Yara tək Qarabağ yarası deyil,
Çəkir ondan betər işgəncə Gəncə.
Nə bir iş tapılar, nə bir boş vədə,
Tapılar min cürə işgəncə gəncə.
Yüz geyin qızılnan bürünc əyinə,
Yurdun qannan başqa bürüncəyi nə?
Babalar bürünsün bürüncəyinə,
Qalıb yerdə qalan iş gəncə, gəncə.
Bəxtiyar, düzəltməz tək idim heç nə,
Bir az deyinirdim, tək idim heç nə.
Vermədi Qazaxda təkidim heç nə
Bəlkə səndə ola iş Gəncə, gəncə.
***
Yarın sinəsində iki gül açmış,
Ləl gülə qarışib, gül lələ, dünya.
Görməyib böyründən keçib gedəcəm,
Yoluma ləl çıxsa, gül lələ, dünya.
Göyərçin günləri uçurum dedim,
Çıxmaz axırıma uçurum dedim.
Mən ki Ərzuruma uçurum dedim
Mən kimi Kərəmə gül, Lələ dünya
Haq-divan Kar qaya- gəlir öz ünün,
Olmur qazananın, gəlir özünün.
Özünə hayıfı gəlir özünün,
Özü Bəxtiyarı güllələ, dünya.
***
Ömür bağçasında ömür çürütdüm,
Meyvəsin səksənə-səksənə dərdim.
Bəla da gələndə qəfildən gəlir,
Üzülmüş heç demir səksənə dərdim.
Kor tale kor atdı- sürək bu qayda,
Ovçusan aparma sürək bu qayda.
Necə bu ömürü sürək bu qayda
Heç yüzdən enmədi səksənə dərdim.
Dərk etmir dərdləri kəlləm, ay Allah
Qəlbim illər dözər, kəlləm ay, Allah.
Dərd məni aşırdı kəlləmayallaq
Önümdə nazlanıb səksə nə dərdim.
Yarı xoca desin, yarı şagirdi,
Tutmaz hər ustadı yarı, şagirdi.
Zillət Bəxtiyarnan yarışa girdi-
Yolumdan sapınıb səksə nə dərdim
***
Bağrım tikan-tikan, tellərin ilan
İlan qorxub gəlməz kirpiyə sarı.
Həsrət üz-gözümü elə saraldıb
Bir o qalıb düşə kirpiyə sarı.
Oxusa ürəyim xanıma fənndi,
Qul gələ bilərmi xanıma fəndi?
Mən sənə baxanda, xanım əfəndi
Kirpiyim tərpənməz kirpiyə sarı
Dərdmi istəyirsən, apar, var digər
Bu dərd ha üyünsün, a pər, var digər
Sənə qurban olum, a Pərvərdigar,
İlan tamahlari kirpiyə sarı

Yüklənir...
17 Comments: Trackback URL | Comments RSS
Mart 9th, 2008 at 12:08
eziz oxucular-men ki erzuruma ucurum dedim-bele oxunmalidi-uchurum yox.
Mart 9th, 2008 at 23:34
tecnis zamani qeyil hidayet bey.
ne olsun ki pis yazmamisan
Mart 10th, 2008 at 01:33
Eşq olsun Bəxtiyar bəy!!! Bəzi xırda-para iradlar bildirmək olar, ancaq təcnis yazmağınızın özü artıq gözəldir!!! Ancaq Qazaxda ən gözəl təcnisləri Məmməd İlqar yazıb!!! “Bizimki” idarəçilərinə bir təklifim var… Təcnisin gözəlliyini gənc yazarlara daha aydın göstərmək üçün Məmməd İlqarın bir neçə təcnisini və ümumiyyətlə ədəbiyyatımızdakı ən gözəl təcnis nümunələrini səhifədə yerləşdirsəydilər yaxşı olardı…
Uğurlar!!!
Mart 12th, 2008 at 15:48
qedir,zaman ve tecnisin uzlashmadigini nece subut ede bilersen.elbette ki endirebadi tecnisler istisna olmaqla.oysa serbest sheirin de endirebadisinin zamani deyil .baxmayaraq ki ugurlu serbestlerim de var
scorpion,iradlarinizi bildirseydiniz daha yaxshi olardi.memmed ilqara gelince dediyinizle raziyam.amma memmedin butun tecnisleri eyni gozellikde deyil.
ne qeder biz kimse gozel eserler yaradib deye geri chekilmeliyik.
teklifinizi ise beyendim
Mart 12th, 2008 at 23:55
Nə danışırsınız Bəxtiyar bəy!!! Mən sizə geri çəkilin demədim… sadəcə birdən-birə Məmməd yadıma düşdü… Xahiş eliyirəm inciməyin mən sadəcə ürəyimdən keçənləri dilimə gətirdim…
Mart 13th, 2008 at 19:48
Maraqli tecnislerdir, tebrik edirem Bextiyar bey.
