Təkliyimə gələn qonaq

Gülnar Atakişiyeva“ümidimi itirmiş halda
oturmuşsan,

göz yaşların gözlərindən
işartıyla yanaqlarına süzülür
ruhunun sahib olduğu
bədənin əzabıyla qovuşur

bu görüşmələr cox uzun
çəkir , bilirəm

sanki dünya qapqaranlıqdır
səninçün
sanki bütün rənglər
qara rəngin libasına
bürünmüşdür

sən həm də qaranlıq gecədə
zülmətin bəxş etdiyi
qaranlığın kölgəsində
əyləşmisən”

işıq gördüm bu zülmətdə

qaranlığa qonan işıq
kəpənək tək qanadlanıb
ucub getdi sonsuzluğa

arxasınsa uzun-uzun
baxdım həsrətlə…

gözlərim pənah gətirən
ümidin baxışlarıyla
toqquşdu

onu qonaq etdim
təkliyimə…

Romans dans

merak etdim bu sesizliye
konan kar tanelerini

her taraf beyazlarken
gök yüzü siyah, simsiyah oluyordu

meyer bu sessizlik
kimsesiz geceyi aydınlatıyordu

bir boşluk olduğunu sanıyordum
ama bu gün boşluğu dolduran
bir şeyler baş veriyordu
hayatımızda

demek gök yüzü bu gece
siyah « damatlık kostümü » giymiş
yere ise « gelinlik » göndermiş
hediyye olarak

bu gece sessizlik ve boşluksa
onlara tanıklık etmek için
gelmişlerdi, meğer

bir harikulade düyüne tanıklık
edecekdik biz de

onlar evlenecekdi , ama
kavuşabilecek miydiler?

gece de , yer de elbiselerini
bir anlık giymişdiler, sanki

bunu anlayan bir tek biz deyil
onlar da anlamakta
lakin anımsamamaktaydılar

gece « damatlık kostüm » ünde
beyaz kelebek gibi
geçeyi aydınlatan « gelin » in
kapısını dövdü

elini tutdu…
piyano calındı…

dans etmeye başladılar
sabaha doğru yola çıkan gecede…

Sensizlik çiçekleri

geceyi yıpratan sensizliye
adımlıyorum
sonsuzluğa doğru uzanan yolla

bu hep böyle mi olacak ?
düşünürken
karanlık dünyamı saran
yıldızlar yeşerir hayatımda

kala kaldım
kollarım başaldı, üşüdüm
çok yıprandım
bu ıssızlıkda

yalnızlık mı acıtan içimi ?
sensizlik mi dindiren beni ?
sevgisizlik mi inciten kalbimi ?

bakıyorum yıldızların sardığı
gök yüzüne
duyuyorum çaresizliye konan
işığı yureyimde

yoksa o sen misin
yeni acan çiçek gibi
ruhumu aydınlatan ?
yüreyimi de ben gibi benden alan ?

40 Comments: Trackback URL | Comments RSS

  1. RAK Says:

    Nedir beyem öz dilimizde yazsaydın beyenmeyecekdiler?Özümüz ola bilek sonra başqasına benzeyerik.Azeri qızlarına metel qalmışam,ay başuvuza dönüm bu ecnebilerde ne görübsünüz?esasda bu …Sadece olaraq benzedilmiş şerlerdir,türklerin romantik vaxtlarına düşüb de yazdıqları şerler kimi.Biraz da sözler tanış geldi bir kinolarında bucür sözlerle rastlaşmışdı.Neise her kimdir özümüzünküdür,amma ağıllı olmaq ve özümüz olmaq gerekdir ve vacibdir.

