-Mən onu istəyirəm, onu istəyirəm… onu — beş yaşında uşaq dil qəfəsə qoymurdu. Klounu göstərərək dayanmadan anasının əlini dartırdı.
-Yaxşı atana deyərik çağırar.
-Yox mən özüm onun yanına getmək istəyirəm.
-Olmaz.
-Niyə axı?…
-Adam klounun yanına getməz. O, özü gələr. Atana deyərik «zakaz» eləsin.
Səriyyə xanımın ad günü idi. Qohum-tanışda restoranda Lütfi müəllimin təşkil etdiyi mərasimə qatılmışdı. Özündən on beş yaş kiçik arvadına ad günü keçirmək Lütfünün ürəyincə olmasa da, məcbur idi. Çünki ötən həftə rəfiqəsinin yubileyində Səriyyənin hər şeyə necə həsədlə baxdığını hiss etmişdi. Özünə söz vermişdi ki, arvadına mütləq ad günü keçirəcək. Özü də necə…
Ovqatlarının daha xoş keçməsi, özünün təbirincə desək «əl-ayağa dolaşmaması» üçün balaca oğlunu dayəsigildə qoymağı qərara almışdı. Amma tərslikdə özünə çəkmiş oğlunun hönkürtüsünə dözməmişdi. Məclisin əvvəlində uşaq böyüklərin əhatəsində özünü böyük kimi aparmağa çalışdı. Amma sonra yenə uşaqlığı tutdu. Uzaqdan klounu görən kimi «Mən onu istəyirəm, onu…»–, deyə vurnuxmağa başladı.
-O klounu «zakaz» elə gəlsin. Bayaqdan özünə əl qatıb — Səriyyə dilləndi.
-Noolub ə, — atasının sualının cavabı özünü çox gözlətmədi. «Onu istəyirəm, onu…» — balaca əlini klouna tərəf uzatdı.
-İndi təşkil edərik — Lütfi ofisiantı çağırdı — O gədiyə deynən gəlsin bura.
-O, stollara yaxınlaşmır ki, müəllim — uzun illər restoranda çalışdığından ofisiantda peşəkar vərdiş yaranmışdı: birincisi, sifariş qəbul edəndə müştərinin qarşısında təzim edirmiş kimi dayanardı, ikincisi peşəsindən asılı olmayaraq hamıya «müəllim» deyirdi. Əslində qalsa müəllim özü idi. Özü də fizikadan dərs deyərdi. Amma bir vaxtlar…
-Nətəhəri stola yaxınlaşmır ə?… Lütfi təəccüblənmiş kimi gözlərini ofisianta bərəldərək, cavabını gözləmədən — get «adminstratoru» bura çağır — hıçqıraraq ağzını düz ofisiantın üzünü marçıldatdı.
-Bilirsiniz müəllim, qayda belədir e… vallah. Uşaqları klounun yanına qoyurlar ki, başlarını qatsın. Bura gəlib sizin istirahətinizə niyə mane olsun ki? Qoy balacanı aparım…
-Hə, hə mən gedərəm — uşaq qaçmaq istədi.
-Otur yerində ə. Dedim bura gələcək vəssalam.
-Ata qoy mən gedim kloun əminin yanına.
-Ə, adam klouna «əmi» deməz. Öküz boyda əmilərin oturub burda, heç onlara «əmi» demirsən. Gədiyə denən gəlsin bura — Lütfü ofisianta üzünü bozartdı.
-Əsəbiləşmə mənim «ponçikim» indi gələr.
-Ay ana, deməmişəm o sözü mənə demə — Lütfi tərs-tərs anasına tərəf baxdı.
Onun həmişə yanaqları qırmızı olardı. Elə uşaq vaxtından boyunun balacalığına, yanaqlarının qırmızılığına, yaşıdlarına baxan yerdə ətli-qanlı olmasına görə hamı ona «ponçik Lütfü» deyərdi. İndi bir az da içkinin təsirindən ofisiantı bozaran sifəti əməlli-başlı ponçiki xatırladırdı.
Kloun bu restoranda çoxdan şiləyirdi. Ofisiantdan da əvvəl. Onda bura heç restoranda deyildi, fəhlə yeməkxanası idi. Neftayırma zavodunun fəhlələri üçün nəzərdə tutulsa da, yoldan keçənlər də daimi müştərilərə çevrilmişdilər. O da burda ofisiant işləyirdi.