Mart 14th, 2008 at 12:54
scorpion,salam.memmed ilqari men yaxshi taniyiram.yaxshi vurmushuq da.istedadina soz ola bilmez
amma …
amma memmedin -kepkasi eyri kishiler-sheirindeki kishiler eli kerimin -gordum hech dogulmamish-sheirindeki kishiden hech de geri qalmirlar.yeni dunyadan xebersiz bir qocani eli kerim yixib suruyur,memmed ise daga qaldirir.
butun muqeddeslere and olsun ki 15.10.2003-de sechki saxtakarligina etiraz etdiyimi gormushdum ki, o kepkasi eyri kishiler yigishib meni chelikle emelli bashli koteklediler menteqede
o cumleden h.arifin babalar,z.yaqubun -getdiler-sheirlerindeki qocalar da eli kerimin hemin qocasindan tefekkurce ireli deyiller.amma onlar da o qocalari daga qaldirir.belke de memmed eli kerim yolunu tutsaydi indi daha boyuk shair idi.
mence menimle razilasharsiniz.xahish edirem bu barede yazasiniz
Mart 14th, 2008 at 23:47
siyasi serhler?????????
Mart 16th, 2008 at 02:00
Bəxtiyar qardaşım, Konkret götürsək Məmmədin şeirindəki “Oğul-uşaq toyunda kepqası əyri kişilər”nən (əgər səhvim varsa Məmməd məni bağışlasın) Əli Kərim rəhmətliyin şeirindəki o “ömrünü yaşamamış qoca” tamam fərqli yanaşmalardır… Əli Kərimin şeirində nədənsə mən “yıxıb-sürümək” yox ağrı,acı təəssüf hiss eləmişəm həmişə… Məmməd vallah elə indi də böyük şairdi…
Nisan 14th, 2008 at 15:46
Gözəldir.Təkrar cinaslar deyil.Yenilərin gözləyirik.Ugurlar.
Temmuz 3rd, 2008 at 22:27
Goresen bu menim tanidigim Yarali Bextiyardi? Eger o Bextiyarsansa ne bextiyaram. Deyesen tapmisam seni, qardas. Tecnislerin ele evvelkiler kimi eladi. Yeni, siyasi, ve poetik. Basqa ne isteyir senden bu oxucular. Memmed Ilqar ayri Bextiyar ayri. Herenin oz yeri. Memmedin tecnisleri daha cox sevgi ve gozelleredi, amma Bextiyarin tecnisleri sanki siyasi lirikadi. Bu deyesen bir az enenevi edebiyyattsunaslarin sozu kimi oldu amma olsun eledi ki var. Sag ol qardas.
Temmuz 5th, 2008 at 16:32
elxan,necesen,qardash.he,bu senin tanidigin bextiyardi.
e-mailim: bhidayet@mail.ru yazisha bilsek ela olardi.
Eylül 5th, 2008 at 14:24
cox gozel bey. ugurlar
Eylül 11th, 2008 at 00:05
Salam Bextiyar muellim! Sizin tecnislere soz ola bilmez. Cox xosuma geldi. Amma Sizin gozel seirleriniz de var, o seirlerden de saytda gorsek cox xos olariq. Size Ugurlar! Sag olun!
Mayıs 9th, 2009 at 11:04
bextiyar bey size ugurlar! ancaq bir seyvar ki, indi ozunuz demis
muasir fikirli olmaq haqqi demek lazimdi!
ugurlar!
Ağustos 19th, 2009 at 11:57
BİR GÖZƏL ƏLDƏN
Axır başım üstdən zaman çay kimi,
Səpir saçlarıma bir gözəl əl, dən.
Könlüm şüşə kimi kövrək olubdu,
Salıb sındırmasın, bir gözəl, əldən.
Düşübdü günlərin bəyazı mənə,
Tanrı çox görməsin bu yazı mənə,
Göylərdən gəlibdi bu yazı mənə,
Almışam butamı bir gözəl əldən.
Məhəbbətim gözü tutulmuş çeşmə,
Yoxdu dərdlərinə bir əlac, eşmə.,
Görəsi ha deyil taxsan da çeşmə,
Həsrətdən tutulan bir gözə ləldən.
Könlüm yetər daha burax “ax-oxu”,
Həyat bir kitabdı varaqla oxu,
Sinənə məhəbbət adlanan oxu,
Bir gözəl vurubdu, bir gözəl eldən.
Həsrət, ürəyindən ayırma yarı,
Talenin yazdığı yazıdan yarı,
Yaradan bölübdü gözü də yarı,
Bir göz işıq gəzir, bir göz əl-əl dən.
Hörmətlı Bəxtiya, bu töhvəmi qəbul et
Aralık 14th, 2009 at 19:10
Salam! İradim Elxan Yurdoglunadir;MEMMED İLQAR tekce sevgi ve gozelliye tecniz yazmayib..meselen; dunyada her rengin öz gözelliyi sorma ag gözeldi,qara ya sari
bicare qarani niye qargayim bext özu meyl edib qaraya sari
ve yaxud; yönu veten sari qerib bir qoca
bayati cagirir, elemi, daglar
nece göynemesin,gushumlemesin
cekilib köksune elemi daglar……
dedim de derdini sen,emi,bilmir
bilmir harda qalib senemi bilmir
baxtami qargasin,senemi, bilmir
virane obaya,elemi,daglar?!