Getmə dayan. Bir dəqiqə qulaq as
Qoy bitsin bu ayrılıq bitsin bu yas
Ən gözəl duyğular: sevgi, ehtiras
Qəlbdə sənin üçün dəstələnibdir
Gündüzlər də, gecələr də, zülmət də
Sənsizlik də, yalnızlıq da, həsrət də
Ayrılıq da, xəyanət də, nifrət də
Getdiyin yollarda tüstülənibdir
Qulağımda hallandıqca “get” səsi
Sevməyəcəm, səndən başqa heç kəsi
Dodağımda nalələnən fit səsi
Sanki yoxluğuna bəstələnibdir.
Ehtiras dənizi
Sən və mən və qumlu sahil sadəcə
Sahil soyuq, dəniz isinir necə
Məhəbbət ocağı yanır bu gecə
Üstündə ehtiras, coşğu dəmlənir.
Qonaqdı dalğalar hey gəlib-gedən
Qulaqda misralar yarımçıq nədən?
Sevişdikcə tərlə islanır bədən
Öpüldükcə dodaqlarım nəmlənir.
Sevgi bağçasına düşdü toxumlar
Coşduqca ehtiras, əridi mumlar.
Necə ki sevişir sularla qumlar
Eləcə bu iki vücud cəmlənir.
Mən koram
Qəmli baxışları vardı
Bir dəfə baxanda
İnsan bir də baxmaq istəyirdi
Sırf bunun səbəbini sormaq üçün
Yaxınlaşdım.
Cavabı qəribə idi
“Mən koram”
İstədim
Sevda buludunun damlası olub
Düşüb kipriyini əymək istədim.
Hər hansı bir sevgi misrası olub
Sənin dodağına dəymək istədim.
Bir gülüşünlə ən gözəl varlığı
Gözünlə gecəni boğmaq istədim.
Gördüm səndə torpaq vəfakarlığı
Yağış tək üstünə yağmaq istədim.
Qəlbini isitmək üçün kömür tək
O eşq sobasında qalmaq istədim.
Gözəlliyinə baş vurub möhür tək
Məhəbbət namazı qılmaq istədim.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Gunel Eminli
Mayıs 15th, 2008 at 16:41
Yaqish tek ustune yaqmaq istedim, qesheng misra isi, tebrikler
Seymur
Mayıs 15th, 2008 at 19:19
Shahin bey her zaman sheiri axiradek oxuyan deyilem, ancaq sizin sheirinizi axiradek oxumaga mecbur oldum. Azeriler arasinda mentiqli yaradici genclerin oldugunu gordukce cox sevinirem. Size gelecek yaradiciliq ugurlari arzulayiram
Oxucu
Mayıs 15th, 2008 at 19:29
Aydindi.
Gunel.E
Mayıs 15th, 2008 at 19:46
Men koram-nece gözel sözdü,nece gözel netice,nece gözel felsefe ehsen sene Bizimki.org,ehsen sene gözel genclik.
Sebuhi
Mayıs 16th, 2008 at 16:17
Salam, doktor…senin eserin olan bu kicik sheirler senin daxilindeki boyuk dunyadan xeber verir. Daxilinde olan yaradiciliq enerjisinin tukenmemesi arzusu ile,
Sebuhi
Etibar
Mayıs 16th, 2008 at 19:01
Salam, Sahin. Seirlerini oxudum. Amma en cox xosuma gelen “Ehtiras denizi” seiri oldu. Hetta
Sevgi bağçasına düşdü toxumlar
Coşduqca ehtiras, əridi mumlar.
Necə ki sevişir sularla qumlar
Eləcə bu iki vücud cəmlənir.
bu bend daha cox xosuma geldi.