  2. sahin Says:

    Seirleriniz ucun dil seciminizi tenqid etmek istemirem. Her halda seciminiz hormete layiqdir. Lakin ozum de yazi yazan ve turk dilini mukemmel bilen biri kimi demek isteyirem ki, dogrudur turk dilinin imkanlari – poetik, elmi ve.s – bizim dilimizden daha genisdir. Amma bu o demek deyil ki biz oz dilimizden qacmaliyiq. Bizim kimi sairler, yazicilar, ictimai xadimler, jurnalistler, elm adamlari bir sozle yazi ile mesgul olan hami dilimizdeki bosluqlari yeni sozler yaradaraq ve ya islederek doldurmaliyiq. Tebii ki taninmaq ucun “taninmis” dillerden (ingilis, fransiz ve ya turk) istifade etmek vacibdir. Lakin gelin ozumuzden evvel umumi faydalari dusunek.
    Seirlerinize geldikde ise bir az uzundur deye hec birini axira qeder oxuya bilmedim. Ancaq bilmirem Orxan Pamukun “Qar” romanini oxumusunuz ya yox, ikinci seiriniz bir az benzeyir….
    Ugurlar…..

  3. Aysel Nesirzade Says:

    Gülüm,tebrik edirem.Çox maraqlı idi zövq aldım oxuyarken.Bir sözle ela.Ugurların sonsuz olsun.

    qaranlığa qonaq işıq
    kepenek tek qanadlanıb
    uçub getdi sonsuzluğa.

    (o ki qaldı öz dilimiz meselsine,rakın fikrine bele cavab vererdim ki,eger öz dilini bele sevirsense bes götürdüyün leqeb nedir,ele rusca olunca azerice “xerçeng” leqebi götürerdin de!)Lap bunlar da şou-biznes ab-havalarındadır,ele isteyirler menasız ve gereksiz qalma-qal yaratsınlar.

  4. A.Uğur Olgar Says:

    Salam eziz Gülnar dost. Ş’erlerini çox beyendim. Çox qeşeng, romantik ve menalı ş’erlerdi. Eyni zamanda çox quvveli felsefi mesajları var. Seni bu qeşeng ş’erlerine ve serbeste ş’er yazma movzusundaki cesaretine göre çox tebrik edirem. Çetin bir iş başarmışan. Ayrıca, RAK rumuzu ile yazan dosta da teessüf edirem, ki Türkiyeni bir ecnebi ölkesi kimi gördüyü üçün.. Gülnar, ş’erlerinden birini Azeri dilinde, o biri ş’erlerini ise Türk dilinde yazmış, ki onun bu qeyreti Türk-Azeri dostluyuna önemli bir hidmetdi. İki ölke arasında gereqli bir medeniyyet-edebiyyat mübadilesidi. Men bilirem ki hörmetli Gülnar xanım tebii ki öz dilinde çox gözel ş’erler yazmışdı, bundan sonra da yazacaqdı. Burada, iki dane ş’erini Türkçe neşr etdirdi deye öz dilinden ayrılmışmı olar? Meselen men de bir çox ş’erimi Türkiyeli olmama baxmayaraq Azeri dilinde yazıram ve Azeri saytlarında neşr etdirerem. Bu bir medeniyyet zenginliyidi, qarşılıqlı bir al-verdi.. Bir de, ş’erde romantik bir tarz dutmaq pis bir hal yox, eqsine ş’ere gözel bir dad verer, zihinlerde daha asan qalar, xoşa geler.. Ne ise, teesssüf ki yazmaq istediyim fikirlerimi Azericem quvveli olmadıyı üçün istediyim kimi yazamıram, amma ümid edirem meni başa düşürsünüz. Gülnar xanım, sene de ş’er ve edebiyyat yolunda başarılar dileyir, uğurlar arzulayıram. Hususile de “Romans Dans” ş’erini çox beyendiyimi söylemeq isteyirem. Helelik..

