Sevdiyimin qırışları

Üzünə baxdım
Yox heç baxmamış da içim yandı
İlk qırışların
İçim yanmır
Yox heç yanmır.Çünki artıq küləm.
Yanacaq bir yerim qalmayıb.
Yanacağım qurtarıb.
Sənə gülmə deyə bilmərəm
Ağlama da həmçinin.
Gülmək sənə çox yaraşır
Ağlamasın için.

Həyatın işinə bax
Gülüb qocalırsan
Guya gülməsən qocalmazsan?

Gülsən də,gülməsən də qocalacaqsan
Onda gül qocal.
Qocala-qocala gül
Qocalmağına gül.

Güləndə üz qırışır
Gör ey,həyat gülməyi qırışa satır
Guya gülməsən qırışmayacaq?!

Ağlayanda üz qırışır
Həyat həm üzümüzü,həm özümüzü satır.

Ağlama deməyəcəyəm
Çünki için qırışar.
O qədər qırışar ki,aça da bilməzsən
Qırışıb,qırışıb özün-özünə,altın-üstünə yapışar.

Bilmirəm birinci dəfə qırışı görəndə
nə oldu mənə
Göynədim,göynəyə-göynəyə sevindim
böyümək istəyən uşaq kimi.

Görəsən,güləndə ürəyimiz qırışmır ki?
Qırışır
Ona görə güləndən sonra ürəkdən nəfəs alıram
Qırışlar şişib açılsın
Ay qafil,
Aldığın nəfəs ürəyinə yox,ciyərinə gedir
Deməli,onda ürək qırış qalır!!?

Yox ey,güləndə ürək dolur,qırış yox olur.
O ağlayandadır ürək boşalır,içi boş qalır.
Təmizlənsə də.

Yaxşıdı gülək,ürəyimiz qoy dolsun
Havayla da olsa

Amma mən ürəyimə səni doldurmaq istəyirəm
Sonra gülərəm ürəyimə dolanı
Ürəyinə çəkərsən
Bəlkə qırışın açıla
Elə ürəyin də.

Xüsusi deyilsən elə də

Xüsusi deyilsən elə də
bircə o var ki tapmısan özünü

Özünü tapmısan da
Məni tapsaydın sevərdim səni.

Mən istəyən kimi tapmısan deyə sevəcəm.
Minnətə bax.

Yarana toxunum.Deşməyəcəm toxunacam
Üzünün qırışları.

Niyə hamısı ağzı aşağıdı.
Ağlamaqdandı,ya narazılıqdandı.

Bilirəm heç vaxt ağlamırsan
Adam yanında.

Onda narazılıqdandı
Mən də narazıyam
Qırışlarından

Qoy hamısı ağzı yuxarı olsun
Ağzı yuxarı olsa gülərsən
Gülmüş kimi görünərsən
Narazılığına da xətər gəlməz

Ağzını yuxarı tutanlar onsuz da
narazılardı.

Eybəcərsən
Öz də tanıdıqlarımın ən gözəli
ən gözəl eybəcərsən

Səni sevirəm

Bir dəfə də olsun fikirləşməmişəm.
Çünki yaxşı tanıyıram içini
Fikirləşsəm sevməyəcəyəm
Sevməsəm nə olacaq?

Sənə heç nə
heç kəsə heç nə olmayacaq

Onda sevirəm
Qoy hamıya hər şey olsun
Hamıya heç nə olsun.

O dəqiqə olmasa da
Olduğum kimi tanıdın
Çünki mən olduğum kimi idim
Sən də olduğun kimi oldun.

Çox nahaq

Belə görməsəydim
Başqa cür sevərdim.

Olduğun kimi sevməzdim.

Bir də nə vaxtsa özün olacaqsan?
Yenə sevmək üçün soruşuram.

Soruşub sevənə bax.

