Qayitdi bütün gedənlər,
Aşiqlərin tərk edənlər,
Səndən isə bir xəbər yox
Yoxmu görüb eşidənlər?
Ah,sevgilim dönməzmisən?!

Qayitdi durna qatari,
Gətirdi gözəl bahari,
Bizdə isə hələ qişdir…
Kəsməyib hicranın qarı,
Ah,sevgilim dönməzmisən?!

Gəldi çatdı bayram ayi,
Ucaldi şənlik harayi,
Hami gülür,şadliq edir…
Yalnizca məndən savayi,
Ah,sevgilim dönməzmisən?!

Hami yazir səadətdən,
Vüsal bulmuş məhəbbətdən,
Coşğun isə göz yaşıyla
Yazır yalnizca həsrətdən,
Ah,sevgilim dönməzmisən?!

Anamı ağlayan, üzgün görəndə

Bəzən mən həyatdan tamam küsürəm,
İçimdə yaşamaq atəşi sönür!
Əlimi hər şeydən tamam kəsirəm,
Sabahim çovğunlu axşama dönür!

Sinir xəyalimin qanadlarıda,
Sevinci qəlbimdən silib atiram!
Yalnizca ölümü salaraq yada,
Şirin arzularmi qəmə satiram!

Bu həmin zaman ki, gözüm önündə,
Ətirli,misilsiz bir çiçək solur.
Gülüşə layiqkən ağlar günündə,
Ah nalə eyləyir saçini yolur!

Anadir o solan çiçəyin adi,
Üzündə hər qiriş gözümün seli.
Olur on ilimin qansiz cəlladi
Qar kimi ağarmiş tək bircə teli!

Niyə də olmasin heç -of-da demə
Deyib onun üçün müqəddəs quran.
Duasi nəfəsdi kulli aləmə,
Ayağnin tozudur cənnəti-rizvan!