Dosta göndər
|
Çap et
“Pərvanə” ədəbi məclisi 1919-cu ildə Cəfər Cabbarlının təşəbbüsü ilə M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasında yaradılıb. İlk sədri də C. Cabbarlı olub. Bu məclisə o vaxtlar M. S. Ordubadi , H. Cavid və başqa görkəmli sənətkarlar gəlirdi. Daha sonralar S. Vurğun, R. Rza, M. Müşfiq, Ə Cavad və başqa gənc ədiblər bu poeziya ocağına gələrək yeni şeirlərini oxumuş və buradan parvazlanaraq böyük sənət yollarına çıxmışlar. Adlarını çəkdiyimiz şairlər ayrı-ayrı vaxtlarda bu məçlisə rəhbərlik etmişlər. “Pərvanə” ədəbi məclisi 40-cı illərdə Böyuk Vətən Müharibəsi ilə əlaqədar olaraq xeyli zəifləyir- daha sonralar- 50-ci illərdə bu məclis B. Vahabzadə, H. Arif, A.Əlizadə, K. Kələntərli, B. Nəbiyev ; 60-cı illərdə Ə.Kərim, F. Qoca, F. Sadıq, İ. İsmayılzadə, Ə. Salahzadə; 70-ci illərdə S. Rüstəmxanlı, S. Səxavət, N, Kəsəmənli, R. Rövşən , 80-ci illərdə M. Ələkbərlinin iştirakı və rəhbərliyi ilə ədəbi prosesi ardıcıl izləyən poeziya ocağına çevrilir.
80-ci illərin sonunda Qarabağ hadisələri ilə bağlı “Pərvanə” öz fəaliyyətini yenidən dayandırır. Bir az kecdikdən sonra 1999-cu ildə məclis Qəşəm Nəcəfzadənin təşəbbüsü və rəhbərliyi ilə yenidən fəaliyyətə başlayır. 6 ildən sonra Pərvanə öz məşğələlərinə bir daha fasilə verir.Ədəbi müzakirələr canlı ünsüyyətdən qəzet və internet müstəvisinə keçir.Bir az keçdikdən sonra canlı müzakirəyə, toplantıya da maraq yenidən artır. Buna əsasən bu günlərdə “Pərvanə” öz fəliyyətini yenidən pərpa edib. Məclis hər bazar günü saat 14 00-da M. Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasın oxu zalında (İslam Səfərli küçəsi 13) öz məşğələlərini davam etdirir. Məclisin sədri Qəşəm Nəcəfzadə onu da qeyd etdi ki, iki illik fasilə bu poeziya toplantısına böyük ehtiyac olduğunu göstərdi. Cünki respubilkamızda “Pərvanə” kimi müasir ədəbi prosesə, yeniliyə təkan verən və ədəbi prosesi təhlil edən ikinci uzun ömürlü bir məclis yoxdur. Burada şeirlər oxunur, sonra həmin şeirlər ciddi müzakirə obyektinə çevrilir.
Maraqlananlar iştirak edə bilərlər.
Mənbə: KultAz
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Şərhinizi bildirin