Sene ugurlar.
sahin
Mayıs 16th, 2008 at 23:02
Salam hormetli oxucular ve serhciler. Her birinize bildirdiyiniz fikirlere gore tesekkurumu bildirirem. Her iki Gunel xanima, Seymur, Sebuhi, Etibar – her birinize ayriliqda tesekkur edirem. Lakin demek isteyirem ki seirlerimin tenqid olunmamasi meni narahat edir. Serh yazacaq olanlarin nezerine!!
sahin
Mayıs 16th, 2008 at 23:05
Hormetli oxucu. Dogrusu yazdiginiz serhi basa duse bilmedim. Size aydin olan nedirse o mene ve eminem ki oxuculara da aydin deyil. Xahis edirem ki size aydin olan meseleni men ve hami ucun zehmet deyilse aydinlasdirasiniz…
Gülya(geleceyin kecmisi)
Mayıs 17th, 2008 at 16:49
Allah ölürem da heca vezni üçün,ne gözel heca ne gözel axıcılıq.sonra diyirler ay Gülya el çek köhnelikden bunun neyi köhnelikdi axı?deyin da mene.sahin diline göre dilceyinde varmış,eger şerh yazan oğlansansa.yox o deyilsense yene de gözel şerlerdi.Men koramı beyenmedim,menasız bir şer idi.qalanına 5 qiymet verirem.
Etibar
Mayıs 18th, 2008 at 13:16
Dostlar, salam. Bu saytda adeten “Etibar” adi ile men yaziram. Yuxaridaki “Etibarim” mene dexli yoxdur. Teessuf ki, menim Shahin beyin sheirlerinden xoshum gelmedi.
Gülşən Cəbi
Mayıs 18th, 2008 at 18:33
Salam!
Özümü təsadüfən gördüyüm adi qəzetlərdən adda-budda məlumatlar oxuyan kimi hiss etdim. Ruh ümumiyyətlə yoxdur desəm, inanıram ki, məni qeyri-obyektivlikdə “ittiham” edən olmaz.
Hörmətlə.
Aysel Nesirzade
Mayıs 19th, 2008 at 19:36
Şahin salam.Bilirəm sənin tərifdən xoşun gəlmir.Həmişə şeirlərinə tənqidi yanaşmağımı istəmisən,tək məndən yox hər kəsdən.Amma bu şablon tərif deyil,sadəcə onu deyə bilərəm ki,şeirlərini oxudum və zövq aldım.
sahin
Mayıs 20th, 2008 at 19:31
Butun oxuculari ve serhcileri salamlayiram.
Gülya(geleceyin kecmisi) xanim sizin heca veznine olan munasibetinizi bilirdim onun ucun serhiniz mene surpriz olmadi. Gulya xanim size vaxt ayirdiginiz ucun tesekkurumu bildirirem.
Etibar adli serhciye ise hec ne deye bilmerem. Sadece olaraq bilin ki sizin fikrinize hormet edirem. Qeyd edim ki birinci Etibar adli serhci menim dostumdur. Yeqin ki ozunuz de basa dusdunuz ki yazdiginiz xeberdarliq lazim deyildi. Her halda “muellif huquqlariniz?” pozulmayib.
Gülşən Cəbi – adli serhciye de vaxtini ayirib serh yazdigi ucun tesekkrumu bildirirem. Sadece olaraq bir seyi qeyd etmek isteyirem ki, serh yazanda calisin ki “mence” sozunden istifade edesiniz. Eger cumlede “mence” sozu isledilse problem olmaz. Tekce ozume aid etmirem butun yazarlara serh yazanda bele edin. Cunki nezere alin ki, bu edebiyyatdi, hansisa esere vahid bir fikir, bir movqe qebuledilmezdir. Oz movqeyinizi tek dogru movqe kimi dikte etmeniz etik deyil. Bu fizika deyil ki deyesiniz bir dustur var basqa variant yoxdur. Bu gulunc gorsenir. Men butun fikirleri qebul edirem. Ona gore ki onlar sizin subyektiv fikirlerinizdir. Ancaq siz subyektiv fikrinizi vahid heqiqet kimi teqdim etmeye calissaniz men bunu qebul etmerem. Yeqin ki qebul eden tapilar.
