Bu gün sahilində dayanacağam,
Səninlə söhbətə gəlirəm, Xəzər.
Sirrimi tək sənə mən açacağam,
Səndə pənahımı gəzirəm, Xəzər.
Sən də dalğalısan illər boyunca,
Mənim ürəyim tək dayanmayırsan.
İnsan rahat olur həmdərd olunca,
Nədəndi dərdimə inanmayırsan?
Nəhəng olmağınla öyünmə, Xəzər,
Mənim dərdlərimdən böyük deyilsən.
Alarsan qoynuna o səni əzər,
Götür dərdlərimi götürə bilsən.
Sevin ki, başına dolanır quşlar,
Mənimsə başıma dolanan hanı?
Sənin üzərinə yağan yağışlar,
Mənim göz yaşımdır gəzir dünyanı.
Ulduzlar bərq vurur suyunun üstə,
Ləpələr şirin bir nəğmə söyləyir.
Mənsə dayanmışam ürəyi xəstə,
Dərdlərin əlindən içim inləyir.
Demə paxıllığım tutacaq sənə,
Paxıllıq deyilən o mənə yaddır.
Baxsan ürəyimin dərinliyinə,
Bir deyil min Xəzər sıxışacaqdır.
Mühəmməd (s.ə.v.)
Bu kainatın nuru
Böyük fəxri, qürüru
İnsanların şüuru
Kamalısan, Mühəmməd.
Yolun ədalət yolu,
Ululardan da ulu.
Allahın sadiq qulu,
Rəsulusan, Mühəmməd.
Peyğəmbərlərin tacı,
Hər kəsin ehtiyacı,
Xəstələrin əlacı,
Dərmanısan, Mühəmməd.
Saniyənin bir annı,
Gəzib ərşi çahanı,
Qabaqladın zamanı,
Zamansızsan, Mühəmməd.
İncilərdən incisən,
Hər şeydən birincisən,
Adəmdən də öncəsən,
İdealsan, Mühəmməd.
Əxlaqına söz olmaz,
Hansı sözün düz olmaz?
Üzün kimi üz olmaz,
Nur camalsan, Mühəmməd.
Mədinənin gülüsən,
Şux şeyda bülbülüsən,
Kim deyir ki, ölüsən?-
Salamatsan, Mühəmməd.
Allah oldu köməyin,
Kama catdı diləyin.
Min döyünən ürəyin,
İlhamısan, Mühəmməd
İslam dinini yaydın,
Quranı aydınlatdın,
Cahilləri oyatdın,
Danılmazsan, Mühəmməd.
İmamların atası,
Sünnət onun ətası,
Hec oldumu xətası?-
Qüsursuzsan, Mühəmməd.
Etiraf
Xəyala dönsə də sənli günlərim,
Hər an ürəyimdə yaşayır adın
Sənsiz xəzan vurub, solur güllərim,
Onlara xoş ətri sən bağışladın
Onlara xoş ətri sən bağışladın,
Sənsiz təbiət də geyinib qara
Hələ cox gülləri yaşadacaqdın,
Bir de hara getdin, axı sən hara?
Bir de, hara getdin, axı sən hara?
Güllər də axtarır daim yerini
Getmisən gözümdən cox uzaqlara,
Mən indi bilirəm sənin qədrini.
Qədrini mən indi bilirəm sənin,
Sənsiz ömür sürmək mümkün ha deyil.
Qarışıq düşübdü düşüncələrim,
Ötənlər, ötənlər qəlbimi didir?
Sıxırmı qəlbini ötənlər indi,
Geçələr yuxuna girirəmmi hec?
Xətasız qul olmaz - günah mənimdi,
Sevgilim, bağışla günahımdan kec.
Bağışla, sevgilim, kec günahımdan,
Dön geri, qayıt gəl, sevib-sevilək,
Əl götür bu tərslik, bu inadından,
Sevgili dünyaya yenidən gələk
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
AMIL
Aprel 14th, 2008 at 14:31
salam,cox gozel sherlerdir,efsusda heca veznine emel etdiyiniz aciq ashkar gorunur,teqdire laiqdir,ancaq xezeri ozunuze hemsohbet,dost saydiginiz halda ancaq arxasinca yaman danishirsiz,hetta oz derdlerinizi onun qoynuna atmaqa bele hazirsiz,ancaq deyesen sonda raziliga gele bilirsiz,cox xoshuma geldi size ugurlar…………………….
