Bir gün eşitsən ki,
dəli olmuşam,
gülümsə
dərdimi unutmağıma,
başqa dünyalara yol almağıma…
Bir gün məni görsən
ağac başında,
gecələr göylərə
baxanda səssiz.
Onda təəccüblənmə
gördüklərinə,
bircə əmin ol ki,
eşqə düşmüşəm
sosuz məhəbbətlə,
sonsuz sevdayla
həmdəmim gecənin sultanı
Ayla.
Bir gün qapınıza gəlsəm
səbəbsiz,
önündə heykəl tək
lal dayanarsam,
mənə qəzəblənmə,
axı sadəcə
səni varlığımda
dərk eləmişəm,
mən artıq özümü
tərk eləmişəm.
Bir gün səni görüb
fikir verməsəm,
xəyallar içində
yanından ötsəm,
ümid qanadını
beləcə əzsəm,
məni günahımda əritmə,
çünki
artıq özümə də
mən yadlaşmışam,
sənin cazibəndən
uzaqlaşmışam.
Bir gün desələr ki,
adını çəkib,
hər yoldan ötəndən
səni soruşub
səni axtarıram
lap özüm kimi…
O zaman incimə
bu halətimdən,
axı bu cismimə
sənlə gəlmişəm,
ruhunla ruhuma
səpələnmişəm.
Bir gün həqiqətə
çatıb içində,
gec də olsa məni
anlayacaqsan.
Görüb bu həyatı
başqa biçimdə,
hər şey məhvə gedir,
inanacaqsan!
Çıxıb dünyasından
saxta şöhrətin,
gülüb dünyasına
əbədiyyətin
sən özün-özünə
tapınacaqsan,
İnsan olduğunu
yaşayacaqsan!
Yenə də deyirəm,
dinlə əzizim,
bir gün desələr ki,
dəli olmuşam,
gülümsə
dərdimi unutmağıma,
başqa dünyalara yol almağıma…
Heyrət deyilmi?!
Özüm olmaq üçün
özümdən qaçıram,
sözümü demək üçün
sözümdən qaçıram,
həm içimdən,
həm çölümdən
qaçıram,
heyrət deyilmi, Allah?!
Yaşamaq üçün
yaşamaqdan qaçıram….
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Eluca Atali
İyul 10th, 2008 at 22:52
Ezizim Elmar!
Senin “Bir gun eshitsen ki, deli olmusham…” sherin insanin gercekden yukseye qalxa bilmesini gosterir. Sene heyatdan ustun, zamandan ustun “realliq” arzulayiram. Senin poetik dushuncene her zaman hormetim olub ve bu getdikce derinleshir.
Seni uzaqdan -uzaqa alqishlayan kohne dostun ve muellimin.
Eluca Atali, Stokholm.
Elman Eldaroğlu
İyul 11th, 2008 at 16:43
Əziz Elmar bəy,şeirlərinizin hər ikisi də gözəldir.Başlıcası səmimi hislərin,ürək yanğısının təzahürüdür.Sənə uğurlar diləyirəm.
Amma bir şey də nəzərinə çatdırmaq iştəyirəm ki,şeirlərində fəlsəfi yük olsa da,onları laqeyid oxumaq mümkün olmasa da şeiriyyət nisbətən zəifdir.Yaşının neçə olduğunu bilmirəm.İnanıram ki,istedadlı bir şair kimi yetişəcək,oxucularını heyran edəcəksən.
nahid
İyul 12th, 2008 at 22:47
Elmar bey baxiram esgerlikde oldugun muddetde mehebbetin kimliyine varmisan. n-h@mail.ru e-malina vaxtin olsa yazarsan.
asif eminov
İyul 13th, 2008 at 00:27
Salam, Elma bey. Maraqlidir. Ikinci sheirinizi daha cox beyendim. Sene gelecekde ugurlar. Yeni yeni sheirler.
Sima N.