Aysel sene de tesekkurumu bildirirem. Umumiyyetle burda meni en yaxsi taniyan insan sensen. Edebiyyata, seire baxisimi en yaxsi sen bilirsen. Edebiyyat haqqinda dusuncelerim de sene bir az melumdur. Duz deyirsen ki men her zaman tenqid olunmagi istemisem. Cunki men bele fikirlesirem ki, agil agildan ustundur. Eger men daha yaxsisini bilseydim her halda daha yaxsi yazardim. Yazdiqlarim menim ucun en yaxsidir. Ancaq bu o demek deyil ki bundan da yaxsilar yoxdur. Men mehz daha yaxsilarin olduguna inaniram ve onu tapmaq ucun tenqidlerin mene komek ede bileceyini (belke) dusunurem. Amma etiraf edim ki istediyim tipli tenqidlere rast gelmedim. Bilmirem oxucular dolayisi ile daha yaxsisinin olmadigini mi demek isteyirler?:)(Halbuki men eksini dusunurem)…
P.s – Oxucu adli serhciye ise demek isteyirem ki menle bagli dusuncelerini burda yazsa cox yaxsi olar. Sozlerinin arxasinda oldugunu soyleyir. Ancaq menim burda musahide etdiklerim tam ayridir. Hele aydinlasdirmali oldugu meseleler var..
Helelik…
Oxucu
Mayıs 21st, 2008 at 16:20
evvela MENCE;
qardasim ,ele de xosuma gelmedi desem incime.
birinci seirin son misreasi yaxsi idi,Nusret Kesemenlinin misralari yadima dusdu.
her urek bir ocaq,her urek negme
negmem alisibdir,tustulenibdir
mene ele gelir her kovrek negme
senin son sozune bestelenibdir
…Amma seiriyyet,forma, bir az da fikir catismamazligi var.mes;
qulagimda hallandiqca get sesi
sevmeyecem senden basqa hec kesi-burda ne demek istemisen?mentiqi bagliliq yoxdu, duzdu?”hallansa da get sesi” uygun duserdi,he?eymek,deymek,yagmaq,qilmaq-qafiye kimi uygun gelmir.
men koram seiri nisbeten yaxsidi.ugurlar
Oxucu
Mayıs 21st, 2008 at 16:24
eymek ve deymek,yagmaq ve qilmaq sozleri ile bir seirde qafiye kimi uyusmur
Şəbnəm
Mayıs 21st, 2008 at 17:34
Şerlərinizi bəyəndim. Daha çox şerlərinizdəki romantik bənzətmələri. Bir az mənim ruhumdadır. Sizə uğurlar diləyirəm))).
SoNəfəs
Mayıs 21st, 2008 at 20:54
Boynuma alım ki, “Mən koram” şeirindən başqa heç biri xoşuma gəlmədi. Amma yenə də uğurlar…
SoNəfəs
Mayıs 21st, 2008 at 21:04
Bir də qeyd edim ki, bu cür şeirləri nədənsə elə də sevmirəm. Bəlkə o üzdən də maraqsız gəldi.
Serxan
Mayıs 22nd, 2008 at 15:58
urekacan seirler olmasa da , qeribe fikirler var.
sahin
Mayıs 22nd, 2008 at 17:11
Hrometli oxucu yazdiginiz etrafli serhe gore size tesekkur edirem. Nusret Kesemenlinin dediyiniz seirini oxudum. Dorudur benzerlik var, amma ferqli benzerliklerdir. Bu seiri yazdigim zamanlar yadima dusdu, o zaman men hele Nusret Kesemenlini oxumamisdim. Diger bir iradiniza da aydinliq getirmek isteyirem. Axirinci seirdeki qafiyelenme sehv deyil. Eger diqqetle oxusaniz gorersiniz ki seir ucun vahid hemqafiye soz secmemisem. Vahid redif var(istedim) ve duygulari daraltmamaq ucun men her bendde redifin etrafinda “oynamisam”. Yeni her bendde muxtelif hemqafiye sozlerden istifade etmisem. Her bend abab qurulusuna uygundur ve hemqafiye sozler tam hemqafiyedirler. (eymek, deymek, bogmaq, yagmaq, qalmaq, qilmaq).