Bir gün müdiri işdən çıxardılar. Təzə şef də yeməkxananın profilini dəyişdi. Həyəti genişləndirdi, palma ağacları əkdirdi, kabinetlər düzəltdirdi… Bir sözlə əsaslı kapital qoyuluşundan sonra fəhlə yeməkxanası çönüb oldu restoran. Artıq yeni müştərilər peyda olmağa başladı, fəhlələrin, yoldan keçənlərin də ayağı buradan kəsildi. O, isə əvvəlki işində idi, qulluq göstərirdi. Həm də indi tək deyildi, təzə müdir yeniyetmə uşaqlardan təzə ofisiantlar dəstəsi düzəltmişdi. Ona da eşitdirmişdi ki, yaşlı ofisiant müştəriləri qaçırda bilər, mətbəx işləri ilə məşğul olsa yaxşıdır. Bir müddət mətbəxdə işləyəndən sonra ağlına «əla» ideya gəlmişdi- «bəlkə klounluq eləyim». Birinci, arvadı buna razı olmamışdı. «Kloun nədi? Dəli olmusan ay kişi?.. İndən sonra klounluq eliyə bilərsən?». «Niyə eləmirəm. Mətbəxdə pişik kimi eşələnməkdənsə, klounluq eliyib uşaqların başını qataram. Həm də məni kim tanıyacaq, üz-gözümü qrimləyərəm, papaq qoyaram, maska taxaram. Hörməti də ki, hörmət. İndi klounlara yaxşı hörmət eliyirlər. Sabah müdirə deyəcəyəm».
Müdir ideyanı yaxşı qarşıladı. Dərhal razılaşdı. Ona tünd qırmızı rəngdə uzun qotazlı papaq, sarı yekə burun, yaşıl, göy, qırmızı zolaqlı kostyum tikdilər. Özü də yeni peşəsinə tez alışdı. Bütün uşaqların, hətta içib açarının itirəndən sonra elə böyüklərin də sevimlisinə çevrildi. Bəziləri isə restorana elə klouna görə gəlirdilər. Restoranın televiziyada gedən reklam roliklərində də əsas sima kimi onu çəkmişdilər. Bu peşəni seçəndə bir məsələdə haqlı idi — klouna doğurdan da hörmət edirmişlər, özü də hələ fəhlə yeməkxanasından bəri işlədiyi uzun illər ərzində belə hörmətli olmamışdı.
Təxminən üç dəqiqədən sonra kloun stola yaxınlaşdı.
-Harda qalmısan ə?..– Lütfü qızarmış gözləri ilə klounu aşağıdan yuxarıya süzdü– buna bax bunun papağına bax! Ə, sən kişisən?
O, bütün gözlənilməz suallara hazır idi. Dəfələrlə dəcəl uşaqların, əyyaş böyüklərin duzsuz suallarını çox cavablandırmışdı. Amma belə şit və axmaq sual birinci dəfəydi eşidirdi.
-Mən kolunam– sakitcə dilləndi.
-Kişi döyülsən niyə? — masanın sağ tərəfində oturmuş yekəqarın birisinin qoyunun qabırğasını dişinə çəkə-çəkə təkrar etdiyi suala yenə sakitcə cavab verdi:
-Mən klounam.
-Ayə yox e, deyirlər ki, kişi döyülsən? — bu dəfə Lütfünün o biri qardaşı dilləndi.
Bir istədi desin ki, «ay …, sizə kişi lazımdı?» — özünü güclə saxladı.
-Yaxşı kimsən bilmirəm, gör bu uşaq nə istiyir? — Lütfü əlini cibinə salıb klounun burnuna 10 dollar yapışdırdı.
-Adın nədi qaqaş?
-Truladı, kloun dayı.
-Ə indi də əmidən qurtardın dayıya keçmisən. Bəs əjdaha boyda dayılarından utanmırsan — Lütfü oğluna incik nəzərlərlə baxaraq dilləndi — Adam klouna dayı deməz.
-Tural bala gəl səninlə top-top oynayaq.
-Oynayaq — uşaq sevincindən az qala ağlayacaqdı.
