Rayona çatınca yol boyu sərnişinlərin telefon oxutmasından nə qədər pəjmürdə olsa da jurnalisti AzTV-1-dəki səhər verilişindəki gördüyü bir tanışı demək olar ki şoka saldı.
Bu tanış onu tulasufat etmiş,az qala dalına dubinka pərçimləmiş,ölüncə döymüş və döyə- döyə də üstünə işəmiş eşşəkqafalı,manqurt birisi idi.
“Dayan,dayan bu ki Azərbaycan bayrağını yüksəltməkdən zaddan danışır.Aha elə o zaman duymuşdum ki hərif idmançıdı.Biz ondan ötrü özünün dediyi kimi “canlı qruşa” idik.Qoy görüm,bu ki gedib Andorrada karate üzrə dünya çempionu olub.Ay sənin hər bir şeyini…”
Sərnişinlər hoptum vətənpərvər olmuşdular.
-Azərbaycanda belə oğullar var halal olsun.
Çempion danışırdı:
-Ən yaddaqalan döyüşum erməni idmançısını məğlub etdiyim döyüş olduşBu hadisəni ömrüm boyu unutmaram.Qoy görsünlər ki Qarabağı da qaytarararıq ali baş komandanımız əmr versə.
Sərnişinlər xeyli əl çaldılar.Jurnalist baxdı ki o da əl çalır
-Ay sənin əllərin qırılsın,gör kimə əl çalırsan –dedi öz-özünə.Və növbəti köşə yazısının artıq hazır olduğunu düşündü.Maraqlı və sensasion olsun deyə sərniçinlərin də mövqeyini öyrənmək istədi:
-Əşşi mən bu gədəni tanıyıram.Heç bilirsiniz demokratiya uğrunda mübarizə aparan oğlanların başına nə oyun açıb bu alçaq?Hələ qadınları demirəm.Müxalifətçi qadınlara “YAP-a qurban” oxudurdu bu əclaf.2003-cü il oktyabr seçkilərindən sonra görəydiniz onu.
-Kəs küçük.Elə əcəb eləyib.Nə atdırırdınız meydanda.Gördük dəə müxalifəti.Yaxşı oğulsan get sən də bayrağımızı ucalt göylərə.
Sanki bu sözlör xorla deyildi.Bir qul oğlu qul tapılmadı ki onu müdafiı etsin.Hətta az qaldı ki onu budayıb avtobusdan düşürsünlər.
-Sakit ay yoldaşlar.Qoy bir tikə çörəyimizi qazanaq-sürücü narazı-narazı onu xilas etdi.
Avtobusun ölü qoyun yerişinə keçməsi ilə sərnişinlərin hay küyü də kəsildi.Bircə jurnalist başa düşmədi nə baş verdiyini.
-Sürücü qardaş,axı tələsirdiniz?
-Əşşi bu oxumuş adamlarda niyə ağıl olmur görəsən.Görmürsənmi qabaqdakı otuz bir rayon icra ba.çısınındı.Onun maşınını keçmək olar?Adamın nəslini stroya qoyarlar.
Aha,bu da mövzuya əlavə.Bu ki lap göydəndüşmə oldu.
Pəncərədən çölə baxdı.Maşın karvanı ölü qoyun yerişi ilə irəliləyirdi.Nəhayət be. –altı dəqiqədən sonra avtobus sürəti artırdı.Lakin iki ndəqiqə keçməmiş avtobus yenidən ölü qoyun yerişinə keçdi.Jurnalist məsələnin mahiyyətini başa düşdü.Qabaqda ölü aparırdılar.Hüç kim ğlünü keçmək istəmirdi.Hamı qorxurdu ki başına bir bədbəxtlik gələr ölüdən qabağa küçsə.
Qabaqda gedən ğlü jurnalist üçün köşə yazısının P.S-ini də hazır etdi.
Avtobus artıq vağzala çatırdı
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Eluca Atali
Temmuz 28th, 2008 at 18:00
Salam Bextiyar!
Azerbaycan gencliyi bugunku gercekliyi gorur, derk edir ve onu tesvir etmekden, yazmaqdan da cekinmir. Ozunde cesaret tapir. Ne heyif ki, problemin hellinin ozunde olduqunu anlamir.
Sene gorduklerini hell etmekde uqurlar dileyirem.
Senin daimi oxucun Eluca Atali.
Elxan Yurdoglu
Temmuz 28th, 2008 at 23:32
Bəxtiyarın hər cümləsini acgözlüklə gözləyirəm. Bu adam ele bil kiç 10 il bundan qabaq necə yazirdisa indi de yazdiqlarının mahiyyətində həmin problemləri saxlamaqla yeni pryomlar tapırş Bextiyar yadındadı riyaziyyat dərsi şeirin? Bunlar da hemin problemli mövzuların davamıdış Nə yaxşı kiç cesaretli genclik-sen artıq o yaşı keçmisen–nümune götürebileceyi bir hemyaşıd yazarını, şairini tapıb. Uğurlarş Naxçıvandan Elxan Yurdoğlu
Etibar
Ağustos 2nd, 2008 at 20:16
Bextiyar bey, Siz movzunuzu mueyyenleshdirmeye calishin. Heyatdan, cemiyyetden, insandan incik dushmekle ciddi bedii eserler yazmaq qeyri mumkundur.