Shebnem ve SoNefes adli serhcilere de oz tesekkurumu bildirirem.
Gülşən Cəbi
Mayıs 22nd, 2008 at 22:59
Salam!
Şahin, mən hansısa rəsmi nümayəndə qismində burda şərh yazmamışam ki, şəxsi mövqeyimi rəsmi mövqe(yi)mdən fərqləndirmək üçün hər cümləbaşı “məncə” deyim. Şərh yazmışamsa, ən adi məntiqlə də aydındır ki, şərhi öz sözlərim, fikrim, münasibətim olaraq yazmışam. Kimsə obyektiv həqiqət deyil, eləcə də kimsə dünyanın qanunlarının yaradıcısı, daşıyıcısı, nə bilim, Allahın yer üzündə fövqəladə və səlahiyyətli nümayəndəsi deyil. Hər kəs subyektiv yanaşmasını ortaya qoyur.
Eləcə də burda universitetdəki kimi mənasız kurs, diplom işləri yazmırıq ki, elmi rəhbərlərdən “mütləq “məncə”, “zənnimcə” sözlərini işlədin, yoxsa siz kimsiz ki o cür böyük alimlərin fikirlərini inkar edə, qəbul etməyəsiz” sözünü eşitməyək deyə “bilirsiz, məncə, bu belədir… zənnimcə, o elə deyil” ifadələri ilə şərh bölməsini dolduraq.
O cümlədən, nə bilim, hansısa qanunu rəsmi şərh etmək hüququna malik səlahiyyətli orqan da deyiləm ki, ümumi haldan kənara çıxmaları bildirmək üçün nitqimi “məncə”lərlə doldurum. E-jurnaldakı şərhlər ən adi baxışdan da göründüyü kimi subyektiv xarakterli və qeyri-rəsmidir. Rəsmi sözünü geniş mənada işlətdim. Hər bir subyektin özü üçün öz adından rəsmi şərh ola bilər (= dar mənada rəsmilik). Bu, tamam başqa məsələdir.
Fikirlərimi qəbul etməyin, problem yoxdur. Siyasətçi deyiləm ki, kütlələri öz tərəfimə çəkmək üçün fikirlərimi qəbul etdirməyə çalışım.
Hörmətlə.
Leyla Mövsümova
Haziran 1st, 2008 at 21:29
Allah axırını xeyir eləsin. Başa düşmədim nə məsələdi hamı ehtiras ehtiras deyib durub. Var tək insana aid olan duygular. Var həm insana həm heyvanata aid olan duyğular. Gəlin tək insana aid olan duyğulardan danışaq. Axı insan yaranmışlar icində ən yüksəkdə durur. Yüksəkliyimizə uyğun hisslərdən danışaq.
Salam Şahin. Tənqini xoşlayıram deyirsən amma tənqidlərə verdiyin sərt cavablardan bunu əksi görsənir. Əgər ki, Aysel xanım sənə tərif deyirsə, şeirlərini bəyənirsə deməli sənin yaradıcılığınla tanışdı. Amma sən də onun kimi tənqidə təmkinlə yanaş.
1-ci şeirində bölgü səhvlərin var gah 4-4-3 gah 6-5 gedir. 3-cü bəndin 1-ci misrası digər misralarla bağlanmır. Deyiş tərzi yalnışdı.ZƏİF şeirdi.
2-ci şeir– geniş fikir bildirməyəcəm. Belə şeirlər yazılsada özü ücün saxlamalıdı hər kəs. Şərhin əvvəlində yazdıqlarım bəs edər.
3-cü qısa nəsr. Yaxşıdı.
