Monthly Archives: Nisan 2008

Qıymadım

İlk gündən, ilk andan qorxdum sənsiz qalmaqdan. Elə ilk gündən də sənsiz oldum, sənsiz qaldım. Qismətim sənsizlik oldu. Sevgim lal-kar oldu, dünyamda sakitlik, səssizlik oldu. Qulağım da sükutdan yoruldu. Canım, vücudum da sevdalılar dünyasından qovuldu. Məskən saldım göylərdə, Allahın yanında bəslədim səni öz ətimlə, qanımla saxladım səni öz ətində, qanında yaşatdım bu yazıq canımda.

Cib şəhəri

Bu şəhərdə adamlar
Bir-birinin cibində.
Yatır dostlar, qohumlar
Ciblərinin dibində
Ciblər gəlir üz-üzə,
Ciblər adam daşıyır.
Bu şəhərdə adamlar,
Ciblərində yaşıyır.

Xəzər

Bu gün sahilində dayanacağam,
Səninlə söhbətə gəlirəm, Xəzər.
Sirrimi tək sənə mən açacağam,
Səndə pənahımı gəzirəm, Xəzər.
Sən də dalğalısan illər boyunca,
Mənim ürəyim tək dayanmayırsan.
İnsan rahat olur həmdərd olunca,
Nədəndi dərdimə inanmayırsan?

Təkliyimə gələn qonaq

“ümidimi itirmiş halda
oturmuşsan,
göz yaşların gözlərindən
işartıyla yanaqlarına süzülür
ruhunun sahib olduğu
bədənin əzabıyla qovuşur
bu görüşmələr cox uzun
çəkir , bilirəm

Yardımlının ən kasıb Qabili

      Savaşdan qayıtdı, üç il döyüşmüş, yaralanmış, yorulmuşdu. Onu qəhrəman kimi qarşılamadılar, xoş üz göstərən olmadı. Döyüşçü, zavallı döyüşçü, xəyalında minlərlə qarşılama səhnələri yaradan, qabağına qaçanları, onu qucaqlayıb bağrına basanları dəfələrlə xəyalında canlandıran Qabil heç nə başa düşə bilmirdi. Anası danışır, döyüşçü heyrətlə qulaq asırdı. Yardımlını digər bölgələrlə bağlayan bircə yol var, qar yağdımı, [...]

Yelləncək

Bu dünya fırlanan bir yelləncək
Bütün hər kimlər gəlib yelləncək
Ya yüz illik, ya bir dəqiqəlik
Axırda qurtarıb sona yetəcək
Dayanmasan belə, özü dayanacaq
Səni endirib başqasın alacaq
Bu şərtdir, mütləqdir haqq olaraq
Sən sərnişin, o bir dayanacaq