Baxışın gözümə batar

Dilşad İsaqovaBaxışın kiminsə gözündə qalıb,
Mənim gözlərimə ilişmir daha.
Ürəyin boş idi,hardasa dolub,
Mənim ürəyimlə danışmır daha.

Özünü hardasa qoyub gəlmisən,
Mənim işlərimə qarışmır daha.
Gözünü kimdəsə qoyub gəlmisən,
Baxışım gözünlə barışmır daha.

Belə baxışlara öyrətmə məni,
Baxışım qayıdar gözümə batar.
Nə olar həsrətə öyrətmə məni,
Baxışım gözümdən özünü tapar.

Mənim həsrətimin seli var,gülüm,
Çağlayar gözümdən,üzümə yağar.
Mənim ürəyimin əli var gülüm,
Sevməsə,qayıdar özünü boğar.

Dərdim özümdən yekədir

O qədər ki,böyütmüşəm,
Dərdim özümdən yekədir.
O qədər ki,üyütmüşəm,
Sevincim bircə tikədir.

Boyumdan boylanan göyə,
Dərdimə həsəd apardım.
Bəxtimə söylənir deyə,
Dartım dilimi qopardım?

Biçilməmiş geyinmişəm,
Əynimə həsrət donunu.
Nə danışıb,nə dinmişəm,
Dərdim içəndə qanımı.

Şirin vaxtı keçdi daha,
Zəhərini dadmaq olmur.
Sevgin mənə səndən baha,
Bu gözü aldatmaq olmur.

Böyüdükcə dərd olmuşam,
Görənlər deyir,bu nədir?
Dərd gələndə bərk durmuşam,
Nə olsun məndən yekədir.

20 Comments: Trackback URL | Comments RSS

  1. sevinc əiyeva Says:

    ilk növbədə təbrik edirəm. mənalı şerlərdir. II seriniz təsirli və fikir baxımından düzgün səslənir. I serinizdə fikirlər tamamən dağınıqdır, demək olar ki, ümumi fikrə gəlmək üçün düzgün sözlər seçə bilməmisiz.məs:dolu ürək danışar,amma siz boş ürəkdən özünü boşaltmağı tələb edirsiz. bunu dəyişib belə demək olardı : ürəyin doluydu boşalıb indi ,mənim ürəyimlə danışmır daha! ümumiyyətlə serdə yalnız I və IV bəndlər maraqlıdır. başqa bəndlər isə söz yığımıdır.uğurlar!

  2. Xatirə Vaqif Says:

    Əzizim Dilşad.Allah sənə heç vaxt dərdin nə yekəsini, nə də balacasını verməsin.Sevinc, məhəbbət, uğur ,ilham versin sənə.Çünki sən xoşbəxt olmağa layiqsən.Sənin ürəyin layiqdir dünyanın gözəlliklərinə.Necə ki ,sən gözəlliyi duyub qələmə alırsan və hamıya çatdırırsan.Təbrik edirəm səni əziz bacım

  3. Oxucu Says:

    qetiyyetli olmaq lazimdi.Ufuqde gunes gorunur.

  4. Leyla Mövsümova Says:

    Nə olar həsrətə öyrətmə məni,
    Baxışım özünü gözümdən atar.

    SUUPEEER.

    GÖZƏL ŞAİRGÖZƏL İNSAN SƏNƏ UĞURLAR.

  5. Elnarə Şəms Says:

    Boyumdan boylanan göyə,
    Dərdimə həsəd apardım.
    Bəxtimə söylənir deyə,
    Dartım dilimi qopardım?

    Əziz bacım Dilşad.Artıq hər kəs bilir ki,sən Şəmsin bir ayrılmaz parçasısan.Sənin uğurların bizim uğurumuzdur,təbrik edirəm.

  6. Leyla Mövsümova Says:

    ŞEİRİN 3-CÜ BƏNDİNİN 4-MİSRASINDA SƏHV GEDİB ƏSLİNDƏ ORİJİNALDA AŞAĞIDAKI KİMİDİR.. MƏN BU ŞEİRİ ƏZBƏR BİLDİYİM ÜCÜN QEYD ELƏMƏYİ ÖZÜMƏ BORC BİLDİM.

