Azərbaycan qızıyam …
Azərbaycan qızıyam …
Adımı söyləyəndə xəyallarda canlanır
Başqasında olmayan o zərafət, işvə, naz,
Dünyada mənim kimi sadiq qadın tapılmaz…
Qəhrəman bir ananın qəhrəman övladıyam …
Azərbaycan qızıyam…
Azərbaycan qızıyam …
Zərif qadınlığımla , mən aslan tinətliyəm …
Qılıncıyla kükrəyən Nəbinin Həcəriyəm…
Koroğlu qeyrətliyəm…
Azərbaycan qızıyam…
Yanıqlı cəh cəhiylə ürəkləri dağlayan Çahargah segahıyam
Qazaxlı Ədalətin durnatelli sazıyam
Musiqi avazıyam…
Azərbaycan qızıyam..
Ellərə işıq saçan səadət mehtabıyam
Ləyaqət carçısıyam..
Kürqırağı çöllərin yaşılbaş sonasıyam
Ələsgər qoşmasıyam…
Azərbaycan qızıyam…
Dillərdə əzbər olan gözəllik incisiyəm…
Şənimə dastan olan Məcnunun Leylisiyəm
Sevgi əfsanəsiyəm…
Azərbaycan qızıyam…
Hüsnümə nəğmə qoşan Nəsimi qəzəliyəm
Bu şerin sənətin mən ilham pərisiyəm
Bir eşq bənövşəsiyəm…
Azərbaycan qızıyam …
Vətəndən ayrı düşmüş Qarabağ bülbülüyəm
Çarəsizlik gülüyəm…
El Oba xəstəsiyəm…
Azərbaycan qızıyam …
Bir milyondan çox olan didərginin ahıyam…
Siyasət qurbanıyam…
Azərbaycan qızıyam…
Keçmişdən gələcəyə paklığıyla yol açan
Əbədiyyət səsiyəm…
Azadlıq nəğməsiyəm…
Qurbət
Fələk amansizca sürdü məni yad ellərə…
Həsrətlə baxaraq qaldım a qürbət.
İndi gücüm yetir ancaq bu boş sətirlərə,
Fikrimdən alışıb yandim a qürbət.
Ömrümün baharın aldın əlimdən,
Saçlarım ağardı dərddən, kədərdən,
Qərib olub ayrı düşdüm elimdən,
Məni yad ellərə saldın a qürbət.
Charesiz evimin işığı söndü,
Bircəcik anam da kimsəsiz öldü,
İçimdəki hisslər nifrətə döndü,
Acım qəlb evimi sökdü a qürbət.
Eşqimin çiçəyi saraldı soldu,
Biçarə sevgilim saçını yoldu,
Məhəbbətin sonu ayrılıq oldu,
Bəs sevib sevilmək noldu a qürbət?
Vətən nisgilini içimə saldın,
Zavallı nakama biganə qaldın,
Hər gun milyon dəfə canımı aldın,
Bir yol al bu canı qurtar a qürbət.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Hafiz Hacxalil
İyul 18th, 2008 at 20:19
Salam Gunel xanim. Sheirleriniz sheklinizin yaninda cox sonukdur. Sevginiz eskik olmasin!
Saleh
İyul 20th, 2008 at 09:55
Halaldır, səni doğan anaya. Əla şeirlərdir.
ZAmir Ağazadə
İyul 20th, 2008 at 09:59
Salam, Günel xanım! Sizin “Azərbaycan qızıyam” adlı şeiriniz mənim çox xoşuma gəldi. Necə lazımdır, o cür də yazmısınız — şahanədir. Sizə yaradıcılığınızda uğurlar!..
ZAmir Ağazade
İyul 20th, 2008 at 10:03
Nə yaxşı ki, sizin kimi də Azərbaycan qızlarımız var: hisslərində, sözlərində Vətəni - vətən sevgisini yaşadan qızlar… Bir daha uğurlar!..
