Hələ yaşamağım möcüzədir lap,
İnana bilmirəm mən həyatdayam.
Həyat bir oyundur, mənsə oyunçu,
Hələ bu oyunda ehtiyatdayam.
Bir gün çin çıxacaq yuxum ölümlə,
Vaxt gələr olaram qohum ölümlə,
Qaç-tutdu oynayır ruhum ölümlə,
Əzrayıl əmiylə zarafatdayam.
Qulağım eşitmir, dilim danışmır,
Bəxtim küsəyəndir, küsür barışmır,
Cənnətə düşməyə pulum çatışmır,
Mən ki cəhənnəmdə qeydiyyatdayam.
Allahın nə yaman pis imiş xətti…
Sevgini götürüb iynə-sap ilə
Sevgisiz ürəyə toxumaq olmur.
Allaha zəng vurub balansınızda,
Nə qədər ömür var yoxlamaq olmur!
Ümidin bitibsə ömür də bitdi,
Həyat dərdlə dolu bir labirintdi,
Allahın nə yaman pis imiş xətti,
Alnımın yazısın oxumaq olmur!
Hardasa ağladı bir qızıl üzük
Saydıqca özünü məğrur və böyük,
Oldun öz əhdinə, vəfasız dönük.
Hardasa ağladı bir qızıl üzük,
Hansısa dodaqlar öpüşsüz qaldı…
Məhəbbət xəttləri qırıldı bir gün,
Ayrılıq qılıncı sıyrıldı bir gün,
Dəlicə sevənlər ayrıldı bir gün,
Bir gün sevgililər görüşsüz qaldı…
Puç oldu deyilən o gözəl sözlər,
Çağladı bir anda çaylar, dənizlər,
Qəfildən ağladı o gülən gözlər,
O vaxtdan bir oğlan gülüşsüz qaldı…
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Namiq Haciheyderli
Fevral 24th, 2008 at 18:21
salam Qismet bey! istedadli oglansan,yolun ugurlu olsun. Ancaq bir az diqqetli ol- Tanri meselesinde! ,, Allahin ne yaman pis imish xetti,, ne demek qardashim? yene ugurlar. yeni yaradiciliq numunelerini gozleyirem. haciheyderli@box.az bu unvana yaz. sene deyeceklerim var
Varis
Fevral 26th, 2008 at 05:53
chox maraqlidir…
men
Fevral 26th, 2008 at 14:47
cennete dusmeye pulum catismir-bu ne biabirciliqdir?
ezrayil emi yox bir dayi,allahin xetti pis imis(hasa).allaha zeng vurmaq(hasa),ve.s gic gic seyler.
bele seyleri tenqid senlik deyil.duzemelli bir sey yaza bilmirsen baslayirsan qurama seyler yazmaga ,yasaqdiqlarinnan yaz.
Asiman
Fevral 26th, 2008 at 19:32
Belə yazılarla ədəbiyyatda iz qoymaq mümkünsüzdür Qismət. Uğurlar
Qismət
Fevral 26th, 2008 at 23:07
Salamlar.Asiman fikir bildirdiyinə görə çox sağ ol.Mən ədəbiyyatda iz qoymaq xatirinə yazmıram.Mən adlı istifadəçiyə isə demək istəyirəm ki,mənim nələri tənqid edəcəyim,nələrdən yazacağıma heç kim qərar verə bilməz.O cümlədən də sən. əvvəl yazırsan ki,düz-əməlli bir şey yaza bilmirəm sonra isə yazırsan ki, yaşadıqlarını yaz.Yaşadıqlarımdan yazdıqlarımı oxumadan hardan bilirsən ki,düz-əməlli yazmıram?Yox əgər bu şeirləri tənqid etməyi nəzərdə tutub deyirsənsə konkret tənqid yaz.Bu biabırçılıqdır,bu olmaz, nə bilim mötərizədə haşa filan bunlar tənqid deyil.Bir də ki, madam ki,düşünürsən düz-əməlli bir şey yaza bilmirəm onda niyə yaşadıqlarını yaz məsləhətini verirsən?HAmınıza minnətdaram.Çox sağ olun.
A.Uğur Olgar
Fevral 27th, 2008 at 09:15
“Məhəbbət xəttləri qırıldı bir gün,
Ayrılıq qılıncı sıyrıldı bir gün,
Dəlicə sevənlər ayrıldı bir gün,
Bir gün sevgililər görüşsüz qaldı…” - Qismet
Eziz qardaşım Qismet, şeirlerin maraqlı, gözel ve menalıdı, buna göre beyenmişem. Heca vezninin deyerli misalları olaraq görürem, istedadlı bir şairsen, daha yaxşi olacayını bilirem, bu cür şeirlerinin daha çağdaş, modern tarz ve menada devamını gözleyirem ve sene uğurlar arzulayıram.
