Ordan qarşıdan gələn uzunsaç adam
əlindəki bıçağı
önünə çıxan
hər hansı adamın
boğazına diriyəcək-
lap anası olsa belə
yolumu dəyişirəm tez
***
Əllərimdən tutub
“gəl bərabər addımlayaq bu yolu
bu yolda olum da var
ölüm də
sevgi də var
ayrılıq da”
deyir uzunsaç adam
yolumu dəyişirəm tez
***
Təyyarədən göyün gözəlliyini
gözəlliyin hər zaman təzəliyini
seyr edən mənim üçün
necə də qorxuludur
silahlı uzunsaç adamın
terror yağan üst-başı
çılğın baxışı
heyhat dəyişə bilmirəm yolumu…
Pessimist Portret
Gəl,
qonaq olmaq üçün
otağımdakı yuxusuzluğa,
üzmək üçün
gözlərimin dənizində,
gülmək üçün
sənsizliyimə,
öldürmək üçün əllərimi.
Gəl,
məni sevməmək üçün…
Soyqırım
Qadınlar var idi-
ağ-ağ örpəklər şəklində,
kişilər var idi-
polad biləkli,
uşaqlar idi-
göyərçin baxışlı.
Gəldilər,
basdılar,
taladılar.
Yandırdılar
bəyaz-bəyaz örpəkləri,
əritdilər
polad-polad qılıncları,
oxladılar
göyərçin şəkilli baxışları.
Təkcə daşlar və
sükut qaldı.
Bir az daşlar sükut etdi
Bir az sükut daşlaşdı
Sonra
səmada dolaşmağa başladı
yox olanların yuxuları,
zaman keçdikcə böyüdü
qatillərin qorxuları.
Sona yaxın isə
təkcə qorxular qaldı
və xırdalaşmış qatillər
bir də… ayaqlar altdan
tələsik qaçan kətillər.
Əsmərin Gündəliyindən
Zəhləm gedir
Məni eybəcər göstərən hər şeydən
güzgüdən
gündüzdən
həyatdan
Nifrət edirəm
eybəcər göründüyüm hər kəsə
adamlara
özümə…
Qaraşın, uzunsaç bir qız gəlir
yuxuma hər gecə
tutub o qızın əllərindən
qaçıram hey qaçıram
ya da kabusa dönür yuxularım
götürüb əynimə geyinirəm qızcığazı
libas əvəzi
Danışmağı öyrənəndən divarlar oldu
qulaq yoldaşım
Onlar öz səsimi qaytarırmış özümə
Mən onlara – bir, iki, üç
onlar mənə
b-i-i-r,
i-k-i-i,
ü-ü-ç
Sonralar anladım bunu
Elə qapanmağa da
sonralar öyrəndim
onda ki qonşu uşaqlar
döyməyə başladılar məni görər-görməz
sən demə
hərə bir cür döyürmüş adamı
hərə bir cür duyurmuş
həqiqətləri
Bir də
qış ayları daha xoşdu mənə
çünki
otağımın divarlarına bənzəyir
küçələr də,
mənim evimə bənzəyir
başqa evlər də
yəqin ki…
adamlar da mənə bənzəyir
qışda.
Əfv Fərmanı
Yolları bağışlama!
tutur ayaqlarımızdan.
Divarları bağışlama!
əllərimizdən tutur.
Ağacları bağışlama
yaşamağı öyrədir bizə
bir gün asmaq üçün özümüzü
“darıxmaq” sözündən.
Adamları bağışlama
hər an dinləməyə hazır,
yaşamağa,
sevməyə,
ölməyə hazır.
Amma
nə vaxtsa ümidlərin gömüldüyü
torpağı da bağışla
gömən barmaqları da…
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
scorpion
Mart 4th, 2008 at 00:28
Maraqlı şeirlərdi…
bəzi məqamları çıxmaq şərtilə (mətləbin bəzən uzadılması, yerinə düşməyən ifadələr və s.) ümumən mənim xoşuma gəldi…
Başqa yazılarınızı da oxumaq istərdik Xatirə xanım!!!
Sizə uğurlar!!!
Qəşəm Nəcəfzadə
Mart 4th, 2008 at 09:12
Xatire salam. ozun bilirsen ki, senin seirlerini cox sevirem. sen yaxsi sairsen. amma bu seirlerinin ekseriyyeti quramidir. bu seirler heyat catismazliqindan olur, onlara heyat ver
Asiman
Mart 4th, 2008 at 14:08
Cansıxıcı şeirlərdir. Bəyənmədim.
Oxucu
Mart 4th, 2008 at 23:58
axirinci seir yaxsi idi.bele dee.
Qismət
Mart 5th, 2008 at 10:01
Maraqlı şeirlərdir.
Şahanə
Mart 5th, 2008 at 15:13
Ümumiyyətlə xoşum gəldi mənim də. Başqa ab-hava var bir qədər.
Oxuduğuma peşman olmadım.
Xatirə xanım, uğurlar!
Etibar
Mart 5th, 2008 at 19:37
Hörmətli Xatirə xanım!
