Aynur üçün

Rəbiqə ZeynalovaQızım, paltarını yığ, yığış gedək,
daha buralarda bir işimiz yox.
Bizim indimiz yox, keçmişimiz yox,
bircə yolumuz var, o da gələcək.

Biz güclü deyilik, zəifik, zəif,
gələr üstümüzə daşla adamlar.
Baş aça bilmərik nə istəyirlər
Bu cavan adamlar, yaşlı adamlar.

- Hara gedəcəyik? – Burdan uzağa.
- Orda məktəb varmı? – Əlbəttə ki, var.
- Bəs, təzə evimiz, orda qalmayaq?
- Bizsiz də o evdə qalan tapılar.

Daha sual vermə, cavabım yoxdur,
hər gün əsəblərim itir bu yerdə…
Darıxma, nənənə zəng eləyərsən,
dayına bir məktub yazarsan hərdən.

Bəsdi sözə tutdun,  vaxt yoxdu, quzum,
uzun yolumuz var – üzü qüruba.
Qırmızı kərpicdən evimiz olsa,
bir də şimal qışı, balaca soba.

Niyə geyinmirsən, gözləmirəmmi?
Deyirsən, qaranlıq düşübdü artıq?
Eybi yox, bu gün də qalası olduq,
Səhər paltarları yığışdırarıq.

Nöqtə
(“Eksperimentlər”)

Şeir mükəmməli tapmaq cəhdidi –
tapdın, tükənəcəksən.
Deməli, bir şeir var
və sən hələ ona doğru gedəcəksən…
Sevgilər də hamısı birinə bənzəyir –
axı bir nəfəsə yaranıb insanlar
və deməli, hamısında səndən də nəsə var.
Bütün yollar bir yerə aparır,
Deməli bir yol var və qalanlar onun hissələridir.
Bir gün sən də buna gələcəksən.
Bilirəm indi nə soruşursan –
sonuncu-birinci nöqtəyə nə qədər qalır?
Mən bunu saydım –
Bir addım, tək bircə addım…

24 Comments: Trackback URL | Comments RSS

  1. Qismət Says:

    Rəbiqə xanım gözəl şeirlərdir.

  2. Etibar Says:

    Rəbiqə xanım,
    birinci şerdə Obrazı (daha doğrusu oboazları) axıra qədər almısınız. Mən hər iki obrazı – həm çıxıb getmək istəyən qadını, həm də uşağı – axıra qədər gördüm.

    Doğrudur, arada elə misiralar var, mətndəki orbazların dilində bir az çöçün görünür (məsələn, «hər gün əsəblərim itir bu yerdə»), yəni obrazın təbilliyni pozur.

    Məncə uşağı sərt həqiqət qarşısında qoymaqdla onu getməyin «gözəlliynə», həmfikir olmağa inandırmaq bir az çətindir. Hər halda getmək istəyən Adam qızını da özüylə aparmaq istəyir axı. Özü də getmək istəməyən qızını (darxıma, nənənə zəng eləyərsən, dayına bir məkutub yazarsın hərdən ) Amma deyəndə ki, «qırmızı kərpicədən evimiz olsa, …» uşaq ən azı qırımzılığa «aldana» bilər.

    Ümumiyyətlə, getmək istəyən Adam öz qızını da özüylə aparımqa istirsə, qızını getməyə inadarmaq üçün nə isə başqa danışıq tonu tapmalıdır, arqumentləri ( Getmək istəyən adamın faciəsinin miqyasını azaltmadan) uşaqlaşdırmalıdır.

    Şer doğrudan da dopdolu insani kədərlə qurtarır. Məlum olur ki, getmək istəyən adamın həm də getmək istəyi özünü aldatmaqdır. O hətta «qızının getməyə hazrlaşmamasını» psixoloji baxımdan əsaslandırır, qaranlıqdı axı, yaxşı bu gün getməyek, sabah gedərik…

    Rəbiqə xanım, mənim bir nəfəsə yazıdığım bu qeydlər (bir az baş – ayaqdır ), əvvəki fikrimlə – Obrazı (daha doğrusu oboazları) axıra qədər almısınız – fikriylə ziddiyyət təşkil etmir. Obraz görünür, çox dəqiq və canlı… Amma hərdən misralar əlinizin altından qıçır, ya da Siz bu şerin nə qədər maraqlı Şer olduğunu «hiss etmrsiniz» və misralara bir az laqeyd yanaşırsınız

    Bu qədər…

    Uğurlar.

  3. Gülşən Says:

    Bu şeirləriniz məndə sizin çox da qabiliyyətli biri olmadığınız təəsüratını yaratdı. Əgər bütün şeirləriniz bu səviyyədədirsə yazmasanız daha yaxşı olar. Bu bir oxucu kimi mənim fikrim idi. Uğurlar.

