(Səlim Babulla oğlunun «hava hələ qaralmayıb» şerinə)
səngərlərdə düşmənlərlə döyüşən
igid əsgər həlak odu
övladını itirən ana …
muharibəyə,düşmənə də
Vətəninə , dostuna da
əlini göyə acıb
üsyan edir yana-yana
həsrətini qoxulayır,
balasının köynəyini
ətiriylə duxulayır
qəlbindəki müdhiş açını ana-ana
bu anaycun
hava coxdan qaralıb
türmələrə,kalonlara nəzər saldım
baş catladan ağrıların, əzabların
ətirindən bihuş olub
məhbusların həyatına mən mat qaldım
mən sandım ki, çinayətin ağasıdır
çinayətlar
çəzanınsa boynubükük qulu,
özüdə gözləri sulu
aministə həyat gülür
nəfəs alır ağır-ağır təmiz havada
səmanı süzür,yada salır
itirdiyi hər anını,ad-sanını
ömürlük məhbuscünsa
hava coxdan qaralıb
«uşaq evləri» körpələrin sığınaçağı…
onları tərk edən ,kimsəsizləşdirən
valideylərin nə insafı var, nə qanaçağı…
«yetim» ismi qoyduqlarımızın
yoxdur mənəvi yeyəçəyi,
ruhi yanaçağı…
sığınaçaq va yanaçaqsız
qanaçaq sahibləri yuvasız quşlarcun
hava coxdan qaralıb
evə tələsənlər…
yağışda ,qarda dona-dona
istidə pişə-pişə pul qazanlar…
«hamar» yolda yolunu azanlar…
düzü düz,əyrini əyri yazanlar…
ici boş qazanlar…
mənasız,donuq,yoruçu və tutqun anlar…
bu anları yaşayanlar…
onlarcun
hava coxdan qaralıb
yalan atlı,həm də qanadlı
doğru piyada,
gəzdiyi məkansa «kimsəsiz» ada
arxasınça qacır qanadlı yalanın
hayqırmaq ona,
qarğımaq «yox olsun» deyə
yalan bir cürük meyvə
doğru səssizliyi duyma həqiqəti
sonsuzluğa dağru uzanan
yola boylanan məsum baxış
rəzillikdən qacış
varlığı yoxluğa cevirən,
sükutu səs-küylə pozan yalancun
hava coxdan qaralıb
tabutda kəfənə bürünənlər
sağikən ölü olanlar
biz yoxikən varıq
varikən yox
varlıqla yoxluq arasında dayananlar-
bədənlərini satanlar
«fil» qulağında yatanlar
aranı qatanlar
onlar aralıq mövqedə dayanmışlar
nə dünənləri var,nə sabahları
bugün varsalar da,
nəfəs alan «yox»lardır
o «yox»larcun
hava coxdan qaralıb
yatmaq istəyirik
geçənin qaranlığında
çismimizin yox,
ruhumuzun dinçəlməsidir məqsəd
inçidir bizi yolumuza hər
cəkilən sədd
pak ruhumuz günahkar bədənimizi
edə bilmir rədd
payız gəlir…
yarpaqlar saralır
ölümə məhkum çismimiz kimi
ardınça qış…
soyuqdan bədənimiz qırışmış
sonra bahar və yay…
günlərini yaxşı say
ölümə doğru yol alan bədən
kəfənə və tabuta qonaq olur
ruhumuzsa yad məkana əbədiyyən
kəpənək tək qonur
çismimizcün
hava coxdan qaralıb
Ölümə doğru
böyüdükçə səhvlər edərik
peşman olarıq mövçudluğumuzdan
səhvlərlə də böyüyərik
səhvlər səbəblərin nətiçəsi
nətiçə isə əzabların səbəbidir
ədavətdən fəsad törəyər
məhəbbətdən çütlük
məhəbbət cox elementi
birləşdirib tam yaradar
nifrət isə tamdən
cox element
və cox zaman məhəbbətdən
güçlü olar
istədiyini əldə etmək ücün
hər qapıya üz tutur
məhəbbət və nifrət…
… onlar yaxın yaşayan qonşu
bəzən «mən»i məndən alıb
qacmaq istərəm
iradəmə inad
cünki bədən iradə
vəziyyətində məçburdur
iradəmi bədənə həbs edib
ruhumla qacmaq
azadlığa
ölümə doğru yol almaq…
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Eli Elioglu
Ağustos 1st, 2008 at 16:26
Salam Gulnar. Maraqli sheirlerdir, amma kiminse sheirine sheir yazarken diqqetli ol, Selim Babullaoglunun sheirinin adi “Hava hele qaralmayib” yox, “Avqust”dur. Sadece olaraq sheirdeki butun bendler “Hava tam qaralmayib misrasi ile bashlanir”. / Ugurlar!
habil
Ağustos 1st, 2008 at 17:19
Gulnar bu gun sen bir daha subut etdin ki Azerbaycan Nigarlari.Hecerleri yasayir.Halal olsun sene.serlere soz ola bilmez.Ardi gelsin.