    A.Uğur Olgar

  5. scorpion Says:

    Zəif şeirlərdi… Ətraflı şərh edib zehin yormağın yeri deyil… Sadəcə osmanlı türklərinin sevgi saytlarına çox girir bu qız… Çıxanda ayılacaq (peşman olmasın təki) narahat olmağa dəyməz… Şahin bəyə isə demək istəyirəm ki, bizim türkcəmizin imkanları osmanlı türkcəsindəkindən heç də geri qalmır. Sadəcə bunu anlamaq üçün adam gərək öz ana dilini mükəmməl bilsin(Əlbəttə təmiz azərbaycan türküdürsə). Osmanlı türkcəsinin 20-ci əsrdə necə eybəcər bir hala salındığını, Akop Dilaçarın (türkün dilini açan erməni..) bu dilin başına nə oyunlar açdığını, nə qədər qondarma sözlərlə zibilləndiyini yəqin ki, deməyə lüzum yoxdur… Kəndinizə yox özünüzə gəlin əzizlərim…

  6. Gulya(geleceyin kecmisi) Says:

    Bir onu deye bilerem ki,şekliniz ve tenqidlerinzi şerlerinizden daha gözeldir(azyazardakı tenqidleri nezerde tuturam.)Bacım,yenede size ugurlar.

  7. gulnar atakishiyeva Says:

    rak bey sherhinizcun cox sag olun.AZERBAYCAN qizlarina niye meetelsen?yeri olamyan sohbet edirsen .senin qizlarla ne isin ?sozun var ,yazdiqlarimdan danish.sherlerimi senin beyenmeyincun yazmamisham.men ozumem.belke,eksinedir?

  8. gulnar atakishiyeva Says:

    shahin bey,men oz dilimden qacmiram.sadece konlumden turkce yazmaq kecdi.ana dilimi ise mukemmel bilirem.meger bashqa dilde yazmaq taninmaq meqsedi gudur?yanilirsiniz.CINGIZ ABDULLAYEVe ne deye bilersiniz?o ki rusca yazir

  9. gulnar atakishiyeva Says:

    scorpion,siz ozunuzle meni sehv salmisiniz.men yox,yeqin siz butun gununuzu o saytlara serf edirsiniz ki,bele xeberiniz var.ayilmaga ehtiyac yoxdur,ayiqam.sheirlerimdeki her hansi fikre etiraz etseydiniz ve ya tenqid etseydiniz daha meqsedeuygun olardi.shahin,sheirleri axira qeder oxuyub,baqsqa terzde fikrinizi bildirseydiniz yaxshi olardi.men de sizin edebi fealiyyetinizle tanish olmaq isterdim.yen de her birinize sherhlerinizcun teshekkur edirem.aysel ve ugur muellim,cox sag olun.

  10. sahin Says:

    Evvela qeyd etmek isteyirem ki men scorpion ve.s bele nicklerden istifade eden tenqidcileri ciddiye almiram cunki onlar daha cox pravokator kimi nezere carpirlar. Ancaq sohbet dilden getdiyi ucun fikrimi aydinlasdirmaga luzum oldugunu gorurem. Cenab “scorpion” men sizden daha cox Azerbaycani, Azerbaycan xalqini ve onun dilini sevirem. Sizinle raziyam ki gerek oz ana dilimizi mukemmel bilek ve isledek(buna nickinizi deyisdirmekden baslaya bilersiniz). Lakin men sevgilimi qusursuz gormek isteyen romantiklerden deyilem. Eksine qusurlu, ve ya eksik gorduyum terefleri varsa calisaram ki mukemellessin. Niye boynumuza almayaq ki, turk turkcesi, Azerbaycan turkcesinden daha genis imkanlara malikdir. Unutmayin ki, dunyanin “computer” dediyi cihaza turkler “bilgisayar” deyir(bir de fransizlar basqa cur adlandirir). Bu da size dilin imkanlari.. Tebii ki bizim dilin imkanlarinin zeif olmasinda xalqin hec bir gunahi yoxdur. Bizden asili olmayan (fars, ereb ve rus esaretleri) ve bizden asili olan (her esaret dovrunde bir cox ziyalinin oz maraqlari namine mustemlekeci olkenin dilinde yazmalari ve.s) sebeblerden dolayi bele olub. Lakin biz bunlari gormemekdense gorub, mukemmellesdirmeliyik. Besdi daha “quru” milletcilik suarlari ile bu milleti provakasiyalara alet etmeyin. Millet ucun hansisa bir is gorun.
    P.s. Gulnar xanimdan uzr usteyirem. Cunki istemezdim ki onun serileri evezine bu meseleler baresinde mubahiseler getsin. Umid edirem ki diger serhciler de bunu nezere alacaqlar. Cunki xanim saireye hormetsizlik edirik.