Şəbnəm
Aprel 14th, 2008 at 17:37
Salam. Xəzəri mən də çox bəyəndim. Yəqinki, mənimlə razılaşarsınız ki, insanın ən yaxın sirdaşlarıdır bu təbiət gözəllikləri. Həm sirdaş, həm də insana dinclik, sakitlik, mənəvi rahatlıq verirlər. Nə isə uzatmaq istəmirəm. Xəzər şeri çox xoşuma gəldi, təşəkkürlər.
gulnar atakishiyeva
Aprel 14th, 2008 at 22:04
salam ,habil,sheirlerin cox gozeldir.sen ele-bele “YAZICILAR BIRLIYI”nin uzvu deyilsenki.halaldi sene.senin her 2 kitabini da oxumusham. sheirlerinin biri digerinden gozel.sene ugurlar.ugur onsuz da senindir!
Xatire Mesdagali
Aprel 15th, 2008 at 15:42
serlerini oxudum cox xosuma geldi.arzu edirem ki yaradiciligin bele temple davam etsin.sene yaradiciliginda ugurlar.yeni serlerini sebirsizlikle gozleyirik
Elnarə Şəms
Aprel 15th, 2008 at 16:38
Salam Habil Yaşar,ilk dəfədir ki oxuyuram şeirlərinizi, oxuduqca heca vəzninin qaydalarına nə qədər dəqiq diqqət yetirdiyiniz məni çox sevindirdi,”Etiraf”şeirinizdəki quruluş,yani hər sonuncu misranı növbəti bəndin birinci misrasında vermək Sizin bu vəzn haqqında geniş məlumatınız olmasından xəbər verir,çox ürəkaçan və sevindirici bir haldır bu,ən azından mənim üçün.Belə gənc yaşında artıq iki kitabınızın olduğunu da oxuyanda əlbətdə sevinməmək olmur.Ən xoşuma gələn şeiriniz isə “Mühəmməd (s.ə.v.)”yazdığınız şeir oldu.Ola bilər nöqsan da taparlar,buna sözüm yox,ancaq mən nöqsansız oxudum bu şeiri.Fəxr edirəm ki cavanların arasında belə şeirlər yazırlar.Sizə ən gözəl arzularımı çatdırıram,uğurlar arzulayıram,hörmətlə.
Bu şeiri icazə versəydiniz saytımızda yerləşdirərdim.
HABIL
Aprel 15th, 2008 at 20:04
cox sagolun minnetdaram.mende size haminiza yaradiciliq ygurlari arzulayiram.Elnar bey teklifiniz ucun tesekkur edirem.Allah razi olsun.Insallah diger serlerimide 1 nece gune gondereceyem
habil
Aprel 15th, 2008 at 20:43
elnare xanim,done-done uzr isteyirem(size elnar bey yazdigim ucun).sheirimi elbette,yerlesdire bilersiniz.ancaq mene de xeber etseniz,sevinerem.
Aslan
Aprel 15th, 2008 at 21:27
Habil bəy, salam! Şeirlərinizi oxudum, ədəbi yaradıcılığında ilk addımlarını atan bir gənc üçün ümid verici şeirlərdir. Gələcəkdə daha gözəl, saf şeirlərinizi oxuyacağıma əminəm. Bəlkə faydalana bildin deyə bəzi qeydlərimi də yazıram. Şeirin ümumi ritmini, ruhunu tutmağa çalış, qoy dağınıq, sağdan, soldan gəldi təsiri bağışlamasın, fikirlər haçalanmasın. Heca xatirinə artırdığın sözlərin şeirdə bir qayda olaraq yamaq kimi göründüyünü unutma. Təkcə “Xəzər” şeirində nə qədər “mən”, “mənə” və s. var? Dilin qaydalarına fikir ver, “ürəyim” yazırsansa, “mənim”-ə ehtiyac yoxdu. Yerinə düşməyən bir söz bəzən bütöv bir şeiri axsadır, məsələn elə həmən “Xəzər”də “suyunun” nə qədər bayağıdı? Uğurlar!
sahin
Aprel 16th, 2008 at 10:07
Salam Habil bey. Seirlerinizi oxudum. Ikinci seir haqqinda hec bir serh yaza bilmerem. Ancaq
Adəmdən də öncəsən,
İdealsan, Mühəmməd.
bu ifadenizi yadirgadim.