Aysel N.
Ağustos 2nd, 2008 at 19:30
Gülnar,maraqlı şeirlerdir.Birinci şeir düzdü bir az çoxdur kimse sebr edib axıra qeder oxumaya biler,ancaq o şeirde sen ne düşünceyle hansı mövzuları ne şekilde açıqlamaq istediyin axıra qeder oxunduqda daha aydın şekilde göze çarpır.İkinci şeir ise düşündürücü ve çox menalı şeirdir.
“Böyüdükce sehvler ederik
peşman olarıq mövcudluğumuzdan
sehvlerle de böyüyerik”
UGURLAR!
SAHin
Ağustos 3rd, 2008 at 21:49
Men prinsip etibarile uzun yazilari oxumuram. Lakin felsefi yazilardan xosum gelir. Bu baximdan sizin seirleriniz zegin idi. Lakin uzun yazilari xoslamadigim ucun haqli oldugumu oz-ozume isbat etdim. Birinci seirinizde bezi yerlerde fikri hedden artiq uzadib, lazimsiz sozler isletmisiniz. Daha qisa yaza bilerdiniz.
Xususi olaraq Azerbaycan diline muracietiniz meni sevindirdi. Hercend ki, turk dilini Azerbaycan dilinden daha sehvsiz isletmisdiniz, lakin men bu movzuya girmek istemirem.
Ugurlar..
SoNəfəs
Ağustos 7th, 2008 at 00:44
Gulnar, maraqli serlerdir. Belke de uzun seir kimese cansixici gorunur, ama birinci yazdigin seir uzun olsa da cansixici deyil – tebii ki, menimcun. Yene de ugurlar…
məmməd savalan
Ağustos 8th, 2008 at 04:29
hörmətli Gülnar!
nə gözəl adın var, təbrik edirəm! Şəklin də şairanədir. Əlini qulağnın dibinə qoyub, harasa uzaqlara baxırsan. Adamın yadına xalq mahnıları düşür.Amma, təəssüf ki, sənin şeir adlandırdığın “fəlsəfi” esse kimi bir şeydir.Heç olmasa dərslik kitabından bir-iki abzast köçürüb bizə təqdim etsəydin daha maraqlı olardı… Hərdən-birdən vaxtın olanda klassiklərimizi də oxu:
Pəhləvanlar badipalar səgridəndə dordnala,
Tifl həm cövlan edər, əmma ağacdan atı var. (M.Füzuli)
Sənə harda istedadın varsa, orda uğurlar!
Şeir xəlçə kimi bir şeydir, sicim-çatı deyil.
gulnar abdulla qizi
Ağustos 11th, 2008 at 15:21
evvela sherh yazdiginiz ucun minnetdaram.eli,selim muellimin sheirinin adinin “avqust” oldugunu 1 az gec bildim.nedense menim yadimda bele qalmishdi.buna gore de selim muellimden uzr isteyirem.cox sag ol shahin,sehvlerimi bilmek isterdim.savalan muellim ,menim meqsedim shair olmaq deyil,hem de menim yazdiqlarim her kesin zovqunu oxshamaya da biler.eger fikir verdinizse ,yazdiqlarim dedim.yeni menim yazdigim hekayeleri de ,sheirleri de esse ,miniatur ve s. “yazi” adlandiriram.peshakar deyil,heveskar olaraq nese yaziram.ve mence hec neyi serhedlemek olmaz.belke de olar ,ancaq bunu mehz ozumuz serhedlediyimiz ucun bu ele bize de aid olur.fikirlerim coxdur…yene de cox sag olun
məmməd savalan
Ağustos 11th, 2008 at 21:33
Hörmətli Gülnar xanım!
Fikirlərinizlə razılaşıram ki, siz həvəskarsınız, peşəkar deyilsiniz. Amma Dədə Korğlu demiş:
Çünki oldun dəyirmançı,
Çağır gəlsin dən Köroğlu!
