Bu yollar qəsdimə durublar nədir,
Elə addımbaşı yıxırlar məni.
Yollarda tələlər qurublar nədir,
Canımın içini sıxırlar mənim.
Yol var ki,küçənin başından keçir,
Məzar daşı kimi cansız,soyuqdur.
Yol var ki,gözümün yaşından keçir,
Elə qəlbim kimi oyuq,oyuqdur.
Kor yolçu olmuşam,əlim göydədir,
Bir işıq ucunun sorağındayam.
Əlimin içini arzu göynədir,
Dilin tənəsində,qınağındayam.
Dəli şeytan deyir dur bu yolların,
Üstünü üstdə qoy,altından yeri.
Hardasa ümidi kəsən qolların,
Bir deyil,yeddinci qatından yeri.
Ya Rəbbim,qoyma ki özümdə itim.
Pisə pislik edib pislikdən bezim.
Ağ yolu bunlara ver ki,mən yetim
Qara yollarımda asudə gəzim.
***
Biri var, biri yox, hər ikisinə,
Nəmli baxışlarla baxıram bu gün.
Yarı ac, yarı tox, hər ikisində,
Dişə saman çöpü taxıram bu gün.
Nə olsun gülürəm, güldüyüm zaman,
Güldüyüm şeylərə gülməyim gəlir.
Hər nəsə örgənib, bildiyim zaman,
Bildiyim şeylərdən ölməyim gəlir.
Boz bulud tər kimi çöküb alnıma,
Əl atıb silməyə taqətim qoca.
Bu fələk bir ağac əkib alnıma,
Onun da kölgəsi kölgəmdən qoca.
Ömür halqalanmış qoca bir çinar,
Əl açıb biz ondan can diləyirik.
Assaz özümüzü göydən göy sınar,
Biz qoca çinarın göy dələniyik.
Dünya, sən həm varsan, həm də yox kimi,
Səni danmaq yasaq,danmamaq yasaq.
Sən Allah gözümə girmə ox kimi,
İmkan ver, heç yoxsa bir şeir yazaq..
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Pervane
Avqust 6th, 2008 at 17:02
Hə, Elnarə xanım, oxudum şeirlərinizi… İndi başa düşdüm ki, niyə bəyənməmisiniz mənim şeirlərimi. Biz çox fərqliyik şeirlərimizdə. Məndə belə şeir yoxdur, bu cür şeir yazmağı sevmirəm. Mən şairə olmaq fikrində deyiləm, sadəcə, yazdıqlarımı ruhuma yaxın insanlarla bölüşmək istəyirəm.Burda olmağımın səbəbi də budur. Ümid edirəm ki, kimsə indi və ya daha sonra mənim şeirlərim arasından özünə yaxın birini tapacaq. Mən sadəcə, nə vaxtsa keçirdiyim hisslərimi bölüşmək istəyirəm sevənlərlə. Bilirəm ki, sevib-o hissləri keçirənlər məni anlayacaqlar.
Sizə heç nə deyə bilməyəcəm, çünki o cür şeirlər mənim zövqümdə deyil. Mən daha müasir, qəlbə yaxın, romantik şeirləri sevirəm. Sevgi şeirlərini… Hər halda, sizə öz sahənizdə uğurlar.
Məni səhv başa düşməyin, kinli deyiləm və bu, acıqla yazılmış bir şərh deyil. Səmimi oldum və sizə mütləq yazmalıydım, məni anlayırsınız yəqin. Bir daha uğurlar!
Elnarə Şəms
Avqust 7th, 2008 at 01:08
Hörmətli Pərvanə xanım,niyə elə düşünürsünüz mən yazınızı kinlə yazılmış şərh kimi qəbul edirəm,əsla.(Axı mən Sizə bu fikirlə yazmamışam,deməli belə düşünə bilmərəm).Əksinə təşəkkür edirəm.Fikrinizi daha geniş bildirsəydiniz,nəyə görə belə şeirlər zövqünüzdə deyil.İnanın Sizdə mənə,Sizi başa düşürəm.Ancaq buna baxmayaraq özümə borc bilirəm yazmağa,
—Şeir xatirə dəftəri deyil məncə!