Umumiyyetle yeni fikirler ifade olunan seiriniz, mence, “Xezer” adli seirinizdi. Lakin, mence, bu seir yalniz ilk uc bendden ibaret olsa daha yaxsi olardi.
Size yaradiciliginizda ugurlar arzulayiram.
Hesenli Xaqani
Aprel 16th, 2008 at 14:53
Salam Habil muellim .Sizin hemise oldugu kimi bu serinizde oxudum cox gozel,gozel,menali,bir serdi.Siz bizim genclerimiz ucun numunevi bir sexslerdensiz .Umid edirem bundan sonrada sizin serlerinizi bu saytda gorerik.Yenede sizi tebrik edirem bu gozel sere gore.Telebeniz Xaqani
Gulya(geleceyin kecmisi)
Aprel 16th, 2008 at 18:55
Eger bu gencin artıq iki kitabı çapdan çıxıbsa ve yazıçılar birliyine de üzvdürse,onun üçün başlangıc demek olmaz.Mence heca vezninde qafiye xatirine yazılmış besit misralar,bendlerdir.Bu cür yazılardan qaçmaq gerekdir.Düzdü,men heca veznin de olan şerleri beyenirem ve çox sevirem axıcılıq güclü olur ve şerde axıcılıq mene zövq verir,amma bu şerler mene ele gelir qafiye xetirli şerlerdir çox lezzet etmedi oxuyarken. Yene de Habil, ugurlar amma senden daha seviyyeli şer gözleyirik.Hele heca vezninin bu cür qayda-qanuna yaxşı beledsen lap seviyyeli şer gözleyirik…………..Uguruuuuuuuuurlaaaaaaar(gülnar xanım deyir ugur onsuz senledir ,olsa da yene bizde ugur dileyek artıq ugurun ne ziyanı var ki?!)
habil
Aprel 16th, 2008 at 20:15
gulya xanim men sizin fikrinize qarsi saygi duyuram.feqet esl yazarlar olhamla yazir qafiye ise oz ozune yaranir bu menim semimi hislerimdir hec bir qafiye yox sadece ilhamla yazmisam size de ugurlar o qeder ki ozunuz bu ugurlardan doyasiniz oxudugunuz ucun tesekkurler
scorpion
Aprel 17th, 2008 at 01:13
Mənim xoşuma gəlmədi…Zəif şeirlərdir… Məntiqsiz və qeyri-poetik ifadələrnən, dil xətalarıynan doludu bu şeirlər…
Çalışaram ki, fikirlərimi konkret misallarla əsaslandırım ki, fikirlərim hər kəsə aydın olsun…
“Xəzər” şeirindən başlayaq müəllif birinci bənddə dənizə müraciətlə onun sahilinə gələcəyini onda “pənahını axtardığını” deyir (hərçənd ki, bu ifadə özü də çox uğursuzdur pənah axtarmırlar pənah gətirirlər, pənah yeri bilirlər) ancaq ikinci bənddə aydın olur ki, Xəzər heç bunun “dərdlərinə inanmır” (dərdimə inan ifadəsi varmı dilimizdə?!). Onda bəs niyə gəlib Xəzərin sahilinə? Aha…aydındı…dənizi ittiham eləməyə…”böyüklüyünlə öyünmə” “dərdlərim səni əzər” və s. “Sevin ki, başına dolanır quşlar”- kim deyə bilər dənizin başı hardadı?
Bax beləcə Habil bəy nə istədiyini bilmədən danışır, danışır və sonda:
“Baxsan ürəyimin dərinliyinə,
Bir deyil min Xəzər sıxışacaqdır.”(burda yəqin “sığışacaqdır” olmalıdı)- Qardaşım əgər sənin ürəyinə min Xəzər sığışırsa səhərdən nə istiyirsən bu bəlalı dənizdən? Adamdan soruşmazlar?
İkinci şeirə münasibətim: Əzizim Habil, Sevgili peyğəmbərimizə ən böyük sevgimiz onun adına hər şeyin ən gözəlini bəxş eləməkdir… Bu şeirlər O məqam üçün çox zəifdi məncə… Bircə bəndə diqqət yetirin:
“Saniyənin bir annı,
Gəzib ərşi çahanı,
Qabaqladın zamanı,
Zamansızsan, Mühəmməd.”