Mənim tənqidi qeydlər yazmaqda məqsədim kiminsə qəlbinə dəymək deyil, ədəbiyystımıza ciddi münasibət bəsləməyimdən irəli gəlir. Şübhəsiz ki, hər biriniz, elə siz də şair olmasanız da, poeziyanı, sənəti anlayan, ondan yüksək zövq ala bilən bir insan ola bilərsiniz. Və gələcəkdə kimin peşəkar, kimin həvəskar olacağını təkcə şənətşünaslar deyil, həm də zaman deyəcək! Bir şair omründə bir gğzəl şeir yazıbsa, demək onun ömrü, əziyyəti hədər getməyib. Bu mənim qənaətimdir.Və bir də yazdıqlarınızı özünüz düşündüyünüz kimi deyil, oxucuların (bəzən sevimli, hətta bəzən də qərəzli) necə başa düşəcəyini də nəzərə alın. axı hər bir oxucunun yanına gedib ona izahat vermək mümkün deyil.
Sizə bir daha uğurlar diləyirəm.
Leyla Mövsümova
Ağustos 13th, 2008 at 13:02
Məm də uzun yazıları xoşlamıram amma oxudum.
Ümumi fikir yaxşıdı amma yazılarında fikirlər arasında kecid pozulur. Fikirlər bağlanmır bir-birinə.
UĞURLAR SƏNƏ.
gulnar abdulla qizi
Ağustos 15th, 2008 at 00:22
minnetdaram,fikirleriniz nezere alinacaq.
baxtiyar elcan
Eylül 21st, 2008 at 12:44
deyesen siz rep yazirsiniz
A.Uğur Olgar
Eylül 26th, 2008 at 13:35
Ezizim sevgili Gülnar, salam.
Uzun nefesli şeirini çox beyenereq oxudum. Hem de axırına qeder. Şeirinde çox gözel, felsefi, insana dair ve her vaxt güncelliyini ittirmeyen şeyler deyirsen. 2-ci şeirin de gözeldir. 2-ci şeirin serbeste şeir ve formalarına 1-ci şeirden daha yaqındı. Bele yazmaya devam edirsen serbeste şeirde çox daha gözel eserler vermeye başlayacayını söyleye bilerem. Şeirlerin düşündürücü ve menalıdı, amma bir de bele çox modern bir serbeste şeir forması ile yazıldıyında daha da mökemmel ve möhteşemleşir. Hele ki 2-ci şeirinin son mısraı şeirin lap quvveli mısrasıdı. “Ölüme doğru yol almaq”.. Eslinde her vaxt, her an hamımız ölüme doğru yol alırıq, hetta doğulduqdan başlayaraq ilq ağlamayımızdan itibaren ölmeye başlarıq. Amma, insan üçün esil ölüm deyesen çox sevdiyi birinin sevgisinin sona çatdıyı vaxtde ola biler.. Bunun adı ise “sonsuz ayrılıq” olsa gereq. Ne ise, sevgili Gülnar, sene bu şeir ve edebiyyat yolunda uğurlar arzulayır, başarılar dileyirem. İnşallah yaqında Baki-ne geldiyimde şeir haqqında bol bol danışırıq. Sen daima bele yazmaya devam et, çox oxu, az ve doğma yaz, modern serbeste vezin formalarını işle.. Bax göreceqsen, Gülnar Atakişiyeva nece bir şair olacaq. Salamat qal, helelik..
A.Uğur Olgar
gulnar atakishiyeva
Eylül 29th, 2008 at 01:08
bextiyar elcan ve ugur muellim ,sherhleriniz ucun minnetdaram.ugur muellim, dediklerinize diqqet yetirecem.INSHALLAH tezlikle sizi burada gormek umidile
Selim Babullaoglu
Ekim 10th, 2008 at 21:15
Sizi sheir munasibeti ile tebrik edirem. Sheirde toxundugunuz problemler oldugca vacibdi…Urek agridandi…Men Sizin kimi dushune bilmezdim ve ne yaxshi Sizi kimi dushunenler.Var. Eslinde “Avqust”un meseleye ele ciddi dexli yoxdu, Siz sadece olaraq ondan (misravi olaraq) cixish noqtesi kimi istifade elemisiz.Ve belke istinad etdiyiniz sheir boyuk olduguna gore Siz de boyuk yazmisiz,hercend toxundugunuz problemler ozu de epizm teleb edir.Size ugurlar.Selim Babullaoglu
Selim Babullaoglu
Ekim 10th, 2008 at 21:18
he bir de imkaniniz olsa mene babullaoglu@rambler.ru unvanina sheiri gonderersiniz,men saytdan goture bilmedim, qabaqcadan teshekkurler…S.B
Tural Behbudov
Ekim 30th, 2008 at 00:43
Salam eziz bacim! Seirlerini oxudum! Cox menali ve dusundurucu idi. Ugurlar arzulayiram!