SAHin
İyul 20th, 2008 at 10:17
Salam Gunel xanim. Birinci seiriniz cox xosuma geldi.. Azerbaycanimizin medeni servetlerini seirinize cox gozel daxil etmisiniz. Yersiz olmayib… Ancaq bir mesele var ki:
“Dillərdə əzbər olan gözəllik incisiyəm…
Şənimə dastan olan Məcnunun Leylisiyəm
Sevgi əfsanəsiyəm…”
yazmisiniz.. Axi “Leyli ve Mecnun” Azerbaycan-Turk yox Ereb efsanesidir.. Mence bu hisseni her hansi bir Azerbaycan mehebbet dastani ile deyisseniz olacaq super.. Bu bir qusurdu..
Ugurlar.
Amil
İyul 20th, 2008 at 20:58
salam bacim,meni pis anlamayin eger sherleriniz olmasaydi,yalniz shekiliniz olsaydi size hec de Azeri qizi demezdim belkede.Eger sohbet Koroglu qeyretinden,Nebinin Hecerinden,Cahargah segahindan,Leyli Mecnun sevgisinden gedirse mence bele bir shekil yanlish olardi,ancaq sherleriniz mendeki bu fikirleri tamamile alt-ust ede bildi,size ugurlar,helelik
Quzanli
İyul 27th, 2008 at 22:47
babat seirlerdi.
leyla
Avqust 7th, 2008 at 13:40
sheklinizle bu sherin sozlerindeki fikirlerle eks tesirlik var.
duzdur yazar istediyi her movzuda yaza biler,
amma mence(ve deyesen cox insanlarin psixolojisine gore) shairenin yazdigi ile onun qelbi,ruhu,hetta gorunushu arasinda oxsharliq olmalidir.
mehz bu shekle baxanda demezsen ki,bu sheri bu shekildeki qiz yazib.
sheklinizin yaninda hansisa erotik movzuda ,sevgi movzusundada sher yazilsaydi uygunluq ola bilerdi.
amma yenede oxuculari 1 anliq shoka saldiniz ,sizi tebrik edirem
sherleriniz haqqinda yalniz bunu deye bilerem no comment…
sizden erotik ,sevgi sherleri gozleyirem.
yenede yaradiciliq isteyinizi yuksek qiymetlendirirem.
size ugurlar
məmməd savalan
Avqust 10th, 2008 at 13:32
Canımı dişimə tutub Günel xanımın yazılarını və o yazılar haqqında şərhləri oxudum.Oxucuların bəziləri etika xatirinə fikirlərini açıqlamır, qızın xatirinə dəymək istəmir. Bu da yaxşı cəhətdir, amma həyat yalnız bizim dost-tanışlarımızın münasibətindən asılı deyil. Və söhbət sənətdən gedərkən mümkün qədər alicənab olmaqla bərabər fikirlər bəzən sərt, yeri gəldikcə lap sərt ola bilər.Müəllif öz potensialını obyektiv dərk etməlidir, yoxsa bu şeir-sənətlə zarafat çox facviələrə də gətirə bilər. 525-ci qəzetdə şair Taleh Həmidin bir nəfər haqqında yazdığı qeydləri buna canlı misaldır. Anarın “Dantenin yubleyi” də belə bir prioblemə toxunub. İndi məhşur olmuş ədəbiyyatşünas Nizami Cəfərov da onu şeir yazmaqdan çəkindirən insana minnətdarlığını bildirib…
Otən əsrin 70-ci illərdə çox istedadlı bir şair var idi, Tahir Qurbaov, indi hanı o?! və s… Qələmlə zarafat çox ciddi nəticələrə gətirib çıxara bilər.