Bu şeirdimi?
“Hələ cox gülləri yaşadacaqdın,
Bir de hara getdin, axı sən hara?
Bir de, hara getdin, axı sən hara?
Güllər də axtarır daim yerini”- Məncə şərhə ehtiyac yoxdu…
Sonda bir ümumi qeydimi də bildirmək istəyirəm… Şeirlərdə texniki xətalar saymaqla qurtaran deyil… Müəllif bu yazıları hecalı və “çarpaz” qafiyəli şeir formasında yazmağa ancaq cəhd eliyib… Qafiyələr “qulaq qafiyələri”dir və s.
Hər halda inanıram ki, Habil bəy bu iradlarımdan inciməyəcək… Hiss olunur ki, hələ təzə başlamısınız yaradıcılğa… Ona görə də bu fikirlərin sizin üçün faydalı olacağını düşündüm…
Sizə uğurlar!!!
Elshen
Aprel 17th, 2008 at 01:16
Salam Habil.tebrik edirem.cox ugurlu alinib.Daha ilerde yeniliklerle dolu yaradiciliq arzu edirem sene.Turkiyeden qardas kimi dostun Elshen Velizade ve Elcin Babayev
Seyid Ramin
Aprel 17th, 2008 at 08:31
Maraqlı şeirlərdir. Müəllifə uğurlar.
sessizlik
Aprel 17th, 2008 at 12:59
salam,habil,sheirlerin cox gozeldir.scorpion beye demek isteyirem ki,sixishmaqdaki x texniki sehvdir,bunu sadaladiginiz sehvlere daxil etmeseydiniz daha yaxshi olardi.bir yazilariniza fikir verin.ifadelernen deyil,ifadelerle,xetalariynan deyil ,xetalariyla ve s.sehv tapmaga ne var ki?!onunuze cixanda sehv axtarirsiniz.bacariginizi ortaya cixartsaydiniz,bizim de size demeye sozumuz olardi.daha besdir ozunuzu gizletdiniz.habil bey ,size ugurlar!
eli
Aprel 17th, 2008 at 13:05
habil,qardasim,senin sonuncu kitabini oxumaq mene qismet olub.cox gozel,menali ve felsefi fikirleriniz sheirlerinizde yer almaqdadir.qusursuz ve sehvsiz insan olmadigi kimi,insanin yaratdigi senet incisin de bele zerre qeder de olsa,yalnishliq var.qusursuz ,sehvsiz ve mukemmel YARADANIMIZ-ALLAHIMIZDIR.sehvsiz olmaga calishmayin bele-bu mumkunsuzdur.ugurlar.cox beyendim
shems
Aprel 17th, 2008 at 13:08
habil bey,ela.sizin sheirlerinizi daim gormek ve oxumaq umidile…ugurlar
XAQANI
Aprel 17th, 2008 at 13:34
HABIL MUELLIM SERINIZ COX GOZELDI MENCE SERDEN BASI CIXANLARIN IRADINA QULAQ AS.SIZE UGURLAR…
serxan
Aprel 17th, 2008 at 16:27
adi seirlerdir,menim xosuma gelmedi…malesef(((
serhler ise lezzet eledi))))))scorpion un yazisindaki dil xetalari xususi ile…
197 CI QURP ADINDAN SIZE.
Aprel 17th, 2008 at 16:56
ASALAM HABIL MELLIM SEIR YAXSI IDI AMA XOSUMA GELMEDI. BIRAZ MESQ ELEYIN. HELE SIZ YAZA BILMIRSIZ. YAQZANDA MEN SIZE DEYECEM. SEIR YAZMAQA NE VAR? ESAS POEMA YAZMAQDI. BIRDEKI NIZAMINI OXUMAMAQ GUNAHDI. BASA DUSDUZ? CAVABINIZI EMELE YAZIN. GOZLEYECEM. MELLIM INCIMEYIN BU BIR ZARAFATDI.
HABIL
Aprel 17th, 2008 at 16:56
Scorpion incimirem.ancaq gorunur sizin romantikaniz yoxdur.vessalam.sere ise 1 ci sinifden baslamisam.size ugurlar
STAURUS.