A.Uğur Olgar
lale
Fevral 27th, 2008 at 22:53
men emnem ki, bu tenqidi sehrler seirleri cemi bir defe oxunduqdan sonra yazilib. size meslehitim bu seirleri bir nece defe oxuyun. Cunki beze sozler yazildigi kimi oxunmur. Qismet cox istedadlidir ve bu seirlerini de ustaliqla yazib .Amma sozu geden seirleri oxuyub anlamaq daha cox istedad veustaliq teleb edir.
Rəbiqə
Fevral 27th, 2008 at 23:31
Qismet istedadli oglandi, yaxshi da yazir, semimidir. Amma bir defe demishem de, forma problemi var.
Ugurlar!
Oxucu
Fevral 28th, 2008 at 11:22
Qismet,onsuz men yazanlari kim nece istiyir ele yozur,tenqid yazmiram deyirem ki seirlerine yene bax.
mence problemin nede oldugunu bilirsen…men bele seirleri qebul elemirem.serhlere bax,coxlari qebul elemir.sense bu gun de davam edirsen —- bu cur yazmaga.
bir soz de gozlemirem,
emel gozleyirem..bunlara son qoy.
kecen seirlerin bunnan yaxsi idi.bir az uzerind e isde.istedadlisan.
ne ise..men bir sairin xosladigim seirlerini gonderecem,onda bilersen men hansi seirlerden zovq aliram..
Azer
Fevral 28th, 2008 at 11:52
Salam Qismet bey.Serlerin cooox xoshuma geldi.Bu cur yazmaqda davam ele.Ugurlar arzulayiram! Deyilenlere cox fikir verme.Birinci ve ikinci serlerin daha cox xoshuma geldi.Tez-tez yaz.
Kamran
Fevral 28th, 2008 at 17:59
Qismət, əvvəla tənqidə yanaşman doğru deyil. Sən hələ nə Ramiz Rövşənsən, nə Vaqif Səmədoğlu, bu cür əsəbi şəkildə cavablandırırsan tənqidləri. Bəs inşaallah bu cür səviyyəyə yüksələndən sonra nə edəcəksən? Güllələcəyəksən tənqidçilərini?
İkincisi, sənin şerlərində ən vacib olan məsələ - səmimiyyət yoxdur. Yəni, mən oxuculardan birinin fikri ilə razıyam - sən həyatda yaşamadığın nəsnələr haqda yazırsan, elə göstərirsən, sanki yaşamısan, hiss etmisən və kağıza köçürmüsən. Halbuki yaşamamısan, hiss etməmisən. Sadəcə təsir altında yazmısan və bu da çox qeyri-səmimi çıxır. İnan mənə.
Nəhayət, qafiyə və heca naminə lazımsız və qeyri-dəqiq ifadələrə yer vermək nəyə lazımdır?
“Pulum çatışmır” ifadəsi yoxdur, “pulum çatmır” var.
Və ən sonda. “Sözlər”-”gözlər” kimi qafiyələrdən uzaq ol. Bu, uşaq ədəbiyyatıdır.
Uğurlar.
Kamran
Qismət
Fevral 28th, 2008 at 22:34
Kamran səmimiyyət yoxdur hissəsi ilə qəti razı deyiləm.İnan ki sənə qeyri səmimi görünən nə varsa tamailə mənim həyat tərzimdir.Mən gördüyüm,düşündüyüm və yaşadığım kimi yazıram.
“söz-göz” qafiyələrindən isə düzdür uzaq dayanmaq lazımdır.Amma gözlə görünən uzaqlıq olmalıdır məncə bu. Ramiz Rövşən , Vaqif Bayatlı , Vaqif Səmədoğlu gözəl şairləridir.Amma mən arzulamıram ki onlardan olum.Yazdıqlarına görə çox sağ ol.Bax sən yazdığın tənqiddir.
Kamran
Fevral 29th, 2008 at 10:46
Qismət, ola bilsin ki, sən haqlısan və doğrudan da, dediyin kimi, yazdıqlarını yaşamısan. Onda, bağışla, deməli, yaşadıqlarını inandırıcı şəkildə təqdim etməyi hələ bacarmırsan. Stanislavskinin məşhur “Не верю” ifadəsi var. Yəni, mən sənin yazdıqlarını oxuyub səmimi olduğuna sadəcə inanmıram. İnandırmağı bacarmalısan.
