ruh.JPGSükütdan asılmış ruh…
Ruhsuz qalmış bədən…
Mənasız həyat
Mənasızlıqdan doğan sən

Biz əksiliklərin vəhdəti,
Vəhdətinsə əksiyiyik.
Nə qədər istəsək də,
Talehin qadağa etdiyi
Qovuşa bilməz cütlüyük.

Tənhalığın ləzzətini

Vermisən qərarını,
“GETMƏ” sözü yersiz olar.
Yenə deyim mən sözümü,
Bəlkə duyarsan!!!
Getsən, dünyam qaralacaq,
dəyişəcək gecə-gündüz.
Günəşə inad
açmayacam sənsiz gün işıgına gözümü
cəzalandıracam ruhuna tabe ruhumu.
öz əlimlə gətirəcəm sonumu.

Dörd divar arasında,
Nəmli pəncərə önündən
Çıxmayacam bayıra.

Nə yollarına ayaq basacam,
Nə də oxşamayacam
İzlərini örtərək
qarşımı kəsən solğun yarpaqların üzünü.

evi zindan
yoxluğunu cəza
inadı qürur hesab edəcəm.
boynubükük yetimlər tək
tənhalığın ləzzətini
tənha hiss edəm gərək.

Vicdan

Yenə gözlərimdən qaçıbdır yuxu,
Zülmət qaranlığa dikilib gözüm.
Yenə vicdanımla baş-başayam mən,
Yenə də özümlə danışır özüm.

Hesabat verirəm öz vicdanıma,
Gün boyu etdiyim əməllərimdən.
Ən dürüst hakimdir vicdanım mənə,
Narazı deyiləm hökmlərindən.

Səhv etsəm, yatmağa qoymaz vicdanım,
Sanki o andaca məni boğacaq.
Yaxşılıq edəndə rahatdır canım.
Bilirəm vicdanım lay-lay çalacaq.

Kaş ki hər insanın vicdanı ola,
Haqq-hesab eyləyə yatmadan öncə.
Vicdanı çəkəcək onu düz yola,
Mənliyin paraya satmadan öncə.