Həsrətlə baharın gəlişini gözləyirəm. O, baharı ki, dəmir barmaqlıqlar arasından ancaq təravətini, nəfəsini duya bilərəm. O, baharı ki, burda qadın dolu və hər tərəfdən bir səs gələn, hər ürəkdən bir dərd bölüşülən, amma yenə də bu səs dolu zülmət səssizlikdə, elə həmin bu dəmir barmaqlıqlar arasından quşların şən cikgiltisini eşidəcəyəm. O, baharı ki, hələ 9 il beləcə gözləyəcəm.
Bu gün düz 1 il keçir əllərimə qandallar taxılan o gündən, amma hələ də gözlərimin önündən getmir hökmün oxunan o an. 4 tərəfimdə məhkəmə divarları, qarşımda mənə məni cəlladmışam, qəddarmışam kimi göstərən, soyuq baxışlı hakim, bir tərəfimdə lehimə, digərimdə isə əleyhimə olan vəkillər, arxamda isə neçə-neçə məni qınayan, mənə nifrətlə baxan, mənə tüpürən gözlər… Mən necə də yalqızammış, ay Allah! Heç kim məni dinləmədi, anlamadı, heç kim mənə inanmadı.
Offf… of pul, pul, pul.. Dilim utana-utana boynuma alır ki, nə qədər böyük gücə sahibdir bu balaca kağız parçası. Zəif, yüngül insanların, üstündə necə də ağalıq edir pul, öz qullarını ağa göstərərək.
Ehh….., başladılar danışmağa yalançı şahidlər, yekəqarın vəkillər. Ama mən heç kimi eşitmirdim. Dəhşətdən bərəlmiş, acıdan yaşarmış gözlərimlə baxırdım ətrafıma və düşünürdüm: Aman Allah gözlərimin önündən necə də axır həyatım. Bu güclü görünən, özlərini ağıllı, doğru sayan insanların arasında demə bircə mənəmmiş zəif görünsəmdə əsl güclü, doğru olan. Çünki, əməlimdən peşmən deyiləm, alnım açıq, üzüağ baxıram qarşımdakına, boynum bükük deyil.
Görən, nədir namus? Vəhşi bir pəncənin və ya dişin qabağına atılacaq yemmi, bir toz qədər dəyəri olmayan gərəksiz bir şeymi? Cinayətkarammı? – bəli. Bu adı özümə qazandığım o an, coşmuşdu, dayanmadan hərəkətdə idi, fırlanırdı fələyimin çərxi. Nə qədər hayqırsamda, hayqırışım sanki, içimdə boğulmuş, ya da lal bir insanın çığırtısıymış kimi heç eşidilmədi. Hansı ki, avazım ən son tonuna qədər, çığırırdı, amma boşa, çünki, heç nə durduran deyil bu çərxi. Buna yetən güc yoxdur. Bu gün zorla mənə sahib olmaq istəyən, namusumu korlamağa çalışan və sabah bunu başqa, saf, pak qızlara qarşı törədən əclafa təşəkkürmü etməliydim? Əlbəttə ki, yox! Namusumu qorumalıydım və qorudum. Amma bunu bilən varmı? Kim biləcək, kim mənə haqq verəcək, kim məni qoruyacaq? Mədələrini görməmiş kimi kağız parçaları ilə doldurub, “özlərinin də qızları var”-amma bunu düşünməyən, mənə pozğun, ləyaqətsiz qadın damğası vuran, daş ürəkli zalımlarmı? Ordakı yalançı şahidlərdən deyil, mənim şahidim. Bir tək Allah bilir olan hər şeyi.
Dilimiz dönüb-dolaşıb helə zəmanə korlanıb deyirik, daha demirik ki, insanlar korlanıb və öz murdar ürəkləri ilə korlayırlar ətrafı. Necə də vəfasızdır bəslədiklərin ay dünya, necə də pozublar səni! Necə də korlayıblar bu insanlar bu fağır zəmanəni. Hakimin mənə hökm oxuduğu həmən o an, ürəyim dəlicə çırpınırdı. Gözlərim heç nə görmür, qulaqlarım heç nə eşitmirdi. Bircə onu bilirdim ki, namusumla, arımla, əyilməz qamətimlə, güclü qadınlığımla mən fəxr edirəm. Bəli, düz 10 il, 10 böyük il aldılar ömrümdən. Və mən o an anladım ki, bu həyatda nə qədər ağadır, nə qədər doğrudur yalan.

