Çapını yenidən bərpa edən «Milli Yol» qəzetinin hər cümə axşamı buraxılışında ədəbiyyat əlavəsi çap olunacaq. «Qəzet içində qəzet» kimi çap  ediləcək əlavəni yazar Elnur Astanbəyli hazırlayacaq. Əlavənin bu cümə axşamı sayında gənc yazar xanım Günel Mövludla müsahibə, AYB-çiləri ironik sancmalar, ən son ədəbiyyat xəbərləri  ilə yanaşı Yazıçılar Birliyi daxilindəki son qarşıdurmalar və bunun arxasındakı mənzil müəmması haqqında araşdırma, eləcə də digər materiallar yer alacaq.
Beləliklə, artıq həftənin cümə axşamı «Milli Yol»da ədəbiyyat əlavəsini qaçırmayın.

Mənbə: KultAz