Günel xahım azərbaycan qadını haqqında bir şeir yox, oçerk məqaklə yazmaq istəyib, müəyyən roblemlərin heç bir təhlilini vermədən toxunub, hamısı da alayarımçıq.Bir adla o zaman fəxr etmək olar ki, dünyanın hər yerində onu fəxrlə deyədən, olsun elə Rusiyada, Türkiyədə, Dübayda, elə Bakının özündə də…
Günel xanım pzü öz yazılarına verdiyi qiymət daha çox xoşuma gəldi.”İndi gücüm yetir ancaq bu boş sətirlərə”
yəni nə vacibdir ki, hamı boş-boş yazılar yassın. Maşalllah, o qədər gözəl şairlərimiz var ki, elə onların xoşagələn gözəl şeirlərindən oxuyub ləzzət almaq olar. Əgər onların demədiyi, yaxud da deyə bilmədiyi mövzular, hisslər, fikirlər olanda bizi də sevindirsinlər. Xoşşbəxt ol gözəl qız, şeir yazmaqdansa, onu sevmək, başa düşmək daha üstündür! Buna şalışmaq lazımdır.
bu dediklərim təkcə sizə yox, hamımıza, elə mənim özümə də aiddir, inciməyin.
Oxucu
Avqust 12th, 2008 at 14:23
yene tekrar,islenmis,deyilmis sozler.
teze seir ucun teze hadiseler lazimdi deyesen.
ya da kohne hadiselere teze duyum,teze munasibet.
amma her halda her yeni hadise bir seirdi.
yeni hadiseler,yeni seirler arzulayiram.
məmməd savalan
Avqust 14th, 2008 at 00:36
Hörmətli Cənab oxucu! ( Allah Asiman xanımın başını göylərə ucaltsın, onun sayəsində mən oz söz tərbiyəmi və ədəbiyyatçılara hörmətimi
qat-qat artırmaqla məşğulam!)
Yazırsınız ki, “hər yeni hadisə bir şeirdi!” Bunu Molla Nəsrədin demişkən, siz özünüz kəşf etmisiniz, ya kimdənsə eşitmisiniz?!
İbtidai məktəblərin gərək ki, 4-cü sinifində bir dərslik var. Gərək ki, adı “təbiətşünaslıq” olsun. Zəhmət olmasa, ora bir də baxın və dəqiqləşdirin, deyəsən “hadisə” anlayışı bir az başqa cürə izah olunur. O dərsliyə inansaq, (biz hörmətli nazirimiz Misir Mərdanovun rəhbərliyi altında buraxılan dərslikləri tənqid etmirik!) “hadisə” və “şeir” bir az fərqli anlayışlardır, siz isə onları bərabərlik şəklinə salıb həll etmək istətirsiniz. Belə həll yoxdur.
Zulfuqar
Avqust 14th, 2008 at 16:05
Normal
Savalan MUGANLI
Avqust 16th, 2008 at 20:58
(A)Normal
məmməd savalan
Avqust 17th, 2008 at 02:09
“ZÜLFÜQAR Normal” və “SAVALAN MUĞANLI (A)Normal” şərhlərini oxuyanda bir əhvalat yadıma düşdü. Şair Təvəkkül Yanar Ağdamın “lenin yolu” qəzetinin şöbə müdiri Həsən Qəhramanovun yanına gəlir:
- Təvəkkül Yanar! - deyə özünü təqdim edir.
- Həsən Söndürər! -cavabını alır.
Doğrudan da Türk dilinin hünər dili olduğuna bir daha inanırsan!
hamıya uğurlar!
OXUCU
Avqust 17th, 2008 at 22:00
Oxuduqca oxumaq istəmirsən. Niyə yazırsınız bilmirəm, yazıqdı axı şeirə…
leyla
Avqust 19th, 2008 at 16:49
oxucu kimdirse menimle fikirleri ust uste dushur
Zaur Haciyev
Avqust 20th, 2008 at 09:02
Azerbaycan qiziyam seri gozeldir ya degil deye bilmerem
qulaga xos gelir
arzulari belke eks ettirir
belke de siz ozunuzu yazmisiniz
ama ekser qizlar bele degil
aktual degil bu seir …
Samir
Sentyabr 13th, 2008 at 01:27
Men basha dushmurem, bizi burda sher maraqlandirir ya shekil?
