Sevinc Şəhrazqızının CBS mətbəəsində çap olunan 120 səhifəlik şeirlər kitabı belə adlanır. “Qəm olası deyiləm” Sevinc Şəhrazqızının ilk kitabıdır. Müəllifin bundan əvvəl də toplularda, qəzet və elektron dərgilərdə şeirləri dərc olunmuşdur.   Oxuculara təqdim olunan bu kitabda Sevinc Şəhrazqızının istək və arzuları, bütün insani duyğuların ən alisi olan məhəbbət mövzusu və xalqımızın daim qanayan yarası olan Vətən həsrəti əks olunmuşdur.  Şairi “Bizimki” jurnalı adına təbrik edir və yaradıcılığında daha da geniş uğurlara imza atmasını diləyirik!