Füzuli YAVƏR
Aralık 21st, 2008 at 00:35
Ədəbiyyatda “həvəskar” sözü işlətmək, məncə, düz deyil. Ədəbi nümunə kamildirsə onun müəllifinin professional, ya qeyri-professional olması heç kimi maraqlandırmır. Uğurlar…
gulnar atakishiyeva
Aralık 21st, 2008 at 22:22
cox sag olun,fuzuli muellim.ancaq menim yazilarima sherh yazmamisiniz.beli men de deyirem ki,heveskar olaraq yaziram.bilirsiz niye?cunki ele yazarlar var ,ele eserler var.yeni menim yazilarim hec nedir.ne vaxtsa peshakar seviyyesine cata bilsem,o zaman pewakar deye bilerem.fikirlerimi sizinle bolushdum.ancaq her halda sizin kimi insanlarin sherhleri cox maraqlidir.
Füzuli YAVƏR
Aralık 30th, 2008 at 00:37
Gülnar xanım, mənim kicik qeydimə münasibət bildirməyiniz, məndən daha nə isə eşitmək istəməyiniz səbəbindən yenə Sizə yazmaq istədim… Əlbəttə, yenə geniş müzakirə açmaq fikrində deyiləm.
Seerlərinizdəki müəyyən çatışmamazlıqlar barəsində məndən əvvəlki
qələm sakinləri dəqiq rəy söyləyiblər. Yalnız onu əlavə etmək istəyirəm ki, təzə yazmağa başlayanlardan fərqli olaraq Siz “dağlar-bağlar” demirsiniz, “ey bivəfa yar” demirsiniz, “vətən belə gəldi, vətən belə getdi” demirsiniz, hər nə deyirsinizsə, necə deyirsinizsə də yalnız özünüz kimi deyirsiniz. Sənətdə hər kəsin
öz səsi varsa, demək özü də var. Bu cür davam etməyinizi arzulayıram…
P.S. Bu nədir, başım çıxmır, əgər biz azəri dilindəki caytdayiqsa,
kompüterlərin hamısında bizim şriftlər varsa, türkcə, ingiliscə
yazmaq nə deməkdir? Bu, əlbəttə təkcə Sizə aid deyil… F.
məmməd savalan
Ocak 4th, 2009 at 14:44
Hörmətli Gülnar xanım!
Sizə əvvəla, heç olmasa ona görə böyük bir təşəkkür düşür ki, bir-iki yazınızla neçə-neçə adamların savad səviyyəsini üzə çıxarmısınız!
Cümləsi kiçik hərflə başlayan məqalənizdə müharibənin bitməməyinəmi işarə vurursunuz, yaxud uzun vaxtdan bəri “atəşkıs” olduğu halda biqeyrət “komandirlərin” döyüb öldürdüyü əsgərdən söhbət gedir?! Bu mənə bir oxucu kimi çox qaranlıq qaldı! “Həsrəti qoxulayır” ola bilsin, poetik ifadədir, ancaq “balasının köynəyini ətiriylə duxulayır” nə deməkdir?! “Duxu” rus dilindəki ətriyyat mənasında işlənən “duxi” sözünün loru dildə, yəni ədəbi olmayan jarqon kimi işlədilir. Hər bir yazarın, yaxud pozarın əlinin altında həmişə “Azəarbaycan dilinini orfoqrfiya lüğəti” olmalıdır ki, istifadə etsin. Mətbuatı zibilləməsin.
Xanım qız, heş olmasa durğu işarələrinə, dilimizə hörmət edin.
Çünki Vətən sevgisi, torpaq sevgisi, o sevginin doğru-dürüst izharı elə ordan başlayır! Yaltaqlardan uzaq ol, pnlar sənin olan-qalan istedadını da məhv edəcəklər!
Yavər bəylə də razıyam ki, yazılarıazərbaycan əlifbası ilə yazmaq yaxşıdır. Mənim də çin və erməni əlifbasından başım çıxır, amma oxuculara hörmətimdən istifadə etmirəm!
