Mən gözümü açan gündən
Lənətin dar ağacından
səni asılmış görürəm.
Allah söyür, bəndə döyür,
baş gözünə təpik dəyir,
küncə qısılmış görürəm.
Hamı yüz qələt eləyib,
yüz lənət şeytana deyir…
Adəm oğlunun sürüsü
“təki” döyməyə ustadı.
guya nə qədər günah var,
hamısı sənin üstədi…
Bu qıjqırmış günahlardan,
arax çəkmişəm bu axşam,
qədəhlərə doldurajam,
təkəm, ay şeytan balası,
gəl otur, sənnən vuracam…
* **
Mən ağ görmək istəyirəm bu dünyanı,
İçinə rəng qatılmamış, qaralmamış.
Çılpaq görmək istəyirəm, bəzək-düzək vurulmamış,
Haqda ümid qırılmamış mən haqq görmək istəyirəm,
Sərhəd görmək istəmirəm,
Bəsdir məni qəliblərə saldığınız, mən hədd görmək istəmirəm.
Min illərdir yığılmışam içimə,
Mən dağılmaq istəyirəm,
Azad olmaq istəyirəm.
Hamını eyni rəng görən,
Dəbin görmək istəmirəm bu dünyanın,
Mən din görmək istəmirəm, insanları məzlum edir,
İstəyirsiz məni asın,
Dəli deyib daşa basın,
Mən sizlərdən biri olmaq istəmirəm,
Sürü olmaq istəmirəm.
Sizin kimi diri olmaq istəmirəm,
Sizsə gedin, köləliyi məşq eləyin, biət edin, namaz qılın,
Rüşvət verib cənnət alın,
Dövlət olun, millət olun, bəndə olun, nökər olun, kölə olun,
Necə varsız elə olun,
Başınıza kəndir salsın nağılbazlar, siz də susun.
Mənsə susmaq istəmirəm,
Mən hayqırmaq isəyirəm,
Mən haqq görmək istəyirəm,
Mən ağ görmək istəyirəm bu dünyanı…
* * *
Bekarçılıq məni basıb,
bir mənəm, bir də boş otaq.
Ətəyində daş qalıbsa,
gedək şeytana daş ataq.
İçimizə çatan deyil,
daş götür çölü daşlayaq.
Hamı bir üzü şeytandı,
diri, ya ölü, daşlayaq.
Yığıb cəfəng nağılları,
düzüb-qoşub din elədik.
Kaş şeytana gül ataydıq,
daş atıb düşmən elədik.

Yüklənir...
15 Comments: Trackback URL | Comments RSS
Temmuz 21st, 2008 at 06:31
Salam. Qardas 3-cu seirin seirdi. Bele davam ele. Ugurlar.
elxan240@yahoo.com
Temmuz 23rd, 2008 at 12:36
Ilk iki seir superdi. Hetta bizim cemiyyet ucun cox aktualdir. Cemiyyetin suuraltina yerlesdirilmis bir seytan obrazi var ki, insanlar ozleri etdikleri vicdansizliqlari o obraza yukleyirler ve bu dunyada (real dunyada) ozlerine menevi cehetden beraet qazandirirlar. Bele bir veziyyetde seirleriniz lap yerine dusub.
Size ugurlar..
Ağustos 10th, 2008 at 14:27
İlham Çərkəzin ilk tanışlıq onun püxtələşmiş, səviyyəli bir şair olduğunu göstərir. Poetik duyumu, görümü , ifadə tərzi yaxşıdır.
Birinci və üçüncü şeirləri daha bitkin təsir bağşlayır. İkinci şeirindəki şeirdən fəlsəfəçiliyə keçmək şeiri zəiflədir. Həm də çox şeyi əhatə etmək istədiyindən dağınıqlıq qalır.
İstəyirsiz məni asın,
Dəli deyib daşa basın,
Mən sizlərdən biri olmaq istəmirəm,
Sürü olmaq istəmirəm.