Muasir Azerbaycan cemiyyeti haqqinda, izah etmek baximindan, oz versiyaniz olmasa, Sizin istedadiniz tezlikle gucden dushecek. Sizin yazilarinizdaki bedii baqajla bu versiyani yaratmaq mumkundur.
Ona gore de men bunlari Size yazmaq qerarina geldim.
Hekaye zeifdir.
afqan
Ekim 21st, 2008 at 10:12
Hörmətli, Bəxtiyar bəy! Mən ilk dəfədir ki, Sizin yazınızı oxudum. Çox yüksək səviyyədədir. Əsas odur ki, Siz kəmiyyət və forma standartından kənara çıxıb, məzmun və mahiyyətə üstünlük vermisiniz. Bu isə, əsərin oxunaqlılığına səbəb olur. Sizə uğurlar arzulayıram.
Adam
Kasım 24th, 2008 at 21:56
Yaxsidi, amma MUTLEQ yazandan sonra qrammatikani zadi yoxlayin. Ekser var noqteden, vergulden sonra ara buraxilmayib.
“sensasion olsun deyə sərniçinlərin də” sərniçinlərin nedi?
“Sanki bu sözlör xorla” -sözlör nedi?
Yazandan sonra basqa adama deyin sizin ucun yoxlasin, bele sehvleri tapsin. Gul kimi yazmisiz, amma bu sehvler yaman gune qoyur.
Adam
Kasım 24th, 2008 at 21:59
Yeri gelmisken, moderatordan da xahis edirem ki, bir elan elesin:
http://www.azerispellcheck.com/ saytindan spellcheck proqramin endirib, Microsoft Word-de isletlez, sozlerdeki sehvi avtomatik tapacaq. Meselen, “sərniçinlərin” yazsaz, o deqiqe gosterecek ki, sehv yazmizis “sərnişinlərin” olmalidi.
oktay azer
Aralık 18th, 2008 at 18:00
Bravo, Bextiyar, rahat oxunur!
Rübabə
Aralık 27th, 2008 at 20:54
Məzmuna gelince- oxumaq olardi, amma yreyim sixildi kontoy sozləri oxuyanda. ” ölu qoyun yerişi” nedir (qalanlarini yazmiram)Heyif deyil temiz dil, hesret qalmişam.Məgər dilimizde söz qıtlığı var?
ILQAR QULUBEYLI
Mayıs 10th, 2009 at 14:23
BEXTIYAR SALAM MENI YADINDAN CIXARMAMISAN UMID EDIREM/
HER HALDA MEN SENI UNUTMAMISAM/ NE ISE SEIRLERINI XUSUSILEDE TECNISLERINI ELXAN DEMISKEN ACGOZLUKLE OXUYURAM/ BIR SOZLE- SUPERDI. AMMA MENE ELE GELIR KI BU YAZINI CAP ETDIRMEMILIYDIN.BUNUN YERI YOXDU///TESEKKURLER
soldier
Mayıs 12th, 2009 at 11:18
Salam Bextiyar bey tekrarsiz qeleminiz var tek Ana sheirinizi misal getirmek kifayetdir. Qeleminizi bele menasizliqlarda sinamayin lutfen ugursuz alinir. Bunlar chox deyilib chox yazilib. Yarali Bextiyara bu yarashmir. Salamat qalin.(semimi qebul edilmek arzusu ile)
YUSİF
Mayıs 27th, 2009 at 00:31
Biz həmişə beləyik daa. Ay Adam sən guya bilmirsən ki, sərniçin elə sərnişindir? Ay Rübabə sən hardan biləsən ki, “qoyunların” ölü yerişi onu qurdlara qismət edir. Yuxarı Əskiparada olsaydın bilərdin. onu da deyim ki, Bəxtiyarın ləhcəsi, ifadələri onun fikirlərinə təsir etmir. Ataların bir sözü var:”zər qədrini zərgər bilər” axı savadsız svarşik hardan bilsin ki, zər nədi? Eşq olsun Bəxtiyar kimi “zərgərlərə”
Movlud
Ağustos 9th, 2009 at 19:54
Salamlar.Oglan niye senden xeber cixmir?Yazini oxudum.yaxsidir amma bir az qezeble yazilib. Calis qezebini gizle.Bu hefte ”Vetendas Hemreyliyi” tapilmirdi.Yazilarini menim emailime gonder xahis edirem.. Hacibala gile birlikde 94 il is kesdiler.Dehsetdi esi.kohne dostunu unutma a bey arada zeng ele.
Nigar
Ekim 24th, 2009 at 21:28
Bəxtiyar həmişə hoqqabazlıq edir. Guya nə isə yazır. Amma yazdıqları birqəpiklik bir şey deyil. Eluca Atalı da ona dəstək verməyə calışır. Çox hayıflar olsun ki, belə adamlar ortaya bir yazı qoya bilmədikləri halda onun bunun yazısına irad tuturlar.