İyul 13th, 2008 at 16:00
Məcnun eşqdən çöllərə düşmüşdü, bizimkilər ağac başına çıxır. Göylər elə yerdən də yaxşı görünür, təki görə bilən ürəyin olsun
f.e.n. Farhad Madatov
İyul 13th, 2008 at 20:39
Elmari coxdan taniyiram ve istedadina sozum yoxdur. Birca onu deya bilaram ki, o, gozagorunmaz dunyani dila daxil etmaya calisir. Cicaklanan cagdas Azerbaycan poeziyasinda qalacaq adlardan biri da Elmar Vuqarli olacagina bir tadqiqatci kimi aminam. Eluca xanim, Sizi salamlayir va Siza da yaradiciliq ugurlari arzulayiram!
Vətən Xaini
İyul 14th, 2008 at 22:04
Elmar Vüqarlı sənin poeziyadan, şeirdən, ədəbiyyatdan xəbərin yoxmuş ki…
Serxan Xezer
Avqust 2nd, 2008 at 22:33
salam Elmar,calis serh yazanda edaletli yaz.evvela bax gor senin bu esqden agaca dirmasmagin ne qeder tezedir,gece ayla ulduzla hemdem olub,her yoldan otenden seni sorusmaq,gec de olsa meni anlayacaqsan ifadesi ne qeder tezedir.ve sence butun bunlar aglasma deyilmi?serh yazmamisdan oz seirlerine nezer sal!!
insan oldugunu yasayacaqsan?ne anlama gelir?belke derk edeceksen demek istemisdiin???
ne ise qrupda sou-biznese benzeyen qalmaqallar yaratmaga ehtiyac yoxdur,bedii tenqidler yazin.
seni evvelki seirlerinden taniyiram,bele serhler sene yarasmaz.
leyla
Avqust 7th, 2008 at 15:40
yeni,maraqli necne yoxdur,sozun duzu bezdim bu cansixici sherleri oxumaqdan
məmməd savalan
Avqust 10th, 2008 at 14:50
Elmar Vüqarlının lirik qəhrəmanını dağ başında, yaxud məclis başında görmək istərdim. Özün üçün nə istəyirsən yaza bilərsən, amma bir az oxucu üçün də maraqlı olmalıdır.
Elmar Vuqarli
Avqust 16th, 2008 at 11:43
Qehraman ne uchun agaca chixir meselesine geldikde bunu anlamaga gorunur edebi bilgileriniz kifayet etmir. Qehraman Mecnun kimi sehraya qacmir ve s. O sadece lenetlenmish yerden uzaqlashmaq uchun bunu edir. elbette her birimiz ne vaxtsa agaca chixmagi yerden uzaqlashmaq kimi tesevvur etmishik. Serxana da sozum budur: Her yeni yaxsi, her kohne de pis deyil.
məmməd savalan
Avqust 17th, 2008 at 01:55
Hörmətli Elmar Vüqarlı!
Biz də “qəhrəmanların” nə üçün ağaca çıxdıqlarını bilirik. Bu müharibə vaxtı ya müşahidə üçün, ya da snayperlərin əlverişli mövqe seçməsi ilə əlaqədardır. Digər tərəfdən, xalq arasında bir adamın bərk çətinliyi olanda, onun özünün yox, pişiyinin ağaca çıxarılmasının şahidi olmuşuq. Görünür, şeir tələsik yazıldığından pişiklə “qəhrəmanın” yeri səhv düşüb. Olan şeydir, fikir vermə…
Elmar Vuqarli
Avqust 19th, 2008 at 14:46
Hormatli Mammad!
Evvala yazdigina ciddi fikir ver. Monitorun qabaginda ozunu neca hiss edirsan et, bir sheyi yaddan chixarma ki, sherhin elme sokenmirse, yazmaga deymez. Bir neche mehebbet sheiri yazmaqala choxlari ozunu SHEdevr hesab edir. Amma bu yanlishdir.
Seir olub!!!!!!Yoxdur o!!!
Eger varsa, Kafkadan o birisi terefe getmir. Yoxsa saat dala chekib oxucu toplamaq!!!!!
Ezizim, meni ne ciddi, ne de bozbash edebiyyati maraqlandirir. Onsuz da kifayyet qeder shair var. Hamisi da bogazdan yuxari. Dostlarimdan biri ichinde oldugum edebiyyati “gedebiyyat” adlandirirdi. Allah amaninda!