Ömür halqalanmış qoca bir çinar,
Əl açıb biz ondan can diləyirik.
Assaz özümüzü göydən göy sınar,
Biz qoca çinarın göy dələniyik.—Heç olmazsa bu beyti diqqətlə oxusanız,yəqin ki mənimlə razılaşarsınız ki,həyat təkcə xatirələrdən ibarət deyil.Qaldı mənim şeirlərimə söylənilən hər bir tənqid mənim üçün səmərəli keçirtdiyim 45 dəqiqədir,(çünki mən ŞAİR olmaq arzusundayam)hörmətlə.
SAHin
Avqust 7th, 2008 at 13:50
Her bir seire gosterilen munasibet eslinde yazara yox, onun yazdigi seire ve umumiyyetle seire gosterilen munasibetdir. Her oxucunun seire munasibeti eyni olmaya bilir. Eslinde edebi muhit bele kolorit olmalidir.
Men bu tip “heyat”i seirleri cox da xoslamiram. Ancaq maraqli fikirler tebii ki, insana xos gelir. Ancaq mene catmayan bezi fikirler var. Mes: Yollarda tələlər qurublar nədir,
Canımın içini sıxırlar mənim. – Tele canin icini sixmaqdan yanami qurulur eslinde? Bu beytden menim anladigim fikir bu idi.
“Əlimin içini arzu göynədir,” – cox yaxsi ifadedir, amma arzu sozu burda eslinde hansi sozun yerinde isledilib? Yeni ki, bu ifade mecazi menadadir, heqiqetde arzu sozunun yerinde ne olmalidi?
Mes: Ozumu 9-cu mertebeden ataram – Ozumu qemli seirlerden ataram.. Bu kimi..
“Hardasa ümidi kəsən qolların,
Bir deyil,yeddinci qatından yeri.” – Burda da ne demek istediyiniz aydin deyil. Qollarin bura ne dexli var?
“Biri var, biri yox, hər ikisinə,
Nəmli baxışlarla baxıram bu gün.
Yarı ac, yarı tox, hər ikisində,
Dişə saman çöpü taxıram bu gün.” – burda sohbet iki neden gedir? Iki mechulluq var.. Dise saman copu taxmaq – da yerine dusmeyib.
“Boz bulud tər kimi çöküb alnıma,” – men bilen buludun cokme xassesi yoxdu. Adeten duman cokur.
“Ömür halqalanmış qoca bir çinar,
Əl açıb biz ondan can diləyirik.
Assaz özümüzü göydən göy sınar,
Biz qoca çinarın göy dələniyik.” – bele cixir ki 1)omurden can dileyirik?? 2) “Assaz” ne demekdi?? Bu sozun bu benddeki funksiyasi nedi? Mence, bu bendi menasizlasdirmaq funksiyasini heyata kecirir. Qoca cinarin goy deleni, yeni omrun goy deleni(yazdiginiz bendden bele cixir).. Tutaq ki, biz omrun goy deleniyik.. Burda neyi nezere catdirmaq istemisiniz?
“Hec yoxsa” birlesmesini de birinci defedir ki, gorurem.. Yenilikdir.
Bunlardan elave bir-iki yerde ugursuz qafiyeler ve.s.de var idi.
Bunlarla birlikde maraqli fikirler de var idi.. Mes:
“Kor yolçu olmuşam,əlim göydədir,
Bir işıq ucunun sorağındayam.”
məmməd savalan
Avqust 8th, 2008 at 05:12
Elnarə Şəmsin şair olamq istəyi çox gözəl istəkdir. Məhsəti, Heyran xanım, Natəvan kimi gözəl qadın şairləri olan Azərbaycan ədəbiyyatında buna həmişə ehtiyac var. Və şübhəsiz ki, bu iki şeirlərinə ötəri nəzər salmaqla da onun istedlı bir qələm sahibi olduğunu göstərir. Hələ bu şeirlər tam deyil, bitkin deyil, bu mənada Şahin bəyin cox obyektiv və məzmunlu qeydləri ilə şərikəm. Hələ Elnarə xanımın ədəbiyat təcrübəsi, peşəkarlığı çatmır. halbuki,
“Yol var ki, gözümün yaşından keçir”, “Dünya sən həm varsan, həm də yox kimi” misraları onun incə poetik duyumundan xəbər verir. Və elə bu misralar ətrafında tam bitkin poetik lövhə də yaratmaq olardı. Şübhəsiz ki, o gələcəyin, inadkar zəhmətin işidir. Şair dili dilçilərdən də üstün bilməlidir, həm qrammatik, həm də üslub baxımından!
