Kepkaya ithaf olunur
…Olsun ki, yapçıdan gələcək rüşvət,
Tez ol qafiyə tap, düşübdür fürsət.
Bas-bağla seçkidən, neftdən, gəlirdən,
Bəlkə də deputat keçdin belə sən.
***
Söhbət et bulvardan, tel, blutuzdan,
Sökük eyvanından boylanan qızdan.
Söhbət et dan yeri sökülsə, birdən
Sahildə çürüyən ölmüş qarpızdan.
***
Əlində qəzetlə vur, ölsün milçək.
Əynində kastyumla qalstuku görcək
Sevinən gözlərdən qımışıb gülmə-
“Nə gözəl oğlandır! Gözəl və göyçək!”
***
Boynuna taxdığın qalstuk qırmızı,
Ayağa geydiyin çarıq qırmızı.
“Mini”lər axtarıb, Dubaya gedir
Seçib evləndiyin gözəl kənd qızı
***
İrəli! İrəli, dalğalı gənclik!
Dalğalan, dalğalan, irəli, gənclik!
Budağın üstündən işini görür
Adamın başına baxan sərçəcik.
***
“Çiko” gətir, çırtlayaq tum,
Yaşamaqçün ağzını yum.
“Pavestka” gəlsə qapıya,
Tüpür dabana, qonşuya cum.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
SAHin
İyul 5th, 2008 at 17:56
Salam Gulsen xanim. Sohbeti uzatmadan metlebe kecmek isteyirem.
1)”Olsun ki, yapçıdan gələcək rüşvət,” - yeqin ki burdaki “yapcidan” YAP partiyasinin uzvu olan bir insani ifade edir. Lakin siz bunu ele yazmisiniz ki sanki Azerbaycan dilinin leksikonunda “yapcidan” sozu var. Eslinde bele olmalidi: “YAP”cidan.
2) “Bas-bağla seçkidən, neftdən, gəlirdən,
Bəlkə də deputat keçdin belə sən.” - “gelirden” - “sen”: natamam qafiyelerdir, ugursuzdu.
3) “Söhbət et bulvardan, tel, blutuzdan,” - Azerbaycan dilinde “tel” sozunun bir-iki menasi var.. “Sacin teli”, “Sazin teli”.. Istenilen halda eger bu menada yazmisinizsa ne elaqesi var? Yox eger “telefon” sozunun qisaltmasi seklinde yazmisinizsa, onda “tel.” - yaninda noqte qoyulmali idi. Yene de menasiz cixirdi.
4)”Söhbət et dan yeri sökülsə, birdən
Sahildə çürüyən ölmüş qarpızdan.” - menasiz soz yigimi..
5) “Əynində kastyumla qalstuku görcək” - birincisi “kastyum” yox, “kostyum”.. Ikincisi “qalstuk” sozunu isletdiyinize gore hecalarin sayi 12 olub.. Cunki “qalstuk” sozunde uc samit (lst) qosalasib. Ve orfoepik qaydaya uygun olaraq uc samitin arasina “u” saiti artirilir. Yeqin ki hele heveskar yazarsiniz ki, bunu nezere almamisiniz..
6)”Boynuna taxdığın qalstuk qırmızı,” - analoji hal..
7) “İrəli! İrəli, dalğalı gənclik!
Dalğalan, dalğalan, irəli, gənclik!
Budağın üstündən işini görür
Adamın başına baxan sərçəcik.” - siyasi bir mesaj vermek istemisiniz amma mence ugursuz alinib. Son iki misrada ne demek istediyiniz ise hec melum deyil.. Sonuncu misra elaqesiz sozler yiginidir.. Bir de ki, bu yazinizi “dalgacilar” ve “ireliciler” oxusalar yeqin ki, qizararlar..
8)” “Çiko” gətir, çırtlayaq tum,
Yaşamaqçün ağzını yum.
“Pavestka” gəlsə qapıya,
Tüpür dabana, qonşuya cum.” - seirin umumi heca sayi ile, uygun gelmir. Yaxsi deyek ki, bu qusur deyil. Deyek ki, siz yuxarida “cosmusunuz”, axirda ise mueyyen qeder “sakitlesmisiniz” ve “urekden” yazdiginiz ucun bu ruh hali seirinzde oz eksini tapib. Deyek ki, beledir. Amma adamin gozune giren axirinci misra var ki, orada hecalar - Kenan Dogulunun “Cakkidi” mahnisini oynayir - yeni sinir..
9) Seirin adinin seirle ne elaqesi var ?
10) Umumiyyetle hec bir bendin digeri ile elaqesi yoxdu, menasi yoxdu ve mence ugursuz seirdir..
11) Gulsen xanim incimeyin, amma “seviyyesiz muxalifet qezetlerindeki, seviyyesiz shou-politik yazilar sizin bu yarim-poltik seirinizden seviyyeli gelir insana.. (tebii ki, mence)”
Gülşən Cəbi
İyul 5th, 2008 at 18:23
Salam!