Göy topu ona sarı tulladı, özü də əzilib-büzülərək tullanmağa başladı. Uşaq sevincindən atılıb-düşürdü, klounu yamsılamağa çalışırdı. Bir az topla oynadıqdan sonra uşağa qaçaraq onu tutmağa təklif etdi. Tural əlini əlinə vurub onun arxasınca düşdü. Bərkdən gülə-gülə klounun quyruğundan tutub onun kimi qaçmağa, masaların başına fırlanmağa başladı.
-A, bu kloun uşağı niyə camaatın başına fırlıyır — Səriyyə şərab badəsini yerə qoyub üzünü ərinə tutdu.
-A gədə, uşağı niyə fırlıyırsan, hıy? — Lütfü hıçqıra-hıçqıra klounu səslədi.
-Bilirsiniz burda başqa cür oynamaq olmur. İcazə verin balacanı aparım o biri uşaqların yanına, siz də istirahət edin.
-Heç elə şey yoxdu, burda oynayacaqsan. Özü də mən deyən oyunu. Əyil qoy uşaq minsin belinə, sonra nə qədər istəyirsən qaç.
-Yox mən minmirəm — Tural ağlamsındı.
-Ə, min, özü də «hoşa-hoşa» de. Sən yaşda olanda o qədər eşşək minmişəm ki…
-Ay Lütfü doğurdan eşşək minmisən? — Səriyyə soruşdu.
-Bə, nədi. Elə bilirsən ki, həmişə «Cip»də gəzmişəm.
Masadan boğunuq bir qəhqəhə qalxdı. Lütfü elə bərkdən danışırdı ki, ətrafdakılar onu eşitməyə bilməzdilər. Noyabr ayı olmağına baxmayaraq hava meyxoş idi. Müştərilər bayırda süni gölün kənarında palma ağaclarının altında oturmuşdular.
Kloun uşağı belinə alıb at kimi qaçırdı. Bu balacanın xoşuna gəlirdi. Ara-bir «hoşa-hoşa» deyib qışqırırdı:
-Sən eşşəksən? — uşaq pıçıltıyla kloununun qulağına dedi.
-Yox, mən atam.
-Bəs atam mən boyda olanda niyə eşşək sürüb?
-Çünki sənin atanın kəndində ancaq eşşək olub — verdiyi cavab ürəyindən tikan çıxarsa da, bir qədər qorxuya düşdü. Birdən uşaq atasına deyər… Onda nə olacaq? Sonra sözünə düzəliş vermək istədi:
-Bilirsən Tural at eşşəkdən balacadı. Allah qoysa sən də bir az böyü, onda atan kimi eşşək minərsən…
-Ə, bura gə görüm ə, hoşa…– Lütfünün xırıltılı səsi eşidildi.
-Deyirəm bu rumkalarımızı da dolduraq və içək klounun sağlığına — Lütfü «hazır» idi. O, dəmlənəndə gərək dindirməyəsən. Yoxsa elə söyüşlər söyər ki, yeddi qatından keçər.
Bir dəfə Səriyyənin kiçik qardaşı ilə içəndən sonra qayınanasının ünvanına elə yağlı «komplimentlər» demişdi ki, qayının üstünə bıçıq çəkmişdi. Arvadının qışqırtısına yığılan qonşular çətinliklə aranı sakitləşdirmişdilər. O vaxtdan nə kiçik qayını, nə qaynanası onun qapısını açırdılar.
-Tut görüm bunu — Lütfü qədəhi klouna tərəf uzatdı.
-Yox rəis qadan alım. Mənə olmaz. Vallah olmaz. Sonra uşaqlara nə deyərəm.
-Ə, sənə deyirəm tut.
Tural hələ klounun belində idi. Atasının təkidindən sonra ağlamağa başladı.
-Qoy yerə o it oğlunu. Ağlama ə, kişi ol. Mamasının ad günündü adam heç ağlayar. Qoy kloun düdük biznən əlli-əlli vursun, sonra sənnən top-top oynayacaq.
-Vur kloun əmi, dayı… sonra top-top oynayarıq.
-Gördün uşaq da deyir. Vur…
Kloun bir göz qırpımında badəni başına çəkdi. Tezcədə topu götürüb uzaqlaşmaq istədi.