Aprel 17th, 2008 at 17:01
SALAM AXSAMINIZ XEYIR. SIZIN SERINIZI OXUDUM VE FIKIRLESIREM BU YASDA BELE MENALI SERLER YAZMAQ HER OQULUN ISI DEYIL SIZE OZ FEALIYETINIZDE UQURLAR!!!!!!!!!! HORMETLE NEFT ENERGETIKA KOLLECININ 197CI QURUPU ADINDAN YAZAN BAGIR.
sahin
Aprel 17th, 2008 at 21:04
Men butun serh yazanlara demek isteyirem ki, yazilara hormet edin. Qaldi ki scorpionun yazisina mence cox da esassiz bir yazi deyil. Habil muellim sizden de sizi tenqid edenlere tesekkur etmeyinizi gozleyerdim. Amma gunah sizde deyil cunki hec bir ornek teskil eden insan tenqidi qebul etmir bizim olkede.. Nedense bu tip onde getmeli olan insanlar (Habil muellim sizi nezerde tutmuram) terif demeyi, terif esitmeyi cox sevirler (her ikisini de ede bilmirem).
Ve Habil muellim siz de bu olkede “qabaqcil” bir ziyali olmaq isteyirsinizse dogru yoldasiniz. Esla tenqid goturmeyin, “terif”lere ise “terif”lerle qarsiliq verin. Esla bir kimseden “geride” qalmayin….
Elnarə Şəms
Aprel 18th, 2008 at 13:55
Salam,hörmətli Habil,mən buradakı şərhləri oxuyarkən bəzi haqsızlıqlara yol verilidiyini gördüm və buna fikri bildirməmək ən azında günah olduğunu anladım.Adətən hər hansı bir intriqaya baş qoşmaq və yaxud kəskin şəkildə şeirlərə münasibət bildirmək mənim adətim deyil,sevmirəm də bunu.Sizə şərh yazarkən də bunlara əməl etdim və yazdıqlarımı bir daha təsdiqləyirəm.Ancaq Sizdən artıq dərəcədə xahiş edərdim yalançı təriflərə aldanıb Sizdə olan istedadı uçurumla yuvarlamayasınız.Aslan beyle,scorpion yazdıqları şərhlər tamamilə əsaslı və savadlıdır,o şərhləri diqqətlə oxuyun,yaxşı mənada nəticə çıxardın.Bu yalnız Sizim xeyrinizə olan şərhlərdir,hörmətlə
habl
Aprel 18th, 2008 at 14:02
bagir cox sagol.dedikleri nezere alacam.senede tehsilinde ugurlar
Gulya(geleceyin kecmisi)
Aprel 18th, 2008 at 19:57
Sahin sen kimsen bilmirem görününr aramıza yeni qatılmısan,amma senin şerhlerini beyenirem çox düzgün şerh edirsen hem,şerleri hem şerhleri.
savalan Muganli
Aprel 20th, 2008 at 10:45
salam habil bey! fikirlerin gozeldir. ancaq xeyli texniki qusurlar var. ugurlar arzu edirem.
habil
Aprel 20th, 2008 at 15:41
Elnare xanim men sizin fikrinizle tamamile raziyam.tenqidcilerle de raziyam. bu belede olmalidir.men demirem ki men superem.noqsansizam.sadece bezi seylerde onlarla razilasmiram.mes.denizin basina.bu soz mecazi menadadir.onda bayatida yazilib.goy kisner bulud aglar.demek bu fikirde sehvdir.ozum filologiya fak bitirmisem.bunlara riayet etmek bizim muqeddes borcumuzdur
habil
Aprel 20th, 2008 at 15:43
Elnare xanim xahis edirem saytinizin unvanini mene yazasiniz.