Özlüyündə bu bitkin bir şeirdir, mətləb də aydındır. Söz uzandıqca məna və məqsəd dolaşıqlığı yaranır.
Bir iki qüsurlarını da müəllifin diqqətinə çatdırmaq istəyirəm.
Qədəhlərə “doldurajam” kimi loru dildən istidfadə etmək şeiri ədəbilikdən çıxarır. “Mən dağlmaq istəyirəm” ifadəsi nə ədəbiir, nə də bədii. Şairlik elə odur ki adi bir fikri də gözəl və ədəblə deyə biləsən. Şeytanın özündən söhbət gedərkən birdən birə onun “balası” ortaya çıxır, yaxud “din insanları məzlum edir” qeyd şərtsiz müddəa və iddialar da havadan asıla qalır. Başqa dinlərlə işimiz yox, İslam dini ona doğru-düzgün əməl edən olsa, insanı azad, Allah qarşısında hamıya bərabər bir şəxsiyyət edir. Dindar insan Allahdan başqa kimsədən qorxmur, Allahını sevir. Şairlər də şairliyini etməlidir, filosfçuluq etmək özünü nabələd olduğun kolluqlara salmaqdır.
Uğur olsun. Yeni şeirlərinizi gözləyirik. Kitabınız varsa, hardan əldə etmək olar?!
Ağustos 10th, 2008 at 14:37
Ilham,salam. Senin ugurlarina sevinirem,umid edirem ki,Azerbaycan edebiyyati ucun yararli biri olacaqsan inshallah. Sukani bele saxla!!!
Ağustos 12th, 2008 at 00:16
Uy daaaaa! ILXAM yaratmisan yene !Tebrik edirem seni! Inan cox shhadam.Bele yazilar ishiqlanmalidir ki respublika sher gorsun,yazi gorsun,ders gotursun!
Sonuncu yadimdadir oxumushdun.EN COX 2 CI XOSHUMA GELDI.Lap ureyimden xeber vermisen.Bilirsen de senin sevgiyle bagli fikirlerinin coxunda hemfikir olmasam da,dini baxishlarimiz eynidir!ELA!
Tak derjat!
Amma sene min defedemishem adsiz qoyma da bu sherleri.
Ozun bilirsen de mende yalandan terif yoxdur.Olani yazdim.
Ağustos 21st, 2008 at 21:36
sagol qardas ozun kimi serlerin de gozel ve semimidi. 2 serin superdi usyankar movqe. tebrik. men sennen daha gozel eserler gozleyirem ve inanran sene
Eylül 19th, 2008 at 23:56
bele yaxsi baslayan seir ele bele de neticelenmelidir.basqa cure edaletsizlik olardi.
seirlerin evveli de axiri da birbirine uyusub.size ugurlar
Eylül 20th, 2008 at 00:08
tebrik edirem
Eylül 26th, 2008 at 13:48
Eziz İlham bey salam.
Şeirleriniz gözeldi, tebrik edir, uğurlar arzulayıram.
A.Uğur Olgar
Ekim 3rd, 2008 at 16:36
İnsanla bərabər sənə şeytan da alqış edir
Şeytandan betər o insandı ki, şeytana qarğış edir
Ekim 9th, 2008 at 20:09
xoshladim sherlerinizi. birinci daha maraqlidir.
məmməd beyin sherhi ile baqli bir qeyd etmek isteyirem.
fikrimce bu sherin umumi uslubu mehz “arax”, “doldurajam” ifadelerini teleb edir.
amma … uc sherinin ucu de eyni menani verir. mence tefekkurunun bu qarishiq merhelesinden qurtulsan yaxshi olar.