14 Comments: Trackback URL | Comments RSS

  1. Savalan MUGANLI Says:

    Gozel qiz. yazdiqlarinizin janri haqda bilgi vere bilersinizmi? Siz bunlara edebi numunemi deyirsiniz? yene ugurlar. mugan@box.az

  2. Shahnara Says:

    Ulka, semimiyyetinden dogan qelbinin sozlerini oxuyaraq sene hemdem olan her bir oxucuna senin ruhunun zerifliyi ele ilk setirlerden belli olur! :)

    Yaradiciliq ezmin tukenmesin!

  3. Novarg Says:

    Ulka zarafatcil qiza oxshayir… -))

  4. leyla Says:

    bu sheri oxuyanda mene ele gelir ki,yazar hec ozu bilmir ne yazir,neyi gostermek isteyir,ozude bu sherle ne demek istediyini deqiqleshdire bilmir,cox qarishiqliq var.
    insanin ureyi sixilir bu sheri oxuduqca

    yenede yaradiciliq isteyinizi yuksek qiymetlendirirem ve size ugurlar.

  5. məmməd savalan Says:

    “fikirləşmədən sevən” qız sonradan çox fikirləşməli olacaq. Və gəlib axırda köhnə bir atalar sözünü yenidən kəşf edəcək:” Yüz fikir bir borcu ödəməz!” yaxud da , arxadan atılan daş… heç topuğa da dəyməz. “Şey ir” ilə şeyirin hər halda bir fərqi olmalıdır.

  6. Amil Says:

    Salam Ulker xanim.shekilde gulumsemeyiniz size cox yarashir,aglamaginiz icinmi?

  7. baxtiyar elcan Says:

    mence, maraqli yazirsiniz. amma bir az durulmaqa ehtiyac var

  8. A.Uğur Olgar Says:

    Salam Ülker xanım.
    Şeir yazmayı bilirsiniz. Şeirleriniz serbeste şeirin çox modern misallarıdı. Mısralarınız çox xoşuma geldi, tebrik edir, uğurlar arzulayıram.

    A.Uğur Olgar
    Andız Jurnalı redaqtörü
    Mersin – Türkiye

  9. aynur Says:

    men bunu ona bu cur demeye cesaret etmezdim amma mende bele dushunurem eladi gormeyenlerin nezerine serde ince yumor var

  10. Ruhiya Kacan Yolcuyeva Says:

    Canim Bacim Allah seni güldürsün. Mence bu sıralar gülmeye çox ehtiyacımız var.. Ve sen de gülmekle qırışların aşılacağını nezere alaraq şerini bizimle paylaşmısan. Sen Mersinden yazan qardaşımıza baxma o heç ne başa duşmeyib (necə də olsa ləhcə fərqimiz var) de seni ruhlandırmaq üçün yazır. Hə yumor üçün yazırsansa o başqa məsələ.. Ancaq nə olar yazdıqlarını şer adı altında çap eləmə.. Şairlərə ayıb edərsən…

  11. Lala Says:

    Ay xanim, bu nedir? Ne demek isteyirsiniz, bu bir yaniltmacdirmi yoxsa. Ay xanim ozunuzu biabir etmeyin-sairler adina

  12. şələ Says:

    salam.məncə bu çox mənasız şeirdi!burada cuzi də olsa məntiq yoxdu!bu şeiri oxuyanda adam həyata nifrət edir və adamın qırışları göz görə-görə artır.ancaq buna baxmayaraq Ulkərə uğurlar arzulayıram!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    imza :özum,qurtardi sözum!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  13. tayyar Says:

    sheirleriniz xoshuma geldi..alindira bilmisiz..tebrik edirem,ugur olsun Ulker xanim

  14. melek Says:

    menim muellimem olub ulker muellmie.men onu dehste cox isteyirem.seir yazdigini bilmiredim.ustunden duz 7 il kecib.ama demek isteyirem ki hec deyisilmemisizi,hemiseki kimi guleruzsunuz.

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...