim… Ureyim agridi… Insanin oz torpaqlarina gizlin getmesi, dogulub-boyuduyu dede-baba torpaqlarina sekillerden, video lentden baxmasi cox agrilidir!!!
Qardasim serhi oxusan bil ki, eger senin urekden gelen aci nisgiline 10 nefer baxib “bu nedi e, bos-bos seylerdi!” deye laq elese uzulme, 1000 nefer de Eloqlu var. Adam var qurbetde doqulur, doqma torpaqlarinda bele olmayib, yasam terzi orada olur, amma ata yurduna, kokune baqli olur. Ellinistler, Kosmopolitler de olur, Eloqlular, Milletseverler de. Esas xirda-mirda qusurlar deyil, mahiyyetdir. Kime ne lazimdirsa o da onu axtarir. Hec Kimin Yeri Bos Qalmir!
Her kesin oz yeri var dunya uzunde,
Qelbi eyrinin de, qelbi duzun de.
Hec Uzulme!
Tanri Turk Ucun Dusunen Turku Qorusun!
Sayqilarla…
Ulviyye Heyderova
Mart 3rd, 2008 at 14:28
Hormetli Intish! Edebiyyata gelmek uchun ogurluqdan istifade etmek neye lazimdir? Eger istedadiniz ve yazi bacariginiz varsa, oz eserlerinizi numayish etdirin. Bu eserin muellifi Gunel Anarqizidir ve 2004 cu ilde Hurlan Neshriyyatinda onun “Navstrechu proshlomu” kitabinda rus dilinde derc olunub. G.Anarqizi eseri hele 2002-ci ilde yazib. Xalqi aldadib gundemde olmaq neye lazimdir? Eger Veten derdi seni bele yandirirsa, oz ureyinden gelen hisslerini yaz, yox eger yaza bilmirsense Vetene sevgini gostermek uchun bashqa vasiteler tap. Yalan ayaq tutar, yerimez deyibler. Senin bu ogurlugun ozu bir Vetene xeyanetdir.
Ve men saytin tertibatchisindan teleb edirem ki, eseri muellifinin adini duzgun yazsinlar. Evvelceden teshekkurler!
Oxucu
Mart 3rd, 2008 at 18:25
wow
scorpion
Mart 4th, 2008 at 00:39
Deməli yoldaş İntiş zəif yazıçı yox,zəif tərcüməçiymiş… :))))
Novarg
Mart 4th, 2008 at 12:33
…”senin bu ogurlugun ozu BIR Vetene xeyanetdir” yox, “senin bu ogurlugun ozu Vetene BIR xeyanetdir” olmali idi… Duzeldim dedim…
Kimin yazmasindan asili olmayaraq, zeif yazilmish mektubdur… Zira, hami bilir ki, mektuba “Salam”la bashlamazlar… Herchend, bunu men de bilmirdim, ilk ve son mektubumda oyrendim… Mektuba “Ezizim”le bashlamaq lazimdir…
sherif
Mart 5th, 2008 at 12:52
intish senin qazaxdan mekjtubun daha maraqlidir. ama umumiyyetke El Severin @Neytub@u hamisindan maraqlidir.
Oxucu
Mart 5th, 2008 at 15:29
sherif ,el severin neytubu nedi ele???
sherif
Mart 5th, 2008 at 17:54
intiqam ozu bilir
qedir qizilses
Mart 5th, 2008 at 18:01
halaldi intish!
Gülşən Cəbiyeva
Mart 5th, 2008 at 21:19
Şərh müəlliflərinin say nisbətinə (yazının müəllifini də üstə gəlməklə) diqqət edin.
