Ağ kətanın sinəsi bulanıb. Sahibsiz əl günəş çəkib ona. Baxan həris gözlərin atəşini söndürə biləcək qızıl damlaları süzülür sanki ovuclara günəşin şəfəqlərindən. Ancaq günəş də səxavətli deyil. Yəqin ona görədir ki, ona baxanın gözləri qamaşır. Günəş hamıya bəxş olunan hədsiz xəzinədir.
Ağ kətanın sinəsi bulanıb. Sahibsiz əl səma çəkib ona. Tozlu, palçıqlı dünyanın çirkli yollarıyla gedərkən yaşamağa yeganə təkan mavi sonsuzluq çəkilib, kətana.
Ağ kətanın sinəsi bulanıb, sahibsiz əl bulaq çəkib ona. Sakit yaz mehinin zərifcə toxunduğu körpə tək məsum bulağın həzinliyni sahibsiz əl də seyr edib yəqin.
Ağ kətanın sinəsi bulandı, bulandı və tablo adlanan mənzərə yarandı.
Fırçanın qəfil, qətiyyətli tərpənişi hamını diksindirdi. Deyəsən hamı yerindəydi. Gülərüz səma, parlaq günəş, titrəyən otlar, əsən külək və bulaq. Hamının yerində olduğunu görüb, kiçik dünyanın sakinləri səbrlə növbəti qonağı gözləməyə başladılar. Günəş ayın, səma ulduzun, bulaq okeanın, otlar çiçəyin, külək qasırğanın həsrətiylə fırçanın hərəkətlərini izlədilər.
Fırça qara boyaya qonub, kətanın sinəsində gözlənilmədən qara şırım açdı…
Küləyin həzinliyi, günəşin parlaqlığı, otların pıçıltısı itdi…
Ağ kətanın sinəsi bulanıb. Sahibsiz əl qara şırım çəkib ona…

Yüklənir...
5 Comments: Trackback URL | Comments RSS
Şubat 24th, 2008 at 18:29
salam Gunay xanim! axi sen istedadli qizsan . Bu ne cizmaqaradir. chap olunmaqa yox, yaxshi yazmaqa chalish. yeni yazilarini, yeni nefesini, yeni sesini sebirsizlikle gozleyirem. mugan@box.az
Şubat 27th, 2008 at 09:36
Salam hörmetli Günay xanım,
Gözel bir sınaq olaraq gördüyüm ve oxuduyum bu yazınızı çox beyendim. Şeir kimi bir sınaq, esle bir cızmaqara deyil. İrelide çox daha böyüq sınaqlar, hekayeler, şeirler yazacayınıza inanıram, bunun pırıldılarını ve ışıldılarını gördüm satır aralarında. Size uğurlar arzulayıram, teze eserlerinizi gözleyirem. Şeir movzusunda danışmaq isteyirseniz olgar@box.az unvanına yaza bilersiniz. Helelik..
A.Uğur Olgar
Şubat 27th, 2008 at 23:59
Günay sən düz yoldasan bu deyilənlərə fikir vermə!!! Sənin istedadına da, potensialına da mən yaxşı bələdəm!!! İnşallah yaxınlarda yəqin ki, tərcümələrini də oxuyacağıq… Sənə uğurlar!!!
Mart 28th, 2008 at 14:36
COX GOZEL YAZMISINIZ
ISTERSIZ SIZE OZ SHERLERIMI YAZA BIEREM
Nisan 1st, 2008 at 20:36
Gunay hec neye fikir verme her sey eladi sen duz yoldasan tebrik edirem sene bir filoloq kimi her zaman komek etmeye haziram )))))))