Yüklənir...
14 Comments: Trackback URL | Comments RSS
Haziran 1st, 2008 at 00:08
Maraqlı gəldi mənə.Ümumiyyətlə dəmir barmaqlıqlar arxasında yaşayan qadınların həyatları tamamilə fərqli gəlir mənə,halbuki bu belə deyil.Çox təsir elədi bu yazı mənə,Kaş ki,Xanım dediyimiz o varlığın qəlbi heç vaxt sıxıntı çəkməsin.Bu yazı həm qadınlarımıza aid olduğu üçün,həm də bir xanım tərəfindən qələmə alındığı üçün və sonunda çox bəyəndiyim üçün öz saytımızda yerləşdirdim,zənnimcə etiraz etməzsiniz,uğurlar.
Haziran 1st, 2008 at 14:45
tebrikler ,shebnem.men de cox beyendim.realligi eks etdiren gerceklik…ne qeder bunlardan qacsaq da ozumuzle apardigimiz ve aparacagimiz problemlerimiz.bu gun bele qadinlarimiz coxdur.ancaq dogru vurgulamisan-onlar ozlerile fexr etmelidirler.ugurlar size
Haziran 1st, 2008 at 15:17
Həqiqətəndə dərindən düşünəndə həmin o dəmir barmaqlıqlar arxasında yaşayan qadınların həyatları tamam başqadır yəqin ki. Müxtəlif cinayətlər, günahlar, peşmançılıqlar, sırtıqlıqlar, böhtanlar, həqiqətlər, yalanlar və s. Müxtəlif düşüncələr… Mən istədim ki, böhtan üzündən ömrünün neçə-neçə illərini boş yerə sərf edən qadının azdan-çoxdan düşüncələrini təsəvvür edim, onun fikirlərinə ayna olmağa çalışım və yazım. Nə qədər uğurlu alınıb bilmirəm, daha doğrusu sizin və bu yazını oxuyan digər insanların rəylərindən belə başa düşürəm ki, nəsə yaza bilmişəm. Həqiqətən də çox acı bir mövzudur. Onları düşünəndə çox üzülürəm.
Sizin yazımı saytınıza qoymağınıza isə əlbəttə ki, etiraz etmirəm. Çox sevindim. Çox sağ olun, Elnarə xanım.
Haziran 2nd, 2008 at 14:38
Kaş ki, yalan, pozğunluq, pislik … olmayaydı. Hər şey tamam başqa olaydı..Siz də, çox sağ olun, Gülnar xanım. Diqqətiniz üçün minnətdaram.
Haziran 3rd, 2008 at 18:06
Şəbnəm xanım! Yazınızı oxudum və düşündüm. Doğrunun daima qaralandığı bu dünyada sizin yazdıqlarınızı ağlı kəsən, düşüncəsi olan, ətrafındakıları qavrayan hamı bilir. Amma insan övladı bəzən bildiyi bir şeyi başqa birindən eşidəndə və ya oxuyanda daha da dərk edir həmin bildiyini düşündüklərini. Mən bizim hazırda yaşadığımız dünyada və məkanda (yenə doğruları dediyim üçün bəlkə neqativ cavablar alacağam. Amma yenə də bildiyimin ardındayam və yazıram) çox qızlarımızın namusu heçə sayıb da sadəcə həyata bir dəfə gəlmişəm və istədiyim kimi də yaşayaram və ya gizli sürətdə bildiyini edib özünü hamıdan təmiz göstərən qızların olduğunu gördüyüm bu zamanda bu səbəbdən həbsdə olanları məncə qadın olaraq, insan olaraq alqışlamalıyıq. Mən qurunun oduna yaşı da yandırmaq istəmirəm. Qadınlarımızın hamısı bu cür deyil, amma hamısı da namuslu deyil bunu da qəbul etməliyik. Bir nöqteyi-nəzəri də gözdən qaçırtmaq istəmirəm. O da bu hala gələnlərin başına nələrin gəldiyini və necə bu günə düşdüklərini bilmədiyimiz üçün də türk misalı yarqısız