4-cü şeir yaxşı şeirdi. qəşəng poetik ifadələr var. Amma məhəbbət namazı kimi ifadələr işlətməsən şeirdə yaxşı olar.
Heca vəzninə müraciət etdiyin ücün xüsusi təşəkkür. UĞURLAR.
sahin
Haziran 5th, 2008 at 21:47
Butun oxuculari ve serhcileri salamlayiram.
Leyla Mövsümova – cox sagolun ki vaxt ayirib seirlerimi oxumusunuz ve deyerli fikirlerinizi bolusmusunuz.
Evvela qeyd edim ki men tenqidlere sert cavab vermemisem. Gelin evvela tenqidle movqeyi, fikri ayiraq. Mene gore tenqid odur ki hansisa konkret misallarla oz fikrini ifade edirsen. Pis ve ya yaxsi. Bu baximdan meni Gunel xanimlar, oxucu ve siz tenqid etmisiniz. Gunel xanimlara tesekkurumu bildirmisem. Oxucunun da birinci tenqidi (ve ya tesbiti) yerindedir. Digerlerini ise sadece aydinlasdirmisam. Diger serhcilere ise dememisem ki fikrinizi deyisin. Onlar fikirlerini bildiribler men de tesekkur etmisem ve bir daha hamiya tesekkur edirem.
Sizin tenqidlerinize geldikde ise birinci seirle bagli yazdiqlariniza qatiliram. Umumiyyetle birinci seirimde qusurlu meqamlar var. Lakin bir seyi qeyd edim ki, nezere alin ki men bu seiri 3-4 il bundan qabaq 15 – 16 yaslarimda yazmisam. Her halda seirin ruhundan da gorunur ki bu mekteb sevgilisine yazilmis seirdir. Seiri bura gondermemisden qabaq men bu qusurlari tebii ki gormusdum. Lakin menim qati prinsiplerim var. Men yazdigim seiri sonradan redakte etmirem. Mence bu seiri sunilesdirilir. Seiri yazdiqdan bir nece gun sonra oxuyuram. Eger mene nese hiss etdirirse saxlayiram, yox eger hiss etdirmirse redakte etmirem, sadece olaraq yandiriram. Indi nezere alin ki 15 – 16 yasinda bir mekteb usaginin yazdigi seir ancaq bele olar.. Ona gore de bagislayin.
Ikinci seir haqqindaki munasibetiniz ise tamamile – turkler demisken – “onyargilidir”. Sadece olaraq demek isteyirem ki bu hissleri heyvani adlandirmaq duzgun deyil. Her ne qeder seirlerimin 90% de sufi mehebbetin izleri gorunse de men sufi mehebbeti qebul etmirem. O insana aid duygular deyil insana aid miflerdir. Insani xosbext eden, uzunomurlu olan ve insani bezdirmeyen sevgi ise sizin beyenmediyinizdir.
Son olaraq “məhəbbət namazı kimi ifadələr işlətməsən şeirdə yaxşı olar” yazmisiniz. Mence bu ifadeleri isletmeseniz daha yaxsi olar. Cunki yazilmamali bir sey olsaydi yazmazdim. Amma bu seirin hekayesini de sizinle bolusmek isteyirem. Eger Allaha ve mocuzeye ve bir de semimiyyetime inanirsinizsa bilin ki, bu seirin
Gözəlliyinə baş vurub möhür tək
Məhəbbət namazı qılmaq istədim.
beyti mene yuxuda kimse terefinden deyilib. Men oyanib yariyuxulu veziyyetde ve o anki hisslerle o beytin etrafinda bu seir yazilb. Yeni Allahin evezine narahat olmayin, o mene icaze verib…
Yene de qeyd edirem ki, butun fikirlerinize gore size minnetdaram..