-Yox-yox. Belə olmaz. Uşağı heç yerə aparma. Elə burda oynaqla…
Lütfü klounun qoltuğunda tutduğu topa bir təpik vurdu. Top süni gölün çarhovuzuna dəyərək suya düşdü. Tural yenə ağlamağa başladı. Bu dəfə hönkürə-hönkürə… Kloun pərt halda uşağın başını sığallayıb sakitləşdirməyə çalışdı: «Ağlama göy top suya düşdü, qırmızısını gətirərəm».
-Yox mən onu istəyirəm — uşaq hönkürtüsünü kəsmirdi.
-Yaxşı onda onu sudan çıxararam — dedi.
Yaxınlıqdakı ofisiant hardansa uzun bir çubuq gətirdi. Topu diyirləyərək bir qədər yaxına itələdi. Kloun çarhovuzun kənarında ehmalca əyilib topu əli ilə götürməyə çalışdı. Bu vaxt qüvvətli bir zərbə hiss etdi. Əslində hiss etməyə heç macal da tapmadı, başı üstə gölə düşdü. Əksinə buz kimi suyun soyuqluğu iliyinə qədər işlədi. Xüsusi sifarişlə tikilmiş kostyumun bütün rəngləri bir-birinə qarışdı. Hamı bütün seyrçilər elə bildirilər ki, kloun uşağı sakitləşdirmək üçün suya özü baş vurub. Bu qeyri-adi sərgüzəştdən cuşa gələn müştərilər onu alqışlamağa başladılar. Bircə masanın küncünə qısılmış uşaq atasının klouna təpik vurduğunu, sonra da əlini-əlinə vuraraq qəhqəhə çəkdiyini anlaşılmaz hisslərlə, heyrətlə gözlərini bərəldərək seyr edirdi.
Kloun suyu süzülə-süzülə göldən çıxıb, uşağa yaxınlaşdı, topu ona uzatdı. Uşaq pıçıltıyla:
-Sən kşisən? — dedi.
-Mən klounam — cavab verdi.
-Bəs kişi kimdi?
-Kişi sənin atan, əmin, dayın…
-Onda mən də klounam…–, uşaq bu dəfə bərkdən dedi.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Gunel Eminli
Haziran 5th, 2008 at 11:08
cox maraqli hekayedir, uqurlar
Oxucu
Haziran 6th, 2008 at 11:58
mence de.
Semimi
Haziran 9th, 2008 at 12:29
Bu nedi hekayedi, ya publisistika. her shey bir-birine qarishib. muasir zovqe cavab vermeyen uslubda yazilib. Probleme bele yanashma artiq coxdan debden dushub.
Memed Cefer
Haziran 9th, 2008 at 12:35
Kloun eslinde bizim her birimizik. Bu cemiyyet eslinde bizim her birimizi kluonluqa vadar edir. Here oz yerinde, yere ozu boyda kloundu. men eseri oxuyanda bu neticeye geldim. Bilmirem bu qenaetim muellifin fikirleri ile ust-uste dushurmu? Saq olun!
Almaz-Ilqarin mudrik xanimi
Haziran 9th, 2008 at 15:19
Maraqlidir, gundelik heyatimizda bunun kimi, hetta bundan da beter hadiselerin shahidi oluruq. Sonda ushaqla klonun sohbeti ise daha chox partlayish yaradir. Umimilikde hekaye meni ele de terpetmedi. Adilerden biri idi.
Amma bir shey mene aydin olmadi: Lutfu kobuddur, qabadir, bir sozle gonu qalin adamdir, amma anasinin ona “ponchiq” demesi teeccublidir. Bele chixir ki, zir-kendli, terbiyesiz Lutfunun anasi rus dilli ve sherden olan bir qadindir? Yoxsa ana muasirelshib, balaya nisbeten? Hetta bir cumlesi ile ana Seriyyeden de ferqli tesiri baqishladi.