ne ise… esas elinde qelem olanin fikridir. uqurlar
Ekim 15th, 2008 at 03:07
butun oxuyanlara, xususende rey yazanlara teshekkur… choxdandi bu sayta girmirdim. Memmed bey sizin genish tehlile, xosh fikirlerinize regmen size etiraz edib oz fikrimde qaliram ki, din insanlari mezlum edir. En azindan 1400 illik tecrube goz onundedi. zaman-zaman bizi allaha teslim elemek adiyla shaha, beye, axunda, koxaya nebilim neye teslim eliyibler, gun erzinde 30 defe bash eyen, eyilib qalxan adam koleliye asi ola bilmez…
Ocak 27th, 2009 at 16:05
Salam, şeirlərinizi oxudum və münasibət bildirmək istərdim. Həm sizə həm də sizin fikrinizi alqışlayanlara. Mən ədəbiyyatçı deyiləm. Bildiyim odur ki, şeir, poema, pyes, roman və s. hər hansı fikri insanlara çatdırmaq üçündür. Siz də öz fikrinizi çatdırmısınız. Fikirlərinizdə tək tərəfli yanaşma var. Deyirsiniz ki din insanları məzlum edir. “Məzlum” sözünün kökü “zülm”dür. Zalım da zülm edəndir. Zalım olmasa məzlum da olmaz. Doğrudur dini pis şeylərə alət edə bilərlər. Amma bu dinin pis şey olduğuna dəlalət
eləmir. Bir bıçaq fikirləşin ki, bu bıçaqla çörək də kəsmək olur, adam da öldürmək olur. İndi kim isə bıçaqla adam öldürdü deyə bıçaq pis şeydir deyə bilmərik. Siz əgər belə deyərək dinsizliyin tərəfindəsinizsə, gördük dinsizlərin zülmünü, zalımlığını, Stalini, Lenini, Maonu, Allahsız faronları, Nemrudları və s. Milyonlarla insanın həyatını “Yox et!!!” əmri ilə heçə sayanları. Hər halda boş, məqsədsiz, boş söz yığını olan şeirləri və bu şeirləri insanlara təqdim edən şairlər sizin də xoşunuza gəlməz. İndi bu qədər varlıq var və bizə xidmət edir. Heç kəs iddia edə bilməz ki, bunlar hamısı boşunadır içi boş şeir kimi, Allah hamısını boşuna, eləbelə yaradıb boş şeir yazan şairlər kimi.Şeytanın vəzifəsi insanları Allahdan uzaqlaşdırmaqdır. Siz də belə edərək məncə şeytana
kömək edirsiniz. Ehtiyatlı olmaq lazımdır, azad olum deyərkən şeytanın, nəfsinin qulu ola bilər insan. Əlbəttə razıyam ki, insanlar günahı əvvəlcə özündə axtarmalıdır. Ki, niyə bu günahı elədim? Niyə şeytana aldandım? Şeytanı döysək də söysək də onsuz da düzələn deyil, vəzifəsi odur. Sadəcə şeytandan Allaha sığınmaq lazımdır, bizi qorusun deyə. Əksinə insanları doğruluğa düzlüyə çağıran, pisliklərdən uzaq olmağa, ağıllı olmağa çağıran o 1400 illik təcrübə dediyiniz İslam dinidir. Sadəcə düzgün yaşayan, əməl edən lazımdır. Belə görməyinizə səbəb isə, belə görmək istədiyiniz üçün belə düşünrsünüz. Hərbirşeyin saxtası olduğu kimi doğrusu da var.
Hörmətlə…
Mayıs 3rd, 2009 at 20:40
Əla şeirdir! Üsyankar və bir az da təkrar mövzuda olsa da sənin dilindən yeni ampuladadır. Məncə, bu sənin artıq formalaşmış fərdi üslubundan irəli gəlir.
Mayıs 28th, 2009 at 14:48
sheytana bu qeder dash ata-ata ondan canimizi qurtara bilmirik. ona gul atmaqla meleyemi donderecekdik? fikriniz nedir?