  11. Aslan Says:

    Gülnar xanım! Şeirlərinizi və şərhləri oxudum. Gözəl duyumunuz, istedadınız var. Bu günlərdə Lit.az da Haruki Murakaminin müsahibəsini oxudum. Çox gözəl qeyd edir ki, “bu dünyaya istedadlı gəlmək gərəkdir. İnanın, belə olmasa, “yazıçıyam” deyib yazdığınız hər şey lazımsız, bu işə sərf etdiyiniz vaxtsa hədərdir”. Sizdə də istedad var, əsas şərt də budur.
    Qaldı şeirlərinizin ikisini türkcə yazmanıza, burda qeyri adi heç nə yoxdur. Siz şeirlərinizi doğma Türkiyə türkcəsində yox, fransızca, ingiliscə də yazsanız əndişələnməyə yox, sevinməyə dəyər. Beləcə poeziyamızı, ədəbiyyatımızı təbliğ etmiş, tanıtmış olursunuz. Şərh yazanların narahatçılığını başa düşə bilmirəm. Qaldı məsələnin digər tərəfinə, Şahinin yazdığına “turk dilinin imkanlari – poetik, elmi ve.s – bizim dilimizden daha genisdir”, kökündən yanlışdır. Həm Türkiyə türkcəsinin, həm Azərbaycan türkcəsinin imkanları genişdir, bu sarıdan hansısa hansından ya üstün, ya da aşağı deyil. Durub beləcə hökm vermək, fikirlər yürütmək qardaşımızın bu sahəyə bələd olmadığına dəlalət edir. Əsla başa düşmədim, bu adam dilimizdəki hansı boşluqları doldurmaq istəyir? Qardaş, sənlik deyil. Nə yazdığınızın fərqində olun! Nəydi, olmaya poema yazırdın, ya dastan, dilimizin imkanları qarşını kəsdi, sən də qərara aldın başlayasan işə, nə az, nə çox, dilimizdəki boşluqları doldurasan, poetik imkanlarını genişləndirəsən? Olmur!

  12. scorpion Says:

    Şahin bəy, Azərbaycanı məndən daha çox sevən birisinin olmasına yalnız sevinə bilərəm!!! Eşq olsun sizə!!! Ancaq bu hər bir azərbaycanlının borcudur… belə şeyləri dildə yox əməldə sübut eləmək borcumuzdu. Ümidvaram ki, siz ölkəmiz üçün faydalı bir işlə məşğul olan gənclərdənsiniz… Dil məsələsinə gəldikdə… Sizə heç nə sübut eləmək fikrində deyiləm… Çünki, bunun mənasızlığı göz qabağındadır… Nicklə yazılan şərhləri də ciddi sayıb-saymamaq sizin öz işinizdir… Guya ki, mən hansısa bir qondarma ad, yaxud da öz adımı yazsaydım nə dəyişəcəkdi? Burada söylənilən fikrin arxasından real həyatdakı insanın imicinin boylanmasının mən qəti əleyhinəyəm… Bu şəxs məsələn adi bir insan da ola bilər, nüfuzlu ədəbi şəxsiyyət də ola bilər… Ancaq fərq onda olacaq ki, həmin nüfuzlu (ola bilsin ki, layiq olmadığı) şəxsin fikrini (hətta sərsəm olsa belə) daha ciddi qəbul edəcəklər…Məncə bu mövzuda da nə demək istədiyimi anlada bildim…
    Gülnar xanım Sizə isə sonda demək istəyirəm ki, bəli mən internetin xidmətlərindən imkan daxilində çox geniş istifadə eliyirəm … “A”-dan “Z”-yə… Yəni demək istəyirdim ki, sizin şeirləriniz o sevgi saytlarında yeniyetmələr üçün qoyulan şeirlərin imitasiyasıdır vəssalam… Ciddi bi şey yoxdur… Güclü təsirlənmə var… Və bu təsirlənmədən yaranan bir yığın “ah-vay”lar… Nə az, nə çox… Xahiş eliyirəm fikirlərimi bu mənada başa düşəsiniz. Qəbul eliyib eləməmək sizin öz təbii haqqınızdır.
    P.S. Yadıma düşən bir faktı xatırlatmaq istəyirəm… İki qüdrətli türk hökmdarı Şah İsmayıl Xətayi və Sultan Səlim… İkisi də şeirlər yazıblar… Şah babamız bütün yaradıcılığında türkcənin gözəlliyini qoyub ortalığa, Sultan Səlimin “Divan”ı isə farscadır… Xətayinin şeir dili bu günün özündə belə- 500 il keçəndən sonra müasir Anadolu türkcəsindən daha qüdrətli görünür!!!