  4. Qadjiyev Says:

    Cox geshengdi… Xususile “Aynur ucun”…

    Gulshen xanim, sizin oz qabiliyyetinizi gostermeniz ucun de imkan var burada… Buyurun…

  5. Şahanə Says:

    Davam edin, Rəbiqə xanım!
    Ona görə davam edin ki, artıq düz yola çıxmısız…

  6. Oxucu Says:

    birinci seir xosuma geldi.

  7. scorpion Says:

    SÜKANI BELƏ SAXLA!!!

  8. Asiman Says:

    Birinci şeirinizdə nəsə var, ikincinə isə şeir deməzdim.

  9. sherif Says:

    birinci sher ramiz rovshenin intonasiyasidi.

  10. Novarg Says:

    Sherif intonasiyasidir, deyirse, demek intonasiyasidir, imitasiyasi deyil… Rebiqe, harda oxutdurmusan bu sheiri Ramiz Rovshen`e…?

    Diletantliq elemeyin, etiraf edin, birinci sheir shedevrdir…

  11. sherif Says:

    sheirin intonasiyasini bilmeden meni diletant adlandirmaniz xeyli maragima sebeb oldu.

    neyleyek ayrica sheherimiz yox…
    belke de xosdhbextik xeberimiz yox

    r. rovshen

    daha buralarda bir işimiz yox.
    Bizim indimiz yox, keçmişimiz yox,

    rebiqe xanim

    ancaq sheirin umimi romantik ehvali maraq dogurur.

  12. Rəbiqə Says:

    Butun sherhchilere ve oxuculara teshekkur!!!

  13. SAVALAN MUGANLI Says:

    1-CIYE SHER DEMEK OLAR, 2-CIYE ISE NE DEYIRSINIZ DEYIN, ANCAQ, SHER DEMEYIN!!!

  14. heyat) Says:

    Qadinsiz heyati sevmek cetindi,
    sevgisiz heyat da bir heyat deyil…
    (Neriman Hesenzade)
    Salam Eziz xanimlar,bayraminiz mubarek.

  15. EHMED.XEZER.BAXIS.10ç Says:

    salam .Sizin serinizi oxudug cox xosumuza geldi .Size ugurlar arzulayiriq…….

  16. SAMIR Says:

    SALAM REBIGE XANIM SHERLERE GORE COX SAG OL.COX GOZEL SHERLERDI.SIZIN GARDASHINIZ(FARID)MENIMLE OXUYUB.EGER MENIM BU ISMARICMI GORSEZ ONA COXLU SALAM DEYIN.ONNA HEC BIR XEBERIM YOXDU .

  17. Sehend Says:

    Nöqte şerini çox beyendim.maraqlıdır

  18. Savalan MUGANLI Says:

    poeziyada eksperiment olamaz!!!!!~!!!

  19. Rebiqe Says:

    Eksperiment olmaz? Onu kim deyir? Siz? Yeni – Savalan Muganli?

  20. Serxan Says:

    Rebiqe xanim tebrik edirem-Nesimi musabiqesinde qalib oldugun,Cavansir Yusiflinin tenqidinde teriflendiyin ucun.

  21. Rebiqe Says:

    Teshekkur edirem, Serxan… helelik finala chixdigim bellidi/// gorek ne olur///

  22. Serxan Says:

    Demeli men bele bir prognoz verirem;Musabiqede birinci Cavidan,ikinci Rebiqe olacaq…ve
    tebrik edirem butun qadinlarimizi, voleybolumuzdan poeziyamiza qeder))))

  23. Serxan Says:

    salam Rebiqe
    Nece de duz proqnozdu hee …qalibler arasinda qadinlarin coxlugu lap men deyeni tesdiq eledi))).
    Tebrik edirem her ikinizi/ yaxsi olardi ki qalib gelmis seirlerinizi de oxuyaq/
    bir de Rebiqe senin Payizda Sen seirler silsilesini oxudum.dusunurem ki sen o yere layiqsen.bizimki’ deki seirlerin o qeder de xosuma gelmemisdi,amma Payizda Sen’ den sonra fikrimi deyisdim.

  24. elxan yurdoglu Says:

    1-ci seiri evvel de hardasa oxumusdum amma bu sayti taniyandan sonra butun seirleri oxudum ve mene ele gewlir ki Rebiqe`nin seirleri orjinaldir. Ilk seirin umumi dramatizmi ve sujetin novellavari sonlugu mene lezzet eledi. Butun qadinlarin psixologiyasini xarakterize edir. Poeziyamiz ise sadece olaraq bele seirlerle qazana biler.

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...