Xalq şairimiz B.Vahabzadənin ifadəsi ilə desək:
Siz ey bizdən sonra şeirə gələnlər,
Bu çətin yollarda uğurlar sizə!
Vüqar
Avqust 8th, 2008 at 11:12
Maraqlı şeirlərdir Elnarə xanım. Uğurlar diləyirəm.
Aysel N.
Avqust 9th, 2008 at 11:54
Nə olsun gülürəm,güldüyüm zaman,
Güldüyüm şeylərə gülməyim gəlir.
Hər nəsə örgənib,bildiyim zaman,
Bildiyim şeylərdən ölməyim gəlir.
Elnarə xanım,bizim əziz ŞƏMSİMİZ uğurlar yolunuz açıq olsun.Qələminiz heç susmasın.
leyla
Avqust 9th, 2008 at 12:15
Men de eynile Sahin kimi sherinizi xirdalasam ozum ucun cox suallar meydana cixacaq,ona gore de men bele sherlere no comment deyib kecirem.
ve bele sherler zovqume ,adushunce terzime gore deyil.
mence yaxshi shairin sheirinde bele terz suallar meydana cixmamalidir.
shairin 1cumlesi hem qeyri adi ,amma agila gelmeyen eyni zamanda basha dushulen olmalidir,oxucu demelidir ki,aa men hec bele fikirlesmemishdim bunu,meselen.
Lakin siz yazmisiniz ki,shaire olmaq isteyirsiniz yaxshi shaire olmaq cetindir,amma istek varsa cox calishmalisiniz.
menim en xoshuma gelmeyen bir shey var ki,genc yazarlarda sonlugu eyni qurtaran bosh soz yigini yazib sher deyirler.
belkede sherlerde qeyri adi,maraqli fikirler olur,amma sheri o qeder insani yorur ki,o maraqli fikirde itib batir.
neise
yenede yaradiciliq isteyinizi yuksek qiymetlendirir,size ugurlar arzu edirem
Xatirə Vaqif
Avqust 9th, 2008 at 17:16
Yol var ki uca bir dağa yol alır
Məni zirvələrə aparmaq üçün.
Hardasa köhnə bir cığır qocalır
Məni keçmişimdən qoparmaq üçün.
Bu mənim Elnarə xanımın Yollar şerinə yazdığım şerdən bir parçadır.Şeir gözəl olanda ondan yeni şeir alınır.Bu gözəl şeir üçün sağ olun Elnarə xanım…
Elnarə Şəms
Avqust 10th, 2008 at 02:10
Hörmətli şərh yazanlar,ilk öncə hər birinizə minnətdarlığımı bildirirəm dəyərli vaxtınızdan ayırıb şeirimə şərh yazdığınıza görə.
Pərvanə,Xatirə,Aysel,Leyla xanıma,Şahin,Məmməd Savalan,Vüqar bəy hər birinizə.
Hörmətli Şahin bəy şərhinizdə fikirlərinizi,iradlarınızı və suallarınızı ətraflı yazdığınız üçün minnətdaram,çalışaram cavab verim,əgər razı qalmasanız üzürlü hesab edin.Əslinə qalsa elə bəzi sualınıza Siz özünüz cavab vermisiniz.