  13. sahin Says:

    Aslan muellim tessuf ki, menlik olub-olmayani sizden oyrenmek fikrim yoxdur. Yoxsa boyuk memnuniyyetle meslehetlerinize qulaq asardim. Yasimin 19 olmagina baxmayaraq meqale ve edeb fealiyyetimde yeni soz ve ifadelerden cesaretle istifade etmisem(eger bilmek isteyirsinizse). Ve sizden ferqli olaraq men dogru yolda olduguma inaniram, dayanmaq fikrim yoxdur.
    Bir de, menim ucun maraqlidir, siz hansi elmle mesgul olursunuz? Ve eger elmi siniz varsa mene teqdim etseniz sevinerem. Deyesen bu sahede dil baresinde cetinlik yasamamisiniz. Sizden oyrenmek faydali olardi…
    Siz meni – yene tessuf – sehv basa dusursunuz. Sizinle mubahise etmek istemirem. Sizin sozleriniz tam absurd, gulunc gorsenir. Men filoloq olmasam da dil meselesinden bir az basim cixir. Bildiyiniz kimi zaman deyisir, heyat deyisir. Dil de her hansi bir abide deyil ki oldugu kimi qalsin. Siz az qala dilimizin hec bir yeniliye ehtiyaci olmadigini elan edirsiniz. Tebii dilimizin herterefli olmasi meni sadece sevindirer ve calisiram ki bu yonde hansisa bir fealiyyetim olsun. Siz ozunuzu dilimizin kesiyinde bir esger kimi gosterirsiniz. Men razi. Biz gencler – yenilesdirek, siz orta yasli nesil – qoruyun. Yeter ki anlasilmazliq olmasin. Muqayise sohbetine ise girmek istemirem cunki illerden beri televiziyalarda rusca danisiqlari, basqa dillerden olkemiz daxilinde luzumsuz istifadeleri qinadigim halda, burada dil dusmeni elan olunmaq uzreyem. Ve burada meni incidecek yegane sey budur…

  14. sahin Says:

    Gulnar xanim men sizin basqa dil seciminizi hec tenqid etmemisem. Bu sizin seciminizdir ve hormete layiqdir. Men sizin ana dilimizi bilmediyinizi de demedim. Bu barede subhem bele yoxdur. Diger meselede ise yalnisliq etdiyimi dusunmurem. Beli xarici dilde her hansi bir yazi yazmaq (elmi, edebi ve.s) taninmaq meqsedi gudur. Ele basa dusmeyin ki men bunun pis bir sey oldugunu nezerde tuturam. Sizin ve ya basqa bir yazi adaminin Azerbaycan xaricinde taninmasi meni sadece qururlandirar.
    Cingiz Abdullayeve geldikde ise severek oxudugum bir yazicidir. Ve deye bilerem ki, ozume ideal shexs hesab etdiyim uc neferden biridir. Onun rusca yazmagina geldikde ise
    1) Onun rusca yazmagi onu daha yaxsi tanidib.
    2) O, rusca yazsa bele diger butun bele yazi adamlarindan ferqli olaraq – bilmirem oxuyanda fikir vermisiniz ya yox- her eserinde done-done Azerbaycanli oldugunu qeyd edir, Qarabag problemini gundeme getirir, Azerbaycanin bolgelerinden soz acir ve eslinde Azerbaycani tanidir.

