nəfəsini duymaq
ən gözəl musiqidir
danış, dinləyim
sevgilim
telefonu qucaqlayıb yatmaq
səni yanimda düşünməkdi
hər gecə
dəli hisslərimi
bölüşməkdi səninlə
bu gecənin aləmində
görüşməkdi səninlə
aramizdakı məsafələri yaxınlaşdırar
telefon zəngləri.
***
(erotik)
bu qaranlıq aləmdə
ehtiraslı kadrların başlanğıcı
gəldin bir göz qırpımında
yarı çılpaq bədənimizlə
ayrılığa son deyib
barışmaq istədik əbədi
əzəldən toxunuşuna
möhtac barmaqlarımda
küləklər oynatdı saçını
dodaqlarım qurudu
dodaqlarının istisində
dərindən gələn səsin
ritminə qarışdı baxışlarımız
qoxuna sarılınca
acgözcəsinə
nəfəsimizə daraşdıq
səhərə qədər
əl-ələ tutub
qəlbimizə səsləndi
sevgi laylası
oyanınca anladım ki
yuxumun qonağıydın.
Həyat səhifəm
(Teoman-En güzel hikayem-i dinləyərkən)
Pərdə:1
bəzən
yoxlugunu unutmaqçün
“drive”i tutub
Rəqs edirəm
yorulunca dayanıb
lal sükutu seyr edirəm
bu məndə alınır…
amma sonra…
“bazen
ne yaparsan yap,
olmuyor bazen”.
Pərdə:2
bəzən
sənli fikirləri sovurmaq üçün
qaçıram-qaçıram
külək-külək cözürəm
səni içimdə
bunu bacarıram…
amma sonra…
“bazen
ne yaparsan yap,
olmuyor bazen”.
Pərdə:3
Bəzən
çox darıxıram
zəng edib qız dostlarıma
onlarla “yalançi” sevgimdən
danışıram saatlarla
inandıra bilirəm özümü…
amma sonra…
“bazen
ne yaparsan yap,
olmuyor bazen”.
Pərdə:4
Bəzən
Sənsizlikdən bezib
Hisslərimi soyuq vannadan çıxarıram.
Təmizləyib səni məndən
axıdıram sənli suları
müvəqqəti yarayır…
amma sonra…
“bazen
ne yaparsan yap,
olmuyor bazen”.
Pərdə:5
bəzən…
(bunların hamısının yuxu olduğunu
düşünmək istəyirəm)
güzgüdən özümə baxıb
məni korlayan insana
deyirəm:
“bazen
ne yaparsan yap,
olmuyor bazen”.
(vəssalam, bu da 5 günlük dünyam)
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Oxucu
May 10th, 2008 at 18:21
bazen bu cur seirler le edebiyyatimizi ne gune qoyurlar,bazen
sahin
May 10th, 2008 at 20:45
Salam Asif. Duzdu seni tanimiram. Neinki seni umumiyyetle edebiyyat aleminde hec kimi tanimiram ve tanimaq da istemirem. Amma bezen ele yazarlara rast gelirem ki onlari tanimamagim bir az bextsizlik kimi gorunur. Ve sen de deyesen bele yazarlardansan. Yazilmayani yazdigin ucun yeqin ki burda sene coxlu iradlar tutulacaq. Bu serhimi sene destek verdiyimi demek ucun yazdim. Seirlerinden genc oldugun gorunur. Bizim gencler ise senin kimi heqiqi mehebbetden, vusaldan ve ehtirasdan yazmaqdansa sufi mehebbet, qovusa bilmemek ve.s movzulara daha cox ustunluk verirler. Umumiyyetle qati ve yazilmamis qanunlari yixan insanlardan xosum gelir. Bilirem ki senin seirlerinde ozunu biruze veren ehtiras hisslerini diger genc yazarlarda kecirir lakin yaza bilmirler. Senin gosterdiyin cesaret de teqdire layiqdir. Sene tovsiyye edirem ki qerezli sherhlere fikir verme, istediyin kimi, geldiyi kimi yaz.
Bir de ki biz genclerin dusuncelerine ne zaman tolerantliqla yanasiblar ki?
Sene ugurlar…
Gunel.E
May 10th, 2008 at 22:46
cox xoşuma geldi,ne qeder semimi idi.Yox edebiyyatımızda bu da lazımdı.Telefon zengleri daha maraqlı idi,ikinci şer de yalancı sevgimden danışıram hissesi xoşuma geldi.Ne pis ki,bazen oğlanlar qızların saflığından istifade edib onları aldadırlar,ne yaxşı ki onlar özlerini ifşa etmemeyi bacarmadıqları üçün ifşa olunurlar.Ve ne yaxşı ki,bezen bele oğlan şairlerimiz qızları aldaddıqların sözle şerle etiraf edirler.
savalan Muganli
May 11th, 2008 at 15:20
zeif, chox zeif yazilardir
Oxucu
May 11th, 2008 at 21:47
Sahinin sozlerine
evvela onu duz deyirsen ki ,bizde nese hicran ,ayriliq ve.s dan cox yazilir.eslinde bu da sevginin derecesini gosterir…amma duzdu ki,sevginin ah-nalesinden cox,vusali insanlari daha cox celb edir,bu movzuda seirlere ehtiyac var.elbette onlar da yasanaraq yazilmalidir.