Gülşən Cəbi – tessuf ki serhinizi yeni oxumusam. Inanin ki men sizi incitmek istememisdim. Bir xanimi incitmek isteyeceyim en axirinci seydi. Sadece olaraq yaziniz mene bir qeyri-etik geldi ve eyni terzde de cavab yazmaga mecbur oldum. Umid edirem ki xetrinize deymeyib…
Sizin “mence” ile olan probleminizi cox yaxsi basa duse bilirem. Cunki men de bunu yasamisam. Ancaq ele hadiselerin sahidi olmusam ki “mence” sozunu isletmeyin ne qeder vacib oldugunu anlamisam. Indi vaxtim olmadigindan size soz verirem k i bu barede dusuncelerimi etrafli sekilde yazacam ve yeqin k i mene haq vereceksiniz. Amma narahat olamyin bu problem tekce sizde yox cox adamda var. Yene ve bir daha cox sagolun..
Helelik!
SADECE GÜNEL
Haziran 6th, 2008 at 14:36
Məncə,hər kəsin öz şexsi düşüncəsi var və heç kəs də qarışa bilməz.Mənim şeirlər çox xoşuma gəldi.Gənc şairə ugurlar.
Gülşən Cəbi
Haziran 6th, 2008 at 19:31
Salam!
1) Heç nə xətrimə dəyməyib. Ümumiyyətlə, bu müzakirədə xətirlik heç nə yox idi. Adi sözləri şişirtməyək.

2) “Məncə” problemi deyə bir problem yaşamıram, heç vaxt da yaşamamışam. Bu, ümumiyyətlə heç problem də deyil. Məsələni bu qədər şişirtməyin yeri yoxdur.
3) “Problem” sözünü elə işlətdiz ki, sanki hansısa psixoloji xəstəlik əzabındayam, siz də illərin həkimi kimi məsləhət verirsiz. Çox sağolun, amma buna ehtiyacım yoxdur.
4) Şeirləriniz haqqında qeydlərim qüvvədədir.
5) Predmetdən yayınmayaq.
6) Narahat-filan deyiləm. Əksinə fikirlərimi çox rahat şəkildə çatdırıram.
Uğurlar!
Ramal
Haziran 6th, 2008 at 20:59
Chox maraqlı sheirlerdi.Demək olar bütün sheirleini beyendim.
_beaty of the art_
Haziran 21st, 2008 at 22:00
Salam Shahin, seirlerin maraqli, romantikdir.. Teessuf ki azdir. Yeni sheirler qoymagini xahish edirem.
Gündüzlər də, gecələr də, zülmət də
Sənsizlik də, yalnızlıq da, həsrət də
Ayrılıq da, xəyanət də, nifrət də
Getdiyin yollarda tüstülənibdir
Qulağımda hallandıqca “get” səsi
Sevməyəcəm, səndən başqa heç kəsi
Dodağımda nalələnən fit səsi
Sanki yoxluğuna bəstələnibdir.
bu misralari cox beyendim..
Leyla Mövsümova
Haziran 22nd, 2008 at 01:09
Allahin evezine narahat olmayin, o mene icaze verib…
AFƏRİN! BU SÖZDƏN SONRA DEYİLƏSİ HEÇ NƏ YOXDU MƏN TƏRƏFDƏN.
Elmira
Haziran 25th, 2008 at 17:19
Salam necesen?men senin serlerini cox beyendim.Sene ugurlar arzulayiram.Serlerin cox gozeldir.Senden bir xahisim var.Qarabag movzusunda serler de yazsan cox gozel olar.En xosuma gelen serin “Fit sesi” seri oldu.helelik.eziz dost.
Kulturoloq
Haziran 25th, 2008 at 23:05
Salam bir daha.Bir kulturoloq kimi seni destekleyirem.
SAHin
Haziran 26th, 2008 at 21:42
Bir daha salamlar. Hamiya deyerli fikirlerine gore tesekkur edirem. Medeniyyetsunas dostlarima xususi tesekkurler.
Elmira mende isteyerem ki bu movzuda yazim. Ancaq tessuf ki men her isteyende, her istediyim movzuda seir yaza bilmirem. Bunun da sade bir sebebi var: men “senetkar” deyilem..
Her kese minnetdaram..