Son günlərdə cəbhədə neçə hərbçi şəhid oldu, neçəsi yaralandı, neçə evdə hərə bir tərəfdə ürəyini tutub durdu (durur), siz də burda “söz oyunu”yla məşğulsuz…
Bu ürəklə min il də qala, müharibə ədəbiyyatı yaradıla bilməz…
Chilgin
Mart 7th, 2008 at 16:33
biz bu yazini etrafimizdakilara maraqli wekilde teqdim edirdik. yuxarida da qeyd etdiyim kimi muellifini bilmeden yayirdiq. cunki cox tesirli idi. vereqin oglun qarabag yazilan hissesini arxaya qatlayir tam metn oxunduqdan sonra vereqin arxasina baxmaga icaze verirdik. bu cox tesirli idi. ne bilim vallah beyenmeyenler ola biler ama hisslere birbawa toxundugu butun oxutduqlarimin reaksiyasindan deye bilerem
Forum
Mart 9th, 2008 at 00:21
Adminnen xahisim serh olmasa da bu yazini veresiniz.
…men niye mehz bu gun bilmirem,amma bu gun bizimkinin forumundaki yazilari oxudum,dehsete geldim.deyirem nelerden xeberim olmayib,sonra da deyirem yaxsi ki olmayib.
maraqli dialoqlar variydi……………
ne deyim eey?adam nese gozle gorduyune bir de esitdiyine cox inanir,yazi yazmaga ne var ki.
Sabir demis;
neynemeli goz gorur eqlim kesir,
men gunesi goyde dana bilmirem.
men de gorduyum ve bildiyim heqiqetleri danmaq istemirem..
ve oz fikrimde israrliyam!
forumda en cox islenen soz saxtakarliq,qelbi kirrilik,uzuqaraliq,ikiuzluluk ve.s sozleri idi.bu qeder nifret olar?birce soyus catmirdi forumda.
en lezzet eliyen yazi ise meglubiyyet yazisi idi.gulmekden oldum…cunki bunu imanli insanlar yazmisdi.
ezizlerim qelebe elde elemek deyil,qelebe hakkaniyetdi..axi siz namazli- niyazlisiniz?!
sonra da semimiyyet…)))
semimiyyet sozle olmur,semimiyyet emelle olur.Eli Kerim atasi haqqinda yazdigi seirde deyir ki:
ovladiycun birce kelme can soylemekden,
ovladiycun can vermeyi asandi ona…sozde semimiyyete ne var eey.can can demeye ne var ey.burda bele soz esidersen basqa yerde basqa soz.bilirsiz dee bedenin butun orqanlari yorulur,dilden basqa.cunki bedenin butun uzvleri emelden dil ise danismaqnan mesguldu.ne ise ..bir de deyim ki,forumdaki yazilari oxuduguma pesimanam-cox pessimist forumdu))insanlarin(kimin olur olsun)taleyi ile oynamayin.empati eleyin.ve konkret olun!
ne ise besdi basim agridi
)))) Sonda heqiqi seir yazaq ve seirleri tehlil edek.
qedir qizilses
Mart 13th, 2008 at 13:05
intish nese tapib. ancaq bu ortabab tapintini - ‘Bütün edilən dəyişikliklər getdikcə mənə doğmalaşır’ - kimi berbad cumlelerle ifade elemek olmaz.
AMIL
Mart 28th, 2008 at 14:28
cox gozeldir,xoshuma geldi,mende qarabagliyam,inshallah qayidariq oralara
безумец
Aprel 2nd, 2008 at 13:16
cox gozel yazilib. cox sagol, intish. bu qarabagdir.
vusal
İyun 10th, 2008 at 08:32
mektubu beyendim.buusaq edbiyyatina daha yaxindir.”Atalar “ucun qeleminizi bir qeder sert etseniz daha ugurlu olacaq.
Saytinizla yaeni tanisam.Amma bir sey meni cox incidir.Vetenperverlikden dem vuranlarinizin coxu OZ DOGMA DILine bu qeder yaddirmi ki,Turkiye turkcesinde sozler isledirler.Fikirlerimizin ifadesi ucun ANA dilimizde yeterince soz var. Dilimizi yaxsi oyrenin sonra serh yazin.AYIBDIR