Monthly Archives: Ağustos 2008

Arzular

Arzularım zəncirlənib
Ömrümün zindanında…
Qədrini bilmək istəmirəm bəxtimə düşən anın da.
Ümidlərim yol gedir
Yıxıla dura.
Sabahlar da sənsiz açılır
Könlümü qıra qıra.
Daha gülə bilmirəm
Gözlərimin içinə.
Sevgimiz vəsiyyət etmişdi mənə
Keçinə-keçinə:
Çalış heç kimi sevmə….

Sevgim

Səni çox sevirəm
ölümünə sevirəm.
Yuxularını gəzərəm,
sənə həmdəm olaram.
Sənə sevirəm deyib,
dodağından öpərəm.

Şou-biznes

İllərdi ki, dillərdə olub car şou-biznes,
Etmiş bu sənət meydanını dar şou-biznes!
Dostlar, bu sənət meydanı gör kimlərə qaldı,
Hər yoldan ötən ulduz olub oynadı, çaldı…
Yazıq peşəkarlar, korifeylər yalan oldu,
Bunlar nə “əmək” çəkdi, əməkdar adı aldı?
İxrac eləyir yoxsa əməkdar şou-biznes?

Ətri gəlir

Eşqimin yazında qarmı yağacaq?
Çiçəkli dağlardan çən ətri gəlir.
Vərəqlədim, oxumağa gecikdim,
Həyat kitabımdan tən ətri gəlir.
Dünyanı dərk edib, duyub, qanalı,
Könlüm sevincini oldu danalı,
Yoxsan, həsrətinin əli xınalı,
Vüsalın saçından dən ətri gəlir.

Yollar

Bu yollar qəsdimə durublar nədir,
Elə addımbaşı yıxırlar məni.
Yollarda tələlər qurublar nədir,
Canımın içini sıxırlar mənim.
Yol var ki,küçənin başından keçir,
Məzar daşı kimi cansız,soyuqdur.
Yol var ki,gözümün yaşından keçir,
Elə qəlbim kimi oyuq,oyuqdur.

Yaxşı anaların oğulları

Martın 3-ü, onun sevimli günüdü. Həmişə martın 3-ü olanda elə bil günəş də səxavətli olurdu, havanı elə isidirdi ki, adam ilıq yaz səhərində bir yerdə qərar tutmur, gəzmək, dolanmaq, zarafatlaşmaq, nə isə ürəyəyatan bir iş görmək istəyirdi. Elə bil tozlu-torpaqlı küçənin də tozu çəkilərdi, deyingən qonşu kişi də dilindən güldən ağır bir söz çıxarmazdı martın [...]

Xoşbəxtlik çiçəyi

İnsan ömrü boyu axtarır onu,
Ona qovuşmağa can atır hər gün.
Elə insan var ki, bir ömür boyu
Onun həsrətilə soldurur hüsnün.
Biz də axtarmışıq onu illərdir, -
Budur, qarşımızda durub o çiçək.
O, necə zərifdir, necə gözəldir, -
Biz qıymasaq, bir başqası dərəcək.