Shekil Gunel xanimin oz shekli olmuya da biler. Amma Azerbaycan xalqi bir daha ozunun kim oldugunu numayish eletdirmek isteyir.
Eziz dostlar qardashlar bacilar,
1) size ne shekilden?
2) Sher yazan qizlarimiz mutleq cirkin olmalidi deye bir anlayish sehvdi. Gozellik, tanrinin verdiyi bir sheydir, ona baxib insanin fikirleri haqqinda qerar vermek olmaz.
Gelin bizi qefes kimi sixan bu cur dushuncelerden el cekek, gorulen ishlere quvvet verek.
baxtiyar elcan
Sentyabr 21st, 2008 at 12:15
bu sher deyil, xanim, incimeyin. daha chox bezedilmish nitqe benzeyir. sher insani heyretlendirmirse soz yiqinidir.
bir de ki, nebi qilincla deyil, tufengle doyushub.
fikrimce ciddi edebiyyati diqqetleizlemelisiniz.
ElnarA
Oktyabr 2nd, 2008 at 09:39
Azərbaycan qızıyam, dubaylara gedirəm
Lal-dinməz arzuları yerinə yetirirəm
Sorğuya çəkmə məni, bəraət gözləmirəm
Yetim qalmış balamı doyunca yedirirəm
bacin
Oktyabr 15th, 2008 at 18:29
merhemet dolu misralar
Gunel Guliyeva
Oktyabr 18th, 2008 at 12:54
Men evvelce serimi oxuyub oz fikrini bildiren oxuculara tesekkur edirem .Elbetde ki her kesin oz obyektiv fikri var amma sadece olaraq xahis ederdim ki tanimadiginiz insan haqqinda sadece onun seklini gorerek oz fikrinizi bildirmeyesiniz ,eger men bu serde oz fikirlerimi esl Azerbaycan qizina aid etmisemse, demek ki o prototip menim gozumde hele de olmeyib ,cunki men ozum de Azerbaycan qiziyam. Seri bos, menasiz setir adlandiran insanlarasa bir sozum var ki elbetde ki tenqid hemise olmalidir ve hec vaxt tenqid birmenali qarsilanmir, tebii ki tenqid sayesinde biz biraz daha oz sehvlerimizi gore bilirik sadece olaraq men burda oz duygularimi hisslerimi oz ana dilimde yazdigim serlerde catdirmaga calismisam ve sizlerle paylasdim eger kimin ucunse menasizdisa kesib atmayin ,insanin yaradiciliq isteklerinin ustunden yagli qara xett cekmeyin!Bunu ozume aid etmirem ,men kiminse fikrine gore bele iradesizlik etmerem amma fikrimizi bildirerken daha nezaketli daha anlayisli olmaq daha gozel olardi!
En son serime Elnare xanimin yazdigi o cavab misralarina fikrimi bele bildirmek isterdim ki ,hormetli Elnare xanim, elbetde bu misralar bu gunku gunumuzde aktual temadir ,herkesin acili yeridi, ancaq hec de her kese aid deyil ve size tam eminlikle deye bilerem ki esl Azerbaycan qadinin safligi ,sedaqeti ve qeyreti hec bir basqa xalqin qizinda ola bilmez sadece ozumuze verdiyimiz deyer seviyyesi dushukdur…
Ryabina
Oktyabr 23rd, 2008 at 19:48
Azərbaycan qızısan..?
Azəristar olarsan?
Yeni ulduza getsən
SMSlər alrasan?
Bəlkə elə sən bizim
Bayrağın ulduzusan
tanımırıq biz səni…-))
Azərbaycanın qızı,
həyatından razısan?
Söylə,
sən bu ölkənin
neçənci xanımısan…?
sıranı və cərgəni
mənə söyləyə bilsən,
inanacam şeirinə…
şeirinin hər sətrinə…
söz verirəm
Azərbaycanlıların
hər qızının yerinə…-))