2 fevral 2008-ci il tarixindən start götürən “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərinini bu gün təltifetmə mərasimi keçirilib.
Kultaz.com və Lit.az portallarının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə adları bu günə qədər gizli saxlanılan 5 nəfər peşəkar münsif tərəfindən 10 ballıq sitem üzrə qiymətləndirilən 10 yazar finala adlayıb.
Bu gün BMM-də keçirilən təltifetmə mərasimində finalçılar arasından ən çox bal toplayan 6 qalibin, o cümlədən münsiflərin adları açıqlanıb.Qeyd edək ki, məqsədi istedadlı yaradıcı gənclərin üzə çıxarılması, dəyərləndirilməsi və təbliği olan müsabiqə iki nominasiya (şeir və hekayə) üzrə keçirilirdi.
Tədbiri ilk olaraq Təşkilat Komitəsinin üzvü, Lit.az portalının rəhbəri Cavid Cəfərzadə açdı. C.Cəfərzadə iştirakçıları və qonaqları salamlayaraq, müsabiqənin texniki tərəfləri haqqında məlumat verdi.
Müsabiqənin məqsəd və gedişatı haqqında ətraflı məlumatı isə Təşkilat Komitəsinin digər üzvü, Kultaz.com portalının rəhbəri Zahir Əzəmət verdi. Z.Əzəmət həmçinin son ana qədər gizli saxlanılan münsiflərin kimliyini açıqladı:
Münsiflər:
1. Səfər Alışarlı, yazıçı, Bakı Yazıçılar Birliyinin sədri;
2. Teymur Kərimli, tənqidçi, AMEA-nın müxbir üzvü, Ədəbiyyat İnstitutunun direktor müavini;
3. Rasim Qaraca, şair, Azad Yazarlar Ocağının sədri;
4. Salam Sarvan, şair;
5. Əsəd Cahangir, tənqidçi, “Körpü” ədəbi tənqid dərgisinin baş redaktoru.
Daha sonra tədbirin aparıcılığı münsif heyətinin üzvü, tənqidçi Əsəd Cahangirə həvalə edildi. Əsəd bəy qalibləri elan etmək üçün hər dəfə münsiflərdən və ya qonaqlardan birini dəvət etdi. Bağlı zərflərdən adları çıxan qaliblər elan edildi. Onlara diplomlar və hədiyyələr təqdim edildi. I yerin sahiblərinə “Nəsimi” ödülü təqdim olundu.
Qaliblər
Şeir nominasiyasında:
I Yer- Cavidan- 31 bal;
II Yer- Rəbiqə Nazimqızı- 29bal;
III Yer- Elmin Həsənli- 24 bal.
Hekayə nominasiyasında:
I Yer- Ülviyyə Heydərova - 30 bal;
II Yer- Sevinc Çılğın- 28, 5 bal;
III Yer- Jalə İsmayıl- 28 bal.
Adlarıçəkilən 6 nəfərə diplom və simvolla bərabər “Zəkioğlu” nəşriyyatı və AMEA H.Cavidin ev muzeyi tərəfindən təqdim olunan kitablar da hədiyyə edildi.Sonra söz alan münsiflər və qonaqlar müsabiqənin təşkilatçılıq səviyyəsinə və nəticələrə münasibət bildirdilər. Çıxış edənlər- Rasim Qaraca, Tehran Əlişanoğlu, Məsiağa Məhəmmədi, Salam Sarvan, Məqsəd Nur, Səfər Alışarlı və başqaları təşkilatçılara təşəkkür edərək, nəticələrdən də razı qaldıqlarını, ümumi prosesin obyektiv keçdiyini bildirdilər. Çıxışçılar həmçinin finala adlayan, amma qaliblər siyahısına düşməyən iştirakçılardan da danışdılar, onların istedadlı olduqlarını vurğulayaraq, ruhdan düşməmələrini istədilər.Sonda çıxış edən qaliblər də münsiflərə vətəşkilatçılara təşəkkür etdilər.
Onu da bildirək ki, ümumiyyətlə, müsabiqəyə 39 nəfər 120-dən artıq əsərini təqdim etmişdi.
Xatırladaq ki, müsabiqəyə qatılanların 10-u Güney Azərbaycandan, 7-i Azərbaycanın rayonlarından, 1- Rusiyadan, 1-i Gürcüstandan olub. Digərləri paytaxt Bakıda yaşayıb yaradan gənc yazarlardır.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Məhsəti Musa
May 31st, 2008 at 10:43
Qaliblerin her birini tebrik edirem.
Bes hemin eserleri nece oxuya bilerk? Chox maraqlidir.
Həsənəlizadə Şəbnəm
May 31st, 2008 at 19:58
Mən də səmimi qəlbdən təbrik edirəm.
Daha-daha ğurlar..
Rebiqe
İyun 1st, 2008 at 02:47
http://www.kultaz.com ve http://www.lit.az saytlarinda musabiqe metnleri yerleshdirilib…