  15. Lale Says:

    Gülnar xanım,men sizin şerlle Ayselin vasitesi ile tanış olmuşam ve çox beyenmişem.Size ugurlar.

  16. Qardaşın Says:

    yalnızlık mı acıtan içimi ?
    sensizlik mi dindiren beni ?
    sevgisizlik mi inciten kalbimi ?

    Əziz bacim,kimlərsə sənin şerlərinə tənqidi yanaşa bilər…Amma bacım,yeqin ki,o kimlərsə ayrılıq,həsrət,tənhalıq görməyən kimlərdir…Məncə bunları bilənlər üçün hisslərin yalnız yazıya alına biləcək qədər hissəsinin nə dildə olması onlar üçün anlamsız olardı…Çox gözəl qəlbin var…Bunu dəfələrlə təkrar etsəm də heç bezmərəm…Və bacım,bil ki,sən heç zaman yalnız deyilsən…Sən nə yalnızlığa,nə də sevgisizliyə layiqsən…Sən yalnızca sevgi dolu,xoşbəxtliyi tükənməyən gözəl bir həyata layiqsən…Sənə yeni-yeni UĞURLAR diləyirəm…Daim indiki kimi ol,yetər…

  17. Aslan Says:

    Şahin bəy, heç nəyə söykənməyən, özündən razılıqdan başqa heç nə ifadə eləməyən şərhinizi təəssüf hissi ilə oxudum. Heç olmaya ən adi etik qaydalara hörmət eləmək lazımdır. Mən bunları yazıram öryənəsiz, başa düşəsiz, faydalanasız, yoxsa marağım nəymiş? Qaldı sənə, məndən öyrənmək istədin, istəmədin, öz işindiк, kimsə sənə zorla öyrətmək istəmir ki, belə qəzəblənirsən!
    1966 cı ildə, 2-ci sinifdə oxuyanda ilk yazım rayon qəzetində çap olunub və o vaxtdan da qələm əlimdən düşməyib. Rus dilini bilsəm də, Türkiyə türkcəsində sərbəst oxuyub az-çox yaza bilsəm də, yazılarımı, iri həcmli roman və povestlərimi Azərbaycan türkcəsində yazmışam, heç vaxt da dil sarıdan sıxıntı, çətinlik hiss eləməmişəm. Sənsə bu dili bilmirsən, incəliklərinə, dərinliklərinə bələd deyilsən, durub beləcə dilimizi hörmətdən salan yazılar yaza bilməzsən! Səni bir kimsə dil düşməni elan eləmir, sadəcə gücün çatan, azından bələd olduğun işə girməyin tövsiyyə olunur. Qaldı dilin yeniləşməsinə, modernləşməsinə, təmizlənməsinə, bu vacibdir, ancaq zaman lazımdı, bunun üçün dilçi alimlər, xüsusi institutlar işləməli, yazıçılar, şairlər birgə çalışmalıdırlar. Mən bu mövzuda bir çox yazılar yazmış, dilimizdə geninə-boluna işlədilən fars-ərəb, avropa mənşəli sözlərin dilimizdəki qarşılıqlarını da vermişəm. Yəni tanımadığın, bilmədiyin birisinə belə şərhlır yazanda bir az da diqqətli olsan yaxşıdı.

  18. AMIL Says:

    salam,xoshuma geldi,size gelecekde ugurlar………………..