Sənə bir misal çəkim. R.Rövşənin məşhur “Kölgə” şeri var. Yəqin bilirsən.
Bax, o şeri ilk dəfə oxuyan an mən başa düşdüm ki, bunu yazan insan sevdiyi qadınla evlənməyib. Və ömrü boyu həmin sevib evlənmədiyi qadını unuda bilməyib.
Bilmirəm, anlayırsan sözlərimi, yoxsa yox.
Mən təbii ki, dahi R.Rövşənlə səni müqayisə etmirəm:) Sadəcə, səmimiyyət deyəndə nəyi nəzərdə tutduğumu anlatmaq istədim.
Ümidvaram ki, alındı.
Qismət
Fevral 29th, 2008 at 14:57
Kamran bax burda mən stop.Doğru deyirsən ola bilsin ki, mən inandırmağı bacarmamışam bu şeirlərdə.Düşünməyə dəyər…Çox sağ ol.Hə, unutmadan ALINDI
Elnarə Şəms
Mart 4th, 2008 at 14:41
Sevgini götürüb iynə-sap ilə
Sevgisiz ürəyə toxumaq olmur.
Allaha zəng vurub balansınızda,
Nə qədər ömür var yoxlamaq olmur!…………..əla,əla birdə əla,……..
Buna bənzər misralar məndə var..
Sənin ürəyinin işi asanddır,
İynə-sap götürüb tikə bilirsən.vəs.
Salam Qismət bu şeirinə azyazarda fikir bildirmişdim,bir daha bildirirəm.Sən çox istedadlı oğlansan.Yaşını nəzərə alsaq yüksək mərtəbələrdəsən,inşallah bundan da yüksəkliklərə ucalasan və mən buna inanıram…Sadəcə səndən bir xahişim var,axına qoşulub axma,axına qarşı get….Yoxsa bu su səni aparar sonsuzluğa.(uzaq olsun)..Qəlbinin ən gözəl yerində oturan Qismətin orijinallığını itirmə,özün kimi qal və sən hər zaman seviləcəksən……Mən Sizi şəxsən tanımasamda,amma şeirlərinizdəki Qisməti artıq yetərincə tanıyır,hörmət edir və hisslərinə sayqı duyuram….
Amma bir iradım var——–
Allahın nə yaman pis imiş xətti,
Alnımın yazısın oxumaq olmur!——-qəti olmaz……
Əslinə qalarsa mən anlayıram nə demək istəyirsəm,amma düzgün deyil……..
qardaşım——–
ALLAHLA ZARAFAT ELƏMƏK OLMUR——-E.Ş.
Sənə uğurlar,hörmətlə.
Qismət
Mart 5th, 2008 at 09:46
Elnarə gözəl fikirlərin üçün çox sağ ol minnətdaram.Çox dolğun,geniş,ətraflı şərh yazmısan.Dəyərli vaxtından ayırıb fikir bildirmisən.Bir daha təşəkkür edirəm.amma bir xahişim var.Məni şərhlərdə ürəyin istəyən formada kəskin tənqid et.nə istəyirsən yaz.Bircə “Qəti olmaz ” yazma.Çox xahiş eləyirəm.Qaldı ki, Allah məsələsinə.Mən zarafat eləmirəm.Qismət
Elnarə Şəms
Mart 5th, 2008 at 21:51
Hə Qismət haqlısan,ola bilsin bir az emosialarımı biruzə verdim,bağışla.Əlbətdə bu düzdür heç kimə əmr şəklində(əslinə qalsa belə demək istəmirdim)nəsə etməyə məcbur eləmək olmaz.Bir daha üzr istəyirəm…
Qismət
Mart 6th, 2008 at 21:59
Yox Elnarə qəti problem yoxdur.Üzr istəməli heç nə yoxdur.sadəcə o sözü sevmirəm.Əgər mən Kobudluq etdimsə sən məni bağışla.
Nahid
Mart 8th, 2008 at 17:04
salamlar. sherhlerde nese bir sunulik var e. hem qismet terefden hemde diger yazanlar terefden, san ki, kimse kiminse xetrine deymek istemir. ele bir ortada edebiyyatdan, sherden sohbet getmir. bele yazma ele yaz ne bilim ne. Qismet demek sen bu gunden sonra ancaq oturub Men adli sherh yazana, Oxucuya ve s. sher yazmaqa bashla. ne bilim bashuna gelen acili mehebbet haqqda, metroda gorub pul vermediyin dillenci haqqda. belke onda ard-arda duszulmush yashanmamish, amma gozel sozerle bezedilmish sherleri oxuyub sherh yazarlar.