Yollarda tələlər qurublar nədir(hazırda “nədir” sözü dəyişilib olub “Sanki”)
Canımın içini sıxırlar mənim…
Yollar deyəndə mən bizim gündəlik işdən-evə,evdən-işə getdiyimiz yolları nəzərdə tutmuram.Tale yollarıdır bu yollar.Tale deyil(onu desək küfr edərik)tale yollarında bəzi üzdəniraqların qurduğu “tale tələlərindən”söhbət gedir.Bəli o tələlər mənim nəfəsimi kəsir,boğulmaq dərəcəsinə çatıram,sıxırlar məni.Bu haqsızlığa,ikiüzlülüyə,riyakarlığa tab gətirməyəndə çəkilib hardasa bir gizli yerə ucadan adamın bağırmağı gəlir,bəlkə bir az rahatlana deyə,dərindən nəfəs almaq istəyir adam,buna da imkan vermirlər.Hara gedirsən kölgə kimi ardınca gəlirlər.Sən isə susursan,danışan yalnız canındakı səssizlikdir…
Kor yolçu olmuşam,əlim göydədir,
Bir işıq ucunun sorağındayam.
Əlimin içini arzu göynədir,
Dilin tənəsində,qınağındayam.
Səssizlikdə itib batan MƏNİM üçün əl açıb işıq diləyirəm Allahdan,arzunu dilədiyim üçün də dilimin qınağına düşürəm.Əslinə qalsa bu fani dünyadan heç nə ummamalıyıq,heç nə.Buna görə də əlimin içinə qonan arzu əlimin içini yandırır(Tanrıdan yalnız və yalnız günahların bağışlanmasını diləmək lazım olan halda biz hərdən başqa şeylər də diləyirik….)
Mes: Ozumu 9-cu mertebeden ataram – Ozumu qemli seirlerden ataram.. –Xeyr,çox üzr istiyirəm,ancaq mənim yazdığımla bunun arasında yerlə göy qədər fərq var,mən özümü şeirdən və yaxud başqa yerdən atmaram.
“Biri var, biri yox, hər ikisinə,
Nəmli baxışlarla baxıram bu gün.
Yarı ac, yarı tox, hər ikisində,
Dişə saman çöpü taxıram bu gün.”
Niyə nəmli baxışlarla baxıram hər ikisinə?
Şahin bəy dünya dediyimiz boşdur,boş.Burda anlaşılmayan heç bir şey yoxdur.
Dişə saman çöpü taxıram bu gün.” -şifahi xalq ədəbiyyat
ından götürülmüş dərin və çoxmənalı bir fikirdir.
Bu bəndin açması ikinci bənddədir.
Gülürəm,güldüyüm şeylərə belə gülməyim gəlir.Hər dəfə yeni nəsə örgənəndə(bağışlayın ancaq mən yemək bişirməyi nəzərdə tutmuram,digər dünyamızı nəzərdə tuturam) ölməyim gəlir.Dörd əlnən bərk bərk tutub buraxmaq istəmədiyimiz dünyanın mənasız olduğunu anladıqca!!!
“Ömür halqalanmış qoca bir çinar,
Əl açıb biz ondan can diləyirik.
Assaz özümüzü göydən göy sınar,
Biz qoca çinarın göy dələniyik.”
Artıq nərdivanla rahatcana çıxa bilməyəcəyik o dünyaya!!!Min günah işlədirik,sonunda dara düşəndə bir dua oxuyuruq.Bir ömür boyu neçə ürək sındırırıq,dərd gələndə qaşlarımızı çatırıq-Mən kimə neynəmişəm ki????Heç kimə….
Savablarımızla deyil,günahlarımızla hələ utanmadan can diləyirik..
Çox fikir yazmaq olar,daha geniş müzakirə etmək olar.Hansısa fikrinizə cavab verdimsə şad olaram,bir daha təşəkkür edirəm.
Hər kəsə hörmətlə
Leyla Mövsümova
Avqust 11th, 2008 at 17:41
Dedim qoy bir mən də yazım. Bu da məndən Elnarə xanım
)
GÖZÜNDƏN GÖZÜMƏ YOL CALANIBDI,
BİR SAĞA,BİR SOLA HAÇALANIBDI,
GƏLİB ÜRƏYİMDƏ PARÇALANIBDI,
QƏLBİM ONA GÖRƏ OYUQ-OYUQDU……..LEYLA MÖVSÜMOVA
Elnarə Şəms
Avqust 11th, 2008 at 20:53
Ay canıııım yazan əllərin var olsun,ürəyin heç parçalanmasın,sağ ol Leyla xanım,hörmətlə.