  19. sahin Says:

    Gulnar xanim eziyyetinize hormetsizlik etmemek ve burada sizin seirlerinizi serh etmekdense bir az movzudankenar muzakirelerin terefi oldugum ucun seirlerinizi oxumali oldugumu dusunub oxudum. Ikinci seiriniz daha cox xosuma geldi. Sehv elemiremse bu seririnizin Orxan Pamukun “Qar” romanina (daha dogrusu orada qarin tesvirine) bir az benzediyini yazmisdim. Ancaq seirin sonu tam ayri curdur. Bir de turk dilini daha mukemmel bilenler de serh bildirse sevinerem cunki ola biler ki sehv edirem:
    bir boşluk olduğunu sanıyordum
    ama bu gün boşluğu dolduran
    bir şeyler baş veriyordu
    hayatımızda
    Bu hissede bas veriyordu sozunu isletmisiniz. Mence turk dilinde bas veriyordu sozu yoxdu. Onun yerine oluyordu felini islede bilersiniz. Turk dilinde bas vermek boyumek, yetismek ve istiqametlenmek menasinda islenir.
    Size bir daha ugurlar.

  20. serxan Says:

    ikinci seir superdi,dogrudan superdi…tesvirler ela alinib.
    o biriler ise sadedi.tekrardi…ugurlar.

  21. savalan MUGANLI Says:

    zeifdi. tesir altina dushub ureye ,,kalb,, demeyinse chox pisdir (kalb-ereb sozu, urek-dupduru azerturk sozu. hansi yaxshidir sence) Men ancaq birini misal chekdim. mugan@box.az

  22. Günel Says:

    Əziz rəfiqəm serlərini cox bəyəndim.Heyatına qonaq işıq kepenek tek uçub getməsin,qonaq yox,heyatının sahibi olsun.Ümid tənhalığına deyil,xoşbəxtlyinə yoldaş olsun.Mənim üçün şerdəki məna onun hansı dildə yazılmasından daha vacibdir.Odur ki,şeri türk dilində yazmağınnan bağlı sözləri tənqid üçün bəhanə hesab edirəm.Uğurlar.

  23. Sehend Says:

    Ümumiyyetle gencler çalışqan ve bacarıqlıdırlar.Men şexsen yaşlı neslin nümayendesi kimi onları beyenirem.

  24. Huquq-BDU Says:

    Ay insafsızlar,heç belede ruhdan salıcı şerh yazarlar,hele bele qızsa.
    Gözel,beyendim romantik bir şer idi.Düzdü yeni fikri yox idi amma köhne sözlerde olsa bomba idi.”ugur seni qoluna alıb sonsuzluga aparsın.”Edalet prinsipini pozmamaq arzusu ile.

  25. gulnar atakishiyeva Says:

    her birinize sheirlerimi oxudugunuz ve sherhler yazmaga vaxt serf etdiyiniz ucun teshekkur edirem.

  26. HABIL Says:

    GULNAR ezizim men senin serlerini oxuduqca bir daha emin oldum ki dogurdan da esl edebiyyat var yasayir sene ugurlar arzulayiram.sen ve serlerin buna layiqdir Allah ilhamini bol elesin Amin!

  27. Perviz Says:

    evvela salam.Men sizin yazinizla yenice tanis oldum ve semimi demek gerekirse cox beyendim ve size ugurlar arzu edirem.Ama bundan sonraki yazilarinizi daha nikbin yazmaginizi arzu edirem.
    Ugurlar!

  28. leyli Says:

    salam gulnar xanim.qushu lap gozunden vurmusuz.superdir tekliyime gelen qonaq yaziniz.tebrikler.size heyatda uqurlar.

  29. habil Says:

    teshekkurler,leyli xanim.perviz.huquq-bdu,size de sherhleriniz ucun minnetdaram,

  30. gulnar atakishiyeva Says:

    habil adiyla gelen yazi mene aiddir,uzr isteyirem.bir daha cox sag olun.