Umumiyyetle her kes hec olmasa hansisa gun bu shererde yazilan sozleri ureyinden kecirib, Qismetin tenqid olunmasi ise ondan ireli gelir ki, o, ureyinde saxlamayib aciq deyib.
P.S. he burda bir shey qalib yazilamamish onuda men yazim Qismet gunahdi.
saqalmamish yaralarin
uzerine calish basma
ne deyilir deyilsin qoy
eshit amma qulaq asma.
heyat)
Mart 8th, 2008 at 18:58
Adminden xahis edirem serhi tam veresiniz:
EZIZ NAHID VE DIGERLERI.MEN YAZMAQ XATIRINE SERH YAZMIRAM.MEN XOSLADIGIM SEIRLER HEM HISSIYATLI HEM DE OBRAZLI SEIRLERDIR.bu seirlerde heyatin olmasi shertdir.BU CUR SEIRLER GORMEYENDE IRAD YAZIRAM.LIT.AZ DA MEZAHIR HUSEYNZADENIN SEIRLERINI MEN VERMISEM , SAIRIN XEBERI YOXDUR,AMMA MEN O SEIRLERI COX YUKSEK QIYMETLENDIRDIYIMDEN, SAIRIN 60ILLIYINE HEDIYYE KIMI VERMISEM.MENIM SEIR ZOVQUM BAX ELE OBRAZLI SEIRLERDIR.
SONUNCU SEIRIN BIR BENDINI VERIBLER DAVAMINI YAZMAYIBLAR.
BILMIREM NIYE..SONUNCU SEIR 4 BENDDIR,NE ISE ONU DA BUTOV SEKILDE BIZIMKI DE OXUYARIQ INSALLAH.diger seirler de verecem bax gor ki seiri gozel eliyen gozel sozlerdir.tebii ki,yasanmis hadiseleri tesvir eden…
HAMINIZA UGURLAR , MEN INTELLEKT SEIRLERI XOSLAYIRAM!!!
az-ya
Mart 13th, 2008 at 14:10
Qismət, unutma ki, post-modernist fikirlər həmişə qəbul olunmayıb.
Əlbəttə ən çox bəyəndiyim şeirin “Allahın nə yaman pis imiş xətti” oldu.
Bu o demək deyil ki, mən Allahsızam.
Bu qədər mövhumatçı olmayın.
Adınızı da ədəbiyatçı qoymusuz. Ömür boyu kərbalada imamların qəbrini təmizləyən Füzuli bütün günü saqilərdən, şərab içmək də yazırdı. Deməli o dinsiz idi?..
Arifə bir işarə də kifayətdir ama, vay kamsavadın halına.
Uğurlar Qismət!
Salamlar.
Oxucu
Mart 14th, 2008 at 00:32
ezizim, Fuzuliler sikayetini zemaneden, feleklerden eliyibler.Allaha usyan etmiyibler.
bir de ki movhumat ci filan yox eey,lap isteyisen usyan yaz,oz isindi,amma edebiyyet olsun.Nazim Hikmet ateist olub amma cox ela seirler yazib.
sene bir sey deyim benzetmelerin yaxsi alinmiyib.Allahin xetti oxunmur,Allaha zeng vurmaq,cennet qebzleri Ezrayil emiyle zarafat ve.s.-bunlar poeziya deyil axi…ele bu sozler xatirine yazibsan bu seirleri.de gorum,ele goturek ilk seiri,burda sen oxucuya ne demek isteyirsen,seirin megzi nedir???seni kim cehenneme qeydiyata salib???hardan bilirsen cehennemlikseeen??
ne ise,yasadiqlarinnan yaz!
Qismət
Mart 14th, 2008 at 22:16
Oxucu şeirin məğzini sən anlamamısansa ,sənə bu şeirlər söz xatirinə yazılmış kimi gəlirsə bu sənin yanaşmandı.Sənə heç nə deməyəcəyəm.Amma şeiri yazıb sonra “baxın bu şeirdə bunu demək istəmişəm”-demək ehtiyacı duymuram.Yozum müxtəlifliyinə açıq olmalıdır şeir.XAhiş edirəm hamıdan artıq dərəcədə bəyənmirszinizə şeirləri nə qədər istəyirsiniz tənqid edin.Filoloji yanaşmayla.Amma məsləhət verməyin.Yaşadıqlarını yaz, gördüyünü yaz. və s kimi…
Niyam
Mart 23rd, 2008 at 18:53
Men şeirləri çox bəyəndim. Şeirə şeir gözü ilə baxmaq lazımdır məncə. Hansısa fikrə görə, şeir pisdir, deyə şairi danlamaz olmaz, tənqid etmək olmaz. Əgər mövzüda hanısa etiqada qarışı olan fikir varsa bu şərh edilməli, cavab yazılmalıdır. Yoxsa sən qələmi yerə qoy, səmimiyyət yoxdur, və s. məncə ciddi yanaşma deyil, sədəcə şəxsi fikirləri diktə etməkdir.
