Lalların toyu.
Dünyanın ən sakit toyu.
Hərəkətlərin sözləri üstələdiyi an
Və bir səs və bir söz
Hamı bir ağızdan.
A-a a-a …
beləcə,
Xoşbəxtlik dilənir Allahdan.
***
Dəniz, bu payız da səni tək qoyub gedəcəm uzaqlara .
Mən atalı –analı bir yetim ,
Sən böyük okeanların qoyub getdiyi
Yanağından qan əvəzinə neft damdığı
Kür bir uşaq .
Bilirəm, bağışlamayacan məni.
Bilirəm.
O sahildə gözünü yumub ,bu sahildə məni tapmaq
İstəyən dalğaların qayalara həkk olan şəklimə
Tüpürəcək.
Dəniz .
Sahilində oturub ağlamayacam daha,
Kasıb balıqlara sonuncu yol pulumu atmayacam .
Sonuncu kərə gülümsəməyəcəm üzünə,
Sonuncu kərə duzlu gözlərindən öpəcəm.
Sonbeşik dalğanı alacam qucağıma öz balam kimi .
Unutma məni dəniz, unutma.
Qoynunda can verən balıqçılara başdaşı qoy
Son xatirəmi.
Qağayıları dilə tut, getdiyimi bilməsinlər .
Sən Allah onları incitmə,
Mən getdim, dəniz,
Sən bu şəhərdən getmə.
***
Birinə gələrsə, beşinə gəlməz,
Yatsa yuxusuna, huşuna gəlməz .
Bu arzu çoxunun xoşuna gəlməz-
Bir gözəl gəzirəm məni öldürə.
Gəzirəm dişimdə can adlı tikə,
Bu canı bir alan tapıla bəlkə.
Ya bıçaq saplaya, ya tətik çəkə-
Bir gözəl gəzirəm məni öldürə.
Döndərə toxuma, çiyidə öldürə,
Sala dəyirmana, üyüdə öldürə.
Yerdə də tapmasa, göydə öldürə,
Bir gözəl gəzirəm məni öldürə.
Səs versin səsinə-ününə gedim,
Yanına sevinə-sevinə gedim.
Desin ünvanını, evinə gedim,
Bir gözəl gəzirəm məni öldürə.
Getdiyi cığırdı, izdi deməyə,
Eh nə tez canından bezdi, deməyə.
Hələ çox cavandı, tezdi deməyə,
Bir gözəl gəzirəm məni öldürə.
Düşə taleyiylə, düşə acığa,
Adam öldürməyə könlü acıxa.
Məndən yerin-göyün hayfını çıxa,
Bir gözəl gəzirəm məni öldürə.
Gözüm qapananda yuxum öləcək,
Ölümdən qorxmayan qorxum öləcək.
Özümü öldürsəm, ruhum öləcək,
Bir gözəl gəzirəm məni öldürə.
Səbrin ki böyükdü, yenə bağışla,
Döndüyüm qibləyə, yönə bağışla.
İlahi, özünü görməzliyə vur,
Məni öldürəni mənə bağışla .
Sənin öldürdüyün zülümnən ölmür,
Bilirəm günahdi keç günahımdan.
Nə olar, nə olar məni bağışla,
Bir gözəl gəzirəm məni öldürə.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Vüqar
Fevral 28th, 2008 at 13:39
Yaxşıdı, şeirləriniz xoşuma gəldi, üçüncü şeiriniz xüsusilə. Sizə uğurlar
Savalan MUGANLI
Fevral 28th, 2008 at 20:31
pis deyil. yaz-yarat ugurlar olsun! bu unvana yazmaqi unutma!- mugan@box.az
Ryabina
Fevral 29th, 2008 at 07:45
Əla…
Ləzzət elədi…
Hamı bir ağızdan.
A-a a-a …
beləcə,
Xoşbəxtlik dilənir Allahdan.
Eynən bizim kimi…-))
Sənə uğurlar və …A-a a-a …-))
Oxucu
Mart 2nd, 2008 at 12:36
3 cu seir xosuma geldi.
tebrik eliyirem.ugurlar.
Gülşən
Mart 3rd, 2008 at 00:29
Salam. Ümumilikdə pis şeirlər deyil, amma üçüncü şeiri daha çox bəyəndim. uğurlar
sen
Mart 3rd, 2008 at 12:34
Sənin şeirlərində həmişə özümü axtarıram. Çox gözəldirlər.
sen
Mart 3rd, 2008 at 12:34
Yeni kitabın da mübarəkdir
Asiman
Mart 4th, 2008 at 14:06
Gəzirəm dişimdə can adlı tikə,
Bu canı bir alan tapıla bəlkə.
Sonuncu şeiriniz yaxşı şeirdir. Uğurlar.
Məhsəti Musa
Mart 5th, 2008 at 11:19
Salam.Şeirləriniz həmişəki kimi maraqlıdır.Bu gün də çox həvəslə oxudum ve beyendim.İkinci şeir xeyalımı çoooooooox uzaqlara apardı.Ne isə…
Ugurlar!
Hafiz Hacxalil
Mart 5th, 2008 at 21:46
Salam dostlar. Butun sherhlere gore saq olun. Eziz qadinlarimiz sizleri qarshidan gelen 8 Mart Beynelxalq Qadinlar gunu munasibeti ile tebrik edirem. Biz Sizleri sevirik!
Natiq.M
Mart 6th, 2008 at 20:21
Salam, sherləriniz maraqlıdır, sizə uğurlar arzulayıram.
gulnar atakishiyeva
Aprel 1st, 2008 at 11:02
duzunu desem,elede beyenmedim.standart fikirler coxdur.en cox beyenmediyim ise-hami bir agizdan
xosbextlik dilenir ALLAHdan-insanlardan bizi xosbext etmelerini istesek ve ya arzulasaq,buna dilenmek demek olar.yene de ugurlar
Hafiz Hacxalil
Aprel 9th, 2008 at 13:30
Ezizim, Gulnar. Siz menim fikrimi tutmamisiniz. Dilemekle, el acib dilenmeyin ferqi cox boyukdur. Burada dilemek -istemek menasindadir. Sherhine gore teshekkur.