  31. Gulya(geleceyin kecmisi) Says:

    Mene bir şey maraqlıdır,Gülnar,özün özüne şerh yazırsan,ayıbdır özün-özünü terifleyecekdinse niye şerini verirdin ki bizimki.org-a ele özün oxuyub dost-tanışının terifini eşiderdin de çünki burda sen terifle öyünme,esas tenqidlerden netice çıxar ki,geleceyin yaxşı olsun.Terife ne var ki,burda seni terifleyen ele öz tanışların oldu ki,esas odur ki başqası beyensin.Neise terifin saxta oldugunu bile-bile özümüzü inandırmamız meni çox meyus edir.Özünüze geln menim CAN MİLLETİM!

  32. gulnar atakishiyeva Says:

    gulya,soz yazanda fikirlesh sonra yaz.beli yazanlar arasinda tanishlarim var.ancaq yazilan her sherhin semimiliyine inaniram.birdeki men ozum-ozume sherh yazmamisham.eger neyise anlamaqda cetinlik cekirsense,izah edim.habil adiyla sehven gonderdiyim sherhde ozume ve ya sheirlerime munasibet deyil.mene yazanlara teshekkur etmishem.ayibdir -sozunu bil kime yazirsan.men sene eksini yazsam xoshun geler?insanlara ,en esasi ise ozunuze qiymet vermeyi bacarin.sozleri secib yazin.meni tanimirsan?hec kime basqasile istediyi kimi danishmaq haqqi verilmeyib.

  33. BEXTIYAR ELCAN Says:

    indi qranliq, ishiq, gece, gunduz, olum, ruh, kolge, reng, istiqlal, azadliq……..

    sovetlerde gul-bulbul, hesret-hicran, vusal, buse, sheref, emek, kolxoz, lenin, partiya…

    o vaxt da bashqalarinin yaratdiqi cereyanlari yamsilayirdiq, indi de…
    biz hemishe yamsilayiriq, niye? bunu tapan bu qeder sher qaralayanin icinden secilib geleceye yollanacaq, tapa bilmeyen ele “bizimki”nin sehifelerindece defn olunacaq. beledir.

    sherlerinizi o[udum, ama teze hec ne gormedim,. duymadim, eshitmedim. ele bil, 19-cu esr ingilis poeziyasindan numunelerdir.

    elbette esas sizin fikrinizdir. nece isteyirsiz ele yazin… en yaxshisi budur

  34. gulnar atakishiyeva Says:

    bextiyar ,men hec kimi yamsilamiram,sadece konlumden kecen kimi yaziram.elbette ki,sizin fikirleriniz cox maraqlidir.deyerli meslehetlerinizden yararlanmaq isterem.sherhiniz ucun cox sag olun.en azindan oxumusunuz.

  35. безумец Says:

    Cox gozel yazmisiniz. Oxumaga deyer. Ugurlar size Gulnar xanim.

  36. Günel E. Says:

    qaranlığa qonan işıq kepenek tek qanadlanıb uçub getdi sonsuzliğa.çox xoşuma geldi,belke de lap xoşuma geldi……

  37. gulnar atakishiyeva Says:

    teshekkur edirem,bezumec ve gunel.oxudugunuz ve sherh yazdiginiz ucun minnetdaram

  38. şafak Says:

    Tebrikler.Sizi gerçekten kutluyorum.Ağzınıza ,kaleminize sağlık.
    Görüşmek arzusuyla sağlıcakla kalın.Mailinizi bekliyorum
    ŞAFAK DİDİM-AYDIN/TR

  39. gulnar atakishiyeva Says:

    cox sag ol,shafak.ancaq mailinizi tam anlamadim,tekrar yazsaniz ,sevinerem.

  40. elyad musəvi Says:

    salam
    sevimli dostum izinizlə “qaldırım ayaqlarının altında” bir yeni şeir blogı açılıb.nəhayət ehtiramla sizin ayaq izlərinizi bu şeir odasında gözləyirəm sizin dəyərli ha belə ilhamla dölu şərhləriniz və önəriləriniz mən üçün sevindirici olacaq.
    uolunuzu gözləyirəm…
    buyurun lütfən

    hurmətlə
    elyad musəvi

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...