Əli İbrahimov
Mart 24th, 2008 at 00:28
Salam, Qismət…Şeirlərin yaxşıdır, amma çalış Allahla bağlı xoş olmayan kəlmələr işlətmə. Hiss olunur ki, yaşadıqlarını, qəlbindəki ağrıları əks etdirmisən və bunu çox yaxşı bacarmısan…Amma insan həyatda nə qədər əziyyət, ağrı-acı çəksə də Allahdan ümidini üzməməlidir. Bir də ki, cəhənnəmi çox düşünmə, özünü cənnətə hazırla…Axirətdə pul lazım olmur, yalnız iman və yaxşı əməllər səni xilas edə bilər. Uğurlar…
AMIL
Mart 28th, 2008 at 14:32
Mufte can paylayir bizlere dunya
Nisiye vermekle hec dushmur dara
Aylari,illeri paylayib borca
Behini hec bashdan sorushmur dunya.
SHerleriniz cox gozeldir,ugurlar size.Amil…………
sahin
Mart 28th, 2008 at 15:10
Salam, Qismet bey. Inanin ki oxuduqlarima inana bilmirem. Superrr. Men inanmazdim ki edebi genclik bu cur dusunceleri dile getire bilir. Sizin seirlerinizin orijinalligi ondadir ki, her kesin yazmaqdan qorxdugu seyleri yazirsiniz. Bu cesaretinizi ayrica alqislayiram. Alqislar…
F.Rzayeva
Mart 29th, 2008 at 12:00
cox mentiqli ve felsefi seire 1az yaxindir,amma demek olmazki tam felsefi seirdir.marqlidir.
cool_Sweet
Aprel 14th, 2008 at 23:06
Men inanmazdim ki, bu saytda umumiyyetle hansisa sheiri oxuyum, amma bu bashliq- cehennemde qeydiyyat meselesi diqqetimi yaman celb eledi. Allahim xetti ile bagli sheir ise ela idi. Yazarin super yumor hissi var.
Aferin! Sukani bele saxla.
Shabnam
SavaLan Talibli
May 15th, 2008 at 23:59
Qismet bey serlerin maraqlidir,deyim ki yeni iz getirmisen yalan olar.Daha cox seni oxumaq isteyirem niye?sende biraz Ramiz Rovsen,Vaqif Semedoglu,Vaqif Bayatili Oder ruhu var
Neden soyledim bu sairlerin adlarini.Onlar Allahdan olumden cox yazirlar.Maraqlidir sen genc neden niye bu qeder olume can atirsan?ve misralarinin birinde soyleyirsen ki allaha
Allaha zəng vurub balansınızda,
Nə qədər ömür var yoxlamaq olmur!
cox maraqlidir
birde menim mailime cavab yaz serlerini tam oxumaq isterdim
tebii ki kitabini isteyirem imkan olsa maile cavab yaz kitabini ver oxuyum
ugurlar ugurlar yalniz ugurlar
Savalan TaLibLi
_beaty of the art_
İyun 27th, 2008 at 22:25
Allahın nə yaman pis imiş xətti…
Sevgini götürüb iynə-sap ilə
Sevgisiz ürəyə toxumaq olmur.
Allaha zəng vurub balansınızda,
Nə qədər ömür var yoxlamaq olmur!
Ümidin bitibsə ömür də bitdi,
Həyat dərdlə dolu bir labirintdi,
Allahın nə yaman pis imiş xətti,
Alnımın yazısın oxumaq olmur!
salam Qismet bey, mence siz bu seirle 21 -ci esrin en boyuk seirlerinden birine imza atdiniz. sozlerimi terif kimi qebul etmeyin, bu sirf heqiqetdir. yazmaga ve oz istedadinizla insanlari teeccublendirmeye davam edin. Size ishlerinizde ugurlar arzulayiram.
Kulturoloq
İyul 10th, 2008 at 19:49
Salam Qismet bey ,inaninki yazdiginiz serler co gozeldir.ve indiye qeder oxudugum serlerin icinde demek olarki en maraqlisi ve en yaddaqalani oldu menim ucun.size ugurlar.hemise bele davam edin.Inshaallah daha da gozel serler yazmagi size arzulayiram.heqiqtende arife bir isare besdir vay kemsavadin .halina sagolun