“heqiqi mehebbet ,ehtiras dan yazmirlar”deyirsen-heqiqi mehebbet ehtiras deyil.qetiyyen.sene bir sey deyium,ehtiras her hansi bir gozele duyulacabilecek hisdir.ve ehtiras yanib-sonen bir hisdir,vusal ile sona yeten bir hisdir.heqiqi mehebbetin ise yonu sabitdir.ve vusal onu sondurmez, derinlesdirer.heqiqi mehebbet iki yone shaxelenmez,ehtiras ise 20 yere de yonele biler.M.Ismalyilin yaxsi sozu var, deyir
Mehebbet yerlerde surum-surumdur,
Hami sehvet ile bas gireleyir.
burda, olmayanlari yazmaq filan fikrim yoxdu,amma bax, Tolstoyun Kreyser Sonatasi ni tap oxu,onda goreceksen mehebbetnen ehtiras bir-birine ne qeder uzaqdi.ve goreceksen “ehtiras qovusmasinin”nin sonu ne olur.
…gorursen, muellif “yalanci” sevgisini etiraf edir sonra da “ne yaparsan yap olmuyor bazen” deyir.cunki bu ehtirasdi(yalanci sevgi) mehebbet deyil.bizde ona gore sevgilileri paltar deyisme rahatligi icinde deyisirler…
heqiqi sevgi ilahi sevgidi…
Allahin yaratdigina duyulan sevgi de heqiqi dir ,amma mehduddur.
bu cur “sevgiler” ise bas girelemekdi-M.Ismayil demis.
ugurlar
sahin
May 12th, 2008 at 19:24
Hormetli oxucu, men sizin sehinize munasibet bildirmediyim ucun, siz de menim serhime munasibet bildimeseydiniz sevinerdim. Men fikirlerimi muzakireye acmaq ucun yazmamisam. Qaldi ki sizinkle mehebbet ve ehtirasi da muzakire etmek istemirem. Ancaq her halda ikisi de paralel yasananda daha yaxsi olur. Hemcinin yazilanda da… Ve yazarin ilk iki seiri de bu tiplidir.
Bir de ki siz kiminse ve ya ozunuzun bu baredeki fikirlerinizi ancaq bunlar dogru imis kimi teqdim etmekle absurdluq yaradirsiniz. Sevgi, ehtiras ve.s hissler haqqinda her kes oz fikrin deye ve her kes qebul etdiyi kimi yasaya biler. Eger Tolstoy ve ya M.Ismayil bu barede oz fikirlerin deyiblerse bu o demek deyil ki dunyadaki tek dogru fikirler bu fikirlerdir.
Yazar oz yazilarinda yeqin ki, yasadiqlarini yazib. O eger mehebbeti bele qebul edib, bele yasayir ve en esasi (yazilarinda) bele izah edirse buna yalniz hormet gostermek lazimdir.
Ve menim shexsi fikrim beledir ki bele yazarlar qorunmalidir. (Shablonculardan)..
Yazara bir daha ugurlar arzu edirem..
безумец
May 12th, 2008 at 22:23
Salam, eziz oxucular. Sherhlerinize gore teshekkurler. Haminizin fikirlerine hormetle yanashiram. BUrdaki bezi sherhlerden hec de uzulmurem. Yeqin ki, yaxin gelecekde bashqa sherlerimi de goreceksiz bizimki.org-da.
“Yolunu azmish bir bendeyem
Hami bele deyir”…
Oxucu
May 13th, 2008 at 12:32
eziz SAHIN,evvela menim yazdiqlarim,heqiqetlerdi,kiminse subyektiv fikirleri deyil,onlari-Tolstoy,M.Ismayil- sadece misal kimi cekmisem…bunlar 2*2=4 olcusunde tesdiq olunmus fikirlerdi.sene deseler ki cazibe qanunu NEWTON sexsi fikridi,herenin oz fikri var,nece qebul edersen?bezi seyler var deqiq bilinen seylerdi,mehebbet ve ehtirasin ayri ayri olmasi kimi.yazar mehebbeti bele qebul edib deyirsen)amma yazar sonra niyese buna yalanci mehebbet deyib…
bir de muasirlik “……”yazmaqla olmur ezizim,nezere alsaq ki,FUZULI hele de muasirdir.