Hamınızın Yeni İliniz mübarək, can və ağıl sağlamlığı, yaradıcılıq uğurları, xoşbəxtlik arzu edirəm!
gulnar atakishiyeva
Ocak 26th, 2009 at 20:51
Fuzuli Yavər ve Məmmd Savalan,sizə öz təşəkkürümü bildirirəmki ,qiymətli zamanınızı ayırıb “yazı”larımı oxumusunuz.qiymətli tənqidləriniz görə minnətdaram.
məmməd savalan
Şubat 8th, 2009 at 20:47
Hörmətli Gülnar xanım! Siz bəlkə də Azərbaycan ədəbiyyatında ədəbi təndqidi doğrudan da qəbul edə bilən yeganə adamsınız! Həqiqətən, bu özü elə böyük istedaddır. Çünki, ağıllı məsləhətlərə qulaq asa bilmək elə özü gözəl ağıl əlamətidir.Yaradıcılığınıza gəldikdə isə, xoşunuz gəlməyənləri təqlid etməyin, xoşunuz gələn müəlliflərdən daha yaxşı yazmağa çalışın. Şübhəsis ki, gec-tez alınacaq. Bir də ki, sirr olmayan bir şərt də var ki, müəllifin ümumi elm, təhsil və mədəniyyət səviyyəsi nə qədər yüksək olarsa , istər şeirləri, istərsə də başqa yaradıcılığı bir o qədər oxunaqlı olar. Çünki, yüksək sənət yüksək intellektin məhsuludur, başqa yol yoxdur. Sənə bir daha uğurlar!
Elmar Vuqarli
Mart 11th, 2009 at 16:27
Ne ise… Sozum qurudu. Bunlar sheir deyil. Sanki “shaireni” yuxudan kal oyadib yazdiribsan.Bunlar olsa-olsa sayiqlamalardir. Gozel sayiqladiginiz uchun Size minnetdaram!Yashasin Azerbaycan choluq-chocuq edebiyyati!
gulnar atakiwiyeva
Mart 30th, 2009 at 13:10
elmar bey,her kesin muxtelif duwunce terzi var.sizin menim yazilarima olan munasibetiniz menim sizin werhinize olan munasibetimle eyniyyet tewkil edir.en esasi ise vaxtinizi ayirib oxudugunuz ve werh yazdiginiz ucun minnetdaram.
HABİL YASHAR
Mayıs 12th, 2009 at 22:57
gozel serlerine gore zirvelere layiqsen .edebiyyatimizin layiqli davamcisi ve elmimizin gorkemli numayendesi
habil yasar
Mayıs 14th, 2009 at 10:06
Elmar bey sen yeqin ki hele muasir edebiyyatdan xebersizsen ya da genc nesli oxumursan.o ki qaldi Gulnar xanima o oz uzerinde cox calisir ve Azerbaycan elmine edebiyyatina xidmet edir.bir de biz hele boyuk edebiyyatin kicik numayendeleriyik.geleceyi bilmek olmaz.belke bu gun beyenmediyin bu xanim geleceyin Natevani/Meshetisi olacaq.Allah her seyi daha yaxsi bilir.Yasasin edebiyyati yasadanlar!
watches
Mart 15th, 2010 at 09:15
OK. Bless you on your mission. watches
watches
Mart 15th, 2010 at 09:19
It is a decent idea. watches
Leyla Mətin
Nisan 7th, 2010 at 10:20
Əzizim Gülnar,
mənim şərhçilərə yazdığım cavabları diqqətlə oxumusan, deyəsən. Tolerantlıq xətrinə, ironiyaqarışıq “təşəkkür” lər mənim şərhlərimdə boldur. Bəlkə bu bir-iki ilə qocalmışam, amma indi haqsız olduğum halda məğrur-məğrur özümü müdafiə elədiyim o şərhləri oxuyanda xəcalətqarışıq hislər keçirirəm. O vaxt məmməd savalanlara ironiya ilə ünvanladığım təşəkkürləri indi bütün qəlbimlə bildirmək istəyirəm:-sag olun! Nə yaxşı ki, varsınız, bizə baş qoşub nəsə yazırsınız, ətəyindən tutub bir şeylər öyrənə biləcəyimiz kimlərsə var!
Leyla Mətin
Nisan 7th, 2010 at 10:32
Bu yazıların gözəl əsərlər yaza biləcəyinə inam verir. Axı biz “optimist nəsil”dən tərbiyə almışıq -). Gözdə-qulaqdayam. -) Uğurlar!!!
gulnar abdulla qizi
Nisan 10th, 2010 at 23:07
eslinde,duwunce terzime her kesin fikrine hormet beslemek xasdir,tehqirleri deyil,her cur tenqidi qebul edirem.hem de her kesden nese oyrenmek kimi niyyetim de var.inanin ki, tewekkuru butun qelbimle edirem.werhlerinizcun tewekkur.netice cagirmaga caliwacam.