infaz etməməliyik. Allah onlara kömək etsin! Zövq üçün bunu edənlər isə namusunu qorumaq üçün birini öldürərək həyatından pay verən, gələcək zamanlarında namuslu olduğu üçün namussuzluq ilə təqsirləndiriləcəyini bilə-bilə, mən özüm bilirəm ki, mən təmizəm deyib gözünü qaraldıb insan canına qıyanların qarşısında utanmalıdırlar. İnsanın gözünə baxa-baxa can almaq Allah qatında ən böyük günahdır. Amma çeynənmiş də olsa fikrimi bu sözlərlə bitirmək istəyirəm “Günah öldürəndə deyil, öldürüləndədir”. Fikirlərim bir az qatıda olsa mənim fikirlərimdir, paylaşılmaya bilər. Sizə uğurlar!….Çiçek……
Haziran 9th, 2008 at 18:20
Çiçək xanım, yazınızı gec cavabladığım üçün üzr istəyirəm. Çox geniş yazmısınız. Həbs həyatı yaşayanların hamısının hekayəsi əlbəttə ki, tamam fərqlidir. Kimi namuslu, kimi namussuzdur, kimi həyalı, kimi həyasızdır, kimi günahkar və kimi də günahsızdır və s. və i.a. Hər birinin səbəbi müxtəlifdir. Siz çox ətraflı yazdınız fikirlərinizi, sizə minnətdaram.
Diqqətiniz üçün çox sağ olun..
Haziran 9th, 2008 at 22:07
Salam Şəbnəm.Mən sənin bu hekayənə artıq fikrimi bildirmişəm.Onu da deyim ki oxuduqca insan özünü təsvir etdiyin məkanda hiss edir.Çox uğurlu alınıb bacı.Səndən yeni yazılar gözləyirəm.
Temmuz 1st, 2008 at 23:49
Sebnem salam. yazi xosuma geldi tebrikler. Senin bundan sonra da bele yazilarini oxuyacagima umidimi qirma.
Temmuz 3rd, 2008 at 18:42
Sizin bu yazinizi coxdandir ki, oxumaq isteyirdim. Amma vaxt mehduduiyyeti sebeinden alinmirdi. Azerbaycanin muasir nesrinde (C.Abdullayevden basqa) hec kimi oxumamisam dogrusu. Amma deye bilerem k, hekayeniz (en cox da movzusu) cox orijinal ve ugurludur. Ve sizin bu hekayeniz hec yadimdan cixmayacaq bir cumleni oxumaq imkanini mene yaratdi:
“Zəif, yüngül insanların, üstündə necə də ağalıq edir pul, öz qullarını ağa göstərərək.”
Size ugurlar.
Temmuz 11th, 2008 at 20:23
Salamlayıram hamınızı. Gec gəldiyim üçün üzürlü hesab edin.. Şərhləriniz sevindirici, ürək açandır, çox sağ olun.. İnşallah çalışaacağam ki, yazam və diqqətinizə həvalə edəm.. İlhamımın qulaqları cingildəsin))
Minnətdaram, təşəkkürlər..
Ağustos 21st, 2008 at 14:12
o kursude men de oturmusam haqsiz yere men bilirem nedir o. minde birrini bele anlata bilmediyin hissler deyilmi!cox tesirlendim
Kasım 20th, 2008 at 01:29
Salam Fariz. Bağışlayın ki şərhinizi belə gec cavablayıram. Sizi başa düşürəm. Mən özüm bu hissləri keçirməsəm də çox yaxşı başa düşürəm.
Aralık 14th, 2008 at 23:22
Çox böyük ve menalı mşvzuya toxunmusunuz, Şebnem xanım! Size uğurlar dileyirem. “Və mən o an anladım ki, bu həyatda nə qədər ağadır, nə qədər doğrudur yalan”. Bşyük tapıntıdır.
Mayıs 25th, 2009 at 22:07
salam.çox xoşuma gəldi.hətta deyə bilərəm ki,təsirləndim!sənə uğurlar arzulayiram!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!