Əlbəttə incimirəm. Əsas odur ki, ürəyiniz rahatlıq tapdı…:-)
Nicat Qafuroglu
İyul 6th, 2008 at 09:50
zəifdir…..
savalan muganli
İyul 6th, 2008 at 20:21
salam Gulshen xanim! gerchekden sizin kimi istedadli bir qizin imkanlari seviyyesinden xeyli ashaqidir bu sher. ugurlar arzu edirem.
Elmar V.
İyul 17th, 2008 at 15:12
Əsər zəifdir. Bilirsiz əsərin uğuru nədir? Əvalla onu yazan uşaq təfəkkürünə əsaslanıb yazmamalıdır. Onu düşünərək, dərk edərək, tipikləşdirib, ümumiləşdirib obrazlı şəkildə ifadə edərək yazmalıdır.Çılpaq, qulaq deşən sözlərdən qaçmalıdır.Məsələn yuxarıda bu var, özü də çox qabarıq şəkildə özünü göstərir.
Olsun ki, yapçıdan gələcək rüşvət,
Tez ol qafiyə tap, düşübdür fürsət.
Bas-bağla seçkidən, neftdən, gəlirdən,
Bəlkə də deputat keçdin belə sən.
Burada “sən” kimdir məchul olaraq qalır. Bədilik yoxdur. fikir aydın deyildir. Yenə də yazara uğurlar arzulayıram!
Sözbaz
İyul 18th, 2008 at 19:45
Allah, burda sözləri edam ediblər! Allah, burda sözləri güllələyiblər! Dəhşətti! Dəhşətdi! Körpə sözlərə zalımcasına qıyıblar. Allah, bu zavallı sözlərə rəhm elə!
Gülşən Cəbi
İyul 19th, 2008 at 22:15
Salam!
“Sınaq beşdə bir”in birinci mərhələsi başa çatdığı üçün şərhlərə münasibətimi bildirim.
Nicat Qafuroğlu, şərhiniz çox-çox zəifdir… O qədər zəifdir ki, bunu ifadə etmək üçün özümdə o qədər zəiflik tapa bilmirəm.
Şahin, keçən şərhdə çox dərinə getmək istəmədim, vaxtı gözləyirdim. İndi vaxtıdır. Ölçülərdən, qafiyələrdən, orfoqrafiyadan elə gözəl baş açırsızsa, zəhmət olmasa, öz yazılarınıza (şeirlərinizə) ötəri göz atın…
Elmar V, kimsə şərh yazmağı bir neçə dəfəyə öyrənər, kimsə də əsər yazmağı… Mən istedadsızamsa, siz olun istedadlı, mən yazmağı bacarmıramsa, siz bacarın. Problem nədir? Dahi olmaq istəyirsizsə, gedin olun. Mən dahi adlanmaq istəyində deyiləm, buna görə məni qınamağa kimsənin haqqı yoxdur.
İnşallah, çox uğurlu əsərlərinizi göstərəndən sonra uğurun sirri ilə bölüşərsiz. 
Təsəvvür edə bilməzsiz, savadsız, davranışları rəndələnməmiş, amma öz həyatını danışmağa çalışan insanı cümlələri standartlaşdırılmış qalstuklulardan nə qədər üstün tuturam… Vakuumdan danışan poeziyanı da qalstukluya bərabər görürəm…
Nolub ki uşaq təfəkkürünə? Heç olmasa, həqiqi məzmununu göstərir, daha “yamsılamaq”la məşğul olmur.
“Sınaq beşdə bir”in kimə ithaf olunduğunu, deyəsən, oxumamısız…
Mən yazar deyiləm, öna görə də sonuncu cümlənizi mənə çox da şamil etmək olmaz. Yenə də çox sağolun! Sizə də uğurlar!
Sözbaz, görürəm ibadətlə aranız yaxşıdır. Dualarınız qəbul olunsun! Amin!
Mən zəif sətirlərin mənə aid olduğunu bildirməyə cəsarət tapdım, adımı da gizlətmədim. Siz isə adicə bir şərhinizi öz adınızla yazmağa cəsarət tapmadız… İbadət edin ki, (s)özünüzdə cəsarət tapasınız!
Sonda hər birinizə bir sualım var: “Sınaq beşdə bir”i sona qədər oxumağa sizi vadar edən nə idi? (Şərhlərinizdən belə göründü ki, sona qədər oxumusuz)
Gulya(geleceyin kecmisi)
İyul 25th, 2008 at 13:10
GULSHEN SENİN CESARETİN MENİ VALEH EDİR.YALNİZ BUNU DEYE BİLEREM.
Gülşən Cəbi
İyul 26th, 2008 at 10:14
Gulya (geleceyin keçmişi) xanım, qarşılıqlıdır.
Yalnız bunu deyə bilərəm.
Bir nefer
Avqust 1st, 2008 at 14:24
SAHinin sherhi ve tenqidi cox mezeli idi. Umid edirem, onlari zarafatla yazmishdir. Ve ya olsun (cumlenin “Ve” ile bashladim, uzr isteyirem), yashi en az elliden yuxaridir.
Men, elbette ki, Gulshenden bele sheir gozlemirdim. Amma mezeli idi. Niye de olmasin. Sadece bir az cox sade gorunurler.