Əgər Siz demək istədiklərinizi bu şerdəki psixoloji həddə qədər deyə bilirsinizsə, deməli artıq ortada kifayət qədər ciddi şair var və bu şairin nəyi necə deməyi ancaq onun səlahiyyətinə daxil olan məsələdir və oxucunun bu səlahiyyətə müdaxilə etməyə haqqı yoxdur, oxucu uzaqbaşı ancaq öz fikrini deyə bilər
Nümunə.:
Zəhləm gedir
Məni eybəcər göstərən hər şeydən
güzgüdən
gündüzdən
həyatdan
Nifrət edirəm
eybəcər göründüyüm hər kəsə
adamlara
özümə…
Doğrudan da, ədəbiyyata çox maraqlı gənclik gəlir. İndi əsas məsələ bu güncliyi izah etməkdir. Hiss etmək başqa mexanizmdir, izah etmək başqa mexanizm. Yarpaq günəşi necə hiss edir, bunu yarapaq izah edə bilməz, bunu ancaq yarapağı görməyi bacaran izah edə bilər.
Təssüf ki, bu gün bizdə istedad ilə kütlə arasında dəşhətli bir uçrum mövcuddur; biz istedada elə baxırıq ki, elə bil istedad həmişə hər yerdə mövcud olur.
Xatirə xanım, Siz növbəti şerlərinizlə məni sevindirməyə borclusunuz, bunu etməsəniz, aramız dəyəcək.
Elə bilirəm, inşallah bu baş verməyəcək.
Mən həmişə ilk növbədə Sizi başa düşməyə çalışacağam.
Siz isə bir şair kimi gərək məni altatmayasınız.
A.Uğur Olgar
Mart 6th, 2008 at 21:58
Hörmetli Xatira xcanım salam.
Ş’erlerinizi beyendim. Serbeste tarzın qeşeng misallarıdı, ele inanıram ki irelide daha da qeşeng olacaq. Semimi fikrimi çatdırmam gereqirse; Türkiyeli qardaş şair olaraq sevgili Azerbaycanımızda artıq serbeste ş’erin inqişaf etmesini arzulayıram, ki bu uğurda genc ve istedadlı şairlere böyüq iş ve vezife düşür. Salamatla, sevgiyle, ş’erle qalın. Helelik..
A.Uğur Olgar
olgar@box.az
Oxucu
Mart 6th, 2008 at 22:56
seirlerde maraqli yerler var,amma umumiyyetle zeif seirlerdir.Xatire xanima ugurlar.
bir az da serhlere serh:
Qesem bey duz deyir seirlerine heyat ver.enerji ver.tek terzi formasi yox mezmunu da yaxsi olsun.
Etibar beye de bunlari deyerdim,
boyuk rus tenqidcisi Boxin deyir ki,”yaxsi adam olmayannan yaxsi sair olmaz”.heqiqeten,seir muellifin xarakteridir.seirleri bele terifliyisense,demeli Xatire xanimin xarakterini qiymetlendirirsen odur ki onun borcudur ki novbeti seirlerle buna layiq olsun!
yalan danismaq 3 movzuda olar-
savas vaxti dusmene
iki kuskunu barisdirmaq ucun
er-arvadin birbirilerinin arasini duzeltmek ucun.
biz bunlar xaricinde de yalanlar danisiriqmi?danisiriq.,amma ele heyati seyler var ki orda yalan danismaq,aldatmaq ve.s ucun gerek insanliqdan cixasan.
sair-oxucu muasibetinde yalan olmaz.sair yalan yazsa oxunmaz!
Qadjiyev
Mart 7th, 2008 at 02:46
Xisusi nese tapmaq cetindi… O qeder de ugurlu deyil…
Huquq-BDU
Aprel 13th, 2008 at 17:39
Gözel şerdir,gözel,gözellere de bu yaraşar.AZERBAYCAN QIZLARI DÜNYANIN EN GÖZEL QIZLARIDIR! Ⅶ:::**?*?(*(*())_) fikrimin altından qol çekirem.
savalan Muganli
Aprel 13th, 2008 at 19:48
istedadini bir az da itileshdir. yazilarin umudvericidir
BEXTIYAR ELCAN
Aprel 23rd, 2008 at 22:51
burda maraqli bir halla qarshilashdim. sizden qat-qat zeif yazanlara min illik terif soyleyenler size nece yazmaq baresinde meslehet verir. niye goresen?..
ola biler ismaricimi admin vermez, amma yene yaziram.
serler gozeldir. aciqi bu saytda nece aylar idi ki, bele sherler oxumurdum. serh yazanlarin ekseri, qocali-cavanli bu cur yaza bilmirler. ancaq ne vaxt baxirsan kimise ya menasiz tenqid edirler, ya da eyni sunilikle terifleyirler. sanki hami ozununun qarshidaki adamdan savadli olmasini subut etmeye calishir. bosh ishlerdi hemisi…
bir de,… burada menasiz sherhler yazmaqdan evde oturub menasiz sher yazmaq daha yaxshidir. en azindan yaza-yaza oyrenib, sonda menali bir eser ortaya qoyular.
Xatirə Vaqif
Aprel 24th, 2008 at 10:11
Adaş salam.Şeirlərini oxudum belə başa düşdüm ki sərbəst şeirdə sən özünü daha çox tapırsan.Amma heca şeirlırini də tanımaq mənim üçün maraqlı olardı.Sənə uğurlar
elyad musəvi
İyun 22nd, 2008 at 02:11
salam xatirə xanım
sevimli dostum izinizlə “qaldırım ayaqlarının altında” bir yeni şeir blogı açılıb.nəhayət ehtiramla sizin ayaq izlərinizi bu şeir odasında gözləyirəm sizin dəyərli ha belə ilhamla dölu şərhləriniz və önəriləriniz mən üçün sevindirici olacaq.
uolunuzu gözləyirəm…
buyurun lütfən
hurmətlə
elyad musəvi