Gulya(geleceyin kecmisi)
Haziran 28th, 2008 at 15:05
Heeeee mesele deyesen frıxdı.Ne dushmusunuz oglanın ustune gorun nece yazır!.Shahin yaz teze-teze heca sherlerini gozleyirem.Olurem heca uchun.hele bir menasi varsa sherin lap.Bu arada seni o gun gordum istedim yaxinlasim ozumu tanidim dedim yox qalsin sonraya amma bildim harda oxuyursan tetilden sonra gelecem,bir muzakire ederik sheriyyat alemini.helelik
SAHin
Haziran 29th, 2008 at 21:21
Salam Gulya xanim. Sizin serhinize esasen bezi meselelere dair fikirlerimi bildirmek isteyirem. Men burda (yalniz mene yox butun yazarlara) yazilan serhlerdeki tenqidlere menfi yanasmiram. Umumiyyetle men tenqidin istenilen halda konstruktiv rol oynadigini dusunurem. Bele ki:
-esasli tenqid – yaradiciliq ucun stimul yaradir
- esassiz tenqid – cemiyyetin ve ya ferdin daxilindeki qusurlarin ortaya cixmasina xidmet edir..
Bu baximdan bizimki-deki serhler ve tenqidler onemlidir. Bele ki men edebiyyatda taninmiram. Bunun sebebi ise odur ki, men bunu istemirem. Hem ixtisasimla elaqedar, hem de edebiyyatdaki insanlarin(onlar qeyri-semimidirler) xarakteri etibarile bu sahede taninmaq istemirem.. Sadece olaraq edebiyyati sevirem. Ve burda menim kimi olan yazarlar da var. Ve onlara qarsi esassiz tenqid kompaniyasi gedir.(ekser hallarda).. Lakin eger kimse hansisa meclisin uzvudurse, ve ya hansisa birliyin bir iclasinda vereqden sozler oxuyan adamin “cixisina” el calibsa serhler adeten bele baslayir: “eziz qardasim” ve ya “eziz bacim”… Arxasi ise menasiz olan yazini teriflemekle davam etdirilir.. Ve tessuf ki bunu – edebiyyatin muasir dahileri – deyilen sexsler de edir.. Dogrudur bu cur serhler mene de dostlarim terefinden yazilir lakin, onlar 1)edebiyyatci deyiller, 2) burda hec kimi esassiz tenqid etmirler..
Ikinci bir meseleye de aydinliq getirmk isteyirem. Bezi hallarda serhlere cavabim sert olur. Ve bunu mene irad tuturlar.. Her kese demek isteyirem ki, bu o demek deyil ki, men dozumsuzem. Sadece olaraq burda mene serh yazan ve tenqid eden hec kim,(her cehetden) menden ustun deyil. Lap cox olsa beraberdi.. Ve beraberlerin mubarizesinde teslim olmaq menim felsefeme ziddir. Mence bu portal – tenqid yazan ve tenqidi qebul eden ve ya etmeyen – formatinda olmamalidir. Disskusiya (ozu de edebiyyatda) ireliye dogru bir nece addim atmaga beraberdir. Ve yazarla serhci, tenqidci arasinda disskusiya olmalidir. Yalniz bu yolla yazarin ve serhcinin potensiali ortaya cixir. Yoxsa uc seirle yazarin, iki cumle ile de serhcinin seviyyesini olcmek olmaz.
Helelik bu qeder..
EMIL ASIMLI
Temmuz 6th, 2008 at 11:35
Sahin super serlerdir, zovq aldim desem yanilmaram, gozel benzetmeler var esasende:
Necə ki sevişir sularla qumlar
Eləcə bu iki vücud cəmlənir.
O cumleden insani dusunduren misralar var. Sene ugurlar arzuluyuram, amma bundan da gozel serler gozduyurem. Helelik!