UGURLAR.
sahin
May 13th, 2008 at 21:37
Eziz ox ucu siz hiss, duygu ile riyazi, fiziki bir qanunu eynilesdirirsiniz. Bunlar tamam ayri seylerdi axi. Her hansi bir movzuda sohbet insandan gedirse, o movzuya aid bir (ozde heqiqet) fikir demek mumkun deyil. Sizin dediyiniz ise insanin hissleri ile yox maddelerle bagli olan dusturlardir. Insani madde hesab edirsiniz? (Kas ki yazinizi oxuyub gule bilesiniz…)
Size daha cox UGURLAR
Qadjiyev
May 14th, 2008 at 00:30
“Telefon zengleri”ni cox beyendim…
Ugurlar size… Menim yazdigim da daxil olmaqla. sherhlere fikir vermeyin ve davam edin…
Bir daha ugurlar…
Gunel.E
May 14th, 2008 at 06:58
beli men deyendi ele.her kesin isteyi yazılan şerhlere qulp qoyub şeri bir terefe atıb şerhleri müzakire etmekdi.ELE BİZİM BEDBEXTÇİLİYİMİZ BUDU.axı bu adam ne pis fikir yazıb ki,düz yazıb heyatsda yazılmamış ve yazılmayacaq qanunlar var.biz edebiyyatı 11lik üzerinde izim bizim gözüm qafiyeleri ile yaşada bilmeri9k.gelin bir az deyişik fikirler yazaq.o fikir gözel fikirdi ki,oxucunu çaşdırır,o fikir gözel fikirdi ki oxucu onu oxuyub özüde istemediyi şerhler verir.şere bir defe oxumaqla şerh veremek olmaz gerekdi onu yaxşı-yaxşı süzgecden keçirib sonra şerh edesen.şerh xetrine şerh in dövrünü öldürmek lazımdı.
Oxucu
May 14th, 2008 at 14:07
ezizim ele sosial ,psixoloji qanunlar da var ki,ele fizikanin dusturlari kimi deyismezdir..
mehebbetle ehtirasin ferqli olub olmadigini bilmek ele cetin bir sey olmamaliydi mence. bu insandan insana deyisen bir sey deyil ki deyesen insan haqqinda ozde heqiqet demek mumkun deyil.bu her kes ucun eynidir.
men bele bilirem.belke de yaniliram.
sahin
May 14th, 2008 at 22:50
Daha sizinle bu barede mubahise aparmaq istemirem. Yene de demek lazimdirsa yene de deyirem ki bu yazar bizimki saytinda oxudugum yazarlar icinde uc en yaxsi yazardir. Beli, indiye qeder Aysel, Qismet cox xosuma gelmisdi. Indi de Asif.
Bele yazarlari qorumaq lazimdir.
Elnarə Şəms
May 15th, 2008 at 20:21
Salam Asif.Bilmirəm bu yazınızı Siz və ya digərləri necə adlandırırlar,mən bunlarə nəsr kimi oxudum və həddindən çox bəyəndiyim fikirlər oldu.
1)nəfəsini duymaq
ən gözəl musiqidir–Məncə bir xanımın eşitmək istədiyi və onun buz ürəyini əridən ən gözəl misralardan biridir.
2)bəzən
yoxlugunu unutmaqçün
“drive”i tutub
Rəqs edirəm
yorulunca dayanıb
lal sükutu seyr edirəm
bu məndə alınır…
amma sonra…
Bəzən
Sənsizlikdən bezib
Hisslərimi soyuq vannadan çıxarıram.
Təmizləyib səni məndən
axıdıram sənli suları—-Əla,çox gözəl,söz tapmıram yazmağa.
müvəqqəti yarayır…
amma sonra…
Qeyd etdiklərim ən çox bəyəndiklərimdir və inanın ki,bu neçə ildə internet səhifələrində heç tərəddüd etmədən,tam əmin olduğum nadir şərhlərimdən biridir bi şərh.(şeirlərdəki şərhdəndən söz gedir).
Uğursuz misrada var,onu da qeyd etmək istəyirəm:
“bazen
ne yaparsan yap,
olmuyor bazen”.–əslinə qalsa uğursuz da deyil,axıcı da səslənir,sadəcə olaraq bunu türkcə yazmasaydın,məncə daha təsirli olardı(təbii bu sırf mənim fikrimdir,məndə də olur belə yazılar,ancaq şeirdə yox əksər hallarda şərhlərdə,bunu də mənə nöqsan tutublar və qəbul etmişəm).
Yeni şeirlərinizi oxumaq arzusu ilə salamat qalın,hörmətlə.
безумец
May 15th, 2008 at 23:09
Men hec bilmezdim ki, sherlerim bu qeder muzakire obyektine cevriler. Sherhlerinize gore teshekkurler. ayri seckilik salmiyacam. hamiya teshekkur edirem. heqiqeten. cox sagolun.