Daglaroglu
Avqust 15th, 2008 at 11:35
Salam Elnare xanim, serlerinizle defelerle oxudum ve Sizin gelecekde Azerbaycanimizin bir gozel sairesi olacaginiza inaniram. Serlerinizle bagli derinliklere varmadan deye bilerem ki, bezi chatishmamazliqlar olsa da umumi goturende inkishaf etmek ushun yaxshi bir bazaniz var. Size ugurlar dileyirem.
Hormetle, Daglaroglu
Elnarə Şəms
Avqust 15th, 2008 at 22:27
Mənə inandığınıza və dəyərli sözlərinizə görə təşəkkür edirəm hörmətli Daglaroglu,tamamilə sizinlə razıyam nöqsanlar olur,bunu yəqinki zamanla aradan qaldıra biləcəyəm,ən azından buna nail olmağa çalışıram,hörmətlə
Savalan MUGANLI
Avqust 16th, 2008 at 10:30
pis deyil. davam etdir
Sonradan sonra
Sentyabr 4th, 2008 at 18:50
Salam. Şərhçiler cərgəsinə bu gün qoşulmağım o demək deyil ki, bizimkiler adlı zəncirin sonuncu halqası bu an üçün mən oldum. Mən bu vaxta qədər sayta yol tapmış şeirləri ve onlara yazılmış şərhləri diqqətlə oxumuşam. Təbii ki, şeirlər ve şərhlər ifadələrini buradakı bütün şeir və şərhlərə aid etmek olmaz. Deyək ki, Piter
Çexin də ampulası qapıçıdır və əgər kənd futbolunda (məhəlləbəməhəllə) mən qapıda durmuşamsa mən də qapıçı sayılıram. Nə etmək olar hər şeir yazanın bir adı var: Şair. Hər şərh yazan da şərhçidir. Gəlin eynilikdə təzadı aşkara çixarmağın yolunu tutaq. Hər oxuyan Molla Pənah olanda hər şeir yazan da şair olacaq əzizlərim. Şairi sıravi vətəndaşından çox olan ölkədə söz acı olmaq fəlakətdi…
Əgər söhbət sənətdən ve onun ali ucalığından gedirsə burada şəxsi münasibətler, oğlanın oğlan, qızın qız təəsübü, oğlanların qızların (xüsusən də zahirən gözəllərin) ünvanına tərif, xoş söz deməyə adətgar olması kimi ziyanlı ve zərərli əzəli xəstəliyi ikinci, bəlkə də üçüncü, dördüncü… plana keçməlidir. Bəlkə bir az da bir şeri bir dəfə oxuyub qurtarandan sonra yaddaşda ilişib qalandan, içimizdə hansısa boşluğun dolmasindan, bu fikri kaş mən deyərdim deyə şirin qısqanclıqla yanaşdıgımız misradan, altında öz imzamızın olmasını arzuladığımız şeirdən yazaq. Bəlkə başdaşımıza yazılacaq ad ve soyadımızı “Robinzon kruzo”nun muəllifi”nə bənzər ifadəylə əvəzləyəcək şeirlər yazaq…
Təbii ki şeirlər içərisində yaxşı şeirlər, şərhlər içərisində yaxşı şərhlər də var. Ünvan göstərmədən bu siyahıda olanların hər birinə minnətdarlığımı bildirirəm.
SÖZÜN QƏDRİNİ ARTIRANLARIN QƏDƏRİNİ ARTIRMAQ VƏ QƏDDİNİ YÜKSƏTMƏK ÜMİDİYLƏ…
Elnarə Şəms
Sentyabr 5th, 2008 at 23:38
Hörmətli Sonradan sonra nikli Azərbaycan vətəndaşı,fəlsəfi fikirlərinizi müdafiəyə saxlayıb,bir az fikirlərinizi açıq şəkildə bildirsəniz Sizə çox minnətdar olaram.Həm bu Robinzonu bir kənara qoyun,Novruzəlidən danışın zəhmət olmasa.Söz ustadı olduğunuz “bəlli”.Zahiri görünüşü niyə yazdınız bu da bir az sual yaratdı,Allah verəni heç kim ala bilməz.Xahiş edirəm şeirə fikir bildirin.