Sebuhi Ceferli
Haziran 10th, 2008 at 12:40
Ne ucun Kloun Azerbaycanda hormetli pesheye cevrilib? Hekayeni mezmunu mehz bu suala cavab tapmaqdir. Mene ele gelir ki, cavab ele hekayenin ozundedir. Ne ucun muellimin klouna cevrilmesi hessas meqamdir. Ne ucun ushaqin kishi yox kloun olmaq istemesi de cemiyyetdeki deyerlerin, xususen de kisheilik haqqinda deyerlerin ashindiqini ve cililzlashdiqini gorsedir. Mene ele gelir ki, bizi dushunduren bu suallara eserde cavab verilir. Uqurlar. Maraqla oxudum
Natiq Memmedli
Haziran 18th, 2008 at 11:50
Salam
Hormetli Bizimkiler hekayemi derc etdiyinize gore teshekkur edirem. Bu teshekkurler hekayeni diqqetle oxumush her kese de aiddir. Kimse kimsenin kitabini oxumadiqi ve ya da oxumaq istemediyi vaxtda menim yazdiqlarimi oxuduqunuz ucun teshekkur edirem. Burada yazilan fikirlere ise munasibet bildirb polemika acmaq istemirem. Eger munasibet varsa demeli eser size toxunub, maraqlandirb. Keshke maraqli eserler cox olsun! Bir daha saq olun ve novbeti hekayelerimi izlemenizi xahish edirem.
ARIF
Temmuz 11th, 2008 at 15:44
SUPER ULVIYYENIN “NOUTBUK”UNDAN SONRA EN COX GENC YAZARLAR ARASINDA OXUYUB VE TESIRLENDIYIM ESER OLDU MENE QALSA SIZ BU ESERI POVEST HECMINDE BOYUDE DE BILERDINIZ AMMA YORARDI OXUCUNU QISA OLARAQ SIZ BU GUNUMUZU VE “KISHI”LERIN ESL SIFETINI ACDINIZ KLOUN OZUNU BAX LUTFI KIMI KISHI SAYANLARDIR KLOUNLUQ EDIB VAR DOVLET QAZANIBLAR
Aygun Bunyadzade
Temmuz 26th, 2008 at 22:32
HEKAYE meni yaman tutdu Belke de ona gore ki bir ushaq yazicisi ve ushaqlarla birbasha temasda olan 1 shexs kimi son uc ilde rehmetlik Elekber emi birge ushaqlarla baqli bir cox tedbirlere,shenliklere gedirdim ve orda kloun kimi ishleyen-daxilen ise cox ziyali ve mushterilerinden defelerle savadli olan bu emilerin.dayilarin-klounlarin ic dunyasina,heyat ve dushunce terzlerine,bu pulu qazanmaqdan otru bezen hansi tehqirlere meruz qaldiqinin defelerle shahidi olur ve teessuflenirdim…Hekayenin evvelce adi meni tutdu.Ilk cumleni oxuduqdan sonra ise bir de onda ayildim ki onu tam oxuyub bitirmishem Oxuduqca da oz tedbirlerimiz,ordaki ushaqlar,valideynler ve klounlarimiz gozumun onunden kino lenti kecirdi, AFERIN!Uqur olsun-NATIQ!NOVBETI HEKAYELERINI GOZLEYIREM.Bu hekayemi ise kloun dostlarima mutleq catdiracaqam-qay gorsunler ki onlarinda emeyine layiqli qiymet verenler var!Hekayeye gore teshekkur edirem!
Lale
Temmuz 27th, 2008 at 16:00
Maraqli ve dushundurucu hekayedir.Ugurlar
erhun
Mayıs 15th, 2009 at 20:40
NATIQ MÜƏLLİMƏ EŞ OLSUN
erhun
Mayıs 15th, 2009 at 20:47
ONA BİR TƏLƏBƏSİ OLDUGUM KİMİ DEYİL ONA VƏTƏNİNİ SEVƏN VƏTANDAŞ KİMİ ONU TANİYANDAN DUŞUNDÜM Kİ,NATİQ BƏY BU CƏMİYYƏTİN DÜŞÜNƏN İNSANLARİNDANDİR
O BAŞQALARİNDAN FERQLİ OLARAQ UZERİNE DUŞƏN VƏZİFƏSİNİ MƏSULİYYƏTLƏ İCRA EDİR.BELƏLƏRİ BU CƏMİYYƏTDƏ AZDİR.CALİSAQ ONLARİ QORUYAQ
erhun
Mayıs 15th, 2009 at 20:54
NATİQ MÜƏLLİM MƏN SİZDƏN 1 XAHİŞ ETMİSDİM
M. Ə. RƏSULZADƏ HAQQİNDA ƏDƏBİYYAT İSTƏMİŞDİM
MUMKUNDURMÜ??????????????