Elnarə Şəms
Aprel 20th, 2008 at 23:52
Bir daha salam Habil,Sizinlə tamamilə razıyam,bax mən də elə bunun tərəfdarıyam emosiyalarınızı biruzə vermədən,fikirlərinizi söyləyin,yazdığınızın əsasını bildirin və beləcə maraqlı fikirlər irəli sürülür,hamımız özümüz üçün nəticə çıxardaq,bəhrələnək.Biz yalnız şairə “Necə”yazması haqqında fikrimizi bildirməliyik,”Nə”yazıb bu müəllifin öz ixtiyarında olmalıdır.saytımız –shemsmeclisi.com-n saytıdır,orada qeydiyyatdan keçin mən Sizə yazaram hansı ünvana göndərəsiniz şeiri,hörmətlə
scorpion
Aprel 20th, 2008 at 23:56
HABİL BƏY!!! ŞEİRDƏ İŞLƏDİLƏN BƏNZƏTMƏ O ZAMAN UĞURLU SAYILIR Kİ, OXUCU TƏRƏFİNDƏN QƏBUL OLUNUR Kİ, BU ONUN BEYNİNDƏ, TƏSƏVVÜRÜNDƏ HANSISA ASSOSASİYA YARATSIN… ƏGƏR FİLOLOQSANSA GƏRƏK TEXNİKİ TƏRƏFDƏN BUNU HEÇ OLMASA BİLƏYDİN… İKİNCİSİ İSƏ ÜMUMİYYƏTLƏ BİZİM GƏNC YAZARLARDA BU PROBLEM SON VAXTLARDA DAHA ÇOX HİSS OLUNUR… SÖZÜ DUYA BİLMƏMƏK…BAX PROBLEM BUDU…SÖZÜN, SÖZ BİRLƏŞMƏLƏRİNİN DAŞIDIĞI MƏNA YÜKLƏRİ, ŞÜURALTI OLARAQ SÖZÜN OXUCUDA YARATDIĞI DUYĞULAR…BAX BÜTÜN BUNLARI KİM HİSS ELİYƏ BİLİRSƏ ƏSL POEZİYANI DA O YARADIR…
habil yasar
Aprel 22nd, 2008 at 11:21
hormetli Skorpion men butun tenqid ve fikirlere hormtle yanasiram.size bol bol ugurlar dileyi ile Habil Yasar
Aysel Nesirzade
Aprel 22nd, 2008 at 21:41
Habil bey,şeiriniz çox maraqlı idi oxudum ve xoşuma geldi.Size ugurlar arzu edirem.
Xatirə Vaqif
Aprel 24th, 2008 at 10:33
Salam Habil.Mən ilk dəfədir sənə şərh yazıram.Xəzərlə bağlı şeirləri o qədər çox sevirəm ki sənin Xəzər şeirinə də biganə qala bilmədim.Xoşuma gəldi.Əgər qəbul etsən mən də sənə dəniz ətirli duyğularımdan bir ovuc göndərirəm.
Bu gün sahilə getdim…
Çünki sonsuz sualların
Hisslərin duyğuların
Yarıgerçək yuxuların
Canlı cansız xəyalların
Arasında itən mən idim.
Bu gün sahilə getdim…
Özümü də sənlə birgə tapım deyə
Bəlkə onda heç olmasa mən də
Mən də hamı kimi şirin yuxu
Yatım deyə
Sahilə getdim bu gün…
Köksümdə bağlı bir düyün…
Baxdım mavigözlü əzizimizə
Dəniz mənə baxdı lal dinməz
Mən isə dənizə…
Geydim bu gün sahilə
Ayrılığı görə görə
Yoxluğunu bilə bilə
Qorxduğum gəldi başıma.
Nə bu dəli dalğalar
Nə dəcəl qağayılar
Nə qayalar nə külək
Məni tanımadı.
Elə bil ki üzünü yana çevirdi dəniz…
Küləklər göz yaşımı sildi
Səssiz səmirsiz.
O günü dənizin də
Küləyin də
Sahilin də
Gözlərindən oxudum yalnız bircə söz:
SƏNSİZ
habil
Aprel 25th, 2008 at 09:48
Xatire xanim men size derin tesekkur edirem.men de sizin serinizi oxudum ve men de bu seri beyendim.duygusal insanlarin penah yeri xezerdir.bu belede olmalidir.cunki xezer bize qucagini acdigi kimi.bizde ona siginmaliyiq.size de boyuk ugurlar ve yeni serlerinizi oxumaq dileyile
HABIL YASAR
habil
Aprel 25th, 2008 at 09:49
Aysel xanim men sizin yaradiciliginizi xoslayiram.Ilhaminiz tukenmez qeleminiz iti olsun Amin!yeni serlerinizi oxumaq dileyile