Sonradan sonra
Sentyabr 8th, 2008 at 15:01
Elnarə xanım salam. Əvvəla qeyd edim ki, yazdığım fikirlər bizzad Sizinlə bağlı deyildi. Diqqət etsəniz söhbət sayta yol tapmış bütün şeir və şərhlərdən gedirdi. Sadəcə, düşüncələrimi harasa yazmalı idim və bu sizin səhifəniz oldu. Amma yenə də münasibət bildirməyinizə sevindim. Əslində bu, beynimdə formalaşmış insan toplumu formulu ilə əksilik təşkil edir. Bilirsiz belə deməklə nəyi nəzərdə tuturam? Deyək ki, bir nəfər bir qrup insana xitabən deyir: Burda yaxşı adam yoxdu. Hamı susur və yaxud gözləmə mövqeyi seçir. Amma həmin adam deyəndə ki, filankəs, sən pis adamsan,- bayaqdan susmuşların cərgəsində olan həmin kəs əsib-coşmağa başlayır. Qəribədir elə deyilmi?!
Qayıdaq ismarıcınıza. Fikirlərimi fəlsəfi şəkilde ifadə etmişəmsə bu, mənim günahım deyil. Sadəcə, düşüncə tərzim belədir. Mən nəyəmsə buyam. Fikirlərimi çatdırmaq üçün məxsusi bir metod seçmirəm. Özu de bu zaman əlimdən gələn qədər sadə və səmimi olmağa çalışıram (Yoxsa siz de düşüncələrimə göre çoxları kimi mənə 30-35 yaş verərsiniz). Düzdür söz sipərdi, çəpərdi… amma unutmayın ki, ən uğurlu müdafiə hücumdur. Məhşur “Robinzon kruzo”nun müəllifi” ifadəsinin haradan qaynaqlandığını bilmək istəyirsinizsə Daniel Defonun həyatını oxuyun. İvanov yazir ki, oxumaq sevmək kimidir. O heç vaxt gec deyil.
Mən də bilirəm ALLAH verəni kimsə ala bilməz. Amma mənim üçün meyar insanın ruhu, mənəvi aləmi və mənəviyatıdır. Elnarə Şəms həqiqətən gözəldirmi? Mən bu suala cavab berə bilmərəm. Axı mən Sizi tanımıram. İnanıram ki, bu suala çoxları müsbət cavab verər. Və yəqin müsbət cavab veriblər də. Önəmli olan şəvə saçlar ağaranda da, üz qırışanda da, sifətin parlaqlığı son şöləsi titrəyən şam işığına bənzəyəndə də… gözəl qalmaq və gözəl görünməkdir. Bir insan gözəldir deyə reallıqdan qaçmaq, gözə xoş görünməyə çalışmaq nə dərəcədə doğrudur. Bir qadının gözəl olmağı onun gözəl şeirlər yazmağına ve şeirlərinə “gözəl şeirlərdir” deməyə əsas verirmi?
Şeirləriniz… Onlardan yaxşı şeirlər oxumasaydım Sizin şeirlərə yaxşı deyərdim. Amma stolüstü kitablarımı və oradakı şeirləri gözardı edə bilmərəm.
Dəli şeytan deyir dur bu yolların,
Üstünü üstdə qoy,altından yeri-ÜSYANKARLIĞINIZ.
Yol var ki,gözümün yaşından keçir,
Elə qəlbim kimi oyuq,oyuqdur-MƏSUMLUĞUNUZ
…VƏ ÜSYANKARLIQLA MƏSUMLUĞUN ARASINDA ELNARƏ ŞƏMS
Ramiz Rövşən yazır ki: Sözündən qan iyi gələn şairin,
Ağzından süd iyi gəlir bilirəm.
Yenə həmin adam: Ömür bir bulanıq suymuş deməli,
Ömür azaldıqca durulur adam.
