Həsrətlə baharın gəlişini gözləyirəm. O, baharı ki, dəmir barmaqlıqlar arasından ancaq təravətini, nəfəsini duya bilərəm. O, baharı ki, burda qadın dolu və hər tərəfdən bir səs gələn, hər ürəkdən bir dərd bölüşülən, amma yenə də bu səs dolu zülmət səssizlikdə, elə həmin bu dəmir barmaqlıqlar arasından quşların şən cikgiltisini eşidəcəyəm. O, baharı ki, hələ 9 [...]
Sənin soyuqluğun,
bir də Bakı küləyi
Yaman üşütdü məni.
Soyuğa dözəmmirəm
Mən Aran balasıyam
Bir insafınız olsun
Mən Ağ Ayı deyiləm,
Mən Adam balasıyam
Onunla söhbət eləyəndə beynim ancaq sevinc “istehsal” eləyirdi. Bizim kiçik elmi-tədqiqat institutuna gəlməyilə dostlaşmağımız bir oldu. Çox həssasdı, sözü göydə tuturdu, vallah, varam belə qıza.
- Bilirsən, – dedim ona, -mən bir nağıl yazıram. Deməli, təxminən 40 yaşında, yox, bir az aşağı, 35 yaşında bir kişi cavan bir qıza vurulur. Kişinin arvadı da var, uşaqları da. [...]
Getmə dayan. Bir dəqiqə qulaq as
Qoy bitsin bu ayrılıq bitsin bu yas
Ən gözəl duyğular: sevgi, ehtiras
Qəlbdə sənin üçün dəstələnibdir
Gündüzlər də, gecələr də, zülmət də
Sənsizlik də, yalnızlıq da, həsrət də
Ayrılıq da, xəyanət də, nifrət də
Getdiyin yollarda tüstülənibdir
Erix Fried 6 may 1921-ci ildə Vyanda doğulmuş və orada da böyümüşdür. Müharibə illərində kitabxanaçı, fabrik fəhləsi, süd kimyaçısı və sair peşələrdə çalışır. “Gənc Avstrya ”, “Kommunist Gənclər Təşkilatı” və digər siyasi qrumlarda təmsil olunur. 1944-cü ildə Avstryanın “PEN” nəşriyyatında “Almaniya”(Deutschland) adlı ilk şeirlər kitabı yayımlanır. E. Fried Müharibədən sonra qurulan bir çox dərgilərdə, [...]