AYNURE
Temmuz 11th, 2008 at 15:32
uyda SHahin oxudum sheirlerini tebrik edirem seni amma en cox beyendiyim ISTEDIM sheiri oldu.bele yazirsansa demeli kimise cooooooox mohkem sevmisen,ne deyim vallah msnde yazisanda demeseydin senin bu istedadindan xebersiz qalacagdim:)UGURLAR sene sukani bele saxla.teze seirlerin olanda xeber ele oxuyum ok.
ugur
Temmuz 12th, 2008 at 18:53
romanin sonuna geldik deyesen.
Serxan Xezer
Ağustos 2nd, 2008 at 23:35
Salam Sahin,
mene yazdigin serhinde – gelin bildiyimiz movzunu yazaq -deyirsen
bes bilmirdin ki, mohure bas vurmurlar,bas qoyurlar.
bilmirdin ki,sen ve men ve qumlu sahil sadece ifadesi duzgun deyil?
sen,men ve qumlu sahil.
bilmirdin ki, bele primitiv “bedenim terleyir,dodagim nemlenir”tipli misralar seirlerine hakimdir.
bilmirdin ki,bildiyini zenn etdiyin bu movzularda teze hec ne dememisen?
en esasi
bilmirdin ki,serh yazanda edaletli ve edavetsiz olmaq lazimdi?
hec ne ucun gec deyil;
bilmirdin,bilersen!!!
SAHin
Ağustos 3rd, 2008 at 21:08
Serxan Xezer – gel aydinlasdiraq:
1) Sene gore mohure bas qoyurlar, mene gore bas vururlar. Sen nece subut ede bilersen ki, sen haqlisan? Amma deyek ki, haqlisan cunki men molla deyilem ve dini terminleri yaxsi bilmirem.
2)Sen, men ve qumlu sahil kimi yazmaq olardi. Bele yazdiqda dilin qaydalarina gore “sen”, “men” “qumlu sahil” soz ve ifadeleri hemcins soz kimi isledilir. Lakin men bu sozleri hemcins sozler kimi isletmek istememisem. “Sen” ve “men” sozleri hemcinsdi, lakin “qumlu sahil” onlardan ayrilir. Ona gore de aralarinda “ve” baglayicisi isledilib.
3) Edavet sozu mene cox yad bir sozdu. Reqabet deseydin anlayardim, lakin senle reqabet aparacagim bir sahe yoxdu.
4) Sen yazdigim fikirde hec bir deyisiklik etmek istemirem. Eyni fikirdeyem. Hetta isbat ucun istesen sene siyasetden 4 il bakalavr dersi kecerem.
5) Din movzusunda ise bir sey demek istemirem. Senden ferqli olaraq her seye basimi soxub, bilmediyim movzularda danisib, ozumu biabir etmeyi xoslamiram. Adetim deyil.
Yene de sene ugurlar.
Serxan Xezer
Ağustos 4th, 2008 at 11:49
ezizim mene bakalavr dersi lazim deyil.men beynelxalq munasibetler uzre bakalavr oxumusam.insallah magistr de oxuyacam.
mohure bas vurmaq sozunu ise basqa yerde deme gulerler.))
sen,men sozleri hemcinsdirse qumlu sahil onlardan ayrilirsa yene de sen,men ve qumlu sahil kimi isledilmeli idi.fikir versen gorersen ki hec bir mena deyisikliyi filan da olmazdi.ele yazmisan ki,sanki,iki defe ve isletmekle mena tamami ile deyisib)))
qaldi ki,menim bilmediyim movzulara filana -senin ne bildiyin ele bu seirlerinden bellidir.ona gore menim ne bilib bilmediyimi sen mueyyen ede bilmezsen.
senin mene yazdigin serhle heqiqetin elaqesi
“qulagimda hallandiqca get sesi
sevmeyecem senden basqa hec kesi”
misralarinin bir-biriyle elaqesi qederdir.
istesen mubahiseleri istediyin qeder uzadariq-her halda sen basladin ,cavabini da alirsan yaxud alacaqsan!
daha kecib, sene de ugurlar.