SAYĞILARIMLA…
men
Sentyabr 8th, 2008 at 21:03
fikirlerini tez-tez deyisen biri kimi onu deyim ki,bu seirler barede ta evvelden ne dusunurdumse bu gun de onu dusunurem.mence bu cox vacib hadisedir-yeni, demeli bu seirlerde nese basqa bir sey var.
tebrik edirem,poeziya yollarinda sene sebr ve ugur arzulayiram.
Elnarə Şəms
Sentyabr 9th, 2008 at 21:23
Hörmətli Savalan Muğanlı,Men hər birinizə təşəkkür edirəm dəyərli fikirləriniz üçün.Men,çox zaman bizə ustadlarımız elə Siz deyəni məsləhət görürlər.Şeir yazdınmı,onu hər kəs tərifləsə belə kənara qoy,bir müddət oxuma,zaman keçəndən sonra onu başqasının şeiri kimi oxu,gör necə səslənir.Bax onda həqiqətən də ilk yazdığında görmədiyin nöqsanları görə bilirsən.Mənim üçün sözünüz nə qədər dəyəri oldu bilə bilməzsiniz,təşəkkür edirəm.
Sonradan sonra siz də sağ olun.
Hər kəsə hörmətlə
Faig Yusifoglu
Sentyabr 12th, 2008 at 16:20
cox gozeldir xanim. ugur olsun
Elvin mustafayev
Sentyabr 14th, 2008 at 08:45
salam yollar srinin beyendim vaxt az oldugu ucun tam serh vermirem ancaq deyilesi sozum coxdur yeni serlerle yolunuzu gozleyirem
A.Uğur Olgar
Sentyabr 22nd, 2008 at 11:44
“Dünya, sən həm varsan, həm də yox kimi,
Səni danmaq yasaq,danmamaq yasaq.
Sən Allah gözümə girmə ox kimi,
İmkan ver, heç yoxsa bir şeir yazaq..”
Salam Elnare xanım. Yuqarıya aldıyım dizelerin meni oldukça düşündürüb. Hele ki, Azerbaycan-a gelmeyime çox az bir müddet qala. Gözel mısralarından felsefi menalar çıqartdım, dersler aldım. Gerçeqden dünya bu, bir varmış bir yoqmuş.. Geride qalan ise sadece dostluqlar, bir de şeirler tebii ki.. Üze qapanan qapılara da tehammül etmeq gereq, ne yaxşi ki daima üze açıx qapılar da var her yerde. Hele ki şairin könül qapısı her vaxt açıq olmalıdı mene göre.. Ne ise.. Bu gözel ve mükemmel mısraların üçün seni ürekden tebrik edirem. Devamını gözleyir, uğurlar arzulayıram.
A.Uğur Olgar
Efqan
Dekabr 14th, 2008 at 21:30
Hörmetli Elnare Şems, Sizi tebrik etmek olar, gözel ve semimi hisslerle yazdığınız şeirlerinize göre.
Tanrı Sizin heç olmasa bu arzunuzu yerine yetirsin.
Ağ yolu bunlara ver ki,mən yetim
Qara yollarımda asudə gəzim.
Size böyük uğurlar…..
Efqan
Dekabr 15th, 2008 at 02:18
Sən Allah gözümə girmə ox kimi,
İmkan ver, heç yoxsa bir şeir yazaq..
Deyen, Elnare xanım, Size yaradıcılıq arzusu ile
İmkan ver, heç yoxsa bir nesr yazım!!!!!!!!
gulnar atakishiyeva
Dekabr 20th, 2008 at 23:55
elnare xanim,gozel sheirlerinize gore cox sag olun.size bu werefli yolda ugurlar.ugur onsuzda sizindir.
HABİL YASHAR
May 12th, 2009 at 22:53
gozel serlerdir. sizden yalniz gozel serlerde gozleniler .men size en gozel ugurlar arzulayiram.daimi oxucunuzdan en semimi hisslerle
habil yasar
May 14th, 2009 at 10:00
serleriniz cox gozeldir.siz butun zirvelere layiq bir sairesiniz qeleminiz daha iti ilhaminiz tukenmez olsun