Qıymadım

İlk gündən, ilk andan qorxdum sənsiz qalmaqdan. Elə ilk gündən də sənsiz oldum, sənsiz qaldım. Qismətim sənsizlik oldu. Sevgim lal-kar oldu, dünyamda sakitlik, səssizlik oldu. Qulağım da sükutdan yoruldu. Canım, vücudum da sevdalılar dünyasından qovuldu. Məskən saldım göylərdə, Allahın yanında bəslədim səni öz ətimlə, qanımla saxladım səni öz ətində, qanında yaşatdım bu yazıq canımda.

Sən yaşadın şad və xürrəm. Mən isə iki dünyanın arasında-bu dünyanın yarısında, o dünyanın yarısında biəlac, sənə möhtac qaldım. Səni sevib, hisslərimə inandım, aldandım. Gün gəldi ki, səni kəşf etdim, təmizliyinə əvvəl gündən inandığım kimi idin. Elə sən də mənim kimi mənə “mən səni sevmirəm” dedin. Hər ikimiz mümkünsüzlüyü, mənasızlığı dərk etdik. Güya ki, öz yolumuzla, düz yolumuzla getdik. Mən sənə yolun acıq olsun dedim. Sən mənə xoşbəxt ol. Mənim xoşbətçiliyim sənin əlində, sənin bədbəxtçiliyin mənim əlimdə. Mən sənə qıymadım, elə sən də…

Bənövşə

Adəm sevincindən göz yaşı tökdü, sən gəldin dünyaya gözəl, bənövşə.
Allahın əhfindən yaranan, çiçək, niyə belin belə bükük, bənövşə?
Sən oldun dünyanın yaz ətirlisi, sən oldun məhəbbət əfsanəsi.
Sən, sən dərdlilərin dərdindən xəbər, verirsən gözəlim, gülüm bənövşə.
Səninlə kimisi bəzənir, gülüm.
Sənə bənzəmək istəyənlər də var.
Sən də bar verdikcə başın aşağı əyən sadəlöv gözəlsən, gözəl bənövşə.
Sənin ləcəklərin cənnət pərdəsi-belinin büküklüyü ibadətindi.
O gözəl gözünün qara giləsi sənin sevilmək səadətindi.
Sevincin adı ilə gəldin dünyaya, dərd bükdü belini bu dünyada.
Qaldın o gündən bu günə, bu gündən sabaha-zamanın gərdişlərinə sən baxa-baxa.
Vəsfinə min-min əhsən dedilər.
Sən uymadın.
Sənə “gözəlim” dedilər yenə uymadın.
Sən gözəli gözəllərə bənzətdilər sən dinmədin.
Hardandı səndə bu səbir, hardan de görüm?

18 Comments: Trackback URL | Comments RSS

  1. scorpion Says:

    Gözəl mənsur şeirlərdir… Xoşuma gəldi…Dilin təmizliyi və yazı peşəkarlığı diqqətimi o saat çəkdi… Hiss olunur ki, Günay xanım təkcə istedadına arxalanmır, həm də çox zəhmətkeş və özünə qarşı tələbkardı… Təbrik eliyirəm!!! Uğurlar!!!

  2. Nicat Qafuroglu Says:

    Axı nə üçün tərif etməyi sevirik?
    Sayta qoyulan yeni bir yazı mütləq tərifmi olunmalıdır?
    Axı Günay xanımın bu yazılarında (xüsusən 1-ci yazıda) təzə heç nə yoxdur. Vallah yoxdur.
    Günay xanım yazır ki, “İlk gündən, ilk andan qorxdum sənsiz qalmaqdan. Elə ilk gündən də sənsiz oldum, sənsiz qaldım. Qismətim sənsizlik oldu”. – yazıda oxuduğumuz bu ilk 4 cümləni azacıq fərqlərlə türk, hind filimlərində, nəzm formasında müsir mahnılarda1.000.000.000 dəfə eşitmişik, bir o qədər də müxtəlid yazılarda oxumuşuq, oxutdurblar…
    yazıda bu ilk 4 cümlə vallah elə bir cümlədir. (ən yaxşı halda)

    məsələyə bir qədər aqressiv yanaşdığım üçün bağışlayın.

