Bu şəhərdə adamlar
Bir-birinin cibində.
Yatır dostlar, qohumlar
Ciblərinin dibində
Ciblər gəlir üz-üzə,
Ciblər adam daşıyır.
Bu şəhərdə adamlar,
Ciblərində yaşıyır.
Əl çıxarıb cibindən,
Salam alan kim idi?
Kimə salam verəsən
Salam xəzəl kimidi.
Bu şəhərin adı var-
Bu şəhər cib şəhəri.
Qaranlığı cib salar,
Ciblər açar səhəri.
Bura haradı
Bu dünya ruhların sürgün yerimi?
Məhkumlar bir nimdaş bədənlə gəzir.
Gəl indidən göstər qəbir yerimi
Burda hər bədəni bir əcəl gəzir.
Bu şəhər, bu küçə mənə tanışdı,
Axı bu dünyada ömür sürmüşdüm.
Bir ovçu bir quşa güllə atmışdı,
Elə bu dünyada quştək ölmüşdüm.
O gündən bu günə dəyişən nə var?
Yenə can ovlanır, ovçu doğulur.
Hara göndərmisən məni, İlahi?
Mənim bu dünyada ruhum boğulur.
Bur da adamların üzü başqadı.
Əməli başqadı, sözü başqadı,
Baxan gözü, görən gözü başqadı.
Bur da adamlardan bezib adamlar,
İstəmirəm adam olmaq, İlahi,
Adamların ovçu olmaq günü var.
Dönüb adamlıqdan çıxmaq günü var.
Amandı, bir quşa güllə ataram,
Ölər, doğular bir gün adam kimi.
Bilmirəm, üzünə necə baxaram,
Əgər o doğulsa öz balam kimi?
Hara göndərmisən məni, İlahi,
Mənki, doğulmuşam, mən ki ölmüşəm.
Fərqi nədir quş ömrü, adam ömrü,
Mən ki, hər ömürdə ölüm görmüşəm.
Günahkar
Üzümdə dünyanın günah qarası,
Axır zəm-zəm yaşım, durula bilmir.
Düşüb ortaya bir şeytan balası,
İçimdə zərrən də dür ola bilmir.
Baxışlar boylanır, zinaya düşür,
Kiprik də günahkar, qaş da günahkar.
Mən nəyə təyəmmüm eləyim, Allah
Torpaq da günahkar, daş da günahkar.
Qan təşnəsimi bu yerlər, bu göylər?
Ölümdən ürpənir Əzrayıl burda.
Bəndənin dərdini sənə kim söylər?
Körpətək ölübdü Cəbrayıl burda.
Döyüş zamanıdı, ölüm meydanı,
Perikmiş quş kimi uçuşur ruhlar.
Sənin allahlığına tapınan hanı?
Bəxt pozur, bəxt yazır burda allahlar.
Bəlkədə günahkar elə özünsən
Nəyinə gərəkmiş iblis yaratmaq?!
Günahı görürsən, qanı görürsən
Gör barı nəyimiş bəndə yaranmaq.
Sən ağla, göz yaşın yusun günahı
Bürünsün yer üzü göy qurşağına.
Sevinc göz yaşıyla qüsül alaram,
Dolanaram, Allah, qara daşına.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Ryabina
Aprel 17th, 2008 at 08:25
Bütün “Bizimki”lərə salam…
Darıxdım buralarçın…
Şeirlərə görə isə ayrıca təşəkkürlər və təbriklər…
Uğurlar diləyirəm…
p.s.nəsə sakitçilikdi buralarda…nolub…?-))
Nicat Qafuroglu
Aprel 17th, 2008 at 12:12
Bu şəhərdə adamlar,
Ciblərində yaşıyır.
əla! Əla!Əla! axır ki, yeni bir şey oxudum bu saytda. Seni tanımirdım qardaş, Artıq tanıdım. Eşq olsun sənə. Sənin yazmağın vacibdir.
XAQANI
Aprel 17th, 2008 at 13:38
SER XOSUMA GELDI AMMA CIB SEHERINDE YASAMAYANLARDA VAR .HER HALDA UGURLAR
sahin
Aprel 17th, 2008 at 20:58
Salam, Vusal muellim. Deqiq bilmirem amma deyesen sizin seklinizi hardasa gormusem. Ola biler ki, - eger varsa - kitabiniza nezer salmisam.
Seirleriniz ise mence ugurludur. Burdaki ekser sairlere eyni iradi tuturam, ona gore de umid edirem ki menden incimersiniz. Seirleinizi bir az qisa yazsaniz daha yaxsi olar.
Seirdeki fikirler orijinal ve mexsusidir.
Size ugurlar.
savalan Muganli
Aprel 20th, 2008 at 11:08
istedadlisan. ugurlar olsun. yaz-yarat, ozunu tapana qeder axtarishda ol…………..1 sen ozunu mutleq bulacaqsan!
Aslan
Aprel 21st, 2008 at 00:30
Vüsal bəy! Səhv eləmirəmsə “az.yazar”da da bir şeirinizi oxumuşdum, xoşum gəlmişdi, burdakı şeirlərin də yaxşıdır. Axıcılıq, məna, poeziyaya önəm verilməsi yaxşı haldır. Xırda-para qüsurları da yazıram ki, özünçün nəticə çaxara biləsən. Bütün hallarda məna sətir altı olmalıdır, şair yazını bütünlüklə duymalı, tutmalı, hər sözün yerində olub olmamasını bilməlidir. Sizsə bəzən sətirləri fikirlə, mənayla yükləyərkən məna üzə çıxır, bəsit, çılpaq görünür, illah da şeir uzananda bu bəsitlik, yeni və düşündürücü heç nə deməyən misralar oxucunu yorur, sıxır. Elə buna görə də şeiri nəylə və harda başlayıb, nəylə və harda qurtarmaqdakı səriştəsizliyiniz qabarıq görünür. Uzun bir şeiri “Mən ki, hər ömürdə ölüm görmüşəm” kimi dəxli olmayan, adi, bəsit bir misrayla yekunlaşdırmaq şeiri də bəsitləşdirir. “Dolanaram, Allah, qara daşına” nə deməkdir. Qara daşın başına dolanmaq olar, qara daşa dönmək olar, birbaşa qara daşa dolanmaq isə olmaz. Bu misra bəlkə də şeirin ortalarında olsaydı diqqəti cəlb eləməzdi, amma sonluqda, gücün, təsirin, mənanın cəmləşdiyi sonunucu misrada isə yerində olmadığını uzaqdan çağırır. Yenə də uğurlar!
serxan
Aprel 22nd, 2008 at 18:46
birinci seir yaxsiydi,sonlugu ferqli bitse lap yaxsi olardi…ikinci seir tamami ile tesirlenmedir,basqa seirelrden tesirlenme.ele yaxsi linmayib:
istemirem adam olum , adam ovcu olur,ovcu qusa gulle atir,qus tezeden adam ola biler ,hemen adam da meim oglum ola biler…
ne qeder ‘belke” var ey.fantaziyalar coxdu,heyatilik az. ucuncu seir haqqinda ise yazmaq istemirem,mezmun bir yana orda hele forma defelerle pozulub.
birinci seirde heyat var ona gore gozeldir…
Ramiz Rovseni cox oxumursan?))
Gunel.E
May 10th, 2008 at 22:53
VÜSAL,çox xoşuma geldi bu şeherde insanlar ciblerinde yaşayır.Ramiz Rovşenin bir şeri var o şere çox benzeyir mena etibarı ile.onu tapım burda yazacağam.