    Belə baxışlara öyrətmə məni,
    Baxışım qayıdar gözümə batar.
    Nə olar həsrətə öyrətmə məni,
    Baxışım gözümdən özünü ATAR

  7. amaravati Says:

    zövqsüzlər!

  8. Elnarə Şəms Says:

    Çandrika qardaş,zövqünü süfrəyə düz,baxaq görək qabında nə var?

  9. Dishad Araz Says:

    Amaravatiamaravati cantirika.Kimliyini bilmiräm.Özündä cox razìsan zövqsüz adlandirdìgin oxuculara öz zövqlü seirlärindän yaz vä zövqünü sübut elä.

  10. Leyla Mövsüm Says:

    YOLDAŞ AMARAVATİ AMARAVATİ CANDRİKƏ, SƏN SEHİRLİ XALATINLA ELƏ “ZÖVQ” LÜ DÜNYADAN GƏLMİSƏN Kİ , BELƏ ŞEYLƏR SƏNƏ CATMAZ. SƏNİN ZÖVQ ANLAYIŞIN FƏRQLİDİ.
    BARI BİZİM ZÖVQÜMÜZÜ KORLAMA XALATINI GEYİN, AMARAVATİ AMARAVATİ ÇANDRİKƏ ELƏ GET ÖZ DÜNYANA.

  11. SAHin Says:

    Hormetli edebiyyatimizin (hormet axtaran) numayendelerinin bu heddsiz tolerantligi gozlerimi yasartdi:-)… Bravo…

  12. Dilshad Araz Says:

    Hörmätli Sahin müällim hörmät hörmätä baglìdìr (biz hörmät axtaranlardan deyilik)amaravati sizin neyinizdi axi. Onun ixtiyari yoxdu kiminsä zövqünä söz desin.Serlärdäki sähfläri deyä bilär ,onda hecnä deyän olmaz.

  13. Gulya(geleceyin kecmisi) Says:

    Baxıshın gozume batır.yaxsı tapıntıdı.gozel sherdi.Ey heca vezninde yazanlar choxalın bezmishem bu muasirciklerin elinden.Ahengli axıcı sherler oxumaga mohtac qalmısham..

  14. elxan yurdoglu Says:

    Artiq indi ele bir edebi dovru yasayiriq ki her bendde en az bir yenilik olmayanda seir ureye yatmir. Ona gore Dilsad, senden bundan da gozel seirler gozleyirik. Bu arada deyim ki ikinci seir birincinin kolgesinde qaldi. Ugurlar daha gozle seirler gozleyirem.

  15. şafak Says:

    tebrik ediyorum sizi.kim ne derse desin tamamen doğal ifade etmişsiniz duygularınızı.saygılar sunuyorum değerli mısralarınıza.görüşmek umuduyla sevgiyle kalın.

  16. məmməd savalan Says:

    Hörmətli Dilşad xanım. Yazıları oxuyanda elə bildim ki, kiminsə xatirə dəftəri əlimə keçib…
    O qədər ki, böyütmüşəm,
    Dərdim özümdən yekədir.
    O qədər ki,üyütmüşəm,
    Sevincim bircə tikədir.
    bax bu hissəsi bitkin şeirdir. Qalanları kommentariyadır. Ona da ehtiyac yoxdur. Uğurlar!

  17. Faig Yusifoglu Says:

    Tebrik edirem. cox gozel sherlerdir. Bextiyar Vahabzade deyir^
    “Eger olmasaydi dunyaca derdim,
    Derdin yoxlugunu men derd ederdim.”

    shairlerin hamisinin ozunemexsus derdi olur. tanri size bashqa derdler gostermesin.

  18. Zaur Says:

    Tesadufen bu sayta daxil oldum. ama sizin sher chokh xoshuma geldi. sene ugurlar

  19. Efqan Says:

    Dərd gələndə bərk durmuşam,
    Nə olsun məndən yekədir.
    Sizin hemişe bele nikbin olmağınızı arzulayıram. Bedbinlik insanı ve onun fikirlerini mehv edir.

  20. Arif Says:

    Nə olar həsrətə öyrətmə məni, . . . .
    chox menali . . . .

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...