  3. Aslan Says:

    Günay xanım! İmzanızla təzəlikcə tanış olduğuma görə yəqin bu Sizin ilk qələm təcrübələrinizdi və bu müstəvidən yanaşsaq hər şey qaydasındadır. Artıq yazmaq səriştəniz var, qeydlərimi də yazsam, düşünürəm gələcək yazılarınızda karınıza gələr. Sizə bir etiraf eləyim, heç mənsur şeirin bərk gedən vaxtlarında mənsur şeirə qanım qaynamayıb, kimin yazmasından asılı olmayaraq. Hisslərin tüğyanı, gərəksiz, ət tökən duyğusallıq mənə həmişə yad olub. Qaldı Sizin mənsur şeirlərinizə, “Qıymadım” da düşüncələrinizi yığıb yığışdıra, sonluğu uğurla tamamlaya bilibsiz. “Bənövşə”də isə uğursuz sonluğa gedibsiniz. Qənaətimcə Siz bənövşə görməyibsiz, bənövşənin beli yox, boynu bükük olur. Ümumiyytələ çiçəyin beli olmur və poeziya dilində hansısa çiçəyə beli bükük yazılmaz. Məntiqi tutmağa çalışın, təkcə bu sözlə bütöv mənsur şeiri illüziyaya uğradırsız. Bir düşünün, beli bükükdüsə, bunun harası gözəl oldu? “Vəsfinə min-min əhsən dedilər” kimi çeynənmiş deyimlərdən qaç. “Sən də bar verdikcə başın aşağı əyən sadəlöv gözəlsən”-i bir də oxu, bu nə deməkdir? Hansı sadəlövh gözəl bar verir, ələlxüsus da bar verdikcə başını aşağı əyir? Uğurlar!

  4. klavyatura Says:

    men niyese bu xanimi oxuyanda yadima rehmetlik kamile nemet dusur daha dogrusu onun seirleri
    ugurlar

  5. GUNAY DAGLI Says:

    VALLAH HER BIRINIZE MINNETDARAM. MENE DAHA COX TENQID YASSAZ SEVINEREM. CUNKU MEN TENQIDI SEVIREM. BELI SIZIN DEDIYLERINIZI-XUSUSEN DE ASLAN BEYIN DEDIYLERINI BIR DE INCELEDIM. BELI HEQIQETDI. AMMA BENZETMELER VAR BENOVSEDE. COX SADAM VALLAH. BELE AGILI DERAKELI VE TENQID DEYEN YASIDLARIM VAR. INANIN SEMIMIYETIME KI, COX SEVINDIM. ELLERINIZ VAR OLSUN

  6. sahin Says:

    Salam Gunay xanim. Evvela qeyd edim ki men soz vermisdim ki, daha serh yazmayacam. Cunki bezi yazarlarin ozleri, bezilerinin de “serhcileri” (qohumlari, tanislari) tenqidi serhleri qebul etmir, ustelik bezen daha da sert cavab verirler. Ancaq sizin oz serhinizden sonra yazmagi qerara aldim.
    Ilk once qeyd edim ki, eserlerinizde fikir cehetden yarimciqliq, daginiqliq yoxdu. Qisa ve axicidir. Bu meselede hec bir qusur tapa bilmedim. (Ancaq etiraf edim ki uc defe oxuyandan sonra (eserlerinizi) tam basa dusduyume emin oldum)
    Ikinci eseriniz tehlil olundugu ucun men birincinde gozume deyen iki meseleni qeyd etmek isteyirem.
    1.”Gün gəldi ki, səni kəşf etdim, təmizliyinə əvvəl gündən inandığım kimi idin.” Bu cumlede mence “evvel” sozu ugursuz alinib, yerine “ilk” sozunu isletmek olardi.
    2.”xoşbətçiliyim”, “bədbəxtçiliyin” sozlerini isletmisiniz. Dogrudur filoloq deyilem ancaq Azerbaycan dilini yaxsi bildiyime inaniram. Bu sozlerdeki “ci” sekilcisi adeten isimden senet sahibliyi bildiren isim duzeldir. Mes: idman – idmanci
    lik – sekilcisi ise sifetden mucerred isim duzeldir. Mes: gozel – gozellik
    Ancaq 1)dilimizde xosbextci, bedbextci sozleri olmadigina gore bu sozler sehvdir. 2)Eger bele sozler olacaqsa da isim olacaq. Lakin lik – sekilcisi sifetden isim duzeldir, isimden isim duzeltmediyine gore yene de sehvdir.
    Yene de deyirem ki men filololoq deyilem. Ona gore de bu tenqidlerime ” 100 % qaranti vermirem”. Eger filoloq tanisiniz varsa sorussaniz daha yaxsi olar.
    Size ugurlar

  7. gulnar atakishiyeva Says:

    sade ve mence,besitdir.shahin,ele bilme,senin sherhlerini gormek istemirik,eksine,bu sherhinizden sonra men hetta her yazimi size oxudub fikirlerinizi eshitmek isterem.cox esasli ve yerinde (mene yazdiginiz sherh de daxil olmaqla) tenqid edirsiniz. qayidim yeniden gunaya.gunay ,senin benovshe sheirini oxumushdum.ancaq qiymadim’i yox.lakonik ,ancaq axici.amma yene de tekrar ediremki,ferqli bir shey tapa bilmedim.sene ugurlar.hem de gunay.her shey super olsa bele,1 nefer olsa bele beyenmeyen tapilacaq.ona gorede esasli tenqidlere diqqet yetirerek yola davam.sene ugurlar,bacim

  8. scorpion Says:

    Günay xanımın mənsur şeirləri haqqında əvvəldə bir dəfə fikirlərimi bildirdiyimdən təkrar bu məsələnin üzərinə qayıtmaq istəmirəm. Sadəcə olaraq gənc yazar dostlarımız üçün də maraqlı və faydalı olacağını nəzərə alıb Şahin bəyin şərhindəki bir fikirə öz münasibətimi bildirmək istəyirəm.
    Şahin bəy “xoşbəxtçilik”, “bədbəxtçilik” sözlərinin işlədilməsini irad tutur və fikirlərini əsaslandırmağa çalışır. Ancaq burada bir məsələdə ciddi səhvə yol verir. Burada “xoşbəxt” sözündən sonra iki yox bir şəkilçi işlədilib…yəni ki, burada şəkilçi kimi “çilik” qəbul olunur… Azərbaycan dilində mürəkkəb sözlər olduğu kimi həm də mürəkkəb şəkilçilər var ki, yuxarıda qeyd elədiyimiz şəkilçi də həmin tip şəkilçilərə aiddir və sözdüzəldici şəkilçi kimi qəbul olunur… Ancaq bu tip şəkilçilərdən müasir Azərbaycan dilində geniş istifadə edilmədiyindən adətən dərsliklərdə onun öyrədilməsi arxa plana keçirilir… Ancaq bu Şahin bəyin dediyi kimi qətiyyən tutaq ki, “dəmirçilik” sözündə olduğu kimi “çi” və “lik” şəkilçiləri ilə qarışdırılmamalıdır. Bu barədə səhv eləmirəmsə ya 5-ci, ya da 6-cı sinfin “Azərbaycan dili” dərsliyindəki “Söz yaradıcılığı” bölməsində məlumat verilir… Əslində hər bir sözün olduğu kimi, hər bir şəkilçinin də öz semantikası var… Günay xanım konkret olaraq burada “xoşbəxtlik” kimi də yaza bilərdi bu sözü…ancaq yazmayıb… bilirsiniz niyə? Soruşsaq bəlkə heç özü də cavab verə bilməz… Məncə bu ona görə baş verib ki, fikir vermisinizsə bütün şeirdə gözəl bir ahəngdarlıq var, daxili ritm var-səs ahəngdarlığı, səslərin ritmi… Müəllif də bəlkə də qeyri-ixtiyari fikirlərini bu ahəngin, ritmin ixtiyarına verib… (Yeri gəlmişkən həm də elə yazılardakı bu xüsusiyyətlərinə görə Günay xanımın istedadlı birisi olduğu qənaətinə gəldim.) Elə Şahin bəyin tutduğu birinci iradda da bu məsələ problem yaradır… yəni “əvvəl” sözü burada ahəngi pozub bununla razıyam… burada problemi yaradan sözdəki qoşa “v” səsləridir. Ancaq bu sözün əvəzində “ilk” yazmaq da yerinə düşmür… çünki sonrakı söz “gün”dür “k” və “g” səslərinin də dalbadal səslənməsi yenə ahəngdarlığı pozacaq… Burada məncə “əzəl” sözü daha uğurlu səslənərdi…
    Hamınıza uğurlar!!!

  9. sahin Says:

    Scorpion muellim sizinle razilasiram. Men ele bir sekilcinin oldugunu bilirdim, ancaq sozu tehlil ederken dilimizin muasir qaydalari ile tehlil etdim. Men o sozlerin isledilmesine irad tutmaya da bilerdim. Eger bu hekayelerin movzusu basqa olsaydi, tutaq ki bir sujet xetti olsaydi, bu her hansisa bir kendde bas verseydi ve bu sozu onun yaratdigi obraz demis olsaydi – qebul etmek olardi. Lakin indiki veziyyet tam ayridir. Bilmirem belke de sehv edirem amma oxuyanda bu sozler artiqliq kimi gozume ilisirdi.
    Ikinci meselede ise raziyam ki ezel sozu daha da ugurlu alinar. Amma “ezel gunden” ifadesi hekayenin romantikasi ile ziddiyet teskil eder mence…

  10. Oxucu Says:

    biz bele hara gedirik???(((
    son zamanlar hami eyni seyden yazir.nese.
    ..Tolstoyun Anna Karenina sini oxuyun.Sizin “edebi karyera”nizda ,umumiyyetle heyatinizda donus yaradacaq.
    tebii ki netice cixara bilsez.

  11. savalan Muganli Says:

    Gunu ve Ayi ozunde ve ichinde yashadan Gunay xanim! Salam. Bunlar eslinde essedir. Esse yazmaq yazardan felsefi, filoloji, psixoloji, edebi… bilik teleb edir. Eshq olsun. Yaz-yarat.

  12. Xatirə Vaqif Says:

    Günay salam.Deyirlər çəkişməsən bərkişməsən.Bu qədər tənqid səni ruhdan salmasın.Əksinə daha çox həvəslə yaz.Sənə uğurlar və səbir arzu edurəm

  13. TURAl Says:

    salam gunay sene ugurlar arzulayiram en gozel esq qarsiliqsiz olandi ozaman insan cox gozeleserler yazir sevgi olmadan heyat yasanmaz

  14. fariz Says:

    bele deee…

  15. Dayandur Sevgin Says:

    Gunay sene ugurlar arzulayiram. Yazilarini mutamadi oxudugum ucin nese yazmagi artiq hesab edirem.

  16. Həm də oxucu Says:

    Of, vallah mən bu ədəbiyyat saytlarına nəzər salanda yoruluram,dincəlmək əvəzinə.Hamı eyni cür, hamı bir-birinə bənzər, səpələnmiş sözlər.Hanı burada fəlsəfə,hanı filoloji bilik və psixoloji məqamlar? Hamı da bir-birini yalandan tərifləyə-tərifləyə bir-birinə doğmalaşıb.Ədəbiyyatı da şou-biznesin gününə qoyanlara eşq olsun!

  17. gunay dagli Says:

    vallah men her birinize minnetdaram. amma sonuncu yazara cavab vermesem ele bilecek ki birce felsefenin ne oldugunu ozu bilir. men bu gune qeder ne yazmisamsa felsefi hesab olunub. bunu boyuklerimiz deyib. ne ise isinizde olun…..

  18. Efqan Says:

    Gözel eserlerdi. Dil axıcılığı xüsusile diqqeti çekir. Birinci yazıda toxunduğunuz mövzu tam aydınlaşsa da, mene ele gelir ki, fikir tam formada açıqlanmayab. Ancaq yeni baxış olduğu hiss